Biz Cocuq Mərcanlılıyıq
Nəsib Nəbioğlu
"Biz Cocuq Mərcanlılıyıq",
Söyləyir Fikrət Qoca!
Şeiri özündən uca,
Özü sözündən uca.
Yüyürüb qucağına,
torpağı
quca-quca.
Haray
salıb deyir ki,
Biz Cocuq Mərcanlılıyıq.
Həsrət
çəkən torpağa,
Ayağımız
dəyəndən,
Yaman həyəcanlıyıq.
Bu hələ
ilk addımdır,
Bizi
gözləyir savaş,
Əsarətdən
qurtarsın,
Deyir hər
qaya, hər daş.
Axı
yaşaya bilməz,
Vətən
qalsa yarımcan.
Gözləyim
haçanacan?
Necə səbrli
olaq,
Necə səbr
daşmasın?
Axı
necə xəyalım,
Əsirlikdə
inləyən,
Dağları
dolaşmasın?!
Bax, Cocuq
Mərcanlıdan,
Ümid
yağır hər yana.
Bu yerlərdən
keçən yol,
Bir
müjdə gətirəcək,
Doğma
Azərbaycana.
Öləziyən
ümidim,
Nurlanır
yavaş-yavaş,
Həsrətimi
biçən yol,
Ürəyimdən
keçən yol,
Şuşamıza
gedə kaş,
Laçınıma
gedə kaş,
Kəlbəcərə
gedə kaş.
Anamın
Yol
alıb dağlardan bir düzə sığar,
Min illik
gecəyə-gündüzə sığar,
Nə
şeirə sığar, nə sözə sığar,
Dərdi
dağ-dağ, koma-koma anamın.
Nisgildən
don tikdi kəlməsi, sözü,
Dağlardan
söz salıb, yandırdı bizi,
Min dəfə
yalvardım gülmədi üzü,
O
göyçək anamın, sona anamın.
Dolandım
başına etmədi kərəm,
Onun
yoxluğundan yamanca kürəm,
Gözümün
yaşını gizli tökürəm,
Qorxuram qəbrindən
dama anamın!
Dağlara-dağlara
Ölənəcən
dərdin bəsim,
Ümidimi
necə kəsim?,
Əlləşirəm
çatmır səsim,
Əlim dağlara-dağlara!
Qınayacaq
qüzey, gədik,
Zirvəsinə
dərd ələdik,
Bağışlamaz
nədən verdik,
Zülüm
dağlara-dağlara?!
Yurda
dönmək xam xəyaldı,
Söz
tapmıram dilim laldı,
Gendən
baxa-baxa qaldı,
Gülüm
dağlara-dağlara!
Tərifini
yağı deyir,
Həsrəti
qəddimi əyir,
Nəğmə
demir, ağı deyir,
Dilim
dağlara-dağlara!
Tanıyıbdı,
şükür məni,
Dumanına
bükür məni,
Yavaş-yavaş
çəkir məni,
Ölüm
dağlara-dağlara!
Kəlbəcərə gedəndə
Yuxuda gördüm ki, Kəlbəcərə
gedirəm
Məni
sevər Allahım,
Qeyb olar
itər ahım,
Açar
nurlu sabahım,
Kəlbəcərə
gedəndə!
Sevənlər
qoşa gələr,
Dönməz
birbaşa gələr,
Qəlbimiz
coşa gələr,
Kəlbəcərə
gedəndə!
Açar
güllər, qönçələr,
İncələrdən
incələr,
Ruhum elə
dincələr,
Kəlbəcərə
gedəndə!
Yadıma
dağlar düşər,
Baxçalar,
bağlar düşər,
Anamlı
çağlar düşər,
Kəlbəcərə
gedəndə!
Tərtər
olub daşaram,
Azad
günlər yaşaram,
Şirin
nəğmə qoşaram
Kəlbəcərə
gedəndə!
Həsrətindən
əsərəm,
Gəc
baxanı kəsərəm,
Qoynuna tələsərəm,
Kəlbəcərə
gedəndə!
Sən hardan biləsən
bənövşə nədir
Bənövşə
dərdindən söhbət açan kəs,
Özün
əməlini düşündünmü bəs?
Sənin
kimiləri dərd nədir bilməz,
Sən
hardan biləsən bənövşə nədir!
O qədər
yığmışam zalım fələkdən,
Dərdim
çoxalıbdı əsən küləkdən,
Xəbərin
oldumu dərdli çiçəkdən?
Sən
hardan biləsən bənövşə nədir!
Yalana
düşmənəm neçəki varam,
Yalan
eşidəndə göynəyir yaram,
Mayan
rüşvət olub, əqidən haram,
Sən
hardan biləsən bənövşə nədir!
İtib o
həvəsim, o nəşəm mənim,
Yanıb
göy çəmənim, göy meşəm mənim,
Hər kəsə
inanmaz bənövşəm mənim!
Sən
hardan biləsən bənövşə nədir!
Apardım
belədən belə dərdimi,
Danışıram
gülə-gülə dərdimi,
Bir
oğul gərəkdi bölə dərdimi,
Sən
hardan biləsən bənövşə nədir!
Sinəmdə
həsrət var, sinəmdə qəm var,
Gözlərim
yol çəkir gələndə bahar,
Əlindən
dad çəkib boynuburuqlar,
Sən
hardan biləsən bənövşə nədir!
Boylansan, köksündə
o dağlara bax,
Dözülməz
dərdə bax, intizara bax,
Həsrətli
yollara, uzaqlara bax,
Sən
hardan biləsən bənövşə nədir!
Şehli
yanaqları ruhumu aldı,
Qəmli
baxışından dilim ta laldı,
Kollara
qısıla-qısıla qaldı,
Sən
hardan biləsən bənövşə nədir!
Əzəldən
duruşu bir tamaşadır,
Taleyi mənimlə
tək baş-başadır,
Dərdini
köksünə sıxıb yaşadır,
Sən
hardan biləsən bənövşə nədir!
Qəlbinin
yanğısı, eşq sözündədir,
İsməti,
həyası üz-gözündədir,
Əsirdir,
dağların o üzündədir,
Sən
hardan biləsən bənövşə nədir!
Qalıb
yaddaşımda şehli, təzə-tər,
Bu dərd
yollarımda göyərər, bitər,
Həsrəti
yandırar ocaqdan betər,
Sən
hardan biləsən bənövşə nədir!
Qaraçı
qız, gəl baxtımı
bağlama
Qəmli
səsin ürəyimi kövrəltdi,
Bu yüyənsiz
hisslərimi tərpətdi,
Tovlamağa
yoxsa adam qəhətdi,
Qaraçı
qız, gəl baxtımla oynama!
Yaranandan,
əzəl gündən beləsən,
Öz əhdinə,
öz andına köləsən,
Ciblərimdə
siçan gəzir biləsən,
Qaraçı
qız, gəl baxtımla oynama!
Əfsunladı
baxışların oxdu, ox,
Gəlib-keçən
yarı acdır, yarı tox,
Qaraçı
qız səndən mənə fayda yox,
Qaraçı
qız, gəl baxtımla oynama!
Gül
çiçəkli dağlar qoyub gəlmişəm,
Beşiyimi
ağlar qoyub gəlmişəm,
Bu
hicrandan bezib, doyub gəlmişəm,
Qaraçı
qız, gəl baxtımla oynama!
Dağıtdılar
beşiyimi, taxtımı,
Dərdim
səni yandırdımı, yaxdımı?
Min illərdir
bağlayıblar baxdımı,
Qaraçı
qız, gəl baxtımla oynama!
Sifətində
nə həya var, nə qürur,
Bir
saatdır başımıza gün vurur,
Bir
anlığa dodağına kilid vur,
Qaraçı
qız, gəl baxtımla oynama!
O
dağlarda bir yiyəsiz at qalıb,
Bu dərd
mənim qamətimi qatlayıb,
Səndə
dodaq, məndə ürək çatlayıb,
Qaraçı
qız, gəl baxtımla oynama!
Həsrət
məni dönə-dönə taladı,
Aylar, illər
barmağına doladı,
Ürəyimdə
tonqal, ocaq qaladı,
Qaraçı qız, gəl
baxtımla oynama!
Əlli
hoqqa əməlində, felində,
Əzəl
başdan düz söz yoxdu dilində,
Oyuncaq tək
oynadırsan əlində,
Qaraçı
qız, gəl baxtımla oynama!
İşlanmışam
yollar boyu yağışla,
İstəyirsən
ürəyində qarğışla,
Qaraçı
qız çıx get, məni bağışla,
Qaraçı
qız, gəl baxtımla oynama!
Gəlir
Min ildir dərdlərim
izləyir məni,
Nadanlar,
nankorlar pisləyir məni,
Yaralı
torpağım gözləyir məni,
Hər kəsə
torpaqdan bir arşın gəlir!
Dağılmır
həsrətin, qəmin hasarı,
Yarama məlhəm
qoy, ovut, ha sarı,
Əlimi
açıram göylərə sarı,
Göylərdən
başıma qurğuişun gəlir.
Mənim
yoxluğuma alqış eyləyən,
Başımda
selləmə yağış eyləyən,
Yaman
qarğamısan qarğış eyləyən,
Hələ
qulağıma qarğışın gəlir!
Bölünməz,
dərdimi bölə bilmirəm,
Neyləyim
bir əllə ölə bilmirəm,
Neyləyim
əcəllə ölə bilmirəm,
Məni
öldürməyə bir qoşun gəlir.
Tablaşıb
bu dərdə, gərmişəm sinə,
Taleyimi
yazan, yazıb tərsinə,
Dağlar
harayına, dağlar səsinə,
O
taylı, bu taylı qardaşın gəlir!
Səbrini
cilovla, sözünü gözlə,
Qəlbində
atəşi, közünü gözlə,
Ay Nəsib,
hazır ol özünü gözlə,
Qarşına
döyüşün, savaşın gəlir!
Mən
Gör
yadıma nələr düşür, ay Allah,
Neçə
illər oyandım o səsə mən.
Öz
adımı, söz adımı qorudum,
Bir kimsəylə
heç girmədim bəhsə mən.
Baş
tapmadım bu zalımın felindən,
Baxışlarım
əl çəkmirdi telindən,
Quzularım
əsir düşdü əlindən,
Rast gəlmişdim
qonşuluqda tərsə mən.
Bir quzumu
quzusuna qatmadı,
Dəlisovdu
ipə-sapa yatmadı,
Camalına
min bir tərif çatmadı,
Sevinərdim
bir yuxuma girsə, mən!
Söz
atmaqdan, danlamaqdan doymadı,
Daş
atımı minməyə də qoymadı,
Ha
yalvardım bir dolça su qıymadı,
Bağlarından
dolanardım kəsə mən.
Elə
bil ki, tanımırdı heç məni,
Uzaq
saldı tale adlı köç məni,
Deyəmmədin
ürəyimdən keçəni,
O illəri
səhv elədim nəsə mən.
Baxıb görəcəm ki,
Kəlbəcərdəyəm
Gözlərimi
açıb bir bahar günü,
Baxıb
görəcəm ki, Kəlbəcərdəyəm.
O uzaq
yolları yorub gəlmişəm.
Atmışam
həsrətin, qəmin daşını,
Tüpürüb
qürbətə durub gəlmişəm.
Deyirsən
ər kimi aşıb sədləri,
Kəpəzdən,
Murovdan aşdıq bu bahar.
Dəli
Koroğlunun nəvəsi kimi,
Hay
salıb, qıy vurub, coşduq bu bahar.
Həsrətim,
nisgilim göynətmir məni,
Nə
xoşdur qədəmi bu yazın belə.
Sevincdən
dil açır quru çeşmələr,
Məni
ovsunlayır avazın belə.
Buludlar
ağlamır daha halıma,
Yuyur əllərimi
çəmənin şehi,
Bəyaz
saçlarımı yolmur küləklər,
Qəlbimi
oxşayır səhərin mehi.
Hər
yanı bürüyüb ətri güllərin
Yenə
dil-dil ötür baxçada quşlar,
Daha boynu
buruq deyil qayalar,
Düzəldib
qəddini bu qala daşlar.
Qədəmi
uğurlu olub bu yazın,
Bu bahar
qaranquş elçin olubdu.
Tanrı
da eşidb dualarını.
Bütün
arzuların çin-çin olubdu.
Bir
qız da əlimdən yapışıb mənim.
Deyir ki,
görürsən dağa gəlmişik.
Yadların
əlində aman istəyən,
Dağılan
məhləyə, bağa gəlmişik.
Bu il
üzümüzə baxıb yaradan,
Bağların
içində bəhərə bir bax.
Bir
eşqin hardasa şahidi olan,
Dağılmış,
sökülmüş çəpərə bir bax.
Ta həsrət
adında yurdun qalmayıb,
Daha
boğmayacaq qəm, qəhər bizi.
Soyuyub dağların hirsi deyəsən,
Yəqin bağışladı Kəlbəcər bizi.
Diksinib qalxıram xəyal yuxumdan,
Yenə dərd sinəmi dağıdıb, sökür.
Üzümü göylərə tutub deyirəm,
Xudaya mənimtək dəlinə şükür.
Fələk, sənnən
bir işim yox
Qoymursan cücərəm, bitəm,
Ömür
boyu verdin sitəm,
İstədim
sakitcə ötəm,
Ağlatdın
güldüyüm yerdə.
Ürəyimi
göynədirsən,
Əllərində
hey didirsən,
Yüz fənd,
əməl öyrədirsən,
İşimi
bildiyim yerdə.
Neyləyirdim
qürbət eli,
Yurd həsrəti
edib dəli,
Yanağımdan
tökdüm seli,
Bir damla
sildiyim yerdə
Dərdə,
qəmə bələyirsən,
Əlli
zülm eləyirsən,
Başıma
dərd ələyirsən,
Düz
yolla gəldiyim yerdə.
Arzularım
çıxıb yoxa,
Qəlbim
kövrək, qəlbim yuxa,
Fələk,
sənnən işim yox ha,
Qoy
ölüm öldüyüm yerdə.
Ədalət 2018.- 24 yanvar.- S.7.