Xoşbəxtlik
Xoşbəxtlik
gələndə
qırıq-qırıq gəlirsə...
Bir
gün əllərin sevinirsə,
bir
gün gözlərin gülürsə,
bir
gün də səsin
xoşbəxt olursa...
Sonra
qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən
xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan
ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və
üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli-
biri
güləndə,
biri
ağlamamalı...
Gəzirəm
Tofiq Abdinsizliyə
Gözümdə
dünya yolları,
bir yol gəzirəm,
gəzirəm.
Əlimi
atıb tutmağa
bir kol gəzirəm,
gəzirəm.
Ömrün
bu itkin çağında,
çölündə, düzdə, dağında,
gəlməyə yolun sağında,
bir sol gəzirəm,
gəzirəm.
Namərd,
viranlıq dünyada,
qarışıq, toranlıq dünyada,
Bu qədər
qaranlıq dünyada,
bir nur gəzirəm,
gəzirəm.
Bilmirsən
sonrası
Qəfil
hava çönür, yağış başlayır,
ömrünə kədərdən naxış başlayır,
dünənə bugündən baxış başlayır,
elə
bilirsən ki... göynəməlisən.
Çırpılır
üzünə dərdin küləyi,
hər
şeyin yerində qalır heç nəyin,
sən
belə hər şeyi, belə hər şeyi,
sonunda
heç nə tək bilməməlisən.
Gün gəlir,
günlərin axarı dönür ,
bacanın tüstüsü, buxarı dönür,
sonra
yandırdığın ocaqlar sönür,
bilmirsən sonrası... neynəməlisən.
Bir ovuc
Dodaqlarımda
iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri
tütün kimi sarıyıram vərəqə...
Xəbərim
var ki, ayağımın altında
yer
yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum
günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər
şeir qəhərdi,
hər
qəhər bir nəmli baxış.
Üzümü
dəyişdirmək istəyirəm
bir ovuc
suda...
Bir ovuc suda axır ulduzlar.
Hər
şey ulduz kimi ölür,
ulduzlar
şeir kimi.
Ölü
şeirlər yazıram bir ovuc suda...
bir ovuc
adamlar qalıb oxumağa.
Ovcumu
yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Sonuc
bütün yollarını getdim həyatın,
bütün yolları getdim.
Sonra yerlər
axtardım getməyə,
və
bütün yerlərdə
hər
şeyə gec qaldım.
Gec
qaldım bir ömürə...
Ancaq
ayaqlarım dartındı getməkdən yana.
Heç
həyatımın soruları da eynimə gəlmədi...
Eynimə
gəlmədi ki,
bu
gecqalmışlıq,
bu
gicqalmışlıq nədən oldu.
Nədən
oldu ki, indi mən hər şeyə
ən
ehtiyacsız biri,
ehtiyaclar
içində getmələrə bəndəm-
və
getmələr axtarıram hamıda.
Amma
baxıb görürəm ki,
hamıdan getmişəm,
ən
çox da özümdən.
Unutma
Sən
getmədən əllərin çıxıb gedirsə,
ayaqların sənsiz yüyürürsə dərdlərin
üstünə,
ürəyin hardasa itirsə
və
bir hekayədə adın bumbuz keçirsə....
Daha bu
yaşamaq deyil,
ömür-gün deyil,
sabahlara
oyanmaq deyil,
sabahlara
ölməkdi...
Hər sabah belə ölürsənmi, günəş
doğanda.
Ya günəşin
doğduğunu heç gördünmü,
yoxsa mənim
kimi kimsəsizliyin
bir
küncündə oturmusan öz qaranlığında.
Sən
getmədən bir sevda gedirsə səndən,
yüz
bahar da gələ gözəlləşə bilmirsən.
Amma bir
baharla gözəlləşərdin,
bunu
heç unutma.
Xoşbəxtliyin rəngi
Hər kəs
bədbəxtliyin bir küncünə qısılı,
heç
kəs xoşbəxt olduğunu bilmir...
Çobanyastığının
ləçəkləri kimi
ömür tökümündə bir ümid gözləyir hərə.
Ya gələcək, ya gəlməyəcək.
Hətta...
xoşbəxtlikdən anlamır
xoşbəxt olanlar da.
Elə
bilirlər ki, xoşbəxtlik nədisə
bir
başqadı...
Və
tanıdığım bir qadına görə
ala bilmədiyi
çox bahalı kürkdü,
Parisə
getməkdi,
Eyfelə çıxmaqdı.
Bu bədbəxt
balası, bədbəxt
heç
xoşbəxtlikdən anlamır.
Anlamır
ki, oğlu sağlamdısa,
əri
onu sevirsə,
bir
damı varsa yaşamağa, xoşbəxtdi.
Sonra bir
qadın tanıyıram,
15 ildir xəstə balasını qucağında gəzdirən.
Xoşbəxtlik
ona görə,
balasının sağalmasıdır,
balasının yüyürməsidir,
lap
özü ölsə də belə.
Və
çox xoşbəxtliklər
ağrıların üstündə düyün.
Mən
çoxdan xoşbəxtəm,
lap
anadan olandan.
Xoşbəxtəm
ki, həyatı gördüm...
Kim
dünyanı sevdisə...
Başqa
bir yol da yoxdu,
durub
çıxıb gedəsən.
Gözünü
yaşamaqdan,
çəkib, yığıb gedəsən.
Nə
başqa bir yer də var,
başqa
saatlarıyla.
Hanı
başqa adamlar,
başqa
həyatlarıyla.
Başqa
bir yer axtardım,
bu yer məni
açmadı.
Bu yol mənə
yatmadı,
bu yol məndən
qaçmadı.
Keçmişdə
qalır hamı,
keçmiş necə evdisə.
Ölüm
gəlib apardı,
kim
dünyanı sevdisə.
Dönüşsüzlük
Səhər
yelləri günəşdən küsəcək,
gülüşlər dodaqlarından,
ağaclar yarpaqlarından.
səsin
əks-səda verib uçrumdan yıxılacaq,
yuvalar
boşalacaq,
quşlar
yuvaya həsrət qalacaq.
intihar
edən arzular gözlərindən asılacaq...
O gəlməyəcək.
necə
ki, yağışlar yağış kimi buluda
qayıtmır,
necə
ki, göz yaşları gözlərinə qayıtmır.
hər
şey belədi indi...
gedirlər, qayıtmırlar.
Məchulluq
Səki
baxt ağartdım, qaraya qondu,
yaralı
quşlar da yaraya qondu,
xəyalım bir uçuq barıya qondu,
uçuq
yerlərini nəm dələr, dələr.
Hər
şeyi əlimdən elə ötürdüm,
bir
ömrü güdaza belə ötürdüm,
ayları,
illəri yelə ötürdüm,
ardınca bir yetim gün mələr, mələr.
Bir az havasızam, bir az halsızam,
mənsizəm, kimsizəm, bir az onsuzam,
gözümlə çəkdiyim yolda yolsuzam,
bu da bir
yuxudur, kim gələr, gələr.
Ayrılıq türküsü
Sən də
bir gün unudulub,
gedəcəksən hamı kimi.
Uzaqlarda
lövbər salıb,
qayıtmayan gəmi kimi.
Xəyalının
yelkəninə,
qağayılar çırpılacaq.
Ovcundakı
ürəyintək,
dalğalar da çırpınacaq.
Sən də
bir gün sahillərin,
qumlarında itəcəksən.
Sonra isə
bir nəğmətək,
dodağımdan ötəcəksən.
Bir nəğmə
ki, dənizləri,
öz rənginə
boyayacaq.
O nəğməni
səndən başqa,
daha bilən
olmayacaq.
Sənli xatirələr
Bütün
xatirələr adına bağlı,
indi
xatirənin sənsizliyidir.
Şəklimi
özündə aparıb gedən,
solğun
gözlərinin mənsizliyidir.
Mən sənli
dünyanın sənsizliyində,
sən
mənli dünyanın mənsizliyində.
Necə
tutuşacaq baxışlarımız,
qaranlıq dünyanın günsüzlüyündə.
Beləsi
heç olmur, elə sevəsən,
sonra həsrətlərə
yovuşmayasan.
Dizində
susasan ayrılıqların,
sonra da
öləsən, qovuşmayasan.
Sənli
xatirələr xatirə deyil,
daha indən
belə sənsizlik imiş.
Mən
harda varamsa, orda sən yoxsan,
sən
harda varsansa, mənsizlik imiş.
Bütün
xatirələr yaralı quşdu,
uçurlar, təzədən mənə dönürlər.
Sənin
mənsizliyin qara torpağa,
mənim
sənsizliyim sənə dönürlər.
Bəlkə
Bir də
o çöllərdə qaça bilsəydim,
bir
Xarıbülbülü quca bilsəydim,
bir də
o göylərdə uça bilsəydim,
dönüb bir göyərçin olardım bəlkə.
Bir də
o yerlərə dəyə bilsəydim,
bir də
qapımızı döyə bilsəydim,
Şuşada
"can Şuşa", deyə bilsəydim,
dönüb həmin Elçin olardım bəlkə.
Başladım
Gördüm
unuda bilmirəm,
dəli
olmağa başladım.
Mən bu
ağca dəlilərin,
kürü olmağa başladım.
Ora
qaçan, bura qaçan,
küləklərə qapı açan,
sonra
küləklərlə uçan,
biri
olmağa başladım.
Saçlarım
yelə dağıldı,
illərim selə dağıldı,
bir
ömür elə dağıldı,
ölü olmağa başladım.
Heçlik
Heç kim heç kimin deyil...
O boyda
qara torpaq varkən.
Yarpaq
ağacın ola bilmirsə,
balıq
dənizin,
quş
göyün,
yağış buludun,
canımızdan qopan sevdalar bizim.
Bizim ola bilmirsə bir əlçim külək,
küləyin apardığı səhər qoxusu.
Hər
şey torpağındı...
Hətta
külək də,
hətta
bulud da,
hətta
sevda da.
Heç kim heç kimin deyil,
heç
mən də özümün deyiləm.
DÜŞÜNCƏLƏR
Ruzigar fələyin
çərxin döndərib,
ruzigar
da qərib, fələk də qərib.
Tanrı
göy üzündən bir daş göndərib,
bəlkə başımızı verək altına.
Dünyanın
ləzzətin gözlə götürdük,
təsbeh
muncuğutək günlər ötürdük,
ömürə bənzəyən bir şey itirdik,
nə
qaldı könüldə, bükək altuna.
Ruhum
yaranışdan bəmbəyaz, çılpaq,
bir
gün budağından düşər son yarpaq,
sümük çürüdəndi bu qara torpaq,
üstü nə olub ki, ola altı nəə..
BƏYAZ MƏLƏYİN GECƏ
DUASI
Bilmirəm
sinəmdə ürəkdi, nədi,
köksümdə döyünən çiçəkdi, nədi,
gecələr yuxuma haram qatıram,
gecələr ruhuma bir bəhanədi.
Bəhanə
gəzirəm bəxtə, taleyə,
dua eləyirəm
bəyaz mələyə,
bir də
gedib gəlsəm fani dünyaya
bir də
sirr açmaram çərxi-fələyə.
Yenə
bu dünyadan çıxıb gedərəm,
köksümü ovcumda sıxıb gedərəm.
Axar sular
durulanda bir səhər
mən
axar sularla axıb gedərəm.
Mən
axıb gedərəm, ulduzlar qalar,
tənhalar, qəriblər, yalqızlar qalar.
Onsuz da qədrimi
bilən deyilsən-
dəli
könlüm yenə də sızlar qalar.
TÜFƏNG QUNDAĞINA YAZILMIŞ
ŞEİR
Könlü
qanadlı bir uşaq idim,
fələklərin oynundan çox uzaq idim...
Gözümü
açandan, ağlım kəsəndən
Aynalı tüfəng görmüşəm mən.
Aynalı
tüfəng vardı
Qarabağdakı
evimizdə,
aynalı
tüfəng namusdu bizdə.
Əski əlifbayla
bir misra yazılmışdı
tüfəngin qundağında.
Bəzən
tüfəng elə bil
səsləyib çağırırdı məni,
gün
batanda, axşamçağında.
Qırx beş yaşımda
eşidirəm o Aynalı tüfəngin
babamın səsinə oxşar səsini.
Qarabağdakı evimizdəki
aynalı tüfəngin qundağındakı yazıdan
öyrəndim nəslimin şəcərəsini...
XATİRƏ
MİNİATÜRÜ
Xatirələrin içində ölür adam...
Bir əl qapayır gözlərini.
O əli tutub saxlamaq istəyirsən,
istəyirsən ki,
açıq qalsın gözlərin öləndən sonra da.
Amma gücün çatmır,
gözlərin qapanır.
Və səni xatirələrə gömürlər,
bilmirlər ki,
sən çoxdan gömüldüyün yerdəsən.
Amma onda gözlərin açıq baxırdın
bütün ayrılıqlara,
bütün gedişlərə,
indi gözlərin qapalı baxacaqsan sonraya...
Sonraya baxmaq varmı qədərdə,
sonra nə var qədərimizdə, -
xatirələr varmı?..
İsgəndərzadə, Elçin
Ədalət 2018.- 18 sentyabr.- S.14.