“Kaş o biri dünya
olaydı, Nüsrətlə orda qarşılaşaydım...”
Ananız Nüsrət müəllimlə
evlənməyinizə razı deyildi. Bəs olubmu ki,
ailənizdə problem olanda ananız bunu sizə irad tutsun?
- Mən
heç vaxt anama yaşadıqlarım, problemlərim
haqqında danışmazdım. Heç bir şeydən xəbəri
olmazdı.
Biz noyabr
ayında ailə qurmuşuq. Bir ay sonra artıq Yeni il ərəfəsi
idi. Bir dəfə Nüsrət evə gəldi ki, idarədə
pul yığıb, Yeni il axşamı keçirirlər. O
dedi, bizim çox az pulumuz var, mən o şənliyə getməyim,
bayramı özümüz evimizdə keçirək. Mən
razılaşmadım, dedim özünü elə yerdə kənar
saxlama, onlar 10 manatdan yığırsa, sən 15 ver. O
razılaşdı və idarədə keçirilən Yeni
il axşamına qatıldı. Həmin axşam mən evdə
tək, çətinliklə, kasıbyana bir gün
keçirdim. Yaşadığımız ev kirayə idi. Mətbəx
digər qonşularla ümumi istifadə olunurdu. Mətbəxə
keçə bilmirdim, qonşular evdə tək olduğumu bilməsin
deyə. Evin işığını da söndürdüm
ki, heç kim evdə olduğumu bilməsin. Həmin gecə
anam bazarlıq edir, maşını ərzaqla doldurub, bizə
qonaq gəlir. Evimizin işığını
sönülü görəndə, qonşudan soruşur ki, Rəhiləgil
evdə yoxdur? Deyiblər, yox, harasa gediblər. Anam mən evdə
ola-ola qapıdan qayıtdı. Mən qəsdən belə
edirdim ki, heç kim belə çətinlikdə
olduğumuzu bilməsin. Sonralar maddi durumumuz düzələndə
anama hər şeyi danışmışdım.
- Siz evlənəndən
sonra birlikdə toylara da getmisiniz. Heç olubmu Nüsrət Kəsəmənliyə
qadın baxışları zillənsin?
- Həddindən
çox. Hətta mən yanında ola-ola diqqətlə
Nüsrətə baxırdılar. Bir dəfə kafedrada
Nüsrətdən danışırdıq. Bizim fakültədə
dərs deyən cavan müəllimlərdən biri müdaxilə
etdi ki, şair deyirəm sizə, amma neynəyəsən ki,
qızlar ondan ötrü ölürdü. Xeyli belə
danışandan sonra müəllimlərimizdən biri
qayıtdı ki, müəllimə, Nüsrətin
xanımı burada oturub. İki əlini üzünə tutub,
utandı.
Bizim
kafedrada Sima xanım işləyir. Bir dəfə Nüsrət
Kəsəməmli mənim də, onun da qoluna girmişdi.
Nüsrət zarafatla "indi də deyəcəklər
xanımların ikisi ilə birdən getdi” deyirdi. O qədər
yumor hissi olan insan olub ki...
- Bayaq
sual etdik ki, Sevda sizin toya gəlibmiş…
- Toy
günündə Sevda "Səadət” sarayının
qapısının ağzında dayanıb, içəri
keçməyib. Amma mən onu görməmişdim. Toydan
sonra Nüsrət dedi ki, "Sevda "Səadət”
sarayının qapısının ağzında
dayanıbmış”. Çox pis oldum. Mən onu orda görməmişdim.
Sonralar
Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli
bu tarixi və içindəki hissləri qələmə
alır və "Dünən toyun idi” şeiri yaranır.
Şair sevdiyinə xeyir-duanı belə verir:
Dünən
toyun idi...
Xoşbəxt
olasan!
Görünür
bu bizə
qismət
deyilmiş...
Unut!
Elə
bil ki,
Sevdiyin
oğlan
Getdiyin
oğlanmış,
Nüsrət
deyilmiş.
Mən
düşünürdüm ki, onların arasında belə
güclü istək varsa, nə edə bilərdim? Nə isə
desəm, özümü hörmətdən salmış
olardım. Həm də ki, axı belə istəyə nə
deyəsən? Bu sevgi ürəkdən gələn bir hisdir.
Üstündən xətt çəkə bilərəm, amma
daxildən onu silə bilmərəm axı.
Sevdanın
xəstələndiyini mən universitetdə eşitdim. Qiyabi
şöbədə çalışan Xalidə xanım o
zaman mənim yanıma gəldi ki, Rəhilə, Sevda
ağır xəstədir, Urologiya xəstəxanasında
yatır. Mən evdə Nüsrətə dedim ki, sənin
bundan xəbərin varmı? Xəbəri
olmadığını söylədi. Mən ona dedim,
insandı, bəlkə nəyəsə ehtiyacı olar, səni
görmək istəyə bilər, Sevdaya baş çək.
Nüsrət Sevdanın yanına getdi. O qayıdanda
danışdıqlarından mən daha da kövrəldim.
İki dəfə Nüsrət Urologiya xəstəxanasına,
Sevdaya baş çəkməyə gedib. O, ilk dəfə gedəndə,
yazıq Sevda, özünü itirib, istəməyib ki,
Nüsrət onu elə görkəmdə görsün.
Nüsrət ikinci dəfə gedəndən sonra elə bir
cümlə işlətdi ki, öz-özümə dedim:
"Ay allah, nə yaxşı ki, mən belə iş
gördüm”. Nüsrət mənə danışanda dedi ki,
Sevda həmin gün xəstə ola-ola elə bəzənmişdi,
mənə elə yaxşı görünmək istəyirdi
ki...
"Həmin
gün oturduq, xeyli söhbət etdik. Həyatımızda
yeganə gün idi ki, heç kimdən çəkinmirdik” –
Nüsrət o görüşü belə xatırlayırdı.
Sevda
ağır vəziyyətdə idi, ona kim nə deyəcəkdi
ki?! Nüsrət isə onsuz da ailə qurmuşdu,
övladlarımız var idi.
- Nüsrət
Kəsəmənlini hər kəs sevgi şairi kimi
tanıyır. Amma onun başqa motivli şeirləri də var
idi axı. Məsələn, "Oğru olmaq istəyirəm”
şeiri. Onu niyə yazmışdı?
-
Haqsızlıqlara etiraz olaraq yazmışdı.
-
Özünə qarşı haqsızlıqlara?
-
Özünün başına gələn məqamlar idi.
- Siz onun
qarşılaşdığı haqsızlıqların nə
olduğunu bilirdinizmi?
- Bəli
bilirdim. Amma deyə bilmərəm. Ən
yüngülünü səsləndirim: Nüsrət
bütün Azərbaycan yaradıcılarından, qələm
tutanlarından heç də pis yazmırdı. Onlardan
azmı sevilirdi? Ölənlərə Allah rəhmət eləsin,
sağ olanlara can sağlığı versin. Amma Nüsrət
də dəyər görməyə layiq idi.
Mənə
bir dəfə İngiltərədən məktub gəldi.
Orada Şərq ölkələrinə aid bir kitabxana
yaradılıb. Mən də Nüsrətin kitablarını
onların müraciəti əsasında hazırlayıb,
İngiltərəyə göndərdim. Əgər Nüsrətin
poeziyasına maraq göstərib, onu İngiltərədən
belə istəyiblərsə, həmin şairə niyə ad
vermirdilər? Elə yaradıcı insanlar var ki, auditoriyada
onun bircə misrasını soruşsan, heç bir tələbə
bilməz. Amma Nüsrətin şeirləri bu gün də
dillər əzbəridir, "Biri vardı, biri yox” ifadələrini
şeir kimi deyirlərsə, niyə o şairin haqqı
tapdalandı?! Mən bunun səbəbini bilirəm, amma deyə
bilmərəm.
-
"Getmək istəyirsən, bəhanəsiz get” şeiri kimə
həsr olunmuşdu?
- Sevda
xanıma. Biz tanış olanda artıq həmin şeir
yazılmışdı. Səhv etmirəmsə, 1969-1970-ci illərə
aiddir.
- Nüsrət
Kəsəmənlinin Qarabağla bağlı poeması da var.
Amma heç kim nədənsə, onu vurğulamaq istəmir...
- Həmin
poema "Yaddan çıxmaz Qarabağ” adlanır. Nüsrətin
hətta onu səhnələşdirmək fikri var idi. Nüsrətin
ağır günlərinə düşdüyünə
görə, həmin ideya elə də qaldı. Bundan əlavə,
"Şəhidlər xiyabanı”, "Bakıya qəhrəman
şəhər adı verin” və s. vətənpərvər
şeirləri var idi. "Bakıya qəhrəman şəhər
adı verin” şeirində İkinci Dünya Müharibəsində
Bakının oynadığı rol, SSRİ-ni neftlə təmin
etməsi və s. qeyd olunurdu. Nüsrətin ana haqqında
çox gözəl bir şeiri də var idi. Qeyd etdiyim kimi,
o, təkcə məhəbbət şairi deyildi.
İndi
sosial şəbəkələrdə də Nüsrət Kəsəmənlinin
şeirlərini səsləndirirlər.
- Onun
şeirlərinə yazılan mahnıları ən çox
kimin ifasında bəyənirsiniz
- Ən
çox Könül Kərimovanın ifasında "Mənim
tək sevənin olmayacaq” mahnısını bəyənirəm.
O musiqini dinləyəndə çox kövrəlirəm.
-
Dünyasını dəyişəndən sonra dəfələrlə
müsahibələr vermisiniz. Amma hər dəfə onun
haqqında danışanda gözləriniz dolur, kövrəlirsiniz...
- Bir
neçə gün öncə Cahangir müəllim (Cahangir Məmmədli-red.)
telefonda musiqi göstərdi bizə. Dedi, baxın necə
gözəl sözləri var. İnanın onu dinləyə-dinləyə
necə ağladımsa, özüm də utandım.
- Bayaq dediniz ki, Nüsrət Kəsəmənli
ölüm haqda da yazmışdı. Onun dini
düşüncələri necə idi?
- O, Allaha
inanırdı. Çox inanırdı. Mən dinin fanatı
deyiləm. Bircə inandığım var ki, dünyanı,
insanı yaradan varlıq, qüvvə var. Amma molla, yerdə
qalan digər nüanslar mənə yaddır. Amma Nüsrət,
deyirdi ki, Allah var, din var. Amma o da fanatı deyildi.
- Şairin arxivini
yaratmağı düşünürsünüzmü?
- Mən
evdən kiməsə bir sənəd belə vermirəm.
Çünki bir neçə dəfə məndən
Nüsrətə aid sənədləri alıb,
qaytarmayıblar. Arxivini yaratmağı düşünürəm.
Onun
haqqında yazılan yazılar, kitablar, televiziya verilişləri,
Nüsrət barəsində nə çıxışlar
olubsa, əlimə keçənlərin hamısını
yığmışam. Nə qədər ki, sağam, əlimə
keçənləri toplayacağam.
- Onun ölümündən sonra
plagiatlıq məsələsi ortaya
çıxmışdı. O problemi necə həll etdiniz?
- Mən
həmin şəxsləri məhkəməyə verdim.
Plagiatlıqla Nüsrətin şeirlərini çap edənlərdən
biri səhv etmirəmsə, "Nurlar” Nəşriyyatı
idi. Mənə övladlarım dedilər ki, atanın
kitabı çap olunub, satışdadır. Maraqlanıb, məsələni
dəqiqləşdirdim və Müəllif Hüquqları
Agentliyinə məlumat verdim. Nüsrətin əsərlərinin
müəlliflik hüququ rəsmi şəkildə məndədir.
Hüquq-mühafizə orqanları və Müəllif
Hüquqları Agentliyinin araşdırmasından sonra işin
üstü açıldı. Məhkəmədə həmin
nəşriyyatın direktoru və mühasibi ifadə verdilər.
Nəşriyyatın direktoru mənimlə çox kobud
danışdı, "nə istəyirsən elə, Nüsrət
müəllim özü mənə icazə verib ki,
kitablarını çap edim” – deyə səsini ucaltdı.
Mühasib xanım isə deyirdi ki, Nüsrət guya, həmin
nəşriyyata gedib, pul keçirib ki, kitablarını
çap etsinlər. Mən isə Mütəşəkkil
Cinayətkarlığa qarşı Mübarizə Baş
İdarəsindən hər şeyi öyrənmişdim ki,
onlar icazəsiz Nüsrətin kitabını
hazırlayıblar. Mənə söz veriləndə nəşriyyatın
mühasibinə sual verdim ki, həmin kitab neçənci ildə
çap olunub? Məlum oldu ki, 2005-ci ildə kitab
çıxıb. Mən dedim, 2003-cü ildə
dünyasını dəyişən adam, necə olur ki,
2005-ci ildə hansısa nəşriyyata pul gətirir? Həmin
anda sənədləri də ortaya qoydum. Hakim də bir xeyli
fikrə getdi.
- Çox şairlərin ev-muzeyi də
var. Sizin də elə bir planınız varmı?
- Fikrimdə
elə ideya da var. Amma hələ ki, materialları
yığıram. İstəyirəm, zəngin olsun. Çox
zaman tələbələrə kurs, diplom işləri verirlər,
Nüsrətin yaradıcılığı haqqında. Mən
kömək edirəm, materialları verirəm, amma
qaytarmırlar. Əslində yaxşı olardı ki, Nüsrətin
poeziyası haqqında yazılan işdən bir nüsxə də
mənə versinlər ki, onun arxivində saxlayım. Amma
heç verdiyim marterialları da qaytarmırlar.
- Nüsrət Kəsəmənli
şeirləri yazanda içkili vəziyyətdə olurdu?
- Xeyr. O məclis
adamı idi. Amma qətiyyən içki aludəçisi
deyildi. Bizim evdə qətiyyən şərab şüşəsi
olmayıb. Sadəcə, o da dostları kimi məclis adamı
idi, sanki bəhanə gəzirdilər ki, kiminsə ad
günü, yubileyi olsun, kitabı çap edilsin, tədbirlər
keçirsinlər.
- Şairin kitabları çap ediləndə,
təqdimatlarında siz də iştirak edirsinizmi?
- Bəli,
mən də gedirdim. Lap çoxdan keçirilən bir təqdimatında
uşaqlarla birlikdə iştirak etmişik. Onda onlar lap
kiçik idilər – 10-12 yaşları var idi. Hərdən
lent yazılarına baxıb, o anları
xatırlayırıq. Amma çox zaman o təqdimatlarını
keçirməzdi. Onun təqdimata ehtiyacı da olmurdu, sanki
kitabları göyə sovrulurdu.
- Nüsrət müəllim rəhmətə
gedəndən sonra sizi həyatda saxlayan təsəlli nə
idi?
- Nüsrət
dünyasını dəyişəndən sonra çox
kövrəlirəm. Amma təsəllim də var.
Övladlarımız ən böyük təsəllimdir. Bir
də, düşünürəm, yaxşı ki, hər
şeyi problem edib, ailəmizə söz-söhbət
salmamışam. Nə yaxşı ki, əsl qadın kimi
duyğularla hərəkət etdim, bir insanı
yaradıcı şəxsiyyət kimi həyatda yaşada
bildim. Bu gün mənim üçün
peşmançılıq hissi yoxdur. Qəlbimdə o qədər
rahatam ki, Nüsrət məndən, ailəsindən rahat
köçdü dünyadan.
Bütün
təsəllilərimin ən alisi isə hər gün
ömrümdən, günümdən itirib, onun
dünyasına bir az da yaxınlaşmağımdır.
Əvvəllər narahat idim ki, görəsən, o dünya
var, yoxsa yoxdur? İndi deyirəm, kaş o biri dünya
olaydı, Nüsrətlə 15 ildən sonra o dünyada bir də
qarşılaşaydım.
Hər
gün universitetlə evin arasında piyada gedib-gəlirəm.
Yol boyu onunla danışıram, dərdləşirəm.
Başımı qaldıranda görürəm,
çatmışam. Biz 30 il birlikdə yaşadıq, amma nə
yaxşı ki, hər kəsin sevdiyi o insan məndən
razı köçdü həyatdan.
- Nüsrət müəllimin sizi
sevdiyinizi sonradan bilmisiniz. Elə ölümünü də ən
axırda siz bilmisiniz. Xəstə zamanlarında nə deyirdi
sizə?
-
Çox kövrəlirəm. Nüsrətin böyrəkləri
xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət
tərəfindən belə bir təklifirəli
sürüldü ki, hansı ölkəyə istəyirsən
ora da göndərək. Amma nədənsə o, İranı
seçdi. "Ordakı insanlar məni tanıyır” dedi və
biz müalicə üçün İrana getdik. Doğrudan da
ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər.
Xəstə ola-ola onu konfranslara, tələbələrlə
görüşlərə aparırdılar. Nüsrət də
bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini
soruşanda isə "Mən bura onlar üçün gəlmişəm”
deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər
oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə
bəzədilib. Həkimlər əllərindən gələni
etdilər, amma görünür gecikmişdik.
O,
ölümdən qorxan insan deyildi, amma hələ ölmək
istəmirdi. Nüsrət artıq xəstələnəndə
mənə qarşı olan
peşmançılığını bir də dilə gətirmişdi.
O deyirdi, "Rəhilə, Allahdan bir azca da möhlət istəyirəm,
mənə imkan versin, sağalım, qısa müddətlik də
olsa ayağa durum. Son arzum sənə dünyanı gəzdirməkdi.
Bir azca zamanım olsaydı kaş, səni gəzdirib, elə
ölərdim”.
Üstündən
bir neçə gün keçəndən sonra, "Rəhilə,
deyəsən bütün arzularım alt-üst oldu” dedi.
İranda vəziyyət elə idi ki, tez-tez vizanın vaxtı
qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi
qaydasına salıb, yenidən Nüsrətin yanına
qayıdırdım. Yenə sənədimi düzəldib,
İrana getmişdim mənə dedi ki, "sənə deyiləsi
sözüm var”, elə o sözdən sonra da halı pisləşdi,
son sözünü mənə deyə bilmədi. Bu günə
qədər o deyilməmiş söz məni göynədir.
Bir də məni düşündürən məsələlərdən
biri odur ki, niyə mən xəstəxanada ola-ola, Nüsrətin
öldüyünü iki gündən sonra bilmişəm?
Onu
reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi
bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi
onunla paylaşım. Çarəsizcə qapının
arxasında oturmuşdum, həkimlər tez-tez otağa
girib-çıxır, amma mənə heç nə demirdilər.
Sən demə Nüsrət artıq rəhmətə gedib,
artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim
də heç nədən xəbərim yox. Cümə
günü xəstəxanın həyətinə
çıxdım ki, tələbələr pilləkənlərə,
səkiyə minlərlə gül düzüb. Axşam
palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan
çıxmağını gözləyirdim. Tibb
bacısı gəlib, otağın telefonunu
çıxartdı. Bu hərəkət mənə o qədər
pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o
telefon mənə lazım idi... Axşam mənə xəbər
verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə
sevinirdim ki, sevincim yerə-göyə
sığışmırdı (fikrə dalır). Hələ
gedib tələbələrin bizə gətirdikləri
güllərdən özümlə aparacaqlarımı da
seçdim. Hələ də heç nədən xəbərim
yox idi. Xəstəxananın işçilərinə dedim ki,
bizə bir həkim verin, birdən yolda Nüsrətin halı
pisləşər. Həkim başıyla mənə dedi ki,
lazım deyil...
Səhər
açıldı... Bizi yola salacaqları maşına
baxdım ki, içəridə tabut, qara məxmər...
(gözləri dolur)
İndi o
hissləri izah etmək çox çətindir. Elə oradaca
sudurğa keçirmişəm, çənəm çənəmə
keçib, heç kim də ayıra bilmirdi. Biləndə ki,
məndən başqa hər kəs bu itkidən xəbərdardır,
özüm-özümü o qədər qınadım ki...
Birtəhər maşına mindim, getdik evimizə... Astara
yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər
bizi qarşıladılar. Sərhədə çatanda
Nüsrəti mənim əlimdən aldılar...
(ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə
yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir?
Nüsrətin mənə olan sevgisini məndən başqa
hamı bildiyi kimi, ölümü də məndən
başqa hamıya məlum imiş. Ömrümə məndən
xəbərsiz gəlmişdi, məndən xəbərsiz də
getdi... (kövrəlir)
-Belə
iddialar da var ki, Nüsrət Kəsəmənli mediumla da məşğul
olub.
- Nüsrətin
evdə mediumla məşğul olması, yaxud belə bir
şeyi dilə gətirməsi heç vaxt olmayıb. Nüsrət
mediumla məşğul olmayıb. Mən
düşünürəm ki, o belə bir fikri yalnız səs-küy
yaratması üçün, bir növ zarafatla işlədib.
Bilirsiniz, bu məclis adamları çalışırlar elə
bir söz desinlər ki, sensasiya olsun. Məncə, Nüsrət
də belə bir şeyi deyəndə ciddi olmayıb. Əvvəlcədən
bu söz-söhbətin necə yayıldığı ilə
bağlı məlumatım yoxdur. Dediyim kimi, evdə Nüsrətin
dilindən nə belə bir şey eşitmişəm, nə
də mediumla məşğul olduğunu görmüşəm
Ananız Nüsrət müəllimlə evlənməyinizə
razı deyildi. Bəs olubmu ki, ailənizdə problem olanda
ananız bunu sizə irad tutsun?
- Mən
heç vaxt anama yaşadıqlarım, problemlərim
haqqında danışmazdım. Heç bir şeydən xəbəri
olmazdı.
Biz noyabr
ayında ailə qurmuşuq. Bir ay sonra artıq Yeni il ərəfəsi
idi. Bir dəfə Nüsrət evə gəldi ki, idarədə
pul yığıb, Yeni il axşamı keçirirlər. O
dedi, bizim çox az pulumuz var, mən o şənliyə getməyim,
bayramı özümüz evimizdə keçirək. Mən
razılaşmadım, dedim özünü elə yerdə kənar
saxlama, onlar 10 manatdan yığırsa, sən 15 ver. O
razılaşdı və idarədə keçirilən Yeni
il axşamına qatıldı. Həmin axşam mən evdə
tək, çətinliklə, kasıbyana bir gün
keçirdim. Yaşadığımız ev kirayə idi. Mətbəx
digər qonşularla ümumi istifadə olunurdu. Mətbəxə
keçə bilmirdim, qonşular evdə tək olduğumu bilməsin
deyə. Evin işığını da söndürdüm
ki, heç kim evdə olduğumu bilməsin. Həmin gecə
anam bazarlıq edir, maşını ərzaqla doldurub, bizə
qonaq gəlir. Evimizin işığını
sönülü görəndə, qonşudan soruşur ki, Rəhiləgil
evdə yoxdur? Deyiblər, yox, harasa gediblər. Anam mən evdə
ola-ola qapıdan qayıtdı. Mən qəsdən belə
edirdim ki, heç kim belə çətinlikdə
olduğumuzu bilməsin. Sonralar maddi durumumuz düzələndə
anama hər şeyi danışmışdım.
- Siz evlənəndən sonra birlikdə
toylara da getmisiniz. Heç olubmu Nüsrət Kəsəmənliyə
qadın baxışları zillənsin?
- Həddindən
çox. Hətta mən yanında ola-ola diqqətlə
Nüsrətə baxırdılar. Bir dəfə kafedrada
Nüsrətdən danışırdıq. Bizim fakültədə
dərs deyən cavan müəllimlərdən biri müdaxilə
etdi ki, şair deyirəm sizə, amma neynəyəsən ki,
qızlar ondan ötrü ölürdü. Xeyli belə
danışandan sonra müəllimlərimizdən biri
qayıtdı ki, müəllimə, Nüsrətin
xanımı burada oturub. İki əlini üzünə tutub,
utandı.
Bizim
kafedrada Sima xanım işləyir. Bir dəfə Nüsrət
Kəsəməmli mənim də, onun da qoluna girmişdi.
Nüsrət zarafatla "indi də deyəcəklər
xanımların ikisi ilə birdən getdi” deyirdi. O qədər
yumor hissi olan insan olub ki...
- Bayaq
sual etdik ki, Sevda sizin toya gəlibmiş…
- Toy
günündə Sevda "Səadət” sarayının
qapısının ağzında dayanıb, içəri
keçməyib. Amma mən onu görməmişdim. Toydan
sonra Nüsrət dedi ki, "Sevda "Səadət”
sarayının qapısının ağzında
dayanıbmış”. Çox pis oldum. Mən onu orda görməmişdim.
Sonralar
Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli
bu tarixi və içindəki hissləri qələmə
alır və "Dünən toyun idi” şeiri yaranır.
Şair sevdiyinə xeyir-duanı belə verir:
Dünən
toyun idi...
Xoşbəxt
olasan!
Görünür
bu bizə
qismət
deyilmiş...
Unut!
Elə
bil ki,
Sevdiyin
oğlan
Getdiyin
oğlanmış,
Nüsrət
deyilmiş.
Mən
düşünürdüm ki, onların arasında belə
güclü istək varsa, nə edə bilərdim? Nə isə
desəm, özümü hörmətdən salmış
olardım. Həm də ki, axı belə istəyə nə
deyəsən? Bu sevgi ürəkdən gələn bir hisdir.
Üstündən xətt çəkə bilərəm, amma
daxildən onu silə bilmərəm axı.
Sevdanın
xəstələndiyini mən universitetdə eşitdim. Qiyabi
şöbədə çalışan Xalidə xanım o
zaman mənim yanıma gəldi ki, Rəhilə, Sevda
ağır xəstədir, Urologiya xəstəxanasında
yatır. Mən evdə Nüsrətə dedim ki, sənin bundan
xəbərin varmı? Xəbəri olmadığını
söylədi. Mən ona dedim, insandı, bəlkə nəyəsə
ehtiyacı olar, səni görmək istəyə bilər,
Sevdaya baş çək. Nüsrət Sevdanın yanına
getdi. O qayıdanda danışdıqlarından mən daha da
kövrəldim. İki dəfə Nüsrət Urologiya xəstəxanasına,
Sevdaya baş çəkməyə gedib. O, ilk dəfə gedəndə,
yazıq Sevda, özünü itirib, istəməyib ki,
Nüsrət onu elə görkəmdə görsün.
Nüsrət ikinci dəfə gedəndən sonra elə bir
cümlə işlətdi ki, öz-özümə dedim:
"Ay allah, nə yaxşı ki, mən belə iş
gördüm”. Nüsrət mənə danışanda dedi ki,
Sevda həmin gün xəstə ola-ola elə bəzənmişdi,
mənə elə yaxşı görünmək istəyirdi
ki...
"Həmin
gün oturduq, xeyli söhbət etdik. Həyatımızda
yeganə gün idi ki, heç kimdən çəkinmirdik” –
Nüsrət o görüşü belə
xatırlayırdı.
Sevda ağır
vəziyyətdə idi, ona kim nə deyəcəkdi ki?!
Nüsrət isə onsuz da ailə qurmuşdu,
övladlarımız var idi.
- Nüsrət
Kəsəmənlini hər kəs sevgi şairi kimi
tanıyır. Amma onun başqa motivli şeirləri də var
idi axı. Məsələn, "Oğru olmaq istəyirəm”
şeiri. Onu niyə yazmışdı?
-
Haqsızlıqlara etiraz olaraq yazmışdı.
- Özünə qarşı
haqsızlıqlara?
-
Özünün başına gələn məqamlar idi.
- Siz onun
qarşılaşdığı haqsızlıqların nə
olduğunu bilirdinizmi?
- Bəli
bilirdim. Amma deyə bilmərəm. Ən
yüngülünü səsləndirim: Nüsrət
bütün Azərbaycan yaradıcılarından, qələm
tutanlarından heç də pis yazmırdı. Onlardan
azmı sevilirdi? Ölənlərə Allah rəhmət eləsin,
sağ olanlara can sağlığı versin. Amma Nüsrət
də dəyər görməyə layiq idi.
Mənə
bir dəfə İngiltərədən məktub gəldi.
Orada Şərq ölkələrinə aid bir kitabxana
yaradılıb. Mən də Nüsrətin kitablarını
onların müraciəti əsasında hazırlayıb,
İngiltərəyə göndərdim. Əgər Nüsrətin
poeziyasına maraq göstərib, onu İngiltərədən
belə istəyiblərsə, həmin şairə niyə ad
vermirdilər? Elə yaradıcı insanlar var ki, auditoriyada
onun bircə misrasını soruşsan, heç bir tələbə
bilməz. Amma Nüsrətin şeirləri bu gün də
dillər əzbəridir, "Biri vardı, biri yox” ifadələrini
şeir kimi deyirlərsə, niyə o şairin haqqı
tapdalandı?! Mən bunun səbəbini bilirəm, amma deyə
bilmərəm.
- "Getmək istəyirsən, bəhanəsiz
get” şeiri kimə həsr olunmuşdu?
- Sevda
xanıma. Biz tanış olanda artıq həmin şeir
yazılmışdı. Səhv etmirəmsə, 1969-1970-ci illərə
aiddir.
- Nüsrət
Kəsəmənlinin Qarabağla bağlı poeması da var.
Amma heç kim nədənsə, onu vurğulamaq istəmir...
- Həmin
poema "Yaddan çıxmaz Qarabağ” adlanır. Nüsrətin
hətta onu səhnələşdirmək fikri var idi. Nüsrətin
ağır günlərinə düşdüyünə
görə, həmin ideya elə də qaldı. Bundan əlavə,
"Şəhidlər xiyabanı”, "Bakıya qəhrəman
şəhər adı verin” və s. vətənpərvər
şeirləri var idi. "Bakıya qəhrəman şəhər
adı verin” şeirində İkinci Dünya Müharibəsində
Bakının oynadığı rol, SSRİ-ni neftlə təmin
etməsi və s. qeyd olunurdu. Nüsrətin ana haqqında
çox gözəl bir şeiri də var idi. Qeyd etdiyim kimi,
o, təkcə məhəbbət şairi deyildi.
İndi
sosial şəbəkələrdə də Nüsrət Kəsəmənlinin
şeirlərini səsləndirirlər.
- Onun şeirlərinə yazılan
mahnıları ən çox kimin ifasında bəyənirsiniz?
- Ən
çox Könül Kərimovanın ifasında "Mənim
tək sevənin olmayacaq” mahnısını bəyənirəm.
O musiqini dinləyəndə çox kövrəlirəm.
-
Dünyasını dəyişəndən sonra dəfələrlə
müsahibələr vermisiniz. Amma hər dəfə onun
haqqında danışanda gözləriniz dolur, kövrəlirsiniz...
- Bir
neçə gün öncə Cahangir müəllim (Cahangir Məmmədli-red.)
telefonda musiqi göstərdi bizə. Dedi, baxın necə
gözəl sözləri var. İnanın onu dinləyə-dinləyə
necə ağladımsa, özüm də utandım.
- Bayaq dediniz ki, Nüsrət Kəsəmənli
ölüm haqda da yazmışdı. Onun dini
düşüncələri necə idi?
- O, Allaha
inanırdı. Çox inanırdı. Mən dinin fanatı
deyiləm. Bircə inandığım var ki, dünyanı,
insanı yaradan varlıq, qüvvə var. Amma molla, yerdə
qalan digər nüanslar mənə yaddır. Amma Nüsrət,
deyirdi ki, Allah var, din var. Amma o da fanatı deyildi.
- Şairin arxivini yaratmağı
düşünürsünüzmü?
- Mən
evdən kiməsə bir sənəd belə vermirəm.
Çünki bir neçə dəfə məndən
Nüsrətə aid sənədləri alıb,
qaytarmayıblar. Arxivini yaratmağı düşünürəm.
Onun
haqqında yazılan yazılar, kitablar, televiziya verilişləri,
Nüsrət barəsində nə çıxışlar
olubsa, əlimə keçənlərin hamısını
yığmışam. Nə qədər ki, sağam, əlimə
keçənləri toplayacağam.
- Onun ölümündən sonra
plagiatlıq məsələsi ortaya
çıxmışdı. O problemi necə həll etdiniz?
- Mən
həmin şəxsləri məhkəməyə verdim.
Plagiatlıqla Nüsrətin şeirlərini çap edənlərdən
biri səhv etmirəmsə, "Nurlar” Nəşriyyatı
idi. Mənə övladlarım dedilər ki, atanın
kitabı çap olunub, satışdadır. Maraqlanıb, məsələni
dəqiqləşdirdim və Müəllif Hüquqları Agentliyinə
məlumat verdim. Nüsrətin əsərlərinin müəlliflik
hüququ rəsmi şəkildə məndədir.
Hüquq-mühafizə orqanları və Müəllif
Hüquqları Agentliyinin araşdırmasından sonra işin
üstü açıldı. Məhkəmədə həmin
nəşriyyatın direktoru və mühasibi ifadə verdilər.
Nəşriyyatın direktoru mənimlə çox kobud
danışdı, "nə istəyirsən elə, Nüsrət
müəllim özü mənə icazə verib ki,
kitablarını çap edim” – deyə səsini ucaltdı.
Mühasib xanım isə deyirdi ki, Nüsrət guya, həmin
nəşriyyata gedib, pul keçirib ki, kitablarını
çap etsinlər. Mən isə Mütəşəkkil
Cinayətkarlığa qarşı Mübarizə Baş
İdarəsindən hər şeyi öyrənmişdim ki,
onlar icazəsiz Nüsrətin kitabını
hazırlayıblar. Mənə söz veriləndə nəşriyyatın
mühasibinə sual verdim ki, həmin kitab neçənci ildə
çap olunub? Məlum oldu ki, 2005-ci ildə kitab
çıxıb. Mən dedim, 2003-cü ildə
dünyasını dəyişən adam, necə olur ki,
2005-ci ildə hansısa nəşriyyata pul gətirir? Həmin
anda sənədləri də ortaya qoydum. Hakim də bir xeyli
fikrə getdi.
- Çox şairlərin ev-muzeyi də
var. Sizin də elə bir planınız varmı?
- Fikrimdə
elə ideya da var. Amma hələ ki, materialları
yığıram. İstəyirəm, zəngin olsun. Çox
zaman tələbələrə kurs, diplom işləri verirlər,
Nüsrətin yaradıcılığı haqqında. Mən
kömək edirəm, materialları verirəm, amma
qaytarmırlar. Əslində yaxşı olardı ki, Nüsrətin
poeziyası haqqında yazılan işdən bir nüsxə də
mənə versinlər ki, onun arxivində saxlayım. Amma
heç verdiyim marterialları da qaytarmırlar.
- Nüsrət Kəsəmənli
şeirləri yazanda içkili vəziyyətdə olurdu?
- Xeyr. O məclis
adamı idi. Amma qətiyyən içki aludəçisi
deyildi. Bizim evdə qətiyyən şərab şüşəsi
olmayıb. Sadəcə, o da dostları kimi məclis adamı
idi, sanki bəhanə gəzirdilər ki, kiminsə ad
günü, yubileyi olsun, kitabı çap edilsin, tədbirlər
keçirsinlər.
- Şairin kitabları çap ediləndə,
təqdimatlarında siz də iştirak edirsinizmi?
- Bəli,
mən də gedirdim. Lap çoxdan keçirilən bir təqdimatında
uşaqlarla birlikdə iştirak etmişik. Onda onlar lap
kiçik idilər – 10-12 yaşları var idi. Hərdən
lent yazılarına baxıb, o anları xatırlayırıq.
Amma çox zaman o təqdimatlarını keçirməzdi.
Onun təqdimata ehtiyacı da olmurdu, sanki kitabları göyə
sovrulurdu.
- Nüsrət müəllim rəhmətə
gedəndən sonra sizi həyatda saxlayan təsəlli nə
idi?
- Nüsrət
dünyasını dəyişəndən sonra çox
kövrəlirəm. Amma təsəllim də var.
Övladlarımız ən böyük təsəllimdir. Bir
də, düşünürəm, yaxşı ki, hər
şeyi problem edib, ailəmizə söz-söhbət
salmamışam. Nə yaxşı ki, əsl qadın kimi
duyğularla hərəkət etdim, bir insanı
yaradıcı şəxsiyyət kimi həyatda yaşada
bildim. Bu gün mənim üçün
peşmançılıq hissi yoxdur. Qəlbimdə o qədər
rahatam ki, Nüsrət məndən, ailəsindən rahat
köçdü dünyadan.
Bütün
təsəllilərimin ən alisi isə hər gün
ömrümdən, günümdən itirib, onun
dünyasına bir az da yaxınlaşmağımdır.
Əvvəllər narahat idim ki, görəsən, o dünya
var, yoxsa yoxdur? İndi deyirəm, kaş o biri dünya
olaydı, Nüsrətlə 15 ildən sonra o dünyada bir də
qarşılaşaydım.
Hər
gün universitetlə evin arasında piyada gedib-gəlirəm.
Yol boyu onunla danışıram, dərdləşirəm.
Başımı qaldıranda görürəm,
çatmışam. Biz 30 il birlikdə yaşadıq, amma nə
yaxşı ki, hər kəsin sevdiyi o insan məndən
razı köçdü həyatdan.
- Nüsrət müəllimin sizi
sevdiyinizi sonradan bilmisiniz. Elə ölümünü də ən
axırda siz bilmisiniz. Xəstə zamanlarında nə deyirdi
sizə?
-
Çox kövrəlirəm. Nüsrətin böyrəkləri
xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət
tərəfindən belə bir təklifirəli
sürüldü ki, hansı ölkəyə istəyirsən
ora da göndərək. Amma nədənsə o, İranı
seçdi. "Ordakı insanlar məni tanıyır” dedi və
biz müalicə üçün İrana getdik. Doğrudan da
ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər.
Xəstə ola-ola onu konfranslara, tələbələrlə
görüşlərə aparırdılar. Nüsrət də
bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini
soruşanda isə "Mən bura onlar üçün gəlmişəm”
deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər
oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə
bəzədilib. Həkimlər əllərindən gələni
etdilər, amma görünür gecikmişdik.
O,
ölümdən qorxan insan deyildi, amma hələ ölmək
istəmirdi. Nüsrət artıq xəstələnəndə
mənə qarşı olan
peşmançılığını bir də dilə gətirmişdi.
O deyirdi, "Rəhilə, Allahdan bir azca da möhlət istəyirəm,
mənə imkan versin, sağalım, qısa müddətlik də
olsa ayağa durum. Son arzum sənə dünyanı gəzdirməkdi.
Bir azca zamanım olsaydı kaş, səni gəzdirib, elə
ölərdim”.
Üstündən
bir neçə gün keçəndən sonra, "Rəhilə,
deyəsən bütün arzularım alt-üst oldu” dedi.
İranda vəziyyət elə idi ki, tez-tez vizanın vaxtı
qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi
qaydasına salıb, yenidən Nüsrətin yanına
qayıdırdım. Yenə sənədimi düzəldib,
İrana getmişdim mənə dedi ki, "sənə deyiləsi
sözüm var”, elə o sözdən sonra da halı pisləşdi,
son sözünü mənə deyə bilmədi. Bu günə
qədər o deyilməmiş söz məni göynədir.
Bir də məni düşündürən məsələlərdən
biri odur ki, niyə mən xəstəxanada ola-ola, Nüsrətin
öldüyünü iki gündən sonra bilmişəm?
Onu
reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi
bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi
onunla paylaşım. Çarəsizcə qapının
arxasında oturmuşdum, həkimlər tez-tez otağa
girib-çıxır, amma mənə heç nə demirdilər.
Sən demə Nüsrət artıq rəhmətə gedib,
artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim
də heç nədən xəbərim yox. Cümə
günü xəstəxanın həyətinə
çıxdım ki, tələbələr pilləkənlərə,
səkiyə minlərlə gül düzüb. Axşam
palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan
çıxmağını gözləyirdim. Tibb
bacısı gəlib, otağın telefonunu
çıxartdı. Bu hərəkət mənə o qədər
pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o
telefon mənə lazım idi... Axşam mənə xəbər
verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə
sevinirdim ki, sevincim yerə-göyə
sığışmırdı (fikrə dalır). Hələ
gedib tələbələrin bizə gətirdikləri
güllərdən özümlə aparacaqlarımı da
seçdim. Hələ də heç nədən xəbərim
yox idi. Xəstəxananın işçilərinə dedim ki,
bizə bir həkim verin, birdən yolda Nüsrətin halı
pisləşər. Həkim başıyla mənə dedi ki,
lazım deyil...
Səhər açıldı... Bizi yola salacaqları maşına baxdım ki, içəridə tabut, qara məxmər... (gözləri dolur)
İndi o hissləri izah etmək çox
çətindir. Elə oradaca sudurğa keçirmişəm,
çənəm çənəmə keçib, heç
kim də ayıra bilmirdi. Biləndə ki, məndən
başqa hər kəs bu itkidən xəbərdardır,
özüm-özümü o qədər qınadım ki...
Birtəhər maşına mindim, getdik evimizə... Astara
yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər
bizi qarşıladılar. Sərhədə çatanda
Nüsrəti mənim əlimdən aldılar...
(ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə
yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir?
Nüsrətin mənə olan sevgisini məndən başqa
hamı bildiyi kimi, ölümü də məndən
başqa hamıya məlum imiş. Ömrümə məndən
xəbərsiz gəlmişdi, məndən xəbərsiz də
getdi... (kövrəlir)
-Belə iddialar da var ki, Nüsrət Kəsəmənli mediumla da məşğul olub.
- Nüsrətin evdə mediumla məşğul
olması, yaxud belə bir şeyi dilə gətirməsi
heç vaxt olmayıb. Nüsrət mediumla məşğul
olmayıb. Mən düşünürəm ki, o belə bir
fikri yalnız səs-küy yaratması üçün, bir
növ zarafatla işlədib. Bilirsiniz, bu məclis adamları
çalışırlar elə bir söz desinlər ki,
sensasiya olsun. Məncə, Nüsrət də belə bir
şeyi deyəndə ciddi olmayıb. Əvvəlcədən
bu söz-söhbətin necə yayıldığı ilə
bağlı məlumatım yoxdur. Dediyim kimi, evdə Nüsrətin
dilindən nə belə bir şey eşitmişəm, nə
də mediumla məşğul olduğunu görmüşəm
Ədalət 2018.- 30 noyabr.- S.5.