GETMƏK
İSTƏYİRSƏN BƏHANƏSİZ GET
Nüsrət
Kəsəmənli
Gətmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən,
səsin də yad olsun barı...
Sən dəniz
qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin
saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Döşənib
yollar tək ayaqlarına
Sənə
yalvarımmı?...bü mümkün
deyil!
Qoymaram qəlbim
tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Demirəm
sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə
məhəbbət qara pul deyil,
Nə mən
dilənçiyəm əl açım sənə...
Getmək
istəyirsən...O yol, o da sən...
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi...Nə
vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.
Getmək
istəyirsən...Nə danış, nə din!
Yox ol
uzaqlar tək dumanda, çəndə...
Nəyimi
sevmişdin?Deyə bilmədin,
Indisə yüz eyib görürsən məndə.
Getmək
istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin
həmin səsdir, baxışın ögey,
Gedirsən,
səsin də yad olsun barı...
ETİRAF
Ömür-gün
yoldaşıma
Fikirli gəlirəm,
dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən
gec gəlirəm, yorğun gəlirəm
Bitirsən
qapıda bənövşə kimi...
Bəlkə
min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla
üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.
Hər kəs
taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl
uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq
olmuşam.
Sənsən
dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox
döyüşmüsen.
İsti
bir sevgiden yazmişam bəzən,
Soyumuş
çayımı sən dəyişmisən...
Üzümdə
kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan,
tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.
Bir
kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər
düyünlü günümüz olub,
Düyünlü
qaşını görməmişəm mən...
Bir əlin
mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin
beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.
Yollar
çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən
süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.
Fikirli gəlirəm,
dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən
gec gəlirəm, yorğun gəlirəm
Bitirsən
qapıda bənövşə kimi...
SƏN DEMƏ TƏZƏDƏN
SEVMƏK OLARMIŞ
Sən
demə təzədən sevmək olarmış,
Tale də
təzədən gülə bilərmiş,
Küsüb
gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.
Ürək
bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu
şöləsi titrəyən şamdan
Ayrı
bir şamı da yandırmaq olur.
Sən
demə təzədən sevmək olarmış,
Köhnə
yaraları vaxt, zaman silir,
Kəsilən
budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya
dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər
axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?
Sən
demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də
kölgədir ki,
Qaçasan
qova,
Ya da sən
qovasan
O səndən
qaça...
Çıxarsan
qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə
etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
İlk
sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun
ahıyla uçan məhəbbət
Min hiylə
əliylə yerə enməyib...
Mən ki
görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən
qarmış.
Kim deyir
bir dəfə sevilir insan,
Sən
demə hər zaman sevmək olarmış...
BİRİ VARDI, BİRİ YOX
Olan olub,
keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm
boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı
mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı,
analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə
doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən
qışı.
Şalvar-pencək
geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.
Üzüm
güldü, tələbəyəm deyəndə,
Sıxılırdım
dost pencəyi geyəndə.
Müəllimlə
dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim
yandı ilk sevgimdən, eşqimdən,
Dara
düşdüm, əl ummadım heç kimdən
Məclislərdə
can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.
Mən
orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki
qıza könül verib getmişdim,
Qayıdanda
biri vardı, biri yox...
Uzaq gəzdi
əmi, dayı, bibilər,
Sözarası mənə "evlən" dedilər.
Nişan
üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək
bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək
sən özün deyəcəksən,
Deyəcəksən:
"biri vardı, biri yox!"
DÜNƏN TOYUN İDİ
Sağlıqlar
deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən
qəlbinə düşən cığırla,
Axan göz yaşını görən oldumu?
Sağlıqlar
uzandı... səhərə kimi,
Çalıb-oynadılar,
kef eylədilər
Çırpıb
pillələrə son ümidimi
"Vağzalı"
üstündə dəfn eylədilər
Son
ümid! O mənim gərəyim idi...
Yoluna
şam tutdu necə qız-gəlin,
Şam
deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdi yolunda sənin.
Getdin... O
köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə
kecirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?
Bu yollar nə
yaman vəfasız imiş,
Niyə
çiliklənib tökülmədilər
Düşüb
qədəminə hər eniş,yoxuş,
Niyə
ürəyimə cəkilmədilər...
Başına
gül-çicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get"
deyib alnından öpdülər o gün,
Sınıq
taleyini düzəltmədilər....
Güldün...
Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda
bütün yerlər tutulmuşdusa
Yerim
görünürdü yanında sənin
Dünən
toyun idi... Xoşbəxt olasan!
Görünür
bu bizə qismət deyilmiş
Unut! Elə
bil ki sevdiyin oğlan
Getdiyin oğlanmış. Nüsrət deyilmiş...
GECİKDİ BU YAĞIŞ
Daha bu
yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu
yağış buludun yükü deyil ki,
Bu
yağış bir simurq tükü deyil ki,
Yandırsan
ömür-gün qayıda geri,
İndi
ürəyimiz köhnə yurd yeri,
Torpağı
nəmlidir,
daşı nəmlidir.
Bir sevgi
uçurub son ümid kimi
Torpağı
qəmlidir,
daşı qəmlidir...
Sırsıra
asılıb gül budağından,
Baharı
itirdin,
Yayı
ötürdün;
Qış
gəldi,
yatmısan fil qulağında...
Beləcə
gün keçdi,
Zaman
gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş
istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi
doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb
yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə,
qoy uyusun qəmli arzular
Yaxandan
tutacaq ayılan kimi...
Bu göz
yaşlarıyla,
Bu
yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü
illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki,
dünəni selləmə yağış,
Bayılmış
dünənə çiləmə yağış...
Gecikdi bir
arzu,
güman
gecikdi,
Gecikdi bu
yağış,
yaman
gecikdi.
Yaşadıq
nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar
keçdi.
Bizim
ümidimiz axır nəfəsdə
Nə qədər
çırpınsa
yenə
də heçdir...
Daha
oyanışa güman ki, yoxdur,
De, nəyə
gərəjdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli
dağlar marala qaldı,
O məxmər
çəmənlər sarala qaldı...
Vaxtında
yağmadı,
nur
çiləmədi.
Buludlar
qarala-qarala qaldı...
Məni
bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın
başından,
duman
gecikdi.
Gecikdi bu
yağış,
Yaman
gecikdi...
ƏLLƏRİN NƏ YAMAN
SOYUQDUR, GÜLÜM
Əllərin
nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində
dondu ki əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq,
bu soyuq
hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz
dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın.
Oddan
yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi.
Yanağın
elə bil alov dilmi,
İllərin
bir taxta yonqarı kimi...
Əllərin
nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir
ömrün məhəbbət taleyini mən
O soyuq əllərə
necə qıymışam?!
Ay
üzübaharlı,
əli
qış sonam,
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən
başlaya,
əlindən sənin;
Əllərin
nə yaman soyuqdur, gülüm...
BİR SEVDA AĞLAYIR
İÇİMDƏ MƏNİM
Bir sevda
ağlayır
içimdə mənim
Gəl
dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı
düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər
gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min
gül solduranlar, min gül dərdilər,
Yüngül
çiçəkləri yüngül dərdilər,
Mən
ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünəni
bükülü xatirəsinə,
Vurğundur
bu günü xatirəsinə,
Qısılıb
mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
Bacara bilmədim
özüm-özümlə,
Dil tapa
bilmədi işim sözümlə,
Mənim
fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.
Mənəm
daş daşıyan o məhəbbətə,
İtmiş
qaş-daşıyam o məhəbbətə,
Özüm
baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini
mən biləndə də,
Sevinci
yaşayıb, qəm böləndə də,
Üzümə
baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim.
Ədalət 2018.- 5 yanvar.- S.6.