Sərvaz
Hüseynoğlu
"Aqil Abbasın "Ən
xoşbəxt adam”ı
"Ayaqlarının köçdən
qalıb, xəyallarının külli-Qarabağı birər-birər
dolaşdığı saatlarda Cabbar Qaryağdıoğlu dà,
Seyid Şuşinski də ismarış yollayarlarmış Xan
əmiyə ki, gecikməyib gəlsin... Ustad sözü yerə
salınmazdı. Durmayıb gələrdillər. Ona
"Şahnaz” oxudardılar, "Mirzə Hüseyn seygahı”
oxudardılar, "Şuşanın dağları”nı,
"Qarabağ şikəstəsi”ni oxudardılar.
Halallaşıb ayrılanda "Sağ ol, ay Xan, – deyərədilər,
– elə bil bizi aparıb külli – Qarabağı gəzdirdin,
İsa bulağının, Daşaltının başından
belə dolandırıb gətirdin”. Cavab da gecikməzdi:
"Halal xoşunuz olsun!..”
Aqil Abbasın çoxdanın tanışı
olan, yenidən, bir də yenidən oxuduğum əsərləri
də indi mənə Xan Şuşinskinin həmin bənzərsiz,
bütün keçmişləri gətirib göz
önünə qoyan "Qarabağ şikəstəsi”ni,
"Şuşanın dağları”nı,
"Şahnaz”ını, "Mirzə Hüseyn
segahı”nı xatırladır; ovqatı, ruhu, koloriti,
dil-üslub doğmalığı ilə, eyni kökdə,
eyni pərdə üstündə.
Bunlar daha çox həmin əsərlərdi
ki, Aqil Abbas onları, necə deyərlər,
"dünyanın düz vaxtında”, hər cür
dava-şavanı yalnız efir məkanından izlədiyimiz
günlərdə qələmə alıb. AAbbasın
"Ən xoşbəxt adam”ı... 1978-ci ilin nəsridi. Amma
bütün yaşantısı ilə yazılanlar daha
çox günümüzdə, anımızdadı.Aqil hələ
1978-ci ildə belə yazırdı. Dünyanın "ən
xoşbəxt adam”ı olan gənc bir jurnalistin
düşüncələrini belə yazıya alırdı.
Və bu gün o düşüncələr
külli-Qarabağ əhlinin ürəyindən, gündəlik
söhbətlərindən eynilə keçənlərdi.
Bilirlər ki, söyüşlərinin bombaları (davanı,
müharibəni) icad edənlərin yeddi arxadönəmlərinə
heç bir ziyanı-filanı yoxdur, amma söyürlər.
Söyürlər və heç olmasa ürəklərini
boşaldırlar.
Aqil Abbasın yazı, üslub
texnologiyasında haradasa Mirzə Cəlil yumoru, Mirzə Cəlil
tragizmi, ironiyası, təəssüfü Õalq
yazıçısı Elçinin emosional, lirik əsintisi
bir araya gəlib, bütövləşib. Sözün
yaxşı mənasında...
Elə bil ki, Aqil Abbas imzasında bir neçə
fərqli (və bütün hallarda eyni dərəcədə
özünəməxsus, istedadlı) yazıçı bir
araya gəlib. Yəni o, hər dəfə təzələnməyi
bacarır. Amma bu yenilənən, təzələnən
yazıçı obrazlarının heç biri o birini inkar
etmir, əksinə, tamamlayır. Deyək ki,
aşağıdakı təsvirdə biz Aqilin daha çox
onun özünəməxsus, saya, el-oba duyumundan gələn,
sadə və lirik üslubunu izləyirik: "Balaca bir həyət
otağında yaşayır. Bu balaca otağında da mebeli
ibarətdi bir köhnə divandan, iki stul və bir stoldan.
Otağın küncündə də kitab rəfi var-rəfin
böyründə də kitablar səliqəsiz halda
qalaıqlanmışdır... Onun ürəyindən sevdiyi
qızın şəklinə tamaşa etmək, qızın
baxışları altında uyumaq və hər səhər
bu baxışların altında oyanmaq, o gülümsər
gözlərə "Sabahın xeyir” demək keçəndə,
başqası həmin qızın orijinalına
baxırdı, özü də aşağıdan yuxarı
yox, yuxarıdan aşağı... İndi ona ancaq köks
ötürmək qalırdı...”
Aqil bu təsvirində heç bir halda təsvir
etdiyi obraz haqqında "o, öz taleyi ilə
barışmışdı, qədərə boyun əymişdi”
yazmır. Ancaq obrazın daxili aləminin lap alt qatına
nüfuz etdikcə Aqil Abbasın yazı, üslub
texnologiyası da insan qəlbinin gizlinlərini bir ayrı
yöndən, özü də tam fərqli (daha mükəmməl,
dünya ədəbi texnologiyasına xas zənginliklə) təqdim
edir. Bu məqamda obrazın psixoloji durumu yazıçı
duyumunun, hissiyyatının nəbzi ilə eyni ahəngdə
cövlan edir. Bu məqamda Aqil Abbas insan psixologiyasının,
onun daxili dünyasının təsvirinə Dostoyevski duyumu,
Heminquey cazibədarlığı ilə nail olur.
Düşünməli (və təəssüfqarışıq
bir təəccüb keçirməli) olsan; əgər
aşağıda istinad etdiyimiz mətn Aqil Abbasın yox,
hansısa Avropa və yaxud Qərb
yazıçısının qələmindən
çıxmış olsaydı bizim bir çox ədəbiyyat
tənəqidçilərimiz bir-birinə imkan vermədən
məhz həmin mətnin emosional, lirik-psixoloji möhtəşəmliyindən
bəhs etməyə girişərdilər. Fakt isə ondan
ibarətdir ki, bu ayırma Aqil Abbasın hələ 1978-ci ildə
qələmə aldığı "Ən xoşbəxt
adam” povestindəndir:
"Əsiri olduğu bu dərkolunmaz qadın gözəlliyinin lap dərinliklərinə endikcə qadın da od tutub yanırdı, özü də... Gözlərini yummuşdu... Bitib-tükənməz bir zülmət görürdü. Və ona elə gəlirdi ki, düşdüyü bu zülmətdən heç vaxt çıxa bilməyəcək, elə qalacaq bu zülmətdə. Od tutub yanan bədəni birdən-birə buz kimi oldu. Ömründə iki dəfə hiss etdiyi bu gözlənilməz, qəfil soyuqdan səksəndi, ayıldı və gözlərini açdı. Gördü ki, bu dəhşətli gözəlliyin dəhşətli də sonu varmış. Qarşısındakı qadın gözəlliyi bir anda yox oldu, heç izi də qalmadı. Ona elə gəldi ki, qarşısındakı gözəl bir qadın deyil, nə isə başqa bir varlıqdır. Yavaş-yavaş bu varlığın qarşısında diz çökdü və hönkürdü. Bu, elə itki idi ki, bu itki üçün ağlamaq mümkün deyildi. Və bu, onun ağlı kəsəndən ilk, eyni zamanda son ağlamağı oldu.
O gündən sonra qadın gözəlliyinə yaxınlaşmaqdan qorxurdu. O gözəlliyin cılızlaşmasını və adiləşməsini istəmirdi. Nə qədər ki, qadın ondan uzaqdaydı, bir o qədər maraqlı və gözəl idi...”
Bu mətnə ona görə belə geniş
ayırma verdik ki, görə bilək; Dünya ədəbiyyatı
tələbləri səviyyəsində ədəbi mətnlər
bizdə var. Məhz həmin tələblər səviyyəsində
obrazın, hadisənin daxili dünyasına ustalıqla
nüfuz edə bilən yazıçılarımız elə
bizimlə eyni dövrdə yaşayırlar, müasirlərimizdi.
Sadəcə, görə bilmək, dəyərləndirmək
problemimiz var. Elə bizim müasiri olduğumuz öz
yazıçılarımız da lirik-psixoloji durumun, ziddiyyətli
məqamların, problemin bədii, bitkin sonluğunu, səbəb
və nəticəsini Qərb yazıçıları ilə
müqayisədə heç də sönük vermirlər. Məsələn,
Aqil Abbasdan gətirdiyimiz bu parçada olduğu kimi; Sadəcə,
yazıçı daha çox pak, insani, ilkinliyə vəfalı
duyğuların təsvirini verir – hər cür
qaranlıqlardan, zordan, işgəncəli ehtirasdan, bu gün dəbdə
olan ruhi-psixoloji qeyri-təbiilikdən uzaqdı. Daha çox
romantik və səmimidi. Təəssüf ki, bəzən bu
vacib cəhətlər könnəlik, dünəndə
qalmışlıq kimi qəbul edilir:
"Sevdiyi qızdan qaçmağa da bu səbəb
olmuşdu... Ehtirasın ağıl üzərindəki qələbəsini
görmüşdü və gözü qorxmuşdu. İstəmirdi
ki, sevdiyi qızın gözəlliyinin o dəhşətli
sonunu görsün. Görsün və ayılsın.
Ayılsın və önündə indi onun sevdiyi
qızın içində başqası itirdi, başqası
o gözəlliyin adi və dəhşətli sonunu
görürdü...”
Aqil hər sözə, cümləyə, hətta pauzaya belə dolğun mətləb, fikir yükləməyi ustalıqla bacaran sənətkardı. O, əsas fikri, iç aləmi, belə deyək ki, görünməyəni görünənin daxilində ustalıqla əks etdirə bilir. Yəni suyun dadını bilmək üçün dəryanı içirmir. Bir-iki ştrixlə bir kitablıq fikri ifadə edir. Məsələn, belə:
"Bu gün ayın biridir, sabah ikisi, o biri gün üçü, sonra dördü, sonra... Sonra yenə biri!”
Yeknəsəqliyin, təkrarlığın
bütöv bir insan ömrünü çürüdən
gerçək adı, üzü, şəkli, sözlə
ifadəsi belədi. Bisəmər günlərin, ayların
acı təəssüfü, bir ömür boyunca sozàlmàyan
sızıltısı belədi. Aqil bu təəssüfü,
sızıltını heç bir artıq-əskik təfərrüata
yol vermədən, demək olar ki, bircə cümlədə
bütün yaşantısı ilə ifadə edib. Yeknəsəqliyin
darıxdırıcı havasından boğulma anının
şəklini çəkib və bu rəsm uzun müddət
oxucu gözlərinin qabağından getmir, yaddaşdan
silinmir.
Və yaxud bu səhnə: "Piyada qalõdı –
özü də düz doqquzuncu mərtəbəyə.
Saymışdı, iki yüz on altı pilləkən
vardı. Bu iki yüz on altı pilləkəndən sonra
doqquzuncu mərtəbəydi və o mərtəbədə də
onların redaksiyası yerləşirdi...”
Tanış və şəxsən bu sətirlərin
müəllifinə çox doğma bir məkandan söhbət
gedir. Demək olar ki, hər səhər işə gedərkən
yol boyunca özümə söz verirəm ki, o doqquzuncu mərtəbəyə
aparan pilləkənləri maraq üçün mütləq
sayacam. Və heç özüm də cavabını bilmirəm
ki, bu qəribə istək haradandı belə? Nəyə gərəkdi?
Ancaq orasını dəqiq bilirəm ki, bu pilləkən
saymaq söhbətinin alt qatında da dəhşətli bir
darıxmaq, usanmaq duyğusunun, bekarçılıqdan xilas
olmaq istəyinin havası var. Aqil usandırıcı,
bıkdırıcı bir mühitin surətini doqquzuncu mərtəbəyə
qaldıran həmin o iki yüz on altı pilləkənin (təkrarlığın)
fonunda ustalıqla rəsm edib. Bu iki yüz on altı pilləkən
əslində iki yüz on altı sıxıntıdı,
problemdi, xəyal qırıqlıqlarının
parçaları, qəlpələridi, daha nələr, nələrdi...
Və o pilləkənlərin başındakı iş
otağında hər gün işə düşməsi
üçün "başına qapaz salınan” televizorun
prototipləri olan insanların obrazı da birər-birər gəlib
durur göz önündə. Bütün bunlar hər şeydən
əvvəl Aqil Abbasın iti, fəhmli yazıçı
müşahidəsinin ortaya qoyduğu mənzərələrdi.
Ən əsası da odur ki, bu mənzərələr
canlıdı, nəfəs alır, ona seyriçi kimi
baxıb keçmək olmur, istər-istəməz o mənzərədə
yaşayır və özün-özünə hesabat verməli
olursan.
Bu da bir "qırxıncı otaq”
ağrısı, həsrət, nisgil kodudu. Aqil bu
"qırxıncı otaq” ağrısını, həsrət
kodunu adbaad yazmır. "Adamın ürəyi yalnız
İsa bulağının suyunu istəyir” cümləsiylə
itkilərlə dolu bütöv bir dövrün mənzərəsini
verir. Cənnətin qarşılığı olan bir
dünyaya həsrət yaşayanların faciəsini çox
incə bir cigiylə sənətin yaddaşına həkk
edir. Və bu səbəbdən də onun ədəbi qəhrəmanı
qapısını açıb daxil olduğu mənzildə
azyaşlı uşağın ona ünvanladığı
sualdan təəccüblənmir:
– Əmi, sən tank şəkiyi çəkə biyiysən?
Körpə bir uşağın bu naqəfil sualının alt qatından itirilmiş yurd yerlərimizin xilas yolunun döyüşdən, savaşdan, tankdan, avtomatdan keçməsinin mətləbi əlbəəl boy göstərir. Aqil yenə də öz yazı, deyim üslubuna sadiqdi. Yəni, əsl sözünü "balabanda”, deməli, sənətin dilində qandırır. Elə bu sətirlərdə də:
" – Əmi, sən bizdə qayassan?
– Sən istəyirsən qalım, yoxsa çıxıb gedim?
– Mən istiyyəm sən qayasan...
– Qalaram.
– Yayan deyiysən, sən yayançısan.
Hamınız gəyəndə deyiysiz qayacam, amma
qaymıyysız, soya çıxıb gediysiz.
...Çevrilib əlində stəkan
dayanmış (daha doğrusu donmuş) qadına baxdı. Bu
baxışlarda heç bir sərtlik, qəzəb, nifrət
və ya heyrət-filan yox idi – adi baxışılardı.
Amma qadın bu adi baxışlara tablamadı, əlindəki
stəkan düşüb qırıldı...”
Çox bitkin, əsl yazıçı qələmindən
çıxmış bir lövhədi. Bir kitablıq (və
bir ömürlük) deyilməli nə varsa körpəcə
bir uşağın dilindən deyilib. Qadının gündəlik
həyatı bu bir kəlmənin içində verilib:
"Hamınız beləsiniz...” Hamınız, yəni bu evə
çoxları gəlib-gedir. Heç kəs qalmır. Və
bu bircə cümlənin qarşılığında
heç kəs özünü təmizə
çıxarası bircə söz deməyə güc
tapmır, sadəcə, stəkan düşüb çiliklənir.
Bu da bir rəmzdi. Bircə kəlmə ilə münasibətlərə
nöqtə qoyan ayrılıq rəmzi. Yəni, tərəflər
arasındakı münasibət bitdi, sındı, çilikləndi...
Ancaq həyat davam edir axı! Hər bir ədəbi
obrazın iç dünyasında yüzlər, milyonlar
ömür edir. Aqil Abbas bir yazıçı kimi bundan xəbərsiz
deyil. Ona görə də onun təsvirində hətta tərk
edilmiş otaqlar belə əvvəlki kimi işıqlı və
isti qalır. Bu, ümid, inam istisidi ki, hər kəs
üçün vacibdi...
Ədalət 2018.- 9 oktyabr.- S.5.