“Dolu” filmi
Bakı Xoreoqrafiya Akademiyasında
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr
olunmuş anım tədbiri keçirilib. Əməkdar
jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi
əsasında çəkilmiş
" Dolu” filmi nümayiş olunub.
Filmin nümayişindən
öncə şəhidlərin
ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra isə BXA-nın rektoru , professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında geniş məlumat verib, və həmin günü azadlığa,
müstəqilliyə gedən
yolun başlanğıcı
adlandırıb. T. Əfəndiyev qeyd edib ki, müharibə
mövzusunda çəkilən
"Dolu" filmi müharibənin dəhşətlərini,
dövrün ictimai-siyasi
proseslərini yeni nəslə çatdıran,
gəncliyin milli vətənpərvərlik ruhunda
tərbiyə olunmasında
mühüm əhəmiyyət
kəsb edən uğurlu ekran əsəridir. Filmin
ssenari müəllifi,
Aqil Abbas BXA-nın professor-müəllim
və tələbə
heyətini salamlayaraq,
ali təhsil
ocağında olmaqdan
məmnunluğunu bildirib,
universitet rəhbərliyinə
minnətdarlıq edib.
Həmçinin A. Abbas
"Dolu" bədii
filmi haqqında məlumat verərək , filmin yaradıcı
heyətini BXA-nın
professor-müəllim və
tələbə heyətinə
təqdim etmişdir. Filmin nümayişindən sonra
Aqil Abbas və "Dolu" filminin aktyor heyəti ilə görüşən müəllim
və tələbələr
öz təəssüratlarını
bölüşüblər.
Qeyd edək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən "Dolu"
filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir . Qəhrəmanlıq və şücaət
səhnələri ilə
dolu olan filmdə istedadlı aktyorlar iştirak ediblər.
Ədalət 2018.- 20 yanvar.- S.10.