Qədir Rüstəmovun xanımı:
“Nazir onu toya çağırdı, getmədi...”
Aqil Abbas
qulağına pıçıldadı ki, “Ay Qədir,
Ağdamı alıblar, dur gedək, aç gözlərini”.
Bu vaxt əli tərpənməyə başladı...
Növbəti müsahibəmiz böyük sənətkar, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı Qədir Rüstəmova həsr olunub. Həmsöhbətimiz xanəndənin xanımı Fatma Rüstəmovadır:
-Fatma xanım,
istərdim söhbətimizə Qədir Rüstəmovun həyatından
danışaraq başlayaq.Necə aliədə
böyümüşdü, uşaqlığı necə
keçmişdi?
- Qədir müəllim əslənŞuşalıdır. Ailəsi 1915-ci ildən sonraAğdama köç edib. O, 1935-ci ildəAğdamda anadan olub. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı- 5 qızı,4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qonşular yığışaraq onlara qulaq asarmışlar.
Qədir 11 yaşından oxumağa
başlayıb. Artıq yeniyetmə vaxtlarındaAğdamda
tanınıb.
Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın
bütün toylarında, el şənliklərində Xan
Şuşinksi ilə bərabər iştirak edib. Bir gün Bahadurla Şuşinski birlikdə toy
aparırmışlar. Bahadur kişi
Qədiri də özü ilə həmin toya aparıb. Xan ona deyib ki, "ay qara oğlan, oxu görək, səsini
yaman tərifliyirlər. Görək, nə
qüdrətə maliksən".
Qədir orada "Qarabağ şikəstəsi”ni oxuyub. Xan
Şuşinski onu dinləyib, deyib ki, "Qara oğlan, boy
-buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin
gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”.
Bu vaxt həmin toya Seyid Şüşinski də gəlir. Ona deyiblər
ki, bu oğlana qulaq as. Qədir ikinci dəfə
"Çahargah” oxuyub. Seyid Qədiri dinlədikdən
sonra onuBakıya dəvət edib.
Bakıda Qədir Hacıbaba Hüseynovun sinfində
oxumağa başlayıb. Ancaq iş elə gətirib ki, təhsilini
başa vura bilməyib. Salfeciyadan kəsildiyinə
görə onu musiqi məktəbindən
uzaqlaşdırıblar. Yerinə Təranə Vəlizadəni
götürüblər.Ağdama qayıdan Qədir Üzeyir
Hacıbəyov adına Konservatoriyaya daxil
olub.
Daha sonra "Şur” ansamblında oxumağa
başlayıb. Həmin ansambl iləBakıda konsert verməyə
gələrkən tarzən Əhsən Dadaşov onu çox
bəyənib. Qədir oxuyanda Əhsən
müəllimi ağlamaq tutub. Deyib ki,
"məni indiyə kimi heç bir xanəndə belə
kövrəltməmişdi. Sən gərək
mənimlə birgə işləyəsən. Səni bir az da mən tanıdacağam”.
Qədir orada "Sona bülbüllər”i oxuyanda bəstəkar
Ağabacı Rzayeva necə ağlayıbsa, ürəyi tutub,
ona su veriblər.
Əhsən müəllim Qədirin üzərində
işləyəndən sonra "Sona bülbüllər”i
yazdırıblar və plastinka şəklində
satışa çıxarılıb. Beləliklə, Qədir ”Sona bülbüllər”lə məşhurlaşıb.
-Onun
oxuduğu bir çox bəstəkar mahnıları xalq
mahnısı kimi qəbul olunur. Yəqin ki, bu yüksək səviyyədə
ifa ilə bağlıdır…
-Elədir.
Fikrət Əmirovun "Reyhan” mahnısını oxuyub və
çox adam elə bilir ki, bu, xalq
mahnısıdır. Fikrət Əmirovdan
Türkiyədə müsahibə götürmüşdülər.
Müsahibə zamanı bildirmişdi ki, ən
çox ürəyinə yatan mahnı "Reyhan”dır ki,
onu Qədir kimi heç kəs ifa edə bilmir.
Emin Sabit oğlu isə deyirdi ki, kaş bütün sənətkarlar
Qədir kimi el mahnılarına ürək qoyardı, məlahətlə
oxuyardı.
Niyazi isə bildirirdi ki, Qədir müəllimin "Sona
bülbüllər”inə qulaq asmağa bir ömür bəs
etmir.Aqil Abbasömür boyu onun haqqında yazıb, povest həsr
edib. Deyib ki, "Qədir müəllim bizdə qalan
"Qarabağ” idi. Bunu da itirdik”.
Firudin Şuşinski yazırdı ki, QədirŞuşada
ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu
şagirdidir.
-Bildiyimə
görə, onu nəinki musiqiçilər, hətta dövlət
adamları, məmurlar belə sevib dinləyirmiş…
-Mərhum
prezidentimizHeydər Əliyevona yüksək qiymət verirdi. Qədirin ifasında "Nə üçün gəlməz”
mahnısını çox sevirdi. Süleyman Rüstəm,
Xəlil Rza, Bəxtiyar Vahabzadə Qədir müəllim
haqqında şeirlər yazıblar. Tək
"Sona bülbüllər”ə 300 şeir həsr olunub.
Qədirin bəxti onda gətirmişdi ki,
qarşısına yaxşı adamlar
çıxmışdı. O, heç vaxt kimsədən
xahiş etməyib ki, məni efirə çıxarın və
ya mən oxumaq istəyirəm. Yaxşı
adamların sayəsində yavaş-yavaş yüksək mərtəbəyə
çatmışdı.
-Məncə, Qədir müəllimin
bəxti həm də onda gətirib ki, tale qarşısına
sizin kimi onu sevən xanım çıxardıb.
Maraqlıdır, necə tanış
olmuşdunuz?
-BizAğdamda
qonşu olmuşuq. Qədir müəllim məni
görüb, bəyənib, ailə qurmuşuq. 3
övladımız- iki oğlumuz ,bir
qızımız var. Uşaqların hamısının
gözəl səsi var. Bu, onlara atalarından keçib. Ancaq Qədir uşaqların xanəndə
olmasına icazə vermədi. Sənətin
hər üzünü gördüyünü, çox əziyyətlər
çəkdiyini deyirdi. İstəmirdi ki,
uşaqlar da əziyyət çəksinlər. Buna
görə uşaqların ali təhsil
almasına üstünlük verdik. Uşaqların
üçünün də xasiyyəti ona bənzəyir.
Üçü də kaprizni, ailəcanlıdır.
Kimsə yolda Qədirə bir alma verərdisə,
onu qıyıb yeməzdi, deyirdi uşaqlar yesin.
-Övladlarınız hazırda nə
işlə məşğuldurlar?
-Dövlət
məmurudurlar.
-Qədir müəllim haqda sənətkar
kimi danışdıq. Bəs necə ailə
başçısı, necə ata idi?
-Çox
gözəl ailə başçısı idi. Onu
tayınlar, bizim evə gəlib-gedənlər bunu bilirlər.Ağdamdan
çıxandan sonra bir müddət bizim evimiz olmadı.
Həmin vaxtlar Qədir uşaqları ovcunun
içində saxlayırdı. Onlar
üçün hər şey edirdi. Bir
rayondan başqa bir rayona köçəndə uşaqları
başqa məktəbə qoyurduq ki, dərslərindən
qalmasınlar. Çox tələbkar və
ciddi, eyni zamanda ailədə mehriban, yumşaq insan idi. Ciddiliyi daha çox çöldə olurdu. Ailəmizi ancaq sənətinin hesabına
dolandırıb. Başqa işlərlə
məşğul olmurdu.
-Eşitdiyimə
görə, kaprizli insan olub. Hər dəvət olunan yerə
getmirmiş..
-Əlbəttə, kaprizləri də var idi. Onu hansısa
verilişə dəvət edəndə əvvəlcədən
soruşurdu ki, orada mən nə danışmalıyam və
ya kimlər olacaq. Yəni yüksək səviyyədə
təşkil olunan yerlərə gedirdi. Qalmaqallara,
söz-söhbətlərə baş qoşmazdı. İmtina etdiyi çox verilişlər olurdu. Ancaq dövlət televiziyasının və
İctimai Televiziyanın verilişlərinə etiraz etmirdi.
Onun bir neçə xalq mahnılarına
İctimai Televiziya təmənnasız kliplər çəkib.
-Toylara gedirdimi?
-Onun
qazancı ancaq toylardan idi. Ancaq hər toya
getmirdi. Yaxşı dostları var idi.
Məsələn, Kəmaləddin Heydərov
onu çox sevirdi, ona böyük hörməti var idi. Məsclislərinə daha çox onu
çağırardı. Dostları Qədirə
kömək edirdilər. Onlar Qədirin
korluq çəkməsinə imkan vermirdilər. Ümumiyyətlə, Qədir heç vaxt pula
görə toya getməyib.
Zəng edirdilər ki, filan nazir səni toya
çağırır, orada sənin oxumağını istəyir. Deyirdi ki,
getmirəm. Rayonda olanda zəng edirdilər
ki, filankəs rayona gəlir, Qədir gərək mütləq
oxusun. "Mən balıq tutmağa gedirəm”-
deyib imtina edirdi. Heç kəs ona zorla nəsə
etdirə bilməzdi.
Təbiətə,
azadlığa bağlı adam idi. Təbiətin xırda detalına qədər
sevirdi. YaydaOğuzrayonuna gedirdik. Çayın qırağından rəngbərəng
daşlar yığırdı. Azərbayacanda heç kim bilmir ki, bizdə belə qiymətli
daşlar olub. OnlarıHeydər ƏliyevFonduna
bağışlamışıq.
Ağdama atılan raket Qədirin əkdiyi tut
ağacının budağını yaralamışdı. Qədir həmin
tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbayacan
Milli Tarix MuzeyinəAğdamın yadigarı kimi vermişəm.
Balıq tutmağı, ova getməyi sevirdi.
Saatlarla oturub yaşıllığa tamaşa
edirdi.
-Kimlərlə dostluq edirdi? Sənət adamlarından kimlərlə yaxın
idi?
-Sənət
adamlarından hamı ilə dost idi. Heç
kimdən narazılığı yox idi. Onlarla
toylarda görüşürdü. Amma
ürək dostları çox idi.Aqil Abbasonun
ömürlük dostu idi. Bir az
narahat olanda Aqil müəllimin yanına gedib, otağında
saatlarla söhbət edirdi. Çox adam onu
sevirdi. Zeynalabdin Tağıyev adına
fabrikin müdiri Fədayil müəllim 30 il Qədirə təmanasız
kostyum tikib. Qədir bir dəfə də olsun
kostyum almayıb.
Onun səsini bəyənirdilər. Səsdən
qüvvət, ilham alanlar var idi.Ağdamdan Səxavət Məmmədov
və Qədir Rüstəmov xüsusi seçilirdi.
4 ay Türkiyədə xəstəxanada yatdı. Azərbaycandan
bütün deputatlar ona baş çəkdilər. Sadə vətəndaşlar hər gün zəng
edib maraqlanırdılar. Sadə insan idi.
Bazara gedirdik, satıcı ona deyirdi ki, "Qədir
müəllim, filan vaxtı oğlumun toyu olacaq”. Qədir ona bildirmirdi ki, gələr və ya gəlməz.
Həmin gün gedib, onu sevindirirdi. Oxuyub qurtarandan sonra dinməzcə qəlyananını
da götürüb toydan çıxırdı.
Ümumiyyətlə, hər şeyin yerini bilən,
nizam-intizamı sevən idi. 50 il maşın
sürdü, bir dəfə yol qaydasını pozmadı. Maşın həvəskarı idi. İldə bir və ya iki dəfə maşın dəyişirdi.
Sonuncu dəfə "Hummer” sürdü. Özünün xüsusi ov maşını var
idi.Prezidentona bahalı maşınlar hədiyyə etmişdi.
O, özü heç kimdən, heç nə istəmirdi.BakıŞəhər
İcra Hakimiyyətinə çağırırdılar ki, gəl,
prezident sənə ev verib.
-Ov maşını olduğunu
dediniz. Nə ovlamağı
xoşlayırdı?
-Ağdamda
olanda hər həftə balıq tutmağa gedirdi. O qədər
çox balıq olurdu ki, qonşulara payladırdı. Şairlər, yazıçılar, alimlərlə
ov dostluğu var idi.
-Təbiətə çıxanda
hansı mahnını oxuyardı?
-"Nə üçün gəlməz”i sevərdi.Ağdamda
evdə oxuyanda qonşuların həyətində səs-səmir
kəsilirdi ki, Qədir oxuyur.
-Ondan
hansısa mahnısını sizin üçün
oxumasını xahiş etsəydiniz, yerinə yetirərdi?
-Yox,
oxumazdı. Gərək bədahətən
olsun.Ağdamişğal olunandan sonra çox narahat idi, bir
müddət heç oxumadı.
GününüAğdamın Xındırıstan, Quzanlı
kəndlərinə getməklə keçirirdi. Orada ancaq hərbçilər üçün
oxuyurdu.
-Son günlərini necə
xatırlayırsınız? Ən çox nəyi
arzulayırdı?
-Ancaq
Qarabağı,Ağdamdakı evini istəyirdi.
Türkiyədə xəstəxanada komada
yatandaAqil Abbasyanına gəlmişdi. Həkimlər
reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki,
Qədirin qulağına nəsə
pıçıldasın. Aqil müəllim əyilib
qulağına pıçıldadı ki, "Ay Qədir,Ağdamı alıblar, dur gedək, aç
gözlərini”. Bu vaxt əli tərpənməyə
başladı.
Nəvəmiz Ülkəri çox sevirdi. Uşaqları göndərirdi
ki, gedin "Ulka"nı gətirin.
Hər gün onun mahnılarını dinləyirəm.
Elə ifaları var ki, toylarda oxuyub, efirdə heç kim
görməyib. Onları albom şəklində
çıxartmaq istəyərdim.
Ədalət 2018.- 26 yanvar.- S.6.