Ötkür Rəhmət,
Özbək şairi
AYB-nin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcidin ön sözü ilə
özbək şairi Ötkür Rəhmətin şeirlər
kitabı bu günlərdə oxuculara təqdim olunacaq. Şeirləri
dilimizə Dayandur Sevgin çevirib.
İZTİRAB
Sevgi verdim sənə həddən ziyada
Dözdüm həsrətinə, ağrılarına.
Adı beş gün, özü köhnə dünyada,
İnanmışdım sənin etibarına.
Qaş qabaq eledin üzün gülmədi,
Qəlbimi mən sənə açdığım zaman.
Bir şəfqət vermədin, gözün gülmədi
Al-yaşıl bağçamı eylədin xəzan.
Ürəyi daş olub, könül əzənlər.
Görürmü göylərə yüksələn ahı?
Sevənin qəlbiylə məzələnrlər,
Tanrı bağışlamaz belə günahı.
İnsaf ilə həyat çiyin-çiyinə,
İnan, səbr eyləsən işıq saçarsan.
Gəlsə də üstünə dərd, ələm belə,
Fərəhdən, sevicdən qanad açarsan.
Özünə qayıtmaq istərsən, bəzən,
Daş ərimir bil ki, donan ürəkdən.
Həmişə
ən yaxşı axtarıb, gəzən,
İstəyini dilər əsən küləkdən.
Bir
gün xatirlasan, yadına düşsəm,
Pıçılda xəyalda mənim adımı.
Qoru bu
sevgini o qara gündən,
Birdə ki, yada sal öz inadını.
ÇƏRXİ FƏLƏK
Bir
gündə beş fəsil gəzir ürəyim,
Düşüb arxasınca xəyallarımın.
Gəmi tək
dəryada üzür ürəyim,
Cavabı
gəlməyir ahu-zarımın
Nədir
bilmirəm...
Səmada
davası yaz ilə qışın,
Rahat olarmı buludlu göylər.
Sirri
açılmayır adi bir daşın,
Tanrı pıçıltıyla bizə nə söylər?
Nədir
bilmirəm...
Qəlbimi
bir anda sıxır həyacan,
Tale qaçır məndən xam dayça kimi.
Qırxıncı
otaqdı mənimçün imkan,
Bir qorxu dolanır içimdə gizli.
Nədir
bilmirəm...
Düşüncə
içində çox yorulmuşam,
Bu gün narahatam gələn sabahdan.
Titrəyə-titrəyə
donub qalmışam,
Dünya
qurtulacaq amandan, ahdan,
Nə
vaxt bilmirəm...
Halım
Allahıma bəllidir, bəlli,
Adı ürəyimdə sirridir eşqin.
Ay fani
dünyaya inanan dəli,
Mən sənə baxıram inan ki, çaşqın.
Nədir
bilmirəm...
Qyğılar
yağış tək yağır, hey yağır,
Köməyə uzanan əli görürəm.
Elə
bil üstümə ildırım çaxır,
Önümdə işıqlı yolu görürəm.
Nədir
bilmirəm...
Mənə
yetişəndə naz edər fürsət,
Ömrün bir fəslini alar əlimdən.
Guya həyatımı
yaz edər fürsət,
Bir şüşə qab kimi salar əlimdən.
Nədir
bilmirəm...
***
Kövrələrək
baxır, çatılıb qaşlar,
Div səbri əridir içində daşı.
Qamət əyilsədə,
dikdi baxışlar,
Dəyən zərbələrdən əyilmir
başı.
Dəyişməz
ömür-gün, dəyişməz həyat,
Günəş də üfiqə necə köz
saçıb.
Zamana
bağlanıb zəncirsiz, ipsiz,
Tale
yazısından axı kim qaçıb?
Vicdandır
insafın sığınacağı,
Silər ürəyindən sisi, dumanı.
Nələri
görməyən bu dünyaya bax,
İzləyir səssizcə yaxşı-yamanı.
***
Fidanlar
böyüyür günəşə doğru,
Körpə yarpaqlara külək təhlükə.
Diksinir bədənim,
canımda qorxu,
Səfərin bitdiyi ehtimal bəlkə.
Qəlbimi
mən kimə açım qorxmadan,
Ürək dostu varmı İlahi, sirrin?
Bir
gün köçəcəyəm mən bu dünyadan,
Məni yaşadacaq sənətim, şeirim.
***
Vaxtın
iti qılıncı,
Kəsib, doğrayar günü.
Qoy
görüşlər ovuncu,
Tapsın bağrı bütünü.
Bu meydan
genliyinə,
Get-gedə könül qoyub.
Güvənib
bir-birinə,
Yaşasın gənclər doyub.
Göydə
isə yox qübar,
Rahatlıq var fələkdən.
Yeri hərdən
yağış-qar,
Keçirməkdə ələkdən.
Dəyirman
daşı tək ağır,
Qayğı səbrimi sınar.
Murada yetsən
axır,
Qəlbində günəş yanar.
ƏKSİLİK
Yerişi
qazı, qazı
Bu gün işi tarazdır.
Onu
bağrına basıb,
Nə qədər öpsən azdır.
Göz
yaşının içində,
Bu gün qəmdən pəjmürdə.
Ah donur nəşəsində,
Ayaqlandığı yerdə.
***
Dərdimi
gizlicə içimə uddum,
Unutmaq qəsdində sənin əhdini.
Yenədə
intizar yola üz tutdum,
Gözləyib könülün itən bəxtini.
Çiçəkli
günlərdə doğulan dilək,
Həyatın bağrına hopub getmişdir.
Hələ
də köksümə sığmayan ürək,
Bilmirəm nə anır, nə unutmuşdur.
Şükür,
hər gecənin sonunda dan var,
Qəm-qüssə ardınca yüksələr ünlər.
İllər
ötdükcə hey səslənən bəm var,
Qoy sevinc gətirsin bəxtəvər günlər.
***
Gücü
çatar yarpağında,
Verər günə üzünü.
Sevincdənmi
ya qəmdənmi,
Heç bildirməz izini.
Əlindən
dad eləsəndə,
Çarəsi yox bir dərddi.
Əvvəl
axır neynəsəndə,
Yaxar bir himə bənddi.
Zəhər-zəqqumdu
varlığı,
Məhvə doğru aparır.
Gizlin-gizlin
hər qılığı,
Rəngin-ruhun saraldır.
Döz
deyirsən dözüm, amma,
Səni düşünürəm mən.
Fəqanım
ucaldıqca,
Ömrüm üyünür qəmdən.
***
Dan
başını itirib,
Mehdən yoxdu bir xəbər.
Quqqu
özün yetirib,
Nədən verməkdə xəbər.
Qulaq
deşən avazı,
Nə istəyir görəsən?
Oynar
pişiyin gözü,
Ayıqlıq sarar birdən.
Qayğıları
dağınıq,
Tələsməkdə adamlar.
Qismət
ardınca ayıq,
Getməkdə nəhs qədəmlər.
***
Sözlər
- güldür,
Sözlər
- yumruq,
Yenər
zərbələr,
Qəlb mülkünün çəməni viranə
qoyar.
Ömrümün
vərəqini parça-parça edərək,
Canımı aldıqca ağladan zər-zər.
Hərarət
paylayıb laqeyd günəş də,
Kainatda asta şirlənən bu dəm.
Dava-dalaşlardan
yığılan zərbə,
Gözlərdə həsədə çevrilər
mübhəm.
Çat
almış aylardan salamat çıxıb,
Qəvvastək baş vurdum söz ümmanına.
Gah sevinclə
şadlıq, gah qüssə axıb,
Yağmurun gurlatdı dörd bir yanıma.
Tarlaya
çıxıram ovunmaq üçün,
Gözümdə ömürüm keçir xəlbirdən.
Nisgilim gələndə
arzumdan üstün,
İşlərim düyünə düşür qəfildən.
Bu qədər
qəlizdir, xəsisdir həyat,
Özü fəhmi ilə işin görər göz.
Bir kəlmədən
yana yüksələr fəryad,
Qəlbi zülüm-zülüm ağladar bir söz.
HƏSRƏT XƏYALI
Babur harda
deyə yola düşər əhd,
Parlaq yaşantılar qanad çıxarar.
Aramsız
könüldə alovlanar cəhd,
Kimsə
varmı, görən, ondan bəxtiyar!
Örpəyini
açmış həsrət çöhrəsi,
Baxışlar önündən əyilə bilmir.
Bunca
uzaqdımı bəndi-bərəsi,
Kamlar öz əhdinə sarıla bilmir.
Hindistana
tərəf aparar xəyal,
İllərin bəxtində, bir şey var imiş.
Zərif
təbəssümlə canlanar nağıl,
Canlanar sehrindən vəcdə gəlməmiş.
Vəfanın
bağında gül açıb həyat,
Öz fürsətin gözlər bəzən cəfa
da.
Vətən
və sevgini vəsf edəndə şad,
Ümid ilham ilə gələr haraya.
Mavərzunnəlinin
əşsiz şahəsi,
Səmərqənd yuxudan oyanan axşam.
Yağmurda
oxuyan otlar təhəri,
Qəzəldə əks etmiş hər müdrik kəlam.
Fərəh
bəxş etməkdə vüqar və qürur,
Nisgil haraylayır şahı hər izdən.
Tapmaq
çətin deyil, gəlin qəlbdə nur,
Baburu
axtaraq ürəyimizdən!
BİRCƏ O...
Mənə
belə əzab verirsən nədən,
Könlümü qurşayıb qüssə ilə qəm.
Başımda
nələr var, sən ki bilmirsən,
Mehrimi tapdayıb, gəzirsən xürrəm.
Mənə
o töhvədir ərşi-əladən,
Qəlbimdə gül kimi onu böyütdüm.
Salamat
saxladım hər cür bəladan,
Həsəddən,
böhtandan aralı tutdum..
Dostlar
ayağına bir kilim kimi,
Sərərəm
lap başım yerə dəysə də.
Xeyirxahlıq
onun əzəl niyyəti,
Sonda da əl verib dolaşar birgə.
Nə
vaxt baxıramsa, yenə o haldı,
Zər-zər ağlatmaqdı zəlil bəndəsin.
Zavallı
mehrim də pəjmürdə haldı,
Yanında
gülümsər dost kinayəsi.
Avaragor
çarə axtararaq o,
Ah çəkər,
sızlayar qan-tər içində.
Ruhumda hey
fəryad qopararaq o,
Yenə də qıvrılar kədər içində.
KÖNÜL
BAĞLARI
Könül
bağlarından gəzirsən xəbər,
Baxışın dibində sonsuz qəm-kədər.
Sən,
axı, dünyada olmasan əgər,
Mənim
sevincimdən kim verər xəbər?!
Uzaq
ünvanlarda əzab sezmədən,
Danlar və qürublar qoşa yaşayar.
Cücərən
ümidin əhdin pozmadan,
O birlik
bizə də kaş olaydı yar...
Ətrafa
ayıq bax, hələ də bizə,
Heç kim can yandırmaz, hamı biganə.
Qulaq as təbiət
verdiyi dərsə,
Canım,
sənə yanan mənəm yeganə!
Baxışların
sanki bir tutiyədir,
Onlarla açılar gözüm və könlüm.
Amma
heç nə yoxdur nisgildən ağır,
Vəslinə çatmamış yormaqda yolum.
Dünya
heyrətlərlə doludur, amma,
Mənim
tək heyrətim sənsən, yeganəm!
Ürəyimdə
daim coşar bir dalğa,
Sevgilim,
bu qədər olma biganə...
Əğyarlar
böhtandan heç vaxt əl çəkməz,
Həsrətim qəlbimə vurmaqda yara.
Yolumu tərk
etməz bir qəmli həvəs,
Xəstəyəm,
dərdimə eylə bir çarə...
Bu həzin
misralar, yalqızım, bil ki,
Sünbül saçlarına həsrətdən
qalıb.
Ümidsiz
günlərdə bu təskin, bəlkə,
Gəncliyimə
sirdaş, niyyətdən qalıb..
Ey parlaq
günəşim, canım, cahanım,
Qanın qaralmasın - istəyim budur.
Sənsən
mehribanım, qurtuluş anım,
Mehrin nuru
ilə məni ovundur!
Eşqin
alovunda arayıb səni,
Soruşdum izini Məşəl tək yanıb.
Sonsuz əzab
içrə qoyanda məni,
Dözdüm hicranına mətin dayanıb.
Əslində
halımda bir yazıqlıq var,
Çünki şeir eşqi çıxmır
qanımdan.
Sən mənim
günəşim olandan, ey yar,
Ötkür tək kükrədim həyəcanımdan.
***
Qılıqları
tez-tez dəyişər,
Gah xürrəmdir, gah qaş-qabaqlı.
Bu
dünyanı görüb sərasər,
Gah piyada, gah da yaraqlı.
Məngənədən
qurtulan kimi,
Gah səksənər,
gah gülər bir az.
Gah nədənsə
açılmaz eyni,
Gah nədənsə çöhrəsində yaz.
Odla suyun
arasında lal,
Gecə-gündüz yeyər içini.
Gah qəlbinə
sığmaz bir sual,
Ala bilməz
bir an dincini.
Ədalət 2018.- 26 sentyabr.- S.13.