Danışan saxsı parçaları bir tarixdi
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən sayımızda)
Öz qədimliyi
ilə hətta Mesopotomiya tarixini də xatırladan, bəzən isə onunla müqayisə edilə biləcək bu maddi-mədəniyyət
nümunələri arxeoloqlarda
belə bir təsəvvür yaradıb
ki, Kamiltəpə ərazisi dəniz sahili olubdu. Doktor Barbara xanımın
beynəlxalq ekspedisiyası
Yaponiya, İngiltərə,
Türkiyə, İran
alimlərindən ibarətdir.
Onların qazıntılar zamanı
aşkar etdikləri bütün nümunələr
ən yüksək səviyyədə laborator
analizlərindən keçirilir.
Eləcə də bu abidələri görmək,
buradakı gerçəkliklərə
şahid olmaq üçün əraziyə
tarixçi tələbələrin,
arxeoloqların səfərləri
də təşkil edilib. Elə bu günlərdə
Münhen Universitetinin
25 nəfər tələbəsi
buraya təcrübə
mübadiləsinə gəlmişdi.
Biz ərazidəki 3-cü, 4-cü və 5-ci Kamiltəpə kurqanlarında aparılan qazıntıları gəzə-gəzə
buradakı həm yerli sakinlərlə, həm də arxeoloqlarla təmasda olduq. Onlar bizə kərpic
divarları da göstərdilər, bişmiş
kərpicdən olan nümunələri də,
dəvəgöz daşını
da, bıçağı
da, bizi də və digər tapıntıları
da. Ümumiyyətlə, bu səyahət
şəxsən məni
məmləkətin hələ
də gün işığı düşməyən
qoca və uzaq tarixinə apardı. Gördüm ki, biz hələ
öz tariximizin, öz keçmişimizin olsa-olsa, bir vərəqini oxumuşuq.
Amma hələ oxunası vərəqlərin sayı
oxunanlardan min dəfələrlə
çoxdur.
Biz geri qayıdarkən
arxeoloqların məskunlaşdığı
ünvana da baş çəkdik. Açığını deyim ki, onlar
üçün yaradılmış
şərait məni əməlli-başlı təsirləndirdi.
Bunu hiss edən ekspedisiyanın üzvlərindən
biri çox həvəslə vurğuladı
ki, rayon rəhbəri
Şahin Məmmədov
onlarla mütəmadi əlaqə saxlayır, aparılan qazıntı zamanı ehtiyac duyulan hər bir avadanlıqla, işçi qüvvəsi
ilə, hətta onların ərzaq təminatına qədər
hər şeylə maraqlanır və qayğılarına qalır.
Bu insan rayonun,
Azərbaycanın tarixi
ilə bağlı olan bu abidələrin
öyrənilməsinə son dərəcə böyük
diqqət və vaxt ayırır. Onun tapşırığı ilə
arxeoloqlar məhz bu cür şəraitli
bir mənzillə təmin ediliblər, qazıntı aparılan ərazilər qorunur.
Təbii ki, yol boyu
etdiyimiz söhbətlərdə
millət vəkilləri
birmənalı olaraq vurğuladılar ki, bu abidələrin qorunması, onların yağış və seldən mühafizə edilməsi rayonun gücü daxilində deyil. Buna Mədəniyyət
və Turizm Nazirliyi və eləcə də digər dövlət qurumları diqqət, maliyyə ayırmalı, tariximizin daha çox öyrənilməsinə
yardımçı olmalıdılar.
Burada bir məqamı da qeyd etməliyəm
ki, həm professor Təvəkkül Əliyev,
həm də doktor Barbara xanım vurğuladılar ki, yaxın günlərdə
onların ekspedisiyasının
nəzərdə tutulan
müəyyən proqramı
yekunlaşacaq. Bununla əlaqədar
onlar rayonda həm sərgi, həm də mətbuat üçün
konfrans təşkil edəcəklər. Bunda da məqsəd Ağcabədinin
tarixini həm hər birimizə, həm də Ağcabədidə böyüyən
gənc nəslə tanıtmaqdı.
Bəli, bu gün ölkəmizin istənilən güşəsində tarixin istənilən bir izilə qarşılaşmaq mümkündü. Bu da səbəbsiz deyil. Ən böyük səbəb isə bu xalqın, bu yurdun qədimliyidi. Yəni minillikləri arxada qoyan Azərbaycan adlı məmləkət yerləşdiyi coğrafi ərazinin həm şanslı, həm də problemli tərəflərini də yaşayıb və bu gün də yaşamaqdadı. Şanslı tərəflərdən biri iqlim qurşaqlarının böyük əksəriyyətlərinə sahib olmaq. İkincisi, dağ silsilələri, təbii sular, meşə massivləri. Üçüncüsü isə xalqın özünün öz tarixini yazmaq, yaratmaq istedadıdı. Problemli tərəf isə qonşu məsələsində bəxtinin gətirməməsidi. Xüsusilə Ermənistanla olan münasibətlər bütün zamanlarda Azərbaycan üçün ağrılı nöqtə olubdu...
Bu söylədiklərimizin fonunda məmləkətimizdə yaşayan etnik qrupların özünəməxsus adət-ənənələri, eləcə də mədəniyyət nümunələrinin olması da tariximizi, ədəbiyyatımızı zənginləşdirən çalarlardandı. Tutaq ki, Azərbaycanın cənub, şimal bölgələrində yaşayan insanların xalq oyunları, folklorları, mərasim nəğmələri nə qədər fərdi olsa da, bir o qədər də ümummillidi. Çünki bir dövlətin, bir xalqın içərisində fərdilik özü-özlüyündə ümumiliyə keçir. Ona görə də cənub bölgəmizdə ifa edilən mərasim nəğmələri digər bölgələrimizdəki holavarların həm musiqi, həm də mətn baxımından çox yaxın elementlərə malikdi. Eləcə də tapılan maddi-mədəniyyət nümunələrinin özləri də bu coğrafiyadakı əlaqələri, münasibətləri, inkişafı göstərən elementlərdi.
Arxeoloqlarımızın apardığı qazıntılar zamanı ölkənin müxtəlif bölgələrində tapılan saxsı parçaları, küplər, daş və digər materiallardan hazırlanmış materiallar, alətlər, eləcə də pul sikkələri göstərir ki, Azərbaycan adlı dövlət tarixə öz adını möhürləyib. Və bizim də borcumuz bu möhürlənmiş tarixi həm qorumaq, həm də gələcək nəsillərə çatdırmaqdı. Xüsusilə xalqın kimliyini sübut edən maddi-mədəniyyət nümunələri, qalalar, qəsrlər, minarələr və digər tikinti nümunələri həm arxitektura baxımından, həm də tarixilik baxımından qorunub saxlanılmalı, tədqiq olunmalı, bunlarla bağlı sənədli filmlər, bədii əsərlər ortaya qoyulmalıdır ki, sabahın azərbaycanlısı öz tarixindən dərs ala bilsin.
Hər qatı bir lay olan, hər daşı altında tarix yaşayan Azərbaycan, sənin müsibətlər çəkən başın həm də əfsanələr və qəhrəmanlıqlarla göylərə ucalıb. Bu əfsanələri sənin övladların yaradıb. Bu tarixi də sənin övladların yazıb - nizələriylə, oxlarıyla, qılınclarıyla. Bu gün də tarix yazılır, böyük siyasətlə, müstəqillik, qurub-yaratmaq eşqiylə. Qalır bu tarixi öyrətmək və öyrənmək. Bu isə bizim hər birimizin vicdan borcumuzdu. Gələcək tarixlər üçün, gələcəyimiz üçün!..
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət 2018.- 10 yanvar.-
S.7.