"YAZIÇI"
"Oğuz eli" qəzetinin
ayrıca buraxılışı olan
"Yazıçı"
bu dəfə üzünü
Şah İsmayıl Xətayiyə tutub
Tariximizin ən ünlü simalarlnda olan şah babamız, şair babamız Xətayi barəsində xüsusi buraxılışın işıq üzü görməsi özü təqdirəlayiq hadisədir. Buraxılışın baş redaktoru Azər Abdulla maraqlı axtarışların bəhrəsi olan "Yazıçı"nın bu sayında Şah İsmayıl Xətayi ilə bağlı müxtəlif nəsillərin tanınmış simalarının fikirləri oxucu qarşısına çıxarılıbdı. Şəxsən mən Ziya Göyalpın və Həmid Araslının Şah İsmayılla bağlı önəli fikirlərini ilk dəfə xüsusi buraxılışda oxuyub tanış oldum. Eləcə də burada Şah İsmayılla bağlı xalq yazıçısı Anarın "Sizsiz" kitabından bir zamanlar mütaliə etdiyim düşüncələrlə yenidən qarşılaşdım və bu da mənə yaddaşın təzələnməsi baxımından çox önənli bir təsir oldu.
"Yazıçı"da şah babamıza ünvanlanan şeir nümunələri, xüsusilə "Xətayinin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi" söyləyən Məmməd Arazın, "Şeyxim mənim, şahım mənim, şairim mənim" söyləyən xalq şairi Zəlimxan Yaqubun, Azərbaycanın unudulmaz şairi Məmməd Aslanın "Şahım, Şeyxim, Savalanım" deyə üz tutan Sona Vəliyevanın. Eləcə də "Qızılbaş fəsli" poemasını yazan Balayar Sadiqin, həmçinin Ağacəfər Həsənlinin, Şükür Şənolun şeirlərini də maraqla oxudum.
Ümumyyətlə, Şah
İsmayıl Xətayi ilə bağlı bir-birindən
maraqlı bilgilər ortaya qoyan
akademik Teymur Kərimlinin,
şair-publisist Xanəmirin və digərlərinin
yazıları "Şah İsmayıl Xətayi"
adlanan bu
buraxılışı daha önəmli,
daha dəyərli edibdir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 24 noyabr.- S.11.