NİZAMİ UCALIĞI

 

Söhbət akademik Nizami Cəfərovdan gedir

 

Adətən hər bir yeni kitab oxucu üçün müəyyən maraq yaradır. Ona görə ki, yeni kitab həm yeni düşüncə, yeni fikir, yeni münasibət deməkdir. Amma bu yenilkilərin içərisində bir xüsusi yaradıcılıq, araşdırma tələb edən məqam da var. Yəni seçilən ünvan, müraciət edilən mövzu hamının gözü önündədisə, onun barəsində yeni söz demək, onun yeni çalarlarını açıb təqdim etmək çox çətin olur. Bu məqamda bir müdrik kəlam yadıma düşür. Atalar deyib ki, "görünən kəndə bələdçi lazım deyil". Bax, tanınan, sayılan, seçilən, göz önündə olan şəxsiyyət, varlıq, ünvan barəsində yazmaq da, fikir söyləmək belədir. Bu riskə o adamlar gedir ki, onlar daxillərində məhz həmin şəxsiyyətlə, ünvanla bağlı yeni, təptəzə bir şey tapırlar, onun cücərdiyini görürlər. o tapıntılarını da fikrə, sözə çevirirlər.

Bir neçə gündür ki, yazı masamın üzərindədir "Nizami ucalığı". Kitabın müəllifini , necə deyərlər, özüm qədər tanyıram. Ona görə maraqla kitabı vərəqləyirəm, gözdən keçirirəm, sonra bir kənara qoyuram. Düşünürəm. Yeni, təzə bir fikrə rast gələcəyimə, təzə bir deyimlə qarşılaşacığıma daxilən inanıram. Ona görə ki, Vaqif İsaqoğlunun qələminə , mühakimələrinə bələdəm. Həmin o bələdçilyin mənə köməkliyi ondan ibarətdir ki, mən Vaqifin bir cümləsindən, bir sözündən onun demək isitədiyini dərhal anlayıram. Təbii ki, bu, illərlə olan münasibətin özəl təsiridirg

İstirahət günümü Vaqifin "Nizami ucalığı"na həsr etdim.Və Vaqifin fərqli bir yaradıcılıq nümunəsini gördüm. Demək olar ki, giriş xarakterli hardasa 20 səhifəyə yaxın olan bir publisist yazını oxudum. Yazının hər abzasında gördüm ki, Vaqif İsaqoğlu akademik, millət vəkili, ədəbiyyatşünas xüsusi olaraq son dərəcə diqqətcil həssas bir insan olan Nizami Cəfərovu özünün qəhrəmanının timsalında bütün mahiyyətini ilə ifadə edib , onları birləşdirib. Fikrimi bir az da açıqlasam, onda məlum olar ki, "Şəxsiyyət" yazısında bütöv bir İNSAN gəlib durur göz önündə. O insanın nəfəs almasından tutmuş atdığı addıma, dediyi sözə qədər hər şey oxucuya anbaan, özəl cizgilərlə təqdim edilir, çatdırılır göstərilir. Oxucu bu publisist məqalədə Nizami Cəfərovun Kimliyini özü üçün tamamilə aydınlaşdıra bilir.

Bax, bu publisist yazıdan sonra oxuduğum "Nizami ucalığı" lirik poeması məndə həmin "Şəxsiyyətlə" "Nizami ucalığı" poeması arasında dayanıb düşünmək, onları qarşılaşdırmaq onların bir-birini tamamlayan nöqtələrilə bərabər, bir-birindən önə çıxan cizgilərini görmək istəyini yaratdı. Mən poemanın elə ilk misarsından anladım ki, Vaqif İsaqoğlu "Şəxsiyyət"də publisist dillə söylədiklərini "Nizami ucalığı"nda poetikləşdiribdi. Özü bu poetikləşdirmə zərurətdən yox, istəkdən, sevgidən qaynaqlanıbdı. Yəni şair, publisist Vaqif İsaqoğlu hər iki yazının arxasında bir mövqedə dayanıb - o da Nizami şəxsiyyətilə, Nizami ucalığının bütövlüyüdü, bir-birini tamamlamasıdı.

Poemanı oxuyan hər kəs şairin Azərbaycan aliminə, Azərbaycan ədəbiyyatşünasına, Azərbaycanın millət vəkilinə ən vacibi isə Azərbaycan İNSANına olan sevgisinin sonsuzluğunu hər misrada görmək, hiss etmək qabiliyyətinin şahidinə çevrilir. Misraların arasında Nizami Cəfərovla yanaşı dayanıb onu ən yaxın məsafədən izləyən müəllifin peşəkarlığının da şahidi oluram. Bax, elə bu peşəkarlıqdan qaynaqlanan bir məqam da ondan ibarətdir ki, şairin qəhrəmanı yerində , parlamentdə , doğulduğu kənddə , bütün məclsilərdə nəhayət, özəl həyatında da bütövdü, tamdı. O, bu bütövlüyündə sadədi, səmimidi, xeyirxahdı. Ən vacibi, o Nizami Cəfərovdu! Ona görə Vaqif İsaqoğlunun poemasındakı hər başlığın özü ayrı-ayrılıqda bütöv Nizami Cəfərovun həyat fəaliyyətini fraqmentlər kimi qabardır. Onun ləyaqətini , onun mərhəmətini , onun ədalətini , onun dostluğunu da, millətə xidmətini , Vətənə oğul olmasını da, alimliyini , yurd dərdini köynəyindən keçirməyini dəg

Bəli, mən bir oxucu olaraq "Nizami ucalığı" Vaqif İsaqoğlunun uğurlu yaradıcılıq nümunəsi hesab edirəm. Düşünürəm ki, o, bu kitabında hamımızın demək istədiyini ifadə etməyi bacarıbdı. xüsusi olaraq bir istəyimizi:

 

Vətən sevgisiylə canı alışır,

Bu millət yolunda hər gün çalışır.

Həmişə, hər zaman haqqı danışır,

Bizim Nizamilə gözəldi dünya!

 

Düşünürəm ki, təkcə Nizami Cəfərovun ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda tutduğu mövqe, gersəkləşdirdiyi fəaliyyət bu dünyanı sevdirməyə, sevməyə haqq verir. O haqqı da görənlərdən biri, bəlkə birincisi Vaqif İsaqoğludu. Mən tələbə dostuma "Nizami ucalığı"na görə təşəkkürlərlə uğurlar diləyirəm- gerçəkləri tərənnüm etdiyi üçün!..

 

Ədalət  2018.- 18 sentyabr.- S.8.