Albaniya - Qədim Azərbaycan dövləti

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

(əvvəli ötən sayımızda)

 

Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan - Roma və V-VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır.

V.V. Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır: "Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyatla yanaşmaq lazımdır".

Siyasi tarixi: Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniya Makedoniyalı İsgəndərin imperiyası dağılandan sonra, yəni eramızdan əvvəl IV əsrin sonlarında vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

Mənbələr Alban dövlətinin antik dövrdə yerli sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Albaniyanın ilk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqqında məlumatlar çox azdır.

Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə antik dünyada və Şərqdə də yaxşı məlum idi.

Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuşböyük itki verərək İberiya ərazisinə keçmişdir. Strabonun məlumatında albanların qoşun növlərindən danışılır: görünür, albanlar bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü.

Alban süvarilərinin sayı Strabonda 22 min, Plutarxda isə 12 mindir. Beləliklə, görünür ki, alban qoşunu Strabona görə 82 min (60 min piyada 22 min süvari), Plutarxa görə bir halda 72 min (60 min piyada yalnız 12 min süvari), başqa bir halda 40 min, Apiana görə təqribən 40 min döyüşçüdən ibarət idi. Eramızdan əvvəl 64-cü ildə alban qoşunlarının romalılarla ilk toqquşması Plutarx Dion Kassi tərəfindən təsvir edilmişdi. Bu toqquşma eramızın 35-ci ilində parfiyalılara qarşı yönəldilmiş hərbi əməliyyatla əlaqədar Korneli Tasit tərəfindən xatırladılır (Aliev K.Q. Albanskoe voysko i eqo voorujenie//DAN AzSSR, 1957, 8).

E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan s. yerlərdə Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.

Strabonun verdiyi məlumata görə, Antik Qafqaz Albaniyasında Zevs, Helios Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələrindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı Çıraqlıdan aşkara çıxarlıb (Ösifov Ö.B., Babaev İ.A. Kavkazskaə Albaniə v gllinistiçeskuö gpoxu. V kn.: Priçernomorğe v gpoxu gllinizma.//Mat- III Vse-soözn. simpoziuma po drevney istorii Priçernomorğə. Üxaltubo, 1982, Tbilisi, 1985).

Qədim Şamaxı, Qəbələ, Bərdə b. qəbiristanların öyrənilməsi zamanı üzə çıxarılmış gümüş qızıl məmulatı diqqəti cəlb edir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə hazırlanan iki gümüş piyalə tapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən təsəvvür yaradan silah bəzək şeyləri aşkar edilmişdir. Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Belə qəbirlər Mil, Qarabağ Şirvan düzlərində dağətəyi rayonlarda, Kür çayının sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpə xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur.

Azərbaycan arxeoloqları tərəfindən Qarabağda daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilmişdir.

Alban tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində madayları albanları xüsusi qeyd etmişdir. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır.

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdə yerləşən arxeoloji abidələrin antik erkən orta əsrlər qatlarından Qafqaz Albaniyasında istifadə edilmiş yüzlərlə sikkə nümunələri əldə edilmişdir. Həmçinin Qəbələ (Xalilov Dj.A., Babaev İ.A. Antiçnıe tradiüii v materialğnoy kulğture Kavkazskoy Albanii.//Sb. Antiçnostğ i antiçnıe tradiüii v kulğture i iskusstve narodov Sovetskoqo Vostoka, M., 1978), Torpaqqala, Xınıslı, Mingəçevir arxeoloji qazıntıları zamanı sikkə dəfinələri aşkarlanmışdır.

Arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyası ərazisindən aşkar edilmiş ən erkən sikkə nümunələri Makedoniyalı İsgəndərin adından kəsilmiş draxma və tetradraxmalardır. (Babaev İ.A., Kaziev S.M. Kabalinskiy klad monet gllinistiçeskoy gpoxi. Numizmatika i gpiqrafika, 1971, vıp. IX). Sonrakı dövrlərdə isə Albaniyada Makedoniyalı İsgəndərin sikkələrinə bənzər yerli sikkələr meydana gəlmişdir. Bundan başqa Azərbaycanın qədim Albaniya dövlətində Roma imperiyası, Parfiya Bizans hökmdarlarının sikkələrindən, həmçinin yerli hökmdarların adlarından kəsilmiş sikkələrdən istifadə edilmişdir.

Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş ağac əmək alətləri Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları, sürtgəclər, bülöv daşlardan ibarətdir.

Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatının mədəniyyətinin daha da inkişaf etdiyini göstərir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur.

 

 

Ədalət.-2017.-6 yanvar.-S.4.