"XARIBÜLBÜL
NƏĞMƏLƏRİ"
Bu günlərdə "Azərnəşr"
tərəfindən unudulmaz və söz-şeir
dünyamızda öz dəsti-xəttini, öz izini, öz
möhürünü hopdurub Tanrı dərgahında yer
tutmuş Şahmar Əkbərzadənin kitabı işıq
üzü görüb. Həmin kitabın nəşrinə
Anar Eldaroğlu dəstək verib. Kitabın ön
sözünün müəllifi və naşiri isə dəyərli
Əlövsət Ağalarovdu. Yüksək poliqrafiya nümunəsi
kimi işıq üzü görmüş bu kitab Şahmar
Əkbərzadə poeziyasının vurğunları
üçün, onun sözünün sorağında olanlar
üçün çox böyük bir hədiyyədir.
Əlövsət Ağalarovun
"Çılğın şairin müdrik poeziyası"
adlı ön sözündə vurğulandığı kimi,
"Şahmar nurlu bu kitabı əziz balanız kim əzizləyə-əzizləyə
oxumağınızı istərdim. Düşünürəm
ki, ürəyinizcə olacaq və demək ki, Şahmarın
narahat ruhu bir azca rahatlanacaq!". Elə həmin fikirlərə
qoşularaq mən də vurğulamaq istərdim ki, şəxsən
tanıdığım, həyatımda önəmli yeri olan,
xeyir-duasını dinlədiyim, poeziyasını sevə-sevə
ruhuma hopdurduğum Şahmar Əkbərzadənin bu kitabı əsl
stolüstü kitaba çevriləcək. Buna mən əminəm.
Ona görə də kitabın bizlərə hədiyyə
olunmasında xidməti olan hər kəsə öz oxucu təşəkkürümü
çatdırıram. Və "Ədalət"in
oxucularını Şahmar Əkbərzadənin cismən bizlə
olmadığı bu gündə görüşümüzə
gələn "Xarıbülbül"ün nəğmələrini
soraqlamağa, axtarıb, tapıb oxumağa səsləyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 25 oktyabr.- S.12.