Ermənilərin Qərbi Azərbaycanda
törətdikləri qırğınlar
(əvvəli ötən
saylarımızda)
Mirzə Cabbar Baxçabanın dediklərindən:
-"1918-ci ildə daşnaklar
İrəvan vilayətində 211 azərbaycanlı kəndini
dağıdıb, 300 mindən çox
insanı qətlə yetirmişlər. Fəlakətlə,
ölümlə üzləşən azərbaycanlılar
ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə
bir tövlədə bir
köynəkdə, alt paltarında
qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan
azərbaycanlılarla dolu idi.
Həmin vaxt daşnaklar
Naxçıvanı viran etmişdilər.
Andronikin göstərişi ilə
adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini
qırırdılar. Iran azərbaycanlıları
Naxçıvana köməyə gəlmək istəyirdilər.
Lakin İran dövləti
onları Naxçıvana getməyə qoymur,
qabaqlarını alırdı".
Andronik Ozanyan
Naxçıvandan Zəngəzura aşanda
Qızılboğaz deyilən yerdə Keçili
Dəli Təhməzin dəstəsi ilə toqquşur,
xeyli itki verir. Silah yüklü
üç at dəli
Təhməzin əlinə keçir. Həmin
silahlarla onun oğlu Quşdan 30-cu illərə
qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı
ömrünün sonuna
kimi Şahbuz
dağlarında qaçaqlıq edib.
Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.
Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisi kimi insanları ən çox Allah evlərində-vəscidlərdə məhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları, qayaların araları insan sümüyü ilə dolu idi.
Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:- "Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:
- Get nişanlın Gövhəri
gətirver bizə, səni buraxaq. Eldəniz
onlara ağır sözlər deyir. Dığalar onu
aparıb "Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə
əsir düşür. Onu
Qarakilsənin həbsxanasında saxlayır, işgəncə
verirlər. Arsen adlı erməni atama zülm eləyib.
Ətlə dırnağın arasəna iynə yeridib, barmağını qapının
arasında qoyub sıxır, sol ayağını nallayır,
qaçaqların yerini ondan
öyrənmək istəyirlər. Atam onlara sirr vermir.
Axırda atamın sağ
baldırının dərisini soyur, yerinə
duz səpir həməyir keçilərə
yalatdırırlar. Sonra aparıb "Göyuçqun" qayasından atırlar.
Təxmini hesablamalara
görə quldurlar kəndimizdən 2 min baş qoyun,
975 baş qaramal,
saysız-hesabsız dana-buzov aparıblar.
Vəhşi ermənilər zəncirli itləri, hörüklü atları öldürməyiblər
ki, türklərə məxsus olan heyvanlar işgəncə
ilə ölsünlər: 377 nəfəri qayadan
töküb qırırlar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfər əhalisindən
824 nəfərini vəhşicəsinə məhv etmişdilər.
Ümumiyyətlə Zəngəzur qəzasında erməni hərbi
birləşmələri 1918-ci ildə azərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş,
7729 nəfər azərbaycanlıları, o
cümlədən 3257 kişi, 2276
qadın, 2196 uşağı vəhşicəsinə
öldürmüşdülər.
Andronik
Zəngəzurun qərbini talan etdikdən sonra 1918-ci ilin
payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun
ərazisindədir.) Andronikin vəhşiləşmiş
dəstəsi kəndi mühasirəyə alır.
Quldurbaşı üzünü özü kimi qaniçən,
qəddar, başkəsən dığalar tutar".
-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətli faciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.
Körpə uşaqları buqadları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinəqaynar samovar bağlamış adamların hərəkətlərindən ləzzət alırmış.
Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.
Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral,
ovlayırdılar. Şəlvədən ovçu
Qaraş, ovçu Soltan ovçuluqdan
tanındıqları üçün onlara ovçular deyirdilər.
Ovçular Qaragölün
həndəvərində hərbi sursatı görüb
şübhələnirlər.
(ardı növbəti
sayımızda)
Əvəz Mahmud Lələdağ
Ədalət 2019.- 2 aprel.- S.7.