VAQIF ASLAN - GÖRDÜKLƏRİM VƏ
BİLDİKLƏRİM
ÇİNGİZ
ƏNVƏROĞLU
"QIZIL
QƏLƏM"
MÜKAFATI
LAUREATI
I
Indi hamının şair Vaqif Aslan kimi tanıdığı Vaqif Cumay oğlu Aslanovla mənim ilk tanışlığım 1977-ci ildə olub. O vaxt mən "Şəki fəhləsi" qəzetində jurnalist işləyirdim. Vaqif Aslan redaksiyaya yeni şeirləri ilə gəlirdi. Qəzetin redaktor müavini-öz biliyi və səmimiyyəti ilə çoxlarından fərqlənən Rəhim Maqsudov onu çox hörmətlə qarşılayıb şeirlərini diqqətlə oxuyardı və demək olar həmin şeirlərin hamısını növbəti nömrələrdə çapa verirdi. Onun şeirlərini hər dəfə qəzetdə oxuyanda məndə də Vaqif Aslana qarşı rəğbət və hörmət hissləri artırdı. Bu rəğbət və hörmət axır ki, dostluğa çevrildi. Vaqif Aslan isə dostlarına olan istək və arzularını şeirlə ifadə etməyi çox sevir. Onun 1999-cu ildə Rəhim Maqsudovun qızının toy məclisində bədahətən dediyi bu şeir fikrimə əyani sübutdur:
Rəhim qardaş, dünya gencə dünyadır.
Gülü qönçə, zərif, incə dünyadır.
Səndən cavan, məndən öncə dünyadır.
Baharı
da, payızı da bal dadır.
Necə deyim? - Dünya adam aldadır.
Rəhim
qardaş, sözü çoxdur bizlərin
Əvvəl-əvvəl aydın olsun gözlərin.
Sevincindən
şölə saçan üzlərin,
İşığından ürəyimə nur
düşüb.
Mənə düşən işıq, vallah, gur
düşüb.
Rəhim qardaş, biz ki dostuq köhnədən.
Ayrı şeydir ürəyimi göynədən.
Hardan gəldi, saçımıza düşdü dən?
Vaxtmı bizi qəfil tora salıbdır?
Gör kim vaxtın əllərində
qalıbdır.g
Vaqif Aslan
həmin məclisdə bu şeiri altı kuplet bədahətən
demişdi, sonra genişləndirib 13 kupletə çatdırb
və 2009-cu ildə Bakıda nəşr edilən 4 cildlik
seçilmiş əsərlərinin 1-ci cildində çap
edilib.
1950-ci
ilin iyul ayının 5-də Şəkinin Kiş kəndində
dünyaya göz açan Vaqif Aslan Bakıda keçirdiyi ali təhsil illəri istisna olmaqla indi də
öz kəndində yaşayır. O, ilk şeirini də
burada yazıb, yəqin ki, son şeirini də burada
yazacaqdır. Onun duyğularındakı saflıq
yaşadığı kəndin təbiətindən gəlmə
saflıqdır. O, ilk şeirlərindən birində
oxucularına yazıb ki:
Sevinc
verirəm sənə,
Kədərini ver mənə.
Gülüş
verirəm sənə,
Qəhərini ver mənə.
Qəzəbini mənə ver.
Öldürüm sərtliyimlə.
Əzabını
mənə ver,
Məhv edim mərdliyimlə.
Hirsinə zəncir olum.
Hissinə zəncir olum.
Ağrını
da ver mənə,
Qayğını
da ver mənə,
Qoy sənə
yük olmasın!
Mən də
səadətimi,
Gülüm, verirəm sənə.
Qoy sənin
sevincinin
Üzü
dönük olmasın!
Mən bu yazımda oxuculara Vaqif Aslanın tərcümeyi-halı
haqqında məlumat vermək fikrində deyiləm, sadəcə
olaraq, istədim ki, onun yaşadığı qədim və əzəmətli
kəndin, həmin ərazinin, uca dağların onun
formalaşmasındakı rolunu oxucularımın diqqətinə
çatdırım.
1979-cu ilin sonlarında mən Şəki radio verilişləri
redaksiyasında redaktor işləməyə başladım və
radioda müstəqil verilişlər hazırlamaq
imkanlarımdan istifadə edib Vaqif Aslanı "Ədəbi-bədii"
verilişlərə dəvət etdim. Hər dəfə
Vaqif Aslan belə verilişlərdə şeirlərini səsləndirəndən
sonra redaksiyamıza çoxlu məktublar gəlir, telefon zəngləri
olurdu. İnsanlar onun şeirlərini
öz səsi ilə dinləmək arzusunda olduqlarını
bildirirdilər. Bütün bunlar bizim
görüşlərimizin və ünsiyyətimizin
artmasına səbəb olurdu və beləliklə bizim dostluq
münasibətimiz yarandı, ildən-ilə də möhkəmləndi.
2005-ci ildə Azərbaycanda İctimai Televiziya
yarananda televiziyanın baş direktoru İsmayıl Ömərov
məni Şəki-Oğuz- Qəbələ-İsmayıllı
rayonlarına bölgə müxbiri təyin etdi. Hər dəfə kollektivin geniş
toplantılarında İsmayıl Ömərov bizə
tapşırıq verirdi ki, bölgələrdə xalq sənətkarları,
xüsusi istedadı olan ziyalılar, maraqlı yeniliklər,
müxtəlif hadisələr və kütləvi tədbirlər
haqqında xəbərlər, süjetlər hzırlayın.
Həmin il Şəkiyə yağan ilk qar
haqqında süjet hazırlayanda mən Vaqif Aslanı çəkilişə
dəvət etdim və şair "Qar yağır"
şeirini özü qar yağa-yağa dedi.
Lopa-lopa,
quşbaşı,
Piltə-piltə qar yağır.
Ay
könlümün sirdaşı,
Baxma, gəl, fağır-fağır.
Bizi indi
üşüdən
Sinəmizin dağıdır.
Qışdır,.. bilmirsənmi sən?
İlin
qızlıq çağıdır!
Nə
sevimli yardır bu,
Tumurcuqda
gizlənən,
Çiçəkdir bu, nardır bu.
Dövlətdir bu, vardır bu.
Ağlıqda
elə bir rəng
Görmədim onun kimi.
Nəzərimdə
tutduğum
Gəlinlik donun kimi.
Soyunmaqçün
geyilən,
Bəzəkdir,
paltardır bu...
Vaqif Aslanın bu şeirində qış fəslini
ilin-təbiətin qızlıq cağı adlandırması
ilk dəfə deyilmiş poetik, obrazlı ifadə kimi diqqətimi
cəlb etmişdi.
2006-cı ildə İctimai Televiziyada "Ovqat"
verilişi ilk dəfə efirə gedəndə
tamaşaçılar - xüsusilə ziyalılar tərəfindən
çox böyük rəğbətlə
qarşılandı. Mənim təşəbbüsümlə
Şəki xan sarayının həyətində Vaqif Aslan
"Ovqat" verilişinə dəvət edildi. Yenə mənim təklifimlə musiqi tərəf-müqabili
kimi Şəkiyə Respublikamızın Xalq Artisti Gülyanaq
xanım Məmmədova gəldi. Onu yerli
musiqiçilər müşayiət etdilər. Rayonda
yaşasalar da respublikada tanınan istedadlı tarzən Seyran
Zülfüqarov, kamançada Rüstəm Məmmədov
müşayiət edirdi, balabanda ifaçı məşhur
zurna çalan Ələfsər Şəkilinin nəvəsi
Ələfsər idi. Nəticə çox
yüksək oldu, Vaqif Aslan həmin "Ovqat" verilişindən
sonra təkcə Azərbaycanda deyil demək olar ki,
bütün dünyada tanındı. Mən bunu cəsarətlə
dünyada deyirəm ona görə ki, veriliş efirə gedədən
sonra Kanadada, Amerikada, Fransada, Böyük Britaniyada, İranda,
Türkiyədə, Orta Asiyada, Çində, Hindistanda,
Yaponiyada və başqa ölkələrdə yaşayan azərbaycanlılar
telefon əlaqəsi, internet vasitəsi ilə İctimai
Televiziyaya "Ovqat" verilişinə Vaqif Aslanın dəvət
edilməsinə görə təşəkkür etmişdilər.
Çox saylı müsbət rəyləri nəzərə
alaraq İsmayıl Ömərov məni kabinetinə
çağırıb bölgədə yaşayan belə
nadir istedadlı insanları verilişə təklif etdiyimə
görə mənə də xüsusi təşəkkür
etdi. Bir neçə aydan sonra departament
direktoru, gözəl insan, səmimi dostumuz olan, şeir
xridarı Füzuli İsmayılovun təşəbbüsü
və televiziya rəhbərliyinin razılığı ilə
Vaqif Aslan ikinci dəfə "Ovqat" verilişinə dəvət
olundu. Amma bu dəfə çəkiliş
televiziyanın studiyasında aparıldı. İsmayıl Ömərov öz kabinetindən fasiləsiz
aparılan çəkilişə baxıb Vaqif Aslanın zəkasına,
onun şeirlərinin təbiiliyinə, xüsusi ahənglə
danışıq diksiyasına heyran olmuşdu. Çəkiliş
başa çatanda Füzuli İsmayılov dedi ki,
İsmayıl müəllim Vaqif Aslanı və səni
kabinetinə dəvət edir. Biz birlikdə
İsmayıl Ömərovun kabinetinə getdik. İsmayıl müəllim Vaqif Aslanı xüsusi
hörmət və ehtiramla qarşıladı. Təxminən
40 dəqiqə davam edən səmimi söhbətin
axırında İsmayıl Ömərov Vaqif Aslana dedi ki,
bizim televiziyanin qapıları sizin kimi ziyalıların
üzünə daim açıqdır, istədiyiniz
verilişə, arzu etdiyiniz movzuda qatıla bilərsiniz. Bundan
sonra neçə illər boyunca Vaqif Aslan departament
direktorlarından Füzuli İsmayılovun, Natiq Abdullayevin,
redaktorlardan Rafiq Nəbiyevin, Kamil Məmmədovun, Rafiq Səməndərin,
gözəl şair Əli Aslanoğlunun təşəbbüsü
ilə "Ovqat" və "Sovqat" verilişlərinə,
Yusif Günaydının "Qərib axşamlar"ına, ənənəvi
olan "Novruz bayramı şənliklərinə"
xüsusi təşkilatçılıq, həm də
yaradıcılıq istedadı ilə fəqlənən
"Yeni gün" proqramının rəhbəri Səidə
xanımın verilişlərinə, Natiq Qubadoğlunun
"Bir kəndin nağılı" və başqa elitar
verilişlərə dəfələrlə dəvət edildi.
Hər dəfə də televiziyanın ümumi
toplantılarında Vaqif Aslanın iştirak etdiyi verilişlərin
yüksək səviyyədə alındığı
xüsusi qeyd edilirdi.
Mən radioda və televiziyada işlədiyim illərdə
avqustun 16-sı Bəxtiyar Vahabzadənin doğum günü
üçün veriliş hazırlayanda onların evinə
Vaqif Aslanla gedirdim. Böyük şairlərin söhbətləri
mənim üçün çox maraqlı olurdu. 1997-ci
il idi. Belə görüşlərin
birində mən Bəxtiyar müəllimə dedim ki, Vaqif
Aslanın 1992-1994-cü illərdə qələmə
aldığı "Ruhlarla söhbət" əsəri
artıq çap edilmişdi. Bu əsərin
süjeti və qoyduğu mövzunun aktuallığı
haqqında danışdıq. Söhbətimiz
boyük şair Bəxtiyar Vahabzadənin diqqətini çox
çəkdi və xahiş etdi ki, həmin əsəri ver mən
də oxuyum. Biz bir gün sonra yenə Bəxtiyar
müəllimin evinə gəldik və Vaqif Aslanın
"Ruhlarla söhbət" əsərini ona verdik. Bəxtiyar müəllim bir neçə gündən
sonra Bakıya getdi. Növbəti
görüşümüz bir ildən sonra baş tutdu. Biz görüşəndə böyük şair Bəxtiyar
Vahabzadə "Ruhlarla söhbət" əsərindən
çox təsirləndiyini deyib Vaqif Aslanı qucaqlayıb-köksünə
sıxmış və fikirlərini söyləmişdi.
Bu əsərdə tarixi şəxsiyyətlər
olan dövlət başçılarının
qarşı-qarşıya gəlməsindən, onların mənəm-mənəmliyi
ucbatından ölkəyə və millətə vurulan
ziyanlıqlardan, bunun qarşılığı olaraq
düşmənlərin qələbəsindən, sonrakı
peşimançılıqdan xeyli danışdılar. Bəxtiyar
müəllim "Ruhlarla söhbət" əsəri
haqqında mərkəzi mətbuatda öz fikrini bildirəcəyini
dedi. Yenə həmişəki kimi səmimi
görüş, elitar söhbətlər, ölkəmizdə
və dünya ədəbiyyatındakı yeniliklərdən
danışıldı. Mövzunun davamı kimi
"Ruhlarla söhbət" əsərini mən yada salanda Bəxtiyar
müəllim çox qətiyyətlə cavab verdi
ki, Vaqif Aslanın bu əsəri aktual mövzudur, hər
dövr üçün gərəkli, tövsiyyəvidir. Bu əsər böyük teatrlarda səhnəyə
qoyulmalıdır, film şəklində tərcümə
olunmaqla dünyaya yayılmalıdır ki, bütün ölkə
başçıları bu əsərdəki hadisələrin
təsirindən faydalansınlar, birinci şəxslərin
ambisiyasından xalqın, dövlətin nə qədər fəlakətlərlə
qarşı-qarşıya qaldığının şahidi
olsunlar. Bu çox ağır, sanballı
və tövsiyəvi əsərdir. Mən ötən il bu əsəri oxudum və uzun müddət
onun təsirindən çıxa bilmədim. Çox
düşündüm və həmin mövzuda
"Özümüzü kəsən qılınc"
pyesini yazdım.
Vaqif Aslanla Bəxtiyar Vahabzadənin görüşləri
həmişə mənum üçün qeyri-adi olurdu. Uca
dağların zirvəsindən başqa zirvənin
görünməsi nə qədər maraqlı olursa,
onların görüşü və yüksək səviyyəli,
ədəbi-bədii söhbətləri də mənim
üçün bir o qədər maraqlı olurdu. Həm də mən bu görüşlədən
baxımlı verilişlər hazırlayırdım. Yeri gəlmişkən deyim ki, Bəxtiyar Vahabzadədən
sonuncu müsahibəni mən almışam. O zaman mən
İctimai Televiziyanın Şəki-İsmayıllı
rayonlarında bölgə müxbiri işləyirdim və həmin
görüşə də Vaqif Aslanla birlikdə getmişdik. Həmin görüşün video
görüntüləri mənim şəxsi arxivimdə
vardır. Orada yadda qalan bir hadisə də
oldu. Biz Bəxtiyar müəllimi 83
yaşı bitməsi ilə əlaqədar təbrik etməyə
getmişdik. Şəkidən və
Ağdaşdan gələn qonaqlar var idi. Bəxtiyar
müəllimin qızı Gülzar xanım gözəl bir
tort hazırlamışdı. Zəngin
şirniyyat süfrəsi açılmışdı. Hamının utanıb sakit oturduğunu görən
Gülzar xanım tortu kəsib qonaqlara payladı. Bəxtiyar
müəllim qonaqlara dedi ki, çayınızı
soyutmayın, tortdan, başqa şirniyyatdan da yeyin. Ancaq
heç kim süfrəyə əl
uzatmır, iki şairin maraqlı söhbətini dinləyirdi.
Bəxtiyar müəllim bir də bizə təklif edəndə
mən onun yanında oturmuşdum və Bəxtiyar müəllimin
boşqabındakı tortu əlimdəki çəngəllə
bölüb bir ağızlıq götürdüm və ona
tərəf uzadıb dedim:
-Bu tort
sizin şərəfinizə hazırlanıb, birinci siz yeməlisiniz,
sonra biz. Əgər siz yeməsəniz, biz bu
tortdan yeyə bilmərik, ona görə də
ağzınızı açın, mən bu tortu sizə
yedirmək şərəfinə nail olum.
Mənim bu ərkyana hərəkətimə hamı
güldü, Bəxtiyar müəllim mənim təkidimlə
ağzını acdı və mən tortu ona verdim. Yenə
hamı güldü. Bəxtiyar müəllim tortu yeyib
çayını içdi və üzünü mənə
tutub dedi:
-Çingiz,
sən elə iş elədin ki, mən ömrüm boyu sənin
üzünə qayıda bilmərəm!
Mən
ona cavab olaraq dedim ki;
-Allah eləməsin,
biz bir-birimizin üzünə qayıdaq! Bu heç vaxt ola bilməz, amma mənim sizdən bir xahişim
var. Mən sizə zəng edəndə, sizə çəkilişə
gəlirəm deyəndə mənə deməyin ki, 2-3
gündən sonra gələrsən. Bax, bu mənim
üçün heç kimdə olmayan ən böyük səlahiyyət
olar.
Bəxtiyar
müəllim dedi ki, sən bu səlahiyyəti qazandın!
Mən də
Bəxtiyar müəllimin mənə verdiyi fövqəladə
səlahiyyətdən istifadə edib bu yazını
yazdım! Ona görə ki, Bəxtiyar müəllimin
Vaqif Aslanın yaradıcılığına və şəxsiyyətinə
nə qədər dəyər verdiyinə dəfələrlə
şahidlik etmişdim. Bizim vəzifəmiz
belə ziyalılardan bəhrələnib,
ömrümüzü səhvsiz başa vurmaqdir.
Böyük yaradan xalqımızı qorusun! İndiki
zamanda İslam dövlətlərinə göstərilən
siyasi, iqtisadi, mənəvi təsirlərin artdığı
və bu dövlətlərin süni şəkildə
qarşı-qarşıya qoyulduğu vaxtda belə dahiyanə
əsərlərə böyük ehtiyac hiss edilir. Səhvlər təkrarlanır, sonralar deyirlər ki,
tarix təkrar olunur. Ağıllı
insanlar tarixi dəqiq öyrənməli, səhvləri
müzakirə etməli və onun təkrarına yol verməməlidir.
Necə ki, Ulu öndərimiz Heydər Əliyev
müstəqillik illərində, dünyanın həddən
artıq qarışdığı bir dövründə
uzaqgörənliklə bizə
balanslaşdırılmış siyasət yolu göstərib
və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
qətiyyətlə bu istiqamətdə irəliləyir.
Hazırda "Ruhlarla söhbət",
"Özümüzü kəsən qılınc" kimi zəmanəmizə
görə çox aktual mövzuda yazılan müdriklik, mətinlik,
mübarizlik cəsarət təbilğ edən əsərlərə
böyük ehtiyac vardır. Bu əsərlər
nə qədər başqa dillərə daha çox tərcümə
edilib yayılsa, faydası bir o qədər çox olar.
Ona görə ki, hər hansı bir rəhbərin
mənəm-mənəmliyi istər ailədə, istər
idarədə, istərsə də dövlətdə sonsuz fəsadlara
yol açır və onun ziyanlığını uzun liiər
aradan qaldırmaq mümkün olmur. Ona
görə də hərə öz səviyyəsində,
bacardığı qədər səadətə gedən yolu
işıqlandırmalıdır. Bu - ümumi işdə
hər kəsin adi vətəndaşlıq borcu və vəzifəsidir.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 9 yanvar.- S.5.