20 Sentyabr "Neftçilər Günü"nə

 

 

Dan ulduzu doğanda, sən yuxudan oyandın,

Xəzərdə dalğaların, qarşısında dayandın.

"Qara qızıl" axtarıb, qara rəngə boyandın,

"Neftçi" adın almısan, sinəndə vurur ürək,

Bu gün sənin günündü, bu bayramın mübarək.

 

Gecə-gündüz işlədin, yorulmadın, bezmədin,

Aldığın az olsa da, sən dil-dodaq büzmədin",

Şöhrət səni axtardı, "sən şöhrəti gəzmədin,

Ucaldı şan-şöhrətin, niyyətin oldu gerçək,

Bu gün sənin günündü, bu bayramın mübarək.

 

Siz əziz neftçi qardaş, siz əziz neftçi bacı,

Oldunuz bu Vətənin, hər dərdinin əlacı,

Zəhmətiniz gətirdi, "qara qızıldan tacı",

Adın, soyadın sənin, hər yanda çəkiləcək,

Bu gün sənin günündü, bu bayramın mübarək.

 

Xəzər çox çalışsa da, qamətini əymədi,

Qollarında güc görüb, özün daha öymədi,

Tikdiyin buruqlara, səndən qorxub dəymədi,

Zəhmətinin bəhrəsi gətirdi bol-bol çörək,

Bu gün sənin günündü, bu bayramın mübarək.

Qazdığın quyulardan, neft yayıldı çölə,

Sevincdən gözlərindən, yaş tökdün gilə-gilə,

Baxşəlini gətirdin, sən bu sevginlə , dilə,

Dedi ki, bu sevinci, gəl hamılıqla bölək,

Bu gün sənin günündü, bu bayramın mübarək.

 

Demədim

 

Kor olsun gözlərim, lal olsun dilim,

Gördüm sevgilimi, bir söz demədim.

Hicran atəşində yanıb, kül olan,

O nazlı dilbərə, mən, döz demədim.

 

Gəlmişdik görüşə, laləli düzə,

Bənd idi o məndən, bir kəlmə sözə,

İki aşiq durduq, baxdıq göz-gözə,

dodaq tərpəndi, göz-demədim.

 

Elə bil düşmüşdüm əmələ, felə,

"Sevirəm" kəlməsi, gəlmirdi dilə,

Eşqində yandığım, o zərif gülə,

Məni kül eyləyən, od, köz demədim.

 

Süzdü Baxşəlini, o nazlı pəri,

Titrədi dizləri, əsdi əlləri,

Vədəmi istədi, ala gözləri,

Nişan eyləyəcəm, bu Yaz, demədim.

 

 

Ağladım

 

Dağılıb Vətənim, viranə qalıb,

Sahibsiz ellərə baxıb ağladım.

Quşların da üzü, dönüb bizlərdən,

Sonasız göllərə, baxıb ağladım.

durnanı gördüm, qazı gördüm,

bülbül nəğməsin, avazın gördüm,

Gözəlin işvəsin, nazın gördüm,

Bükülmüş əllərə, baxıb ağladım.

 

Gəzdim qarış-qarış çölü, çəməni,

Daha yox dağların dumanı, çəni,

Saralmış görəndə, mən yasəməni,

Qurumuş güllərə, baxıb ağladım.

 

Vətən başdan-başa kədərdi, qəmdi,

Hamının yanağı, gözləri nəmdi,

Elə bil hər yrdə yasdı, matəmdi,

Lal olan dillərə, baxıb ağladım.

 

Qubadlı, Zəngilan qalıb qəfəsdə,

Geriyə almağa, ölüb həvəs ,

Baxşəli dözmədi, axır nəfəsdə,

Şuşasız illərə, baxıb ağladım.

 

 

Ağladı

 

Görkəmli saz ustası Ədalət Nəsibovun

ölümünə

 

Ədalət köç etdi, qoca dünyadan,

Mizrab alovlandı, sazım ağladı.

"Orta sarıteldə", mən köklənəndə,

Qələmdə, vərəqdə yazım ağladı.

 

Qəfil bulud gəldi, göyün üzünə,

Yağdı dərəsinə, yağdı düzünə,

Dilimi yandıran, öldü sözünə,

Ürəyimdə qalan, nazım ağladı.

Günəş tutuldu, Ay da tutuldu,

Payızda ağladı, yay da tutuldu,

Çələnglər o qədər sayda tutuldu,

Fəsillər bəzəyi, Yazım ağladı.

 

Yumuldu gözlərim, axdı qanlı yaş,

İçimdə ölümə, açıldı savaş,

Baxşəli göynədi, Ədalət, qardaş,

Ocağım soyudu, közüm ağladı.

 

Elimə

 

Bu zülüm, bu zillət, çəkirəm,

Gilə-gilə gözümdən yaş tökürəm,

Sinəmdə qəm, qüssə, kədər əkirəm,

Fələk, məni sürükləmə ölümə,

Aman ver ki, dönüb gedim elimə.

 

Qubadlısız dərd içində yatmışam,

Qəm gölündə üzəmməyib batmışam,

Göynərtilər zirvəsinə çatmışam,

Həsrətliyəm ormanımda gülümə,

Aman ver ki,dönüb gedim elimə.

 

Keçirmişəm ömrü-günü qara mən,

Çəkilmişəm qəriblikdə dara mən,

Vətən əsir, denən, gedim hara mən?

Bu töhməti yükləmisən belimə,

Aman ver ki, dönüb gedim elimə.

 

Baxşəliyə tərif deyib, tovladın,

Tora salıb, ovçu kimi ovladın,

Niyə məni Qubadlıdan qovladın?

Həsrət qoydun dağlarımın selinə,

Aman ver ki,dönüb gedim elimə.

 

İmza: Hacı Baxşəli

 

Ədalət.-2018.-25 sentyabr.-S.14.