ÖMÜR ZİRVƏSİNİN
QAŞI - TƏQAÜD YAŞI
Şair-pedoqoq
İbrahim Yusifoğlunun təqaüd yaşına
çatmasında doğan sevinc hisləri
İbrahim
YUSİFOĞLU
Şərur rayon
Təhsil Şöbəsinin kadrlar üzrə məsləhətçisi,
AYB və AJB-nin üzvü, Prezident mükafatçısı
...Qəlbimi ovsunlayan kövrək bir mahnının sədaları altında baxışlarım təqvimin mənə doğma olan rəqəminin üzərində düyünlənir. Payızın üzü küləyə, sısqa yağışları başladığı sentyabr ayının son günündə Ulu Tanrının şirin payı kimi dağların qoynunda yerləşən, hər qarışında bulaqlar çağlayan Axura kəndində dünyaya gəlmişəm Bu gün ömrümün zirvəsinin qaşı olan təqaüd yaşına xoş bir payız günündə qovuşuram.Mənim dünyaya gəldiyim günü kimsə bayram etməyib, qurbanlar kəsilmiyib, aş paylanmayıb.Küləyin pəncərə şüşələrini döyməsi, yağış damcılıarının sevincdən ələnən göz yaşları kimi yanaqlara qonması, məndən əvvəl dünyaya gəlmiş bacılarımın sevinci bəs eləyib dünyaya gəlməyimə.
Ömrün baharını, yayını başa vurub, payızına qovuşmuşam.Payızı mən bolluq-bərəkət fəsli bilmişəm. Bu payızdan başlanan təqaüd çağında "Payız mənə çox əzizidir", "Payız şeirləri yazacam daha" şeirlərini yazıram.
...Fikirlər, düşüncələr mənə yaşadığım illəri bir daha xatırladır.Görəsən ömrün bu çağını yaşamağa haqqım varmı?
"Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun yaradıcılığı həm rəng çalarına, həm də poetik mənasına görə bənövşə çiçəyinə bənzəyir...".-yazan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik İsa Həbibbəylinin, qələm dostlarımın, şagirdlərimin ümidlərini doğrutmuşammı?
"...Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza, əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə.Bəlkə ona görə də həyatda ən çox həsəd apardığım peşə sahibləri müəllimlər olublar.Bəlkə ona görədir ki, ömrümün 17-ci ilindən başlayaraq əlimə sinif curnalı alıb müəllimlik edirəm, bu şərəfli adı daşıyıram və onunla fəxr edirəm. Ömürlər içində bir ömür yaşıyıram: Müəllim ömrü! Bu ömrü şam etdim-yandım, yandıqca işıq saçdım.Bu işığın ətrafında yığışmış pərvanələrimə boy atmağı, bərkiməyi, dünyanın şirinliyini öyrənməyi öyrətdim.İşığa toplaşmış gülüzlü balalar böyüyüb pərvazlandılar, həyatda öz yerlərini tapdılar.Onlar ucaldıqca, şan-şöhrətə çatdıqca qəlbimin dərinliklərində müqəddəs müəllim peşəsinə məhəbbətim daha da artdı.
Bir arzumun gerçəkiyi, 45 il pedoqoci fəaliyyətlə məşğul olmağım, bunu 40 il yaxınını Şərur Rayon Təhsil Şöbəsində məsul vəzifə daşımağımdı.Adlarını eşidib, üzlərini görmək həvəsində olduğum təhsil işçiləri ilə fikir mübadilələri aparmağım, onların qabaqcıl işlərini pedaqoci fəaliyyətimdə tətbiq etməyim, zəhmətlərindən bəhs edən oçerklər, zarisovkalar yazmağımdır.
Fateh İsgəndərdən soruşurlar: "Atanı çox istəyirsən, ya müəllimini?", İsgəndər deyir ki, müəllimimi! Çünki atam məni fani dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir".
Mən də bu sözlərin müəllifi kimi bizə və uşaqlarımıza əbədiyyət bəxş edən, damarlarında vətənpərvərlik qanı axan bir təhsil işçisinin yaşadığı sadə və müqəddəs müəllim ömrü haqqında söz açmağı mənəvi borc bildim.
g1968-ci
ilin bir payız günü idi. Məktəbimizin yararsız və
darısqal sinif otağında ədəbiyyat müəllimimiz
bizə "Mənim arzum" adlı sərbəst inşa
yazdırırdı.Bayırda yağan yağışlardan
olması sinif otağımızın tavanından daman damcılar boş qabların içərisinə
düşdükcə şit bir səs salır, sanki bizi
fikirlərimizdən ayırmaq istəyirdi.Mən müəllimin
ağ saçlarına baxaraq inşada müəllim
olacağımı yazırdım. Bu arzum mənə baha
başa gəldi:Bir çox narahat və ərköyün
şagird yoldaşlarım mənim bu müqəddəs arzuma
güldülər. Bu boyla, bu geyimlə necə müəllim
olacağıma şübhə etdilər.Mən isə
öz-özümə arzumun həqiqət olmasına
çalışdım.1969-cu ildə Axura kənd məktəbinin
səkkizinci sinifini tərifnamə ilə bitirib,
Naxçıvan şəhərində fəaliyyət
göstərən pedaqoci məktəbə qəbul oldum.Hələ
pedaqoci məktəbdə oxuduğum illərdə
yaxşı müəllim, yaxşı pedaqoq olacağım
haqqında qəlbimdə bir inam yaratmışdım. O illərdə
tanınmış pedaqoqlardan Məmməd Bəktaşi, Musa
Axundov, Mənsur Seyidov, Abbasqulu Quliyev, Yaqub Məmmədov və
başqaları ilə keçirilən görüşləri,
təzə nəşr olunan pedaqoci mövzulu kitabların
müzakirəsi zamanı edilən
çıxışları, söylənilən fikirləri
maraqla qarşılayaraq müzakirə mövzusuna
çevirirdik.
Yada düşəndə ürəyimizin tellərini
sızladan 4 illik pedaqoci məktəb illəri arxada qaldı,
hərəmiz respublikamızın bir guşəsinə pərvazlandıq. 1973-cü ilin sentyabr
ayının 1-də Axura kəndindən Arpaçay dəryaçasındakı
tikintiyə fəhlə daşıyan İsa kişinin
"partovoy zil " markalı maşınında təyinat
yeri olan Aşağı Yaycı kənd məktəbinə gəldim.
İlk dəfə əlimə sinif curnalı alıb, ürəyimin
çırpıntılarının səsini dinləyə-dinləyə
gülüzlü balalara dərs deməyə
başladım.Şagirdlərə yazdırdığım
ilk "A" hərfinin çətinliyi
bütün ruhuma hopmuşdu. Müəllimlər
otağındakı müəllim yoldaşlarım mənə
baxdıqlarını hiss edirdim. Bir neçə gündən
sonra məktəbin tanınmış sinif müəllimi Zəkiyyə
Əhmədova böyük tənəffüsdə mənə
təbbəsümlə baxaraq dedi: "Narahat olma, direktorla və
müəllim yoldaşlarla belə qənaətə gəlmişik
ki, 1-ci sinifdə mən dərs deyim, mənim dərs dediyim
4-cü sinifdə isə sən dərs deyəcəksən".
Zəkiyyə müəllimənin dedikləri
razılıqla qarşılandı.Və mən ağır
bir yükü çiynimdən yerə qoydum.Məktəbin
gözü saylan 4-cü sinifi məktəbin gözü kimi
qoruyub saxladım.
Aşağı
Yaycı məktəbində vəzifəmizi dərs deməklə
bitmiş hesab etmirdik.Bu günün tanınmış pedaqoqu
Mirhəsən Eminovla məktəbin ictimai işlərini
canlandırdıq, bədii cəhətdən yüksək səviyyəli
divar qəzetləri, stendlər tərtib etdik,
vaxtlı-vaxtında iclasları keçirdik, uşaqların
tarixi yerlərə ekskursiyalarını təşkil etdik,
şagirdlər arasında şeir, inşa yazı və rəsm
müsabiqələri keçirdik.Beləcə, başım
pedaqoci işə elə qarışmışdı ki, əsgərlik
yaşının tamam olduğunu çağrış vəsiqəsi
mənə təqdim ediləndə bildim.
1974-1976-cı
illərdə Rusiya Federasiyasının Saxalin adasında hərbi
xidməti başa vurduqdan sonra doğulduğum Axura kəndində
müəllimlik peşəsini davam etdirdim.Ali təhsil
almağımı da unutmadım.Naxçıvan DPİ-nin
(indiki Naxçıvan DU-nun) filologiya fakultəsində qiyabi
yolla Azərbaycan dili və ədəbiyyatı ixtisasına
yiyələndim.Müəllim işlədiyim illərdə
öz bilik və bacarığımı şagirdlərimə
mənimsətməklə yanaşı, təcrübəli və
yenilikçi müəllimlərin qabaqcıl iş təcrübələrini
öyrəndim və tədris zamanı onların tədbiqinə
çalışdım. Məktəbin müəllim
komsomol təşkilatının katibi kimi işimiz həmişə
qabaqcıllar cərgəsində çəkilirdi.
1981-ci
ilin oktyabr ayının 1-də Şərur Rayon Maarif
Şöbəsinin (indiki Təhsil Şöbəsinin)
metodist, az bir müddətdən sonra isə
daha məsul işə-metodkabinetin müdiri vəzifəsinə
təyin olundum. 12 il müddətində Maarif Şöbəsinin
72 məktəbi, 22 mindən artıq şagirdi, 2.500-dən
çox müəllimi əhatə edən məktəb, məktəbdənkənar
və məktəbəqədər müəssisələrə,
bütün sahələr üzrə pedaqoci işçilərə
hər cür metodik köməklik göstərir, konfaranslar,
kurslar, seminarlar təşkil edirdik. Təhsil
Şöbəsinin əhatə etdiyi Sədərək kəndindən
Yeni Kərkiyədək olan məktəblərin hamısna
proqram materialları çatdırırdıq.
Təhsildə
olan hər bir yeniliyin tərəfdarı olmuşam və bu
yeniliklərin tədbiqində fəal iştirak etmişəm.1986-cı
ildə 6 yaşdan birinci sinifə qəbul məsələsi
ictimaiyyət arasında birmənalı
qarşılanmadı.Bir çox valideynlər və hətta
müəllimlər də bu yaşdan təhsili qəbul etmək
istəmirdilər.Bunun uşaqların qavramasına və
sağlamlığına mənfi təsir göstərəcəyini
söyləyirdilər.1986-1987-ci dərs ilində ilk dəfə
rayonun 6 məktəbinin 12 sinifində ekisperiment yolu ilə 6
yaşından təlim başlanıldı.Bu siniflərə
rəhbərlik və nəzarət üçün məni
Azərbaycan dili fənni üzrə, Danyeri kənd orta məktəbinin
müəllimi Musa Həbibbəylini isə riyaziyyat fənni
üzrə Azərbaycan Pedaqoci Kadrların
İxtisasının artırılması və Yenidən
Hazırlanması İnstitutunda təlim kurslarına göndərdilər.6
yaşlılara dərs deyəcək müəllimlərin
seçilməsində, proqram və dərsliklərdən
istifadə olunmasında, dərs cədvəlinin tərtibində,
sinif, yataq və yemək otaqlarının təşkilində
metodik tövsiyyələrə əməl edərək bu
çətin və şərəfli işi layiqincə
başa vurduq.
2008-2009-cu
tədris ilində "Milli kurikulum"la tədrisə
başlayan ibtidai siniflərə də nəzarət mənə
tapşırıldı.Yeni dərslik, yeni proqram
materialları, köməkçi dərs vəsaitləri hər
bir müəllimdən yenilik ruhu tələb edirdi.Azərbaycan
Təhsil Problemləri İnstitutunun nəzdində yaradılmış
Kurikulum Mərkəzi ilə daimi əlaqə saxlayıb,
bütün yenilikləri sinif müəllimlərinə
çatdırır, ayrı-ayrı fənləri ilə əlaqədar
seminarlar təşkil etdik.1-4-cü siniflərdə kurikulum
başa çatdırıldı və rayonumuzun məktəblərində
sevindirici nəticələr əldə edildi.
1968-ci ildən bədii yazılarımla mətbuatda
çıxış edirəm.Müxtəlif rubrikalı
yazılarım içərisində pedoqoci mövzuda
yazdığım yazılar özlərinə daha çox
oxucu cəlb edibdi. 50 illik bir müddətdə "Şərurun səsi",
"Şərq qapısı", "Azərbaycan müəllimi",
"Təhsil poblemləri" qəzetlərində, "Azərbaycan
məktəbi", "Azərbaycan dili və ədəbiyyatının
tədris", "İbtidai məktəb" kimi
curnalarında oçerk və zarisovkalarda müəllim
ömrünün portretlərini yaratmışam.
1998-ci ildə təcrübəli pedaqoqların həyat
və müəllimlik faliyyətlərini əks etdirən iki
cilddən ibarət "Safdır, müqəddəsdir müəllim
ömrü" kitablarımda yüzdən artıq
tanınmış şmüəllimlərin haqqında
oçerk və zarisovkalar çap elətdirdim. "Günəş
ömrü yaşayanlar", "Mənalı ömür
yolu", "Bir ömrün sədası", "Şərəflə
yaşanan ömür", "Mənalı ömrün
yolçusu" adlı kitablarımda respublika səviyyəsində
tanınmış, onlarla pedaqoqun keçdiyi şərəfli
ömür yolundan söz açmışam. 2017-ci ildə nəşr
elətdirdiyim "Bir ömrün sorağında..."
kitabı isə Şərur rayon Muğanlı kənd tam orta
məktəbində 40 il direktorluq etmiş İsa Hüseynovun
keçdiyi şərəfli yoldan, yaşadığı mənalı
ömürdən bəhs edir, fotalar ötən
çağlardan söz açır.
1981-ci ildən
1992-ci ilədək Azərbaycan Respublikası Pedaqoci Uəmiyyəti
Şərur Rayon Təşkilatının sədri
olmuşam.Buradakı fəaliyyətim Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək
kollegiyanın qərarı ilə "Azərbaycan
Respublikasının Qabaqcıl Maarif xadimi" döş
nişanına layiq görülmüşəm.Uəmiyyətin
xətti ilə keçmiş Sovetlər ittifaqının bir
neçə şəhərində ixtisasartırma
kurslarında sertifikatlar almışam.1998-ci ildə Azərbaycan
Müəllimlərinin 12-ci qurultayının nümayəndəsi
olmuşam.
Ömrümün
12 ilini Təhsil Şöbəsinin metodkabinet müdiri, 26
ilini isə kadrlar üzrə məsləhətçi vəzifəsinə
həsr etmişəm və 1993-gü ildən "Şərurun
səsi" qəzeti nəzdində fəaliyyət göstərən
"Şərur" əbədi birliyinin rəhbəriyəm.
Bu illər ərzində neçə-neçə
gənc müəllimin bu çətin və şərəfli
peşənin sirlərinə yiyələnməsində,
ömürlərini müəllimliyə həsr etmiş
şəxslərin yubileylərinin keçirilməsində, bədii
yaradıcılıqla məşğul olanların
kitablarının redaktəsində və nəşrində
öz köməkliyimi əsirgəməmişəm.
Azərbaycan Yazıçılar və Curnalistlər
birliyinin üzvü, "İlin ən yaxşı
publisisti", "Əsrin ziyalısı",
"Qızıl Qələm" mediya
mükafatçısıyam. 2016-cı ildə Prezident
mükafatçısı olmuşam.Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin Fəxri fərmanları ilə təltif
olunmuşam.
"Pedaqoji
iş şairliyinə, yaxud əksinə, şairlik pedaqoci fəaliyyətinə
mane olmur ki...?"sualını verənlərə
xalq şairi Bəxtiyar Vahabzadənin aşağıdakı
misraları ilə cavab verirəm: "Müəllimlik mənim
günüm, həyatım, şairlik-ən uca
duyğularımdır".
...Bu da
ömür zirvəsinin qaşı-bu da təqaüd
yaşı! İnanıram ki, ömrün təqaüd
yaşında da səmamız aydın olacaq, qəlbimin hərarəti
ilə yazdığım "Müəllim ömrü"
şeiri saf və müqəddəs bir ömür
yaşadığından xəbər verəcəkdir:
Ən
parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı
dənizdi, ləpəli çaydı,
Ömrü-ömürlərə
paylanan paydı,
Safdı, müqəddəsdi, müəllim
ömrü.
Ədalət.-2018.-27 sentyabr.-S.12.