Milli dövlətçiliyin əsas
sütunlarından olan ədliyyə sistemi modern inkişaf mərhələsindədir
Azərbaycan Ədliyyəsi - 100
Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik
uğrunda mübarizəsini,
onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə
tarixinin ən şərəfli anları
1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının
yaranması ilə başlanır. Yəni,
yüz il
öncə, may aynın
28-də müsəlman şərqində
ilk demokratik respublika kimi öz varlığını
dünyaya bəyan edərkən onun Ədliyyə Nazirliyi də formalaşıb. Təcrübəli dövlət xadimi
Xəlil bəy Xasməmmədov isə
ilk ədliyyə naziri
təyin olunub və həmin ilin noyabr ayının
22-də nazirliyin Əsasnaməsi
təsdiq edilərək,
onun funksiya və səlahiyyətləri
müəyyən edilib.
Əlbəttə ki, Ədliyyə Nazirliyinin cümhuriyyətin
yaradıldığı gün
təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə
sisteminə xüsusi əhəmiyyət verilməsinə
dəlalət edir.
Lakin ADR-in taleyində
olduğu kimi bu nazirliyin də
fəaliyyət istiqamətində
mühüm hadisələrlə
yanaşı, keşməkeşli
səhifələr olub. Nazirliyin çətin
və mürəkkəb
dövrü sayılan
sovet hakimiyyəti illərindəki fəaliyyəti,
o cümlədən ədliyyə
orqanlarından repressiya
aləti kimi istifadə olunması, uzun müddət onun təşkilinə ehtiyac belə bilinməməsi də ədliyyə tarixinin reallıqlarıdır.
Belə ki, 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin
əsas sütunlarından
olan Ədliyyə Nazirliyi ləğv olunub. Əvəzində Xalq
Ədliyyə Komissarlığı
yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik
layihələrinin hazırlanması,
məhkəmə işçilərinin
seçilməsi, təlimatlandırılması
və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa
ali nəzarət
və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə Xalq
Ədliyyə Komissarlığı
ləğv edilərək
onun funksiyaları prokurorluq, Ali Məhkəmə,
Mərkəzi İcraiyyə
Komitəsinə və
digər orqanlara verilib.
1933-cü
ildə Xalq Ədliyyə Komissarlığı
yenidən təşkil
edilsə də 1959-cu
ildə bir daha ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə
rəhbərlik və
nəzarət, məhkəmə
statistikasının aparılması
Ali Məhkəməyə həvalə
olunub, digər səlahiyyətləri Nazirlər
Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.
Bir sözlə, ədliyyə
sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törədib.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması
ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrə təsadüf edir. Belə
ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb.Həmin dövrdən
Ədliyyə Nazirliyi
sabit fəaliyyət göstərərək Ali Məhkəmədən
başqa bütün məhkəmə orqanlarına
təşkilati rəhbərliyi
və məhkəmə
idarəçiliyini həyata
keçirib, əhaliyə
hüquqi yardımı,
notariat fəaliyyəti
və məhkəmə
ekspertizasının aparılmasını,
hüquqi biliklərin
təbliğini təmin
edib.1972-ci ildə Ədliyyə
Nazirliyinin Əsasnaməsi
təsdiq edilib, ədliyyə sisteminin yeniləşən fəaliyyətini
tənzimləyən mühüm
normativ sənədlər
qəbul olunub, ən əsası isə ədliyyə işinin gələcək
inkişafı üçün
hərtərəfli zəmin
yaranıb.
Ölkəmizin şərəfli ədliyyə
tarixi ildə dövlət müstəqilliyimiz
bərpa edildikdən sonra da davam
edib və ötən dövrdə ədliyyə sistemi uğurlu inkişaf yolu keçib.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq
missiyası nəticəsində
milli dövlətçiliyimizin
itirilməsi təhlükəsi
aradan qaldırıldı.Bir
sözlə, ictimai həyatın bütün
sahələrində köklü
islahatlar həyata keçirildi. İslahatların ən geniş
vüsət aldığı
sahələrdən biri
də hüquq sistemi oldu.
Ölkədə Hüquqi İslahat
Komissiyası yaradıldı
və qısa müddət ərzində
keçmiş sovetlər
birliyindən miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında
tamamilə yenidən quruldu, hüquq sisteminin fəaliyyətini
tənzimləyən bütün
əsas qanunlar və məcəllələr
beynəlxalq hüquq normalarının tələbləri
nəzərə alınmaqla
yenidən qəbul edildi.Həyata keçirilən
islahatlar çərçivəsində
ədliyyə işinin
müasir tələblər
səviyyəsinə qaldırılması
üçün əsaslı
tədbirlər görüldü,
Ədliyyə Nazirliyinin
üzərinə yeni
mühüm vəzifələr
qoyuldu. Ölkəmizdə insan haqlarının
əsil müdafiəsinə
xidmət edən müstəqil məhkəmə
hakimiyyətinin formalaşmasına
xüsusi diqqət yetirilərək, 2000-ci ildə
ilk dəfə hakimlərin
test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə
sistemi fəaliyyətə
başladı.
Beynəlxalq norma və prinsiplərə uyğun inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi
üçün 10-larla normativ
sənədlər qəbul
edildi.Ədliyyə işçilərində
mənəvi stimul yaradılması və tarixi irsin qorunması
məqsədilə ümummilli
lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı
ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə
Nazirliyinin Əsasnaməsinin
təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin
peşə bayramı
günü kimi müəyyən olundu.
Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab ilham Əliyevin insan haqlarının etibarlı
qorunması, hüquqi
xidmətin yaxşılaşdırılması,
ədalət mühakiməsinin
səmərəliliyinin artırılması
barədə tapşırıqlarının
icrası üzrə görülmüş tədbirlər
nəticəsində Azərbaycan
ədliyyə sistemi öz inkişafının
yeni, müasir mərhələsinə qədəm
qoyub.Ədliyyə fəaliyyətinin
normativ hüquqi əsasları təkmilləşdirilib,
2006-cı ildə ölkə
Prezidenti tərəfindən
nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə
mühüm rolu təsbit edilib, ona hüquq mühafizə orqanı statusu verilib. Bu sahədə görülən
tədbirlər sırasında
ölkə Prezidentinin
fərmanı ilə ədliyyə sahəsində
çalışan çoxminli
kollektivin və digər hüquqşünas
kadrların tədrisinə
xidmət edəcək
yüksək statuslu tədris ocağının
- Ədliyyə Akademiyasının
təsis olunması xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən
yaradılan "ASAN xidmət"
mərkəzlərindəisə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələridə
fəaliyyət göstərir.
Bu gün mütərəqqi
hüquqi islahatlar aparılmaqla notariat sistemi də yeni mərhələyə
qədəm qoyub, onun fəaliyyətini tənzimləyən "Notariat
haqqında" Qanun qəbul olunub.
Dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin müasirləşdirilməsi,
qabaqcıl texnologiyaların
tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə
bağlı tapşırıqlarına
uyğun olaraq aparılan islahatlar çərçivəsində notariat təsisatının
təkmilləşdirilməsi, vətəndaşların ədliyyə
orqanlarına müraciət
imkanlarının asanlaşdırılması,
onlara göstərilən
hüquqi xidmətlərin
keyfiyyətinin yüksəldilməsi
üzrə ardıcıl
işlər həyata
keçirilir.
Görülən tədbirlər nəticəsində
ölkəmizdə beynəlxalq
təcrübəyə uyğun
xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur və onlar bu gün
respublika üzrə bütün notariat korpusunun 83 faizini təşkil etməklə
notariat hərəkətlərinin
rəsmiləşdirilməsinə öz töhfələrini
verirlər.
Eyni zamanda, "e-hökumət"
prinsiplərinə uyğun
olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir,
nazirliyin "e-xidmətlər"
bölməsi vasitəsilə
vətəndaşlara notariat
hərəkətlərinin aparılması qaydalarına,
tələb olunan sənədlərə və
rüsumların məbləğlərinə
dair məlumatlarla tanış olmaq, müvafiq çıxarışlar
əldə etmək, banka getmədən bütün ödənişləri
kart vasitəsilə nağdsız
həyata keçirmək
imkanı yaradılıb.
Belə xidmətlərdən yararlanmaq
üçün notariat
kontorlarında universal elektron
xidmət köşkləri
də tətbiq olunur. Təkcə bu ilin altı ayında nazirliyin elektron xidmətlərindən, o cümlədən
notariat fəaliyyəti
ilə bağlı 2 milyondan çox insan faydalanıb.
Müasir texnologiyalardan istifadə etməklə, həmçinin
"Elektron notariat"
informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul edilib. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə
rast gəlinən belə sistem vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə
notariat hərəkətlərinin
rəsmiləşdirilməsi xeyli sadələşdirilib.
Təsadüfi deyil ki, ictimai xidmətlərin müasir modeli olan "ASAN xidmət"
mərkəzlərində 200 şəxsin çalışdığı
notariat orqanları tərəfindən 2018-ci ilədək
üç milyon yarım əməliyyat aparılmaqla vətəndaş
məmnunluğuna nail olunub,
bu günədək mərkəzlərdə verilən
sənədlərin 41 faizi
məhz notariat orqanlarının payına
düşür və
bu göstərici ilbəil artır.
Notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi müsabiqələr keçirilir.
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Azərbaycan ədliyyəsinin inkişafında əsas amil insan faktorudur, kadrların düzgün seçilib yerləşdirilməsidir. Bu gün ədliyyə orqanlarına işə qəbul test üsulu ilə, şəffaf prosedurlar əsasında aparılaraq sağlam düşüncəli gənc hüquqşünas işə qəbul edilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının qorunması, infrastrukturun və saxlanma şəraitinin, tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir.
Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan bütün nailiyyətlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində qazanılmış hərtərəfli nailiyyətlər respublikamızın beynəlxalq arenada imicinin daha da möhkəmlənməsi ilə müşayiət olunur.
Telman Mustafazadə,
Sumqayıt şəhər
3 saylı xüsusi natariot
kontorunun notariusu
Ədalət.-2018.-28 sentyabr.-S.7.