Horadiz döyüşünün qəhrəmanlarından
biri...
O, şahidi olduqlarından bizə
danışdı.
Redaksiyamızın qonağı bir vaxtlar Xocavənd rayon polis şöbəsinə rəhbərlik etmiş hazırda təqaüddə olan poluis polkovniki Sahib Həsənovdur. Onu redaksiyamıza dəvət etməkdə məqsədimiz 90-cı illərin təqvimini vərəqləmək xüsusilə uğurlui Horadiz əməkliuyatı barədə polkovnik Həsənovun xatirələrini oxucularımıza çatdırmaqdır. Məhz bu niyyətlə də "qonaq otağımzda” Sahib bəyə suallarımız ünvanladıq.
Gənclik xatirələri
-Sahib bəy,
doğulduğunuz kəndi, uşaqlığınızı
necə xatırlayırsınız?
- 1959-cu il mart ayının 7-si Xocavənd rayonunun Muğanlı kəndində doğulmuşam. İndi o zamnı xatırlamaq biraz ağrılıdır. Ona görə ki, ən gözəl çağlarım o kənddə keçib. Orta məktəbi orada oxuyub bitirmişəm. Xocavəndin ,o vaxtkı adı Martuni olsa da , əslində əvvəlki adı Cümə bazarı olub. Yəni təmiz Azərbaycan türklərinin yaşadığı ərazi olub, ermənilər isə buraya köçürülmüşdülər.Rayon ərazisində müxtəlif kəndləri var idi ki, məsələn, Kirişli, Əppəkli, Çobanuçan və digər yer adlarından da göründüyü kimi hamısı sırf türk mənşəli ərazilərdir. Mən ilk işimə Xocavənd rayonunun Daxili İşlər şöbəsində başlamışam.
- Üzr istəyirəm, uşaqlıqda erməni uşaqları ilə necə, birlikdə oynamısınız?
- Bizim kənd rayondan Ağdam istiqamətində 5 kilometr aralıda yerləşirdi. Biz ermənilərlə çox təmasda olmadığımıza görə onların dilini də bilmirdik. Amma mən rayon daxili işlər şöbəsində işləməyə başlayanda, xidmətə qəbul olunanda çalışdım ki, erməni dilini öyrənim. Çünki çox millətçi idilər. İki erməni yan-yana söhbət edəndə yanında bizimkilərdən kimsə varsa onu təhqir edirdilər. Ən azından onları başa düşmək üçün bu dili bilməli idik. Həm də döyüş vaxtı erməni dilini bilmək işimizi asanlaşdırdı. O ki qaldı erməni uşaqları ilə təmasımız, bizim kənddə ermənilər yaşamadığına görə elə bir xatirəm yoxdur. Amma işlədiyim şöbədə 47 nəfər işçi var idi, 30-u erməni idi, 7-si isə bizimkilər. Mən polis məktəbinə getmək istəyəndə ermənilər mənim ora getməyimi istəmirdilər. Deyirdilər ki, tutalım getdin, oranı oxuyub bitirdin, nə olacaqsan ki? Onsuz da bizdə bir sahə inspektoru var, o da nə vaxt təqaüdə çıxa, sənə yer açıla. O vaxtlar əmim Ağdam rayonun hüquq muhafizə orqanlarında işləyirdi. O mənim işlədiyim şöbəyə gəlib tələb edəndən sonra məni əlavə göndərişlə Bakı Milis məktəbinə göndərdilər. Mən oranı fərqlənmə diplomu ilə bitirdim, gəldim diplomu rəisə göstərdim. Dedi ki, hə, nə olsun? Sonra sahə müvəkkili kimi işlədim, daha sonra isə bütün bölmələr ləğv olundu. Hərəni bir yerə göndərdilər, mən də Ağdam rayonun da cinayət axtarış üzrə əməliyyat müfəttişi təyin olundum.
"Ədalət"in o zaman ki cəbhə muxbiri Əbülfət Mədətoğlu polislərlə birgə ön səngərdə
- Bəs, müharibənin
başlanması sizin xatirinizdə necə qalıb?
- 1988-ñi ildə Dağlıq Qarabağda ermənilərlə konflikt başlayanda Dağlı Qarabağdan kənarda yaşanların çoxsunun bundan xəbəri yox idi. Məsələn, Tuğda yaşayanlar Füzuliyə gedib qayıdanda deyirdilər ki, orada qarşıdurma var, biz Ağdama gedib qayıdanda deyirdik ki, burada qarşıdurma var. Ermənilər Ağdama gedən avtobusu daşa basanda, biz də Stepanakertə gedən avtobusları daşa basırdıq. Amma bu hadislərin kökü 1965-ci ildə Stepanakertin mərkəzində ermənilərin məhkumları aparan xüsusi xidmət maşınını yandırmasından başlamışdı. Özü də məhkəmədə onların günahsız olmağı da təsdiqlənmişdi. Xankəndi şəhərindəki polis idarəsinin yanında şam ağacları var idi. Ora gedəndə bizə göstərdilər ki, gəlin, baxın, adamları bu ağaclara bağlayıblar, yandırıblar, ağaclarda hələ də izlər qalıb. Bundan sonra biz hətta o vaxtlar paltarımızın altından belimizə tros bağlayırdıq ki, işdir, birdən nəsə olsa, vəziyyətdən çıxa bilək. Yadıma gəlir, Martunun polis idarəsindəki iclasda hamı yığılsa da bircə rəis hələ gəlməmişdi. O gələnə kimi adamların arasında erməni-müsəlman söhbəti müzakirə olunmağa başladı. Gördük ki, bunlara söz çatdıra bilmirik, mən qəfil qalxıb o vaxtlar siyasi büronun üzvü olan Ulu öndər Heydər Əliyevin şəkilini öpdüm.
- Şəklini
öpdünüz?
- Bəli... O vaxtlar da divardan asılan şəkillərin sırasında Qarbaçovdan sonra Ulu öndərin şəkli asılmışdı. Mən millətpərəst idim. Bunu görən ermənilər mənə qarşı onun şəklini öpməyimlə bağlı ağır ifadələr işlətdilər, mən də onların cavabını verdim. Polislərdən biri mənim yaxamdan yapışdı, mən də onun yaxasından. Məndən boyca hündür idi, amma onu vurmağa gücüm çatardı. Gözləyirdim ki, birinci o vursun. Bunu xatırlatmaq da məqsədim odur ki, yəni erməni-müsəlman söhbəti bizdə həmişə olub. Biz Azərbaycan türküyük, azərbaycanlı anlayışı yer, məkan mənasını daşıyır. Rusiyalı başqa, rus başqa, ruminyalı başqa, rumın başqa. Tarixə nəzər salsaq görərik ki, Qarabağ xanı Pənahəli xanın adının qarşısında milliyəti türk olaraq göstərilib.
Qondarma
respublikanın bayrağı....
Endirildi...
Tapdalandı və tarixin arxivinə verildi.
- Keçmiş Martuni rayon polis şöbəsi
düşmənlərin nəzarəti altına keçəndən
sonra siz haraya üz tutası oldunuz? Və ümumiyyətlə
sonrakı hadisələr necə yadınızda qalı..
-
Çox qısa zamandan sonra Daxili işlər nazirinin əmrilə
Xocavənd rayonun polis şöbəsi yarandı. Bu şöbəyə Hadrud və Martuni rayonundan
olan, yəni əvvəllər milis şöbələrində
işləyən əməkdaşlardan ibarət kollektiv
formalaşdırıldı. Bunda da əsas
məqsəd torpaqlarımızı qaytarmaq uğrunda
apardığımız işdə ön cərgələrdə
olmaq idi. RPŞ yaranan kimi özünümüdafiə
dəstələrində döyüşən uşaqları
yanımıza cəlb elədik. Və beləcə
biz birlikdə döyüş yolu keçdik.
- Hər
birimizin qan yaddaşına uğurlu Horadiz əməliyyatı
yazılıb. .. Bildiyimizə görə bu əməliyyatda
sizin şöbə də iştirk edib...
- Bəli...
Bu böyük bir tarixdir, özü də
çox şərəfli tarixdir. Bugünkü
kimi yadımdadır. 1994-cü ilin yanvar
ayının ilk günündə bizim uşaqları Martuni
istiqamətindən Horadiz istiqamətinə dəyişdilər.
Daxili qoşunların komandanı general Ramiz Məmmədov
xüsusi əmr imzalamışdı. Əmrə
əsasən, Horadizə hücum edəcək daxili
qoşunların önündə Xocavənd uşaqları gedəcəkdi.
Biz həmin anı səbrsizliklə gözləyirdik.
Yanvarın 4-ündə sübh tezdən
hücum əmri verildi. İnanın ki,
uşaqlar qartal kimi şığıyırdılar,
düşmənsə qaçırdı. Onların bu qaçışı bizi daha da həvəsləndirirdi.
İndinin özündə də
düşünürəm ki, onda dayanmaq əmri gəlməsəydi
bəlkə də lap çox irəlilərə gedə bilərdik.
Amma biz əmrə tabe əsgərik. Horadizə ilk daxil olan, təbii ki, Araz çayı
boyunca Xocavənd polisi oldu. Ərazini
tanıyanlar bilir, Horadiz şəhərində İrana
keçid yolu var. Həmin keçidin üzərində diqqətimi
bir bayraq çəkdi. Üstündə
xaç olan bu bayraq qondarma Dağlıq Qarabağ
respublikasına aid idi. Mən əmr verdim,
Xan Eyvaz kimi şöbədə sayılıb seçilən
polis nəfəri bayrağı endirməyə başladı.
Bu zaman üzbəüz istiqamətdən, yəni
İran tərəfindən bizə atəş
açdılar. Dərhal qarşı tərəfə
müraciət etdik. Onlatın sərhəd
dəstəsinin komandiri ilə əlaqəyə girib bildirdim
ki, biz Azərbaycanın daxili qoşunlarının əsgərləriyik
və öz bayrağımızı bərpa edirik. Üstəlik, siz də razı olmazsınız ki,
Azərbaycan-müsəlman bayrağının yerində
hansısa bir düşmənin,
işğalçının, ermənin bayrağı
dalğalansın.
Bu razılaşmadan sonra İran tərəfi öz
mövqelərinə çəkildi və biz çəkib
yerə saldığımız bayrağı uşaqların
ayaqları altına atdıq. Onlar bayrağı necə
lazımdı tapdaladılar. Əvəzinə
öz sərhədçilərimizdən
aldığımız milli bayrağımızı rəsmi
bir şəkildə yenə Xan Eyvaza daimi yerində
dalğalanması üçün qaldırmağı əmr
etdim. Bu anları indi də qürur hissi ilə
xatırlayıram. Və o hadisələr
tərəfimizdən lentə alınıb.
- Düşmən
bayrağının aqibəti necə oldu?
- Biz
bayrağı endirəndən sonra artıq bütün Horadiz
ərazisi işğaldan azad olunmuşdu və bayrağın
endirilməsi barədə komandanlığa raport vermişdik.
Sonra bayrağı da özümüzlə
götürüb poluis şöbəsinə gətirib orada
saxladıq. Mən xidməti yerimi dəyişənə
qədərə düşmən bayrağı orada maddi
sübut kimi saxlanılırdı. Həmin
döyüşdə biz ermənilərdən avtomatlar,
qranatamlyotlar, snayperlər götürüb Daxili İşlər
Nazirliyinə təhvil verdik. Onlar bu silahların bəzilərini
bizə qaytarıb döyüşlərdə istifadəmizə
icazə verdilər . Çünki
bizim əlimizdə olan silahların bəziləri gah
atırdı, gah da atmırdı. Amma gətirdiklərimiz
rus istehsalı olan güclü, keyfiyyətli silahlar idi.
- Bəs,
Laçın? Biz Çingiz Mustafayevin çəkdiyi
kadrlardan da görürük ki, bizimkilər ermənilər gəlməmiş
Laçını tərk etmişdi.
- Xeyr,
Laçın camaatı da döyüşüb,
Ağdamın özü 6 minə yaxın şəhid verib. İndi hansısa kənddən on- onbeş nəfər
qaçıbsa bunu bütün Laçın camaatının
ayağına yazmaq olmaz. Laçının 123 kəndi
var, ola bilər, iki-üç kənddən
kimlərsə qaçıb. Bu cür hallar
heç bir rayonun qəhrəmanlığına kölgə
sala bilməz.
- Sahib bəy, erməni
öldürmüsünüz?
- Bir
gündə 23 erməni məhv etmişik. Ermənilər
yanvar ayının 23-də Füzuli rayonunun Qazaxlar və
Əhmədalılar kəndindən "Uraaa, peryod!” deyib
hücuma keçdilər. Mən şöbənin əməkdaşları
qarşı səngər də düşməni
qarşıladıq... Qızğın
döyüş başlamışdı. Bizim səngərdən
qaçan bəzi əsgərlərə "qorxmayın,
qaçmaq lazım deyi . Hamımız
birlikdə onların kökünü kəsəcəyin” deyəndə
dayandılar. Bütün silahlardan ,
xüsusilə qranatamlyotdan elə atırdıq ki, erməni əsgərlərinin
parçaları, puşlatları göydə
uçuşurdu.
- O mənzərə necə, sizə
ləzzət edirdimi?
- Bəli,
ləzzət edirdi. Cünki Xocalı ,
Qaradağlı vəhşiliklərini törədənlərə
layiq olduqları dərsi verirdik! Ona görə
də ləzzət edirdi. Şəxsən
mən inanmırdım ki, güllə mənə dəyə
bilər. Cəsədləri maşına
yığıb aparırdılar. Bizə
Daxili qoşunların komandanı tapşırmışdı
ki, erməni cəsədlərinin üstündəki
bütün sənədləri toplayıb S təhvil verin.
Çünki Ulu öndər göstəriş
vermişdi, erməni cəsədlərinin üzərindən
tapılan sənədləri təhvil verin ki, xarici təşkilatlara
göstərib deyə bilək ki, erməni vətəndaşları
bizim torpağımızda nə gəzir? Bəzilərinin
üzərindən çıxan hərbi biletlərdə
"yararsız” yazılmışdı. Çoxusu da
Qafan, Mehr, Livan və digər yerlərdən olan erməniləri
idi. Yeri gəlmişkən bir məqamı xatırlatmaq istəyirəm , belə ki , mən müsahibələrimin
birində təklif etmişəm ki, bizim hərbi biletlərdə
yararsız sözünün əvəzinə
"çürük” sözü yazılsın- türklərdə
olduğu kimi! Hərbi xidmətdən o qədər
yayınan adamlar var ki. Onların biletlərinə
"yararsız” yox "çürük”
yazılmalıdır. Yararsız
sözü bir o qədər də effektli deyil, adamlar bunu vecinə
almır. Bəlkə çürük
sözünə görə cavan uşaqlar ata-ana
yalvarışına önəm verməyib, çürük
sözünü şəxsiyyətinə
sığışdırmayıb hərbi xidmətdən
yayınmazlar.
Keçmiş
döyüşçünün təklifi...
- Bəs, axı, həqiqətən
də səhhətində problem olanlar var, onlar necə olsun ?
- Bazardan alma alanda da çürüyünü alımırsan. Burda nə var ki.
- Amma Türkiyə də pullu hərbi xidmətə getməmək
leqallaşdırılıb. Hətta Rusiyada da belə
bir qanun var.
- Azərbaycan belə bir şeyin leqallaşdırılmasının əleyhinəyəm. Biz müharibəyə cəlb olunmuş- torpağı işğal edilmi ölkəyik! Həm də bizdə pullu insanlar çoxdur. Belə olsa, insanların arasında bölgü yaranacaq. Vətən hamımız üçündür.
- Komsomolçu
idiniz?
- Bəli , amma partiya üzvü ola bilmədim. Onun üçün tanışlıq lazım idi.
O vaxt partiyaya keçənin vəzifəyə keçməsi
daha rahat idi. Bizim kənddə çobanlar,
sağıcılar partiya üzvləri idi. O vaxt ki
"Niva” kombaynın bir neçə detalları mənim
atamın adı ilə bağlı idi. Atam o
vaxt Martuni rayonun baş mühəndis mexaniki, həm də bir
neçə ən səmərəli təkliflərin
müllifi idi. Amma Lenin ordenini kalxozda Qaro
adlı erməniyə vermişdilər, çünki atam
türk idi. Qonşu kolxozun sədri Suren
Adamyan idi. O respublika Ağsaqqallar şurasının sədr
müavini idi. Azərbaycanı sevirdi. Onu ermənilər özləri öldürdülər.
Çünki o, erməni separatizminə etiraz
edirdi.
Sülh ya müharibə? Siz hansını seçirsiniz?
- Viktor Hüqonun belə bir
sözü var, sülh bəşəriyyətin xilası,
müharibə isə onun cinayətidir. Sizin müharibə haqqında düşüncəniz nədir?
- Mən
düşünürəm ki, müharibə həmişə
olub. Xarici müharibə filmlərinə baxanda
da görürük ki, müharibə ordular arasında baş
verir. Amma bu ermənilər, başqa
qüvvələrin hesabına, Xocalını törətdilər,
Qaradağlını törətdilər ...
uşaqlarımızı qırdılar. Bunlarla
necə sülh bağlamaq olar?
- Sahib bəy,
Qarabağda vuruşanların hamısı müharibədə
döyüşkənliyimizdən danışır,
danışır ki, ermənilər bizdən qorxurdu. Bəs,
necə oldu ki, biz bu qədər torpaq itirdik?
-
Bilirsiniz, Heydər Əliyev vaxtında ölkənin
başına gətirilsəydi, ermənini məhv edərdik.
O vaxtlar nə ordumuz , nə də vahid
komandanlıq yox idi . İndi isə ordumuz da var,
hər şey də öz yerindədir. Bir
də ki ermənilərin arxasında o boyda qüvvələr
dayanıb. Fransa, Rusiya...
- Bütün bu
danışdıqlarımızdan sonra bilmək istəyirəm
ki, siz ehtiyatda olan qüvvəsiniz, bundan sonrası olacaqlar
haqqında nə fikirləşirsiniz?
- Bizim
vaxtilə qazandığımız uğurları birincisindən
axırıncısına kimi hamısını o vaxtdan
Ədalət QƏZETİ işıqlanıdırıb. Bircə onu deyə bilərəm ki,
bayrağımızı işğalda olan
torpaqlarımızda dalğalandıraq. İndi
şəhərə çıxın, sorğu keçirin,
hamı deyəcək ki, müharibə olsa vuruşacam. Amma müharibə başlasın, çoxusunu
tapmayacaqsız. Hal-hazırda xalqımızın Milli ruh
mürgüləyir... Televiziya tamam başqa
şeyləri təbliğ edir, məktəblərdə vətənpərvərlik
aşılanmır. Mən səhhətim
imkan verəçəyi ana qədər bu torpaq uğrunda
vuruşmağa hazıram.
Ədalət 2018.- 10 yanvar.- S.4.