Həsən ZEYNALOV:
“Diplomatın tale yolu”
Əsərdən parçalar
Heydər Əliyev əmin idi ki, Azərbaycan xalqı Onu
tükənməz məhəbbətlə sevir. Telefon zənginə
qədər də Moskvaya - Heydər Əliyevə teleqramlar da
göndərmişdim. Bu cür teleqramlar və
məktublar çox göndərilirdi və sözsüz ki,
bütün bunlar Heydər Əliyevdə məmnunluq
yaradırdı. Həmin zəngdən
başlayaraq birbaşa əlaqələrimiz quruldu və
telefon danışıqlarımız intensivləşdi.
Qeyd etməliyəm ki, 1987-ci ilin sonlarından
başlayaraq erməni millətçilərinin Azərbaycana
qarşı əsassız ərazi iddiaları ortaya
çıxanda ermənilər həm də Heydər
Əliyevə qarşı şər və böhtan
kampaniyasına başladılar. Lakin Heydər
Əliyev özünə qarşı aparılan sistemli təxribatlardan
daha çox Dağlıq Qarabağ mövzusu ilə Azərbaycana
yönəldilmiş ərazi iddialarından narahatlıq
keçirirdi. Azərbaycanda isə günbəgün
çətinləşən siyasi vəziyyətdən
çıxış yolu kimi Heydər Əliyevin Vətənə
qayıtması məsələsi ən aktual siyasi məsələyə
çevrilmişdi.
Heydər Əliyev çox gənc yaşlarından təhlükəsizlik
orqanlarında işlədiyi üçün erməni millətçilərinin
keçmiş SSRİ-də və xarici ölkələrdəki
imkanlarına, məqsəd və planlarına, o cümlədən
Azərbaycana qarşı iddialarına yaxından bələd
idi. Onların bu iddiaları 1945-ci ildən 1969-cu ilə
qədər artmaqda davam etmişdi. Heydər
Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi
dövrdə bu iddiaların qarşısını məharətlə
aldı. Xüsusilə qeyd etmək lazımdır ki, əgər
ermənilər həmin çirkin istəklərinə
SSRİ-nin ali qanunverici orqanlarının qərar
və qətnamələri ilə nail ola bilsəydilər, bu əraziləri
geri qaytarmaq şansı heç zaman yarana bilməzdi.
Telefon söhbətlərimizdə bütün bu məsələlər
təkrar-təkrar müzakirə mövzusu olurdu. Mən vətəndaşlarımızın
Onun haqqında nə danışdıqlarını,
xüsusilə xalq hərəkatının öncüllərinin
fikir və mülahizələrini Heydər Əliyevə
bacardığım qədər çatdırırdım və
hesab edirdim ki, vaxt itirmədən Vətənə gəlməsinə
zərurət var. Heydər Əliyev Azərbaycan, onun taleyi
üçün çox darıxırdı. Ölkəmizin
üzərindəki mövcud təhlükədən son dərəcə
narahatlıq keçirirdi. Azərbaycana
dönmək istəyi isə doğma Vətənə olan
sonsuz sevgisi, onun dərdlərinə laqeyd qala bilməməsi
idi.
Acınacaqlı
o idi ki,
vaxtilə
Heydər Əliyev hakimiyyətdə olarkən onun fəaliyyəti
haqqında təqdiredici fikirlər söyləyən
ziyalılar (Bayram Bayramov, Cəmil Əlibəyov, dövlət
televiziyasının rəhbəri Qeysər Xəlilov, Elmlər
Akademiyasının işçisi və deputat Nadir Mehdiyev,
Bakı şəhər partiya komitəsinin birinci katibi
Müslüm Məmmədov və s.) indi televiziya və qəzetlərdə
Heydər Əliyevin tənqidi, Ə. Vəzirovun məddahlığı
ilə məşğul idilər. Açıq
görünürdü ki, Ə. Vəzirovu Azərbaycana təyin
edən Moskvanın ondan tələbi respublikanın problemlərinin
həlli yox, hər vəchlə Heydər Əliyevin hakimiyyətə
qayıtmasının qarşısının alınması
idi. Çünki onun
qayıdışı Moskvanın erməni siyasətinə
son qoya bilər, xalq hərəkatının düzgün idarə
olunmasını təmin edə, ümumilikdə Cənubi
Qafqazla bağlı geosiyasi proseslərin istiqamətini
Moskvanın arzu etmədiyi səmtə çevirə bilərdi.
Milli hissləri olmayan, qeyri-ciddi xarakterə malik
Ə. Vəzirov isə yalnız ona
tapşırılmış istiqamət üzrə fəaliyyət
göstərirdi. Nəticədə qısa
zamanda respublikanı xaos bürüdü, Qarabağda daha
acınacaqlı vəziyyət yarandı və bütün bu
hadisələr 20 Yanvar qanlı faciəsinə qədər gətirib
çıxartdı.
Azərbaycana
qarşı hazırlanmış ziyalılar arasında
parçalanma və regionlar arasında qarşıdurma
yaratmaq, digər çirkin niyyətləri həyata
keçirmək, son olaraq 20 Yanvar faciəsi kimi Moskvanın
çirkin planlarını yerinə yetirdikdən sonra
milyonlarla insanın qəzəbindən qorxaraq hərbi təyyarə
ilə Azərbaycandan qaçan Ə. Vəzirov sonda
özünün Moskvadakı ağalarına sığındı.
Etiraf etməliyik ki, o dövrdə bütün proseslər
kortəbii inkişaf edirdi. Dövlət müstəqilliyi
və yaxud SSRI-dən ayrılmaq məsələləri
inandırıcı görünmürdü.
İnsanları
bir sual düşündürürdü:
Dağlıq Qarabağa qarşı ermənilərin əsassız
iddialarının qarşısını necə almaq olar? Moskvanın
imperialist siyasəti, Azərbaycan rəhbərliyinin
Moskvanın göstərişlərini yerinə yetirməsi,
xüsusilə mərkəzi sovet mətbuatının qərəzli
informasiyaları Azərbaycan xalqının hiddətini anbaan
artırırdı. Zavod və fabriklərdə işin
ahəngi, ali məktəblərdə təhsil
prosesi sürətlə pozulurdu. Çünki
hamını narahat edən bu sonu görünməyən vəziyyətdən
çıxış yolu axtarılırdı. Azərbaycan xalqı mütəşəkkil formada
özmilli müqəddəratının müdafıəsinə
qalxmışdı. 1989-cu ilin yazında
Z.Balayan və A. Volskinin Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayətindən SSRİ Ali Sovetinə
deputatlığa namizəd verilməsinə etiraz əlaməti
olaraq mitinq-nümayiş təşkil etmişdik. Həmin ərəfədə Bakıda fövqəladə
vəziyyət elan edilmişdi. Nümayişçilər
Dağlıq Qarabağda Xüsusi Idarəetmə Komitəsinin
yaradılmasına, Azərbaycan xalqının açıq
düşnıənləri olan bu iki şəxsin məhz
Qarabağdan SSRİ Ali Sovetinə deputat seçilməsinə
kəskin etiraz edirdilər. Milis qüvvələri
bütün vasitələrdən istifadə etsələr də
mitinqi poza bilmədilər. Mitinqdən
sonra bir neçə nəfəri həbs edib indiki Yasamal
rayonu ərazisindəki hərbi komendaturaya gətirdilər.
Əslən Naxçıvan və Qərbi Azərbaycandan'
olanlara müxtəlif müddətə həbs cəzası
verib digərlərini sərbəst buraxdılar. O
cümlədən mənə də 10 gün inzibati həbs
verdilər. Bu yanaşma özlüyündə
iki məqsəd daşıyırdı. Birincisi,
ölkədə regionçuluq qarşıdurması yaratmaq,
ikincisi Dağlıq Qarabağ məsələsi ilə
bağlı xalq etirazına siyasi hakimiyyət damğası
vurmaq. Hər iki variant Azərbaycan
xalqına qarşı qurulmuş təxribat idi. Bu hadisə və bizim həbsimiz həmin gün Azərbaycanın
bütün mətbuat orqanlarında, eləcə də
Moskvada mərkəzi televiziyanın "Vremya" əsas xəbər
proqramında xüsusi olaraq elan edildi. Məqsəd
Ə. Vəzirovun Moskvaya verdiyi məlumatın mətbuat vasitəsilə
təsdiqi, yəni "təxribatçı" hərəkətlərin
Heydər Əliyevin "adamları" tərəfindən
süni surətdə təşkil edildiyini ictimaiyyətə
çatdırmaq idi".
Həsən
Zeynalovun Meydan hərəkatı zamanı göstərdiyi cəsarətli
fəaliyyətə dair Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, fəlsəfə doktoru Fazil Mustafanın
düşüncələri diqqətəlayiqdir: - "1988-ci
ildə işlədiyi dövlət orqanında təzyiqlərə
baxmayaraq Meydan hərəkatı prosesində gecə-gündüz
iştirak edən, həm də orada mübarizə aparan
insanlara hərtərəfli yardım göstərən Həsən
Zeynalov üçün bir fikir həmişə
ağrılı olub: "Kiminsə nə etdiyimi bilməsi
önəmli deyil, gücüm çatan səviyyədə
faydalı olmalıyam". Xalq hərəkatının
bütün proseslərində iştirak edən, rus
tanklarının vahiməsindən çəkinməyərək
20 Yanvar hadisələrində işğala və qətliama
qarşı etirazçılar izdihamının ön
sıralarında olan Həsən bəy, ölkəmizin
müstəqilliyə qovuşması uğrunda mübarizədə
həyatını ən ciddi təhlükəyə atmaqdan
çəkinməmişdir".
Həsən Zeynalov o dövrdə dəbdə olan ifadə
ilə desək, "ekstremist" kimi qazandığı
ongünlük həbs cəzasını çəkəndən
sonra nahaqdan, qanunsuz həbs olunduğunu sübut etmək, belə
demək mümkünsə, bəraət almaq məqsədilə
hüquq-mühafızə orqanları ilə uzun zaman
mübarizə aparmışdır. Onun Azərbaycan SSR-in Baş prokuroru
İlyas İsmayılova ünvanladığı teleqram bu mənada
olduqca əhəmiyyətlidir:
"Bakı
1/8365 253 30/5 1748
Mən 10
aprel 1989-cu ildə Bakı şəhər nıilis rəisi Kərimovun
şəxsi təşəbbüsü ilə Oktyabr rayon
daxili işlər şöbəsinin milis polkovnik-leytenant
Cavadovun qeyri-qanuni tərtib etdiyi protokola əsasən nazir Məmmədovun
qərarı ilə guya icazə verilməmiş mitinqlərdə
iştirak etdiyimə görə 10 gün müddətinə
həbs olunmuşam. Bu həbsin qeyri-qanuni
olmasını işdə olan protokolu və raportu
tutuşdurub ayırd etmək olar. Bunun
üçün adi orta savad lazımdır. 30 may 1989-cu
ildə ərizə ilə əlaqədar keçmiş
şöbə müdiri Vəliyevin qəbulunda oldum. O, əvvəlcə
sənədlərlə tanış olandan
sonra haqlı olduğumu dedi və lakin heç bir kömək
edə bilməyəcəyini söylədi. Ona
görə ki, Kərimov təzə kadr idi və vurulub yenidən
vəzifəyə təyin olunanlardan idi, onun xətrinə dəymək
olmazdı.
İkinci dəfə mən 1 noyabr 1989-cu ildə Mərkəzi
Komitəyə ərizə ilə müraciət etdim. Ərizə nəzarət
qaydası ilə prokurorluğa göndərildiyindən bu dəfə
yoxlama Plavski yoldaşa tapşırıldı. Onun qəbulunda
oldum, söz verdi ki, işə qanunla
baxacaq və mənə dəqiq cavab verəcək. Ancaq bu günə kimi heç bir cavab
almamışam. Mənə belə gəlir
ki, KP MK prokurorluq qarşısında tam nüfuzdan
düşüb, belə olmasaydı, heç olmazsa, ərizəyə
7 ay müddətində cavab verərdiniz. Mənim
işimdə Kərimovun şəxsi-qərəzliyini dəqiqləşdirmək
üçün ərizələrimi qaldırıb tanış olmağınızı xahiş
edirəm. Teleqramdan heç nə başa düşməyəcəksiniz,
sizin qəbulunuza düşmək üçün 3 il vaxt lazımdır. Əgər
mümkün olsa, məni qəbul edin, onda mən sizə əlavə
maraqlı və lazımlı faktlar gətirərəm.
Cavabı qəbul otağında gözləyirəm.
Bakı
şəhəri, 4-cü mikrorayon,
Cəbiyev
küçəsi, ev 5, mənzil 34,
Zeynalov Həsən Sultan oğlu ".
Baş
prokurorla görüşməyə təkid etməkdə,
ümumiyyətlə, ongünlük həbs cəzasının
əsassız olduğunu sübut etmək niyyətini Həsən
Zeynalov belə izah edir: "Əlbəttə ki, mən bu bəraət
iddiası ilə mübarizəni davam etdirərkən əmin
idim ki, hüquq-mühafizə orqanları birmənalı
olaraq mənim iddiamı təmin etməyəcəklər. Lakin o dövrdə azad mətbuat və elektron media
imkanlarının indiki qədər geniş olmamasına
baxmayaraq, atılan hər bir addım sürətlə
ictimaiyyətə yayılırdı. Qeyd
etməliyəm ki, qanunsuz həbslərdə məqsəd, ilk
növbədə, Azərbaycan xalqı arasında regional
parçalanma yaratmağa xidmət edirdi. Hakimiyyət
qüvvələri, o cümlədən DTK-nın şayiə
yayan mexanizmi sovet ictimaiyyətini inandırmağa
çalışırdı ki, xalqımıza qarşı bu
düşmənçilik siyasətinə etiraz edənlərin
məhz Naxçıvan və Qərbi Azərbaycan əsilli
insanlardır. Təbii ki, bu iyrənc
ssenarinin ideyasını verənlər əmin idilər ki, Azərbaycan
xalqını bu cür bəsit metodlarla mübarizədən
çəkindirmək mümkün deyil. Lakin
həmin "ideoloqlar" zamanı udmaqla Azərbaycan
torpaqlarını ermənilərin xeyrinə işğal etmək
üçün var qüvvə ilə
çalışırdılar və buna da nail oldular. Konkret olaraq mənim bəraət almaq tələbi
ilə şikayətlərim isə yuxarıda qeyd olunan məsələlərə
dair bütün təxribatları ifşa edirdi ".
Müəyyən
qüvvələr
Həsən Zeynalovun və bir qrup şəxsin həbsindən
istifadə edərək Heydər Əliyevin ölkədə
qazandığı nüfuzu azaltmaq, onu xalqın xilasedicisi
kimi qəbul edildiyi məqamda baş verənlərin əsl səbəbkarı
kimi göstərməyə çalışırdılar. Belə ki, həmin
ərəfədə Moskvada bəzi dairələr ölkədə
baş verən qarşıdurmanın səbəbini
Naxçıvan və Qərbi Azərbaycandan olan şəxslərin
vasitəsilə Heydər Əliyevin yaratdığını
iddia edir və ona müxtəlif formada təzyiqlər edirdilər.
Lakin həqiqət hər kəsə məlum
idi ki, Heydər Əliyevin baş verən bu proseslərin heç
biri ilə əlaqəsi yox idi. Belə
olan halda onun ölkədə olan hər hansı bir
qarşıdurmada təşkilatçılıq funksiyası
yerinə yetirdiyini iddia etmək absurddur. Ancaq
hazırlanmış xüsusi ssenari işləməli idi.
Məhz onun üçün də Həsən Zeynalovun
ongünlük həbsi bir anda "Vremya" proqramı vasitəsilə
bütün dünyaya "sovet imperiyasına qarşı
üsyan edənlərin təşkilatçısının
həbsi" kimi əsassız bir iddia ilə təqdim edildi. Həmçinin, bu hadisələrin
naxçıvanlılar və qərbi azərbaycanlılar tərəfındən
Heydər Əliyevin göstərişi ilə təşkil
olunduğu bəyan edildi. Bu, Sovet hakimiyyətinin
Heydər Əliyev haqqında mənfi rəy yaratmaq
üçün əlinə keçmiş fövtə verilməz
fürsət idi. Yuxarıların təfərrüatlı
şəkildə fıkirləşdiyi ssenarinin icra edilməsi
üçün Azərbaycan SSR iqtidarında təmsil olunan
Ə.Vəzirov da bunu ciddi mənada "fürsət" kimi
dəyərləndirir. Təcridxanada
müxtəlif vasitələrlə Həsən Zeynalova fərqli
imtiyazlar vəd edirlər. Ancaq bu vədlərin
qarşılığında Həsən Zeynalovdan təkid ilə
imza atmasını tələb etdikləri vərəqədə
bu cümlələr qeyd edilmişdi. "Mən
hesab edirdim ki, Heydər Əliyev təcrübəli
adamdır. Ölkəmizi
düşdüyü çətin vəziyyətdən xilas
edə bilər. Ancaq başa
düşdüm ki, yanılmışam". Lakin Həsən Zeynalovun Heydər Əliyev şəxsiyyətinə
olan inamı, əminliyi və sədaqəti, bu cür
alçaq təkliflərin altına imza atmağa imkan vermədi.
Əksinə, Heydər Əliyevin vətənpərvərliyinə
və xilaskar roluna olan inamını, ona olan sədaqətini
daha da artırdı.
Həsən Zeynalovun qanunsuz həbsi ilə əlaqədar bəraət almaq üçün hüquqi müstəvidə apardığı mübarizəyə münasibət göstərən məmurların davranışı bu həbsin əvvəlcədən düşünülmüş və qəsdən təşkil edilmiş hədələyici bir addım olduğunu göstərir. Belə ki, ölkənin hüquq-mühafizə orqanları cidd-cəhdlə Həsən Zeynalovun hüquqlarını təmin etməkdən boyun qaçırır və dövlət orqanlarının qanunsuz fəaliyyətinə haqq qazandırırlar. Onun qanunsuz həbsi ilə bağlı verilən Azərbaycan SSR Prokurorluğunun cavab məktubunu sizə təqdim edək:
"30.07.90 N-7-5812 Vətəndaş H.S.Zeynalova Bakı şəhəri, 4-cü mikrorayon, Cəbiyev küç., ev 5, mən. 34
Azərb. SSR Prokurorluğu Sizin şikayətiniz üzrə 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştirak etdiyiniz üçün əsassız olaraq inzibati qaydada 10 sutka həbs olunmağınızı araşdırıb.
Araşdırma zamanı Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsindən və Azərbaycan SSR Daxili İşlər Nazirliyindən Sizin həbsinizlə əlaqəli bütün materiallar alınaraq öyrənilmişdir. Bundan başqa Bakı şəhər Oktyabr rayon daxili işlər şöbəsinin rəhbərliyindən və Sizin həbsinizdə iştirak etmiş milis işçilərindən izahat alınıb.
Toplanmış materialların araşdırılması zamanı 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştirak etdiyinizə görə Sizin həbsinizə dair protokolda qeyd olunanların mübahisəsinə əsas müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, Sizin inzibati qaydada həbsiniz haqqında qərardan şikayət üçün əsas yoxdur.
İdarə rəisinin vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Q.B.Əliyev".
Yazının əvvəlini BURADAN oxuya bilərsiniz
Ədalət 2018.- 23 yanvar.- S.5.