Ömrü qələmdən keçən
şair-jurnalist
Xudavedi Cavadov -70
Hərdən adama elə gəlir ki, şair, yazıçı,
jurnalist yaranmamışdan
əvvəl onun üçün dəftər
gəlir dünyaya.
Onlarla bəlkə yüz illər boyu sahibinin yolunu gözləyir və nəticədə bir-birilərinin
vüsalına qovuşaraq
əl-ələ, boy-boya
verib ölməz sənət əsərlərini
ipə-sapa düzürlər,
sıralandırırlar...
Şair-jurnalist Xudaverdi Cavadov da qələmini bərkidəndən sonra öz qələminə
sahib çıxdı. Bəxti qələmlə
yazarlar. Onun isə
taleyinə qələm
yazılmışdı. Bəxt yazmaq üçün yox, söz yaratmaq
naminə. O, söz
meydanına təsadüfi
gələnlərdən deyil,
əlləri bərkidikcə,
qələmdən bərk
yapışdı və
hiss etdi ki, bu məvhum onun alın yazısıdır.
Haqqında danışdığımız şair-jurnalist Xudaverdi Abutalıb oğlu Cavadov belə yaradıcı və məhsuldar ziyalılarımızdandır. O, 1948-ci ildə
Lənkəran rayonun Gərmətük kəndində
anadan olub.
Uzun illərdir
sevib-seçdiyi jurnalist
sənətilə yanaşı
bir çox şeir və poemaların müəllifidir.
İndiyə kimi bir çox
kitabları oxuculara təqdim olunub. Həmkarlarımız jurnalist sənətini bu gün də
uğurla davam etdirir.
O, 1974-ci ildə M.Ə.Rəsulzadə
adına ADU-nin Jurnalistika fakültəsini bitirib ilk
təyinatla Lerikdə
çıxan "Bolluq
uğrunda" (indiki
"Lerik") qəzetində
əmək fəaliyyətinə
başlayıb.
Bir müddət
sonra Xudaverdi müəllim Lənkəranda
çıxan "Leninçi"
(indiki "Lənkəran")
qəzetində ədəbi
işçi və şöbə müdiri vəzifələrində işləmişdir. 2000-ci ildə "Kirpi" satira və yumor jurnalının Cənub bölgəsi üzrə müxbiri işləyib.
Hal-hazırda "Lənkəran"
qəzetində şöbə
müdiri vəzifəsində
çalışır.
Xudaverdi Cavadov təcrübəli jurnalist, daim mətbuatda əsl vətəndaş mövqeyindən
çıxış edir,
yaradıcılığında obyektivliyi əsas meyar kimi götürür. Aktual mövzulardan
bəhs edən yazılarına görə
dəfələrlə keçmiş
SSRİ Jurnalistlər İttifaqının
və Azərbaycan Jurnalistlər Birliyinin mükafatlarına layiq görülmüşdür.
Xudaverdi
müəllim bədii
yaradıcılıqla da
məşğul olur,
uğurlu çıxış
edir, şeir və poemaları "Azərbaycan", "Elm və
həyat", "Ulduz",
"Söz", "Şəfəq",
"Alov", "Məşəl"
jurnallarında, "Azad Azərbaycan",
"Ədəbiyyat", "Lənkəran", "Aşkarlıq",
"Respublika həyatı"
ilk kitabı oxuculara təqdim olunmuşdu. "Lənkəran pedaqoqları", "Haqqın
qılıncı", "Bura Lənkərandır"
və başqa şeir, eləcə də hekayələr kitabı çap olunub.
Onu da qeyd edim ki,
Xudaverdi Cavadovla ilk tanışlığım ötən
əsrin 74-75-ci illərində
olub. O, Lerik rayon qəzetində
təyinatla göndərilmişdi.
Həmin
ildə Xudaverdi müəllimi Lerik rayonuna yola salıb
yaradıcılıq işində
uğrular arzuladım.
Sonralar Xudaverdi
müəllimlə daha
tez-tez görüşür,
yeni yazdığı
şeirlərini dinləyir,
oçerk və heykəllərini oxuyurdum.
Dünyanın ömrü uzun, yükü isə ağırdır və bu ağırlığı
çiyinlərində daşıyanlar
ömürlərini xeyirxah
işlərə sərf
edir, Vətənin çiçəklənməsi, xalqının tərəqqisi
üçün çalışırlar.
Bu uzun və çətin, lakin mənalı yolun yolçusu olan Xudaverdi Cavadov müdrik çağında
gənclik həvəsi
ilə yazıb yaradır.
Keçmiş SSRİ Jurnalistlər İttifaqının və
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü olan Xudaverdi Cavadovu anadan olmasının 70 illik yubileyi münasibətilə
səmimi qəlbdən
təbrik edir, yaradıcılıq işlərində
uğurlar arzulayıram.
Yazımı şair-jurnalist Xudaverdi Cavadovun şərəfli jurnalist peşəsinə
həsr etdiyi şeirin aşağıdakı
misralları ilə tamamlayıram.
Elin sevincidir qəlbinə məlhəm,
Elin min dərdini
çəkər jurnalist.
Məsləki həqiqəti, silahı
qələm,
Ən öndə
döyüşən əsgər-jurnalist.
AZAD
ZÜLALOĞLU
"Qızıl qələm"
media mükafatı laureatı
Ədalət.-2018.-17
yanvar.-S.6.