Avtoportretvari
Sabir Cümşüd
İki yol tutmuşam
Kamil yaşımdan,
Qoşa
yola salıb
məni bu həyat.
Nə qəlbimdən çıxır,
nə də başımdan,
Şeir
vurğunluğu,-
Iqtisadiyyat.
Biri nə müddətdi çörək ağacım,
Süfrəmin bəzəyi neməti, varı.
Misra çələnglərdən o biri tacım,
Arzumdu qış-bahar solmasın
barı.
İlhamdan qəlbə toy, düyün
düşəndə,
Fidan misralarım qol-budaq atır,
Beynimdə rəqəmlər düyün
düşəndə,
Şerimin yaşılı dadıma
çatır.
Ömürdən gündən
Yurdu sevib məkan kimi,
Qəlbi
verib təkan kimi,
Baş işlədib
sükan kimi.
Çətin həyat yollarında,
Ömrü sürmək istəyirəm.
Dünya
ömrü, dağ yaşları,
Keçilməz dağ-daşları,
Bayraq yeri dağ başları,-
Orda arzu yollarıyla,
Zəfər görmək istəyirəm.
Musiqi bir muraz atım,
Onsuz ruhum atım-atım,
Bir aləmdir muğamatım,-
Ora-kaman
qollarıyla,
Bir yol hörmək istəyirəm.
Uşaqlığım bir şəhərdə,
Cavanlığım bar bəhərdə,
Qocalığım pir şəhərdə,
Axarımın lallarıyla,
Nəfəs dərmək istəyirəm.
Astara buludları
Sellənəndə qış qarı,
Yer çimib
yazlanardı.
Astara buludları,
Səpinə sazlanardı.
Başbaşa gələrdilər,
İldırım doğulardı.
Atəş
Su, ələrdilər,
Sükunət boğulardı.
Toxum tək səpilərdi,
Gül-çiçək yağışları.
Ləklərə təpilərdi,
Çiyələk yağışları.
Torpağı təpələrdi,
Göbələk yağışları.
Güllərdən, çiçəklərdən,
Arılar ballanardı.
Allı
çiyələklərdən,
Dodaqlar allanardı,
Xallı
göbələklərdən,
Ağızlar sulanardı.
Astara buludları,
Bulud köhləni çapın,
Şəhərdə məni tapın.
İnam
toxumu səpin,
Bir yaşlı balanızın,
İtir,
batır yaşılı,
Sizinlə qəlbə satsın,
Qoy rənglərin
xaşılı.
Olum, ölüm nəğməsi
Nə müddətdi bir kürədə,
İnsanlıq bar gətirir.
Yazlı,
qışlı bir kürədə,
Dünya bizi yetirir.
Dəmirçimiz varını,
Bu həyata ötürür.
Kimi biçinçi olur,
Kimi çəkic
götürür.
Çəkic-oraq yürüşü,
Ömrü biçir, bitirir.
Mənzilıinin başına,
Əldən salıb yetirir.
Biz dünyanı itirik,
Dünya bizi itirir.
Toxum kimi səpilirik,
Bizdən məzar bitirir.
Astaraçay
Bu çay Astara çayı,
Şəhərə ara
çayı.
Çay
bəxti qara çayı,
Gündüzü də gecəsi.
Dəryada inci dəndi,
Suları incidəndi.
Elləri
incidəndi,
Bu ayrılıq küçəsi.
Suyu göy, damar kimi,
Üstə göy damar kimi.
Hicran suda mav kimi,-
Nə vaxt ondan köçəsi.
Yaraşıqdı Astara,
Həm üzə,
həm astara.
Sədəfindən as tara,
Çoxdu inci külçəsi.
Körpüsü,
Nəhri yarı.
Balaca şəhri yarı,
Olmadı
Şəhriyarı,
Daha ondan keçəsi...
Lerikdən boylananda
Navalçalar
yağış havası
çalar,
Çölündə
Güllərlə hər rəngdən
çalar,
Lerik meşələri zümrüdə
çalar,-
Lerik üzüyünün
qaşı olarlar.
Qaratikanları kirpi kimidi,
Yaşıl fidanları körpə
kimidi,
Dəmirağacları gerbi kimidi,
Dəmirdən torpağın yaşı
olarlar.
Meyvəsi sulandı,
paylar paylanır.
Biçini başladı
taya taylanır.
Minbir bulağıyla çaylar
çayıanır,
Qurumuş Ləpələr daşı
olarlar.
Arısı bəxtəvər gülü
şirəli,
Eli şir ürəkli
əllər şir əli,
Yetişər nə qədər
Mahmud, Şirəli,-
Adamlar dağlarla
yaşıd olarlar.
Yaş kağızlarımız
Doğum
kağızları,
Yaş sənədimiz.
Dünyaya baş vurduq,-
Baş sənədimiz.
Onun təməli üstə,
Böyüyüb boy atırıq.
Arzu, əməli üstə,
Özümüzə çatırıq.
Ömrümüzün axarı,
Kağızdan yaş sənədi.
Ömrümüzün axırı,
Məzardan daş sənədi.
Zəka məşəlinə
(zəmanətiylə
birliyə üzv olduğum Yaşar Qarayevə)
Çox
zaman elə sandım,
Sönüb odum, atəşim.
Gora dönüb də yandım,
Tutulanda günəşim.
Təslimçiliyə uyub,
Varağı ağ istədim.
Gələmi yerə qoyub,
Əı qaldırmaq istədim.
Bir əlyazma,-yadigar,
Əmanətdən utandım.
Mənə inam, etibar,
Zəmanətdən utandım.
Bir insana başarı,
Yaşar əmanətidi.
Bir qələmə yaşarı,
Yaşar zəmanətidi.
Nəğmə
Bir gözələ çiçək
verdim,
Dedim buta tik anına.
Əvəzində əzab gördüm,
Batdım bir gül tikanına.
Vurulanda
gözaltına,
Yanmağı al göz altına
Ürək düşər köz
altına,
Düşsə sevgi məkanına.
Dedim olma qəlbi qara,
Atdı yanar qəlbi qara.
İstəmədim qəlbi qıra,
Tab etmədi təkanına.
Bu gözəli kim
qarıdı,
Ürəyi quzey qarıdı.
Göylə gedibdə qarıdı,
Yandım yerdə tək anına.
Bayatı üstə
Çiçəklərə arı bəzək,
Göyçəklərə arı bəzək.
Yara yarı
Sudan duru,
Bir də aydan arı bəzək.
Yaylaqda gül sarı-sarı,
Cığır çıxır ona sarı.
Tikanlasa
yar kipriyi,
Sarı güllə sarı, sarı.
Bənnalara barı hörmək,
Bağbanlara barı görmək,
Eşqiylə can verənlərə,
Vüsalını barı görmək.
Qamışa ney can kimidi,
Qırmızı mey dan kimidi.
Fəraridi ondan qaçan,-
Məhəbbət meydan kimidi.
Ədalət.-2018.-15 sentyabr.-S.14.