Nəsiminin
yaradıcılığında hürufi
görüşlər
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Nəsimigil nəsillikcə seyid idilər. Bu səbəbdən Nəsiminin adının, ləqəbinin, təxəllüsünün qarşısına çeşidli qaynaqlar "Seyid” sözünü də əlavə etmiş, onu Seyid Nəsimi, Seyid İmaməddin, Mir İmaməddin kimi də tanıtmışlar.
Hürufiliyə gedən yol...
İlk gənclik illərindən onu səciyyələndirən keyfiyyət sığmazlıq idi ki, ömrü boyu müşayətçisi olaraq qaldı. Şamaxının münbit təhsil mühitində mükəmməl təməl savad alsa da, bu biliklərin çərçivəsi ona dar gəldi, daha geniş məkan aradı. Hürufiliyə səmt götürdü. Şeirlərində günün sabit din təfəkkürü ilə uyuşmayan məqamlar üzə çıxmağa başladı. Onun bu qəbil şeirlərini oxuyan, özü də şair olan, ”Julidəmu” təxəllüsü ilə yazan Şah Xəndan, qardaşının başıına bəlalar gələ biləcəyindən xoflandı. Məktub yazaraq Nəsimini qəlbindəki hər sirri şeirə gətirməməyə, dilə-dişə düşməməkçün məxfiliyə riayət etməyə səslədi:
Gəl bu sirri kimsəyə faş eyləmə,
Xanü xası aməyə aş eyləmə.
Nəsimi isə öz içərisinə də sığmırdı, belə xəbərdarlıqla, lap ən aşkar hədə-qorxuyla onu məqsədindən yayındırmaq,tutduğu cığırdan sapdırmaq müşkül idi.Dərya artıq dalğalanırdı, ləpələr məcradan çıxırdı.
Qardaşının nigaran beytinə Nəsimi şeirlə cavab vermişdi:
Dərya-yi mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirr-i əzəl oldu aşikara,
Arif necə
eyləsin müdara?
Nəqqaş bilindi nəqş
içində,
Ləl oldu əyan Bədəxş içində.
Küll-i
yer ü göy həq oldu mütləq,
Söylər dəfü çəngü
ney:”Ənəlhəq!”.
İman
ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey
oldu.
Adəmdə təcəlli qıldı
Allah,
Qıl adəmə səcdə,olma gümrah!
Cövhərindəki sığmazlıq şakəri
onu bəktaşiliyə
yönəltdi. Amma bəktaşiliyin qəlbi
Nəsiminin ölçüsündən
balaca idi.Bəktaşilər
çox olsa da, Nəsimi tək idi,tale
onu gedilmiş yolla getməyə deyil,hələ ləpir düşməmiş yollara
yönəldirdi.
Surətdə gərçi bəktaşi
çoxdur
Nəsimi
tək,
Mənidə adı hər həcərin kimiya
deyil.
Aralandı bəktaşilərdən.Onu hürufiliyin
ahənrübası cəzb
edirdi. Hürufilərin
öndəri Şeyx Fəzlullah idi.Həllac Mənsura sevgisinə görə Seyid İmaməddin "Hüseyni”
olmuşdu.Fəzullahın təxəllüsünü
"Nəimi” idi, İmadəddin də ona oxşamaqçün köhnə təxəllüsünü
"Nəsimi”yə dəyişdi.Təbrizdə
doğulmuş Fəzullah
zəmanəsinin əsas
elm sahələrini yeniyetməlik
illərindən mükəmməl
şəkildə qavrasa
da, çörəyini
papaqçılıqdan çıxarırdı.
Lakin onun alnına beş-on başa papaq tikməkdən daha əzəmətli bir vəzifə - yüzlərlə,minlərlə beyinə
ülgülər,düsturlar bağışlamaq,təzə bir fəlsəfi fəza doğurmaq yazılmışdı.
Hürufiliyin ana kitabı,baş dərsliyi olan "Cavidannamə”ni qələmə aldı.
"Məhhəbətnamə”si, "Ərşnamə”si, "Növmnamə”si
də vardı.Amma onlardan heç biri "Cavidannamə” kimi məşhur olub əl-əl, ürək-ürək, qafa-qafa
gəzmədi.
O kitab Nəsiminin də beyninə işığını saldı.Və
Nəsimi tapındı
bu kitaba,bu
ustada, bu təlimə:
Fəzl-i
həqdir vaqif-i əsrarımız,
Fəzl-i həqdəndir qamu ənvarımız.
Fəzl-i
həq göstərmiş
idi karımız,
Fəzl-i həqdir, fəzl-i həq memarımız.
1386-cı ildə Fəzullah
hürufiliyin təbliği
və ətrafına yeni ardıcıllar yığmaqçün Şirvana
gələndə artıq
Seyid İmaməddin bir şair kimi
ad çıxarmışdı.Cahana və cahanlara sığmayan bir Zirvə vəsiyyətnamənin
tələblərinə necə
sığaydı? Boynuna alırdı ki, məsləki,fikri,qayəsi
– ayəti onun özündən də güclüdür, uludur:
Məndə sığar iki
cahan,mən bu cahana sığmazam,
Gövhər-i laməkan mənəm,kövnü məkana
sığmazam.
Kimsə
güman ü zənn
ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü
gümanə sığmazam.
Hürufilik də, bəktaşilik də Nəsiminin təsiriylə Anadoluda dərin köklər atır, qanadını gərir. Məhz elə nüvvəsində
siyasi niyyətlər olması onlarda da hakimiyyəti bu yolun yolçularıyla
sərt davranmağa səfərbər edir.
Bəktaşiləri sadəcə
asmırlar, başını
üzmürlər, Sultan Murad
zamanında onların
neçəsinə od vurub diri-diri yandılar.
Nəsimi vəziyyətin tədircən
mürəkkəbləşdiyini duyaraq yenə düzəlir yola. Bu dəfə İraq, Suriya səmtini götürür. O üç
dildə--türkcə,
farsca, ərəbcə
yetkin savad və biliklər yiyəsiydi, hər üç dildə şeirlər yazırdı
və "Divan”lar bağlamışdı. Bu səbəbdən
məfkurəsini intişar etdirməkdə
onun dil, nəzm, məhdudiyyəti
yox idi.
Haqqı
görən gözlər
gərəkdir ki,
mənim üzümü görsün,
Xudbin olan gözlər Allahın üzünü
necə görə bilər?!
Ey çöhrəsi Nəsiminin gözlərinə
işıq verən,
Məqsədi səni görmək olan səndən
savayı kimi görər?!
Salnaməçi rəvayət edir ki, Nəsiminin Allahın insanda təcəlla etməsinə nümunə olan bu şeirini onun şagirdlərindən biri Hələbdəki qələbəliklərdən birində ucadan söyləyirmiş. Qəzəli oxuyanı tuturlar, Allaha asi düşdüyünə görə çəkirlər dar ağacının ayağına.
Bu dəliqanlı cavan şeir özümünküdür, "Nəsimiyəm” deyir.Əhvalatdan xəbər tutunca Nəsimi tələsik həmin meydana yetişir, mərdliyə kişiliklə cavab veriri, həqiqəti açır, şagirdinin onu xilas etmək naminə bu şeirə sahib çıxdığını bildirir və günahsız gənci azadlıqğa buraxdıraraq özü divana təslim olur.
Sultan Müəyyəddinin əmri özünü çox gözlətmir:
"Dərisi soyularaq cəsədi Hələbdə yeddi gün əhaliyə nümayiş etdirilsin, sonra əl-ayaqları kəsilsin...”
Nəsimi bir şair, bir şəxsiyyət kimi əqidisinə sadiq bir şəxs kimi tarixə qovuşur.Onun qatilləri şairi fiziki cəhətdən məhv etsələr də, onun mənəvi qələbəsini ləğv etməyə qadir ola bilmədilər. Zamanda Nəsiminin böyüklüyünü sübut etdi.O, bu gün Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutmaqdadır. Nəsiminin şeiri, mənsub olduğu təriqət, əqidəsi öyrənilir tədqid edilir. Azərbaycanda onun adı əbədiləşdirilmiş, altı yüz illik yübileyi böyük təntənə ilə qeyd edilmişdir. Məhşur Azərbaycan yazıçısı İsa Hüseynov onun həyatından bəhs edən "Məhşər” əsərini yazmışdır. Romanın əsasında "Nəsimi” filmi çəkilmiş və tamaşaçıların rəğbətinə səbəb olmuşdur.
Nəsimi dilimiz, tariximiz, ədəbiyyatımız var olunca qiyamətə qədər bizimlədir.Biz gənclər onun irsini daim öyrənəcək və yaddaşlarımızda yaşadacaqğıq.
Ədalət 2018.- 24 yanvar.- S.8.