Adlar, şəxsiyyətlər
- rübailərdə
Oqtay Rza
Çətin məqamlarda özünü
sına,
Qütbü də dolaşıb
gəz yana-yana;
De ki, çox yaraşır doqquz cür iqlim
Sərvətlər ölkəsi Azərbaycana!
***
Bir dayan, yadıma
nə isə düşdü,
Yolum dəbdəbəli məclisə
düşdü;
Bir nəfər salamı elə verdi
ki,
Onun çox
hissəsi rəisə
düşdü.
***
Nə vaxt sirr qapısı
açıb Arximed,
Elə bil uca dağ
aşıb Arximed;
Üzmə qanununu kəşf
edən zaman
Uşaq tək sevinib, qaçıb Arximet.
***
Dünyanın hələ də
dərd-səri çoxdur,
Qayğılı axşamı, səhəri
çoxdur.
Batan gəmilərin müsibətindən
Yaxşı ki, alimin xəbəri yoxdur!
***
ABŞ-da gecəni gündüzə qatıb,
Sorağı ən uzaq ünvana çatıb -
Heç
vaxt təyyarəyə
minməyən Ayzek*
Fəzadan bəhs edən roman yaradıb.
* Məşhur fantast yazıçı
***
Efirdə
xeyirxah carçı olubsan,
Nəğmənin dirəyi, tacı olubsan.
Neçə min hacıdan fərqin
budur: - Sən
Məkkəyə getmədən Hacı
olubsan!
***
Gözüm zəifləyib - çeşmək
istəyir,
Dərd oxu sinəmi deşmək istəyir.
Cənab
həmsədrlər nağıl
uydurub,
Ginnes kitabına düşmək
istəyirg
***
Ötsə də çoxsaylı
illər o vaxtdan -
Birinci
"Leyli və Məcnun"lu çağdan.
Neçə simfoniya, balet hələ də
Od alır muğamat adlı ocaqdan.
***
Liliput incikdir tale sarıdan,
Boy-buxun qıymayıb
ona Yaradan.
Fəqət beləsinin yüzü
bir olsa
Qulliver sürüşüb
çıxar aradan.
***
Sözünü çox rəvan,
səlis deyir o,
Nə "əla",
nə "yaxşı",
nə "pis" deyir o.
Bir zaman İliçi tərifləyərdi,
Bu gün Məhəmməddən
hədis deyir o.
***
Tikanı
gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər
var.
Məhəmməd Füzuli bilsin ki, indi
Salamı mükafat eyləyənlər
var.
***
Mirzə
Fətəlimiz sanki dağ idi,
Xalq üçün şam kimi yanıb əridi;
Bir vaxt tabutunu qaytarmışdılar,
Şəkidə heykəli uçalır indi.
***
Dünyamdır qapqara göz-qaşlı
Munis,
Ölkədə bəlkə az adaşlı Munis.
Nənənin, ananın qalmaqalına
Baxıb gülümsəyir dörd
yaşlı Munis.
***
Güclü söz möhtəşəm
ordudur, ordu.
Odlar ölkəsidir Nizami yurdu;
Bütün qitələrdə yanan
işıqlar
Bəlkə də Edison ömrünün
ardı!
***
Heç
vaxt barışmayıb
düz ilə əyri,
Təzadla doludur ilin günləri.
Qara Mustafanın qəm yükü artıb -
Qarğalar öldürür göyərçinləri.
Şagird
ustadıyla yarışıb
bəzən,
Adlar, təxəllüslər
qarışıb bəzən.
Vils Bor-fenomen öz soyadını
Başqa alimlərdən soruşub
bəzən.
***
Ərəb tarixini ləkələyən
gün:
"Yenicə doğulan qız öldürülsün..."
Peyğəmbər yox edib o qəddarlığı,
Qoy bütün cahana bu bildirilsin!
***
Gah geri çəkildim, gah cəbhə yardım,
Zirvədən ayrılıb dərəyə
vardım;
Mən öz həyatımı Rollan demişkən
"Kiçik düzəlişlə
təkrarlayardım".
***
Divarda Robensin ölməz əsəri,
Mən də sarsılmışam
bayaqdan bəri;
"Dustağı öldürmək
ac saxlamaqla!"
Qəddar hökmdarın beləymiş
əmri.
***
Ürfan
sirdaşıdır Seyid
Əzimin,
Bulaq göz yaşıdır Seyid Əzimin.
Yazıb
yaratdığı əsərlər
bu gün
Özünü yaşadır Seyid
Əzimin!
***
Kaş bütün küsənlər
barışa, dünya!
Ulduzlar həmişə sayrışa,
dünya!
Səsinə səs verək
Səməd Vurğunun:
"Biz gəldi-gedərik, sən yaşa, dünya!"
***
Dostları evinə çağırır
Sokrat,
Hamının ovqatı pisləşir
heyhat:
Tikanlı, iynəli sözlərdən
sonra
Ərinin üstünə su atır arvad.
Qonaqlar alimə heyrətlə baxır,
O, nə hirslənir, nə özündən çıxır;
Deyir ki, ildırım çaxırdı bayaq,
İndi görürsünüz bərk
yağış yağır.
***
Meşə yaşayırdı gənclik
çağını,
Qonaqlar
- gündəlik adam axını.
...Taqor söyləmişkən:
- Ağac sap üçün
Baltaya
pay verdi öz budağını.
***
Oxu kəlamını, tövsiyəsini,
Bilik bayrağına çevir Tusini!
Gələcək nəsillər öyrənsin
gərək
Ustadın "əxlaqi-Nasir" dərsini!
***
Bir ölkə çox kasıb, bir ölkə toxdur,
Bəd xəbər
bağrıma sancılan
oxdur.
Qoçuluq eyləyən dövlətlər
də var,
Niyə Türkiyənin atomu yoxdur?!
***
Məşhur din ocağı qoca
Vatikan
Gah gedib güzəştə, gah tutub divan.
Orta əsrlərin son pilləsində
Axır ki, qadına söyləyib insan.
***
Rəssam,
heykəltəraş, memar...
da Vinçi
Yaradıb yüzlərlə misilsiz
inci;
Beş-altı şeirli bu sənətkara
Şair deməsələr olarmış
incik.
***
Qüssə-qəm qismətin olmasın,
Vətən!
Göz kədər yaşıyla
dolmasın, Vətən!
Təbiət füsunkar yaradıb
Səni,
Bircə
çiçəyin də
solmasın, Vətən!
***
Meşə - təbiətin yaşıl
əsəri,
Mahnısı - quş, külək,
yarpaq səsləri,
...Ayı bərk inciyib küssə də ondan,
Meşənin bu işdən yoxdur xəbəri.
***
Yaxşı söz bal, doşab, noğul kimidir,
Cəsur, vəfalı qız oğul kimidir.
Bir gəncə qoşulub qaçan gəlinin
Toyda yox olmağı nağıl kimidirg
***
Təzadlı Afrika məqamları
var,
Bu haqda söz deyir efir, kitablar.
...İngilis-general dəfn ediləndə
Qadın olmağından xəbər
tutublar.
***
Naharda xörəyin çox olub duzu,
Uzun növbədəyəm
içmək üçün
su.
...Bu nəhəng şəhərin
görəsən niyə
Yoxdur tramvayı,
trolleybusu?!
Bu büro balaca senat kimidir,
Bu təzə tənqidçi
fanat kimidir.
Səksən yaş otuz min günə bərabər,
Səksən yaş otuz min manat kimidir.
***
Kəşflər olsa da çoxsaylı, yeni,
Hələ müəmmadır insanın
beyni?
...Yatıb isveçli qız düz iyirmi il,
Ayılıb, istəyib gəlinciyini.
Ağladım - dərdini biləndən
sonra,
Gözünün yaşını siləndən
sonra
Dedim ki, haqlısan-qiymət verilmir,
Qədrin bilinəcək öləndən
sonra.
***
Təbiət hamıya doğma,
əzizdir,
Səma gah buludlu, gah
tər-təmizdir.
Coğrafi bölgüdə qəribəlik
var:
Xəzər - göl, balaca Azov dənizdir.
***
Dünya,
nigaranam gələcəyindən,
İnsan narazıdır axı nəyindən?
Son qoysaq qırğına, münaqişəyə
Selsiz, zəlzələsiz olarsanmı sən?
***
Ədalət, xəbislik için pasıdır,
Hər cür əyriliyi düzlük sarsıdır.
"Dənizdən-dənizə dövlət" yaratmaq
Nankor qonşuların boş xülyasıdır!
***
Ərzin
yaxasında daim gül olsun,
Bədəməl, pis toxum yanıb kül olsun!
İnsanlar, görüşək meridian tək,
Əqidə yolumuz paralel olsun?
Ədalət.-2018.-25 sentyabr.-S.14.