Həmid
KƏSƏMƏNLİ
Fizika - riyaziyyat elmləri üzrə
fəlsəfə doktoru, AYB-nin üzvü
VARLIQ RƏMZİDİR
Doğma
anamın dili, həmişə mənimlədi,
Bu dildə verilibdi
anamın məhəbbəti.
Mən hələ beşikdəykən,
hətta "lay-lay" şəklində
Bələd oldum bu dilin
incəlik, ahənginə.
Bu dil canıma hopub, hafizəmə yazılıb,
Qeyrət, şücaət verib, məndə mənlik oyadıb.
Bu dil bütün millətin milli varlıq rəmzidir,
Hər vətən
övladına güc,
mənəviyyat verir.
Öz
Ana dilimizə, gəl,
çəpəki baxmayaq,
Dilimiz güclü
dildir, onu sevək, qoruyaq.
Onun incəliyindən zövq alaq, qürurlanaq,
Dünyanın hər yerində doğma dildə danışaq.
Ana dilindən başqa digər dillər də bilək,
Zamanın tələbidir, çox dil bilib, fəxr
edək.
Nə qədər dil bilsək də ana dili əsasdır,
Doğma dili dəyişən, öz kökündən ayrılır.
Ana dilini qoru, bu
mənəvi borcundur,
Yaxşı qoruya bilsən, bil, sənin uğurundur.
Bu dildə neçə nəsil "lay-lay" deyib,
dinləyib,
Ürəkləri fəth edən, nəğmələr səsləndirib.
Dil millətin ruhudur, o milləti yaşadır,
O, fikrin, təfəkkürün,
ideyanın canıdır.
Dilini zənginləşdir, qüvvətini
də artır,
Yadda saxla: gözəl dil, çox kəsərli silahdır.
Dili ərköyün edib, ona ciddi olmasan,
Başın bəlalar çəkər
o dilin ucbatından.
Dilin şirin olarsa, dostların sayı artar,
Əgər dil acıdırsa, oddan betər yandırar.
ƏVƏZ VERİR
Torpağı hər kəs gərək daim sevsin ürəkdən,
Nemətlər verməyəcək o nəvaziş
görmədən.
Torpaq ki, çox həssasdır, borclu qalmaq istəmir-
Kim torpağı sevirsə,
birə on əvəz
verir.
İnsanın səadəti o zəngin
torpaqdadır,
Torpağı əzizləyin, sərvətin
anasıdır.
Maddi nemətlər yoxsa insan yaşaya bilməz,
Torpaq becərilirsə,
varını əsirgəməz.
Torpaq insanlar üçün, biləsiniz, çox şeydir,
Yalnız nemət verməklə torpaq kifayətlənmir.
Torpaq yoldur, meşədir, dağdır, hə
m göy çəməndir,
Gözəl kəndlər, şəhərlər,
el-oba, həm Vətəndir.
Torpaqdır səbəbkarı neçə-neçə
savaşın,
Çox
yurdlar dağılaraq,
viranətək qalmağın,
Uşaqlar, qocaları günahsız
ağlatmağın-
Yüz minlərlə
insanı həyatdan ayırmağın.
Torpaq Vətəndir,- deyə, ona səcdə edilir,
Vətəni olmayanlar görün bir nə gündədir?!
Torpaq hər bir insanın
ən müqəddəs
yeridir,
Vətəni olan kəslər dünya bəxtəvəridir.
ONA BORCLUDUR
Əməyi həmişə sev,
əməyinlə öyün
sən,
Əməklə qazanılır yaxşı
günlər, biləsən.
Xoşbəxtliyə əsasdır əmək bizim həyatda,
Xoşbəxtlik göydən düşmür,
əməkdir ona ata.
Həyatda yaxşı nə
var - könülləri
oxşayar,
Əməklə yaranırlar, onunla bağlıdılar.
İnsan
əməklə birdir,
onlar ayrılmazdılar,
Əgər onlar ayrılsa, təklikdə yaşamazlar.
Əməyini sərf elə ən müqəddəs işlərə,
Nəsə tik, yaşat, yarat, örnək ol nəsillərə.
Əməyi sərf etmədən
sərvət axtarmayasan,
Tər əməyin
göz yaşı, sərvətçün axıdasan.
Kimlər
əməyi sevib, ömür boyu çalışıb,
Özləri olmasa da, yaxşı
adları qalıb.
Kimin ki, ürəyində arzusu, muradı var,
O, halal əməyilə öz muradına çatar.
İnsan,
insan olmazdı, əməyi sevməsəydi,
Əməklə təkmilləşib, bu qədər yüksəlməzdi.
Əmək hər bir insanın qüdrəti, sevincidi,
İnsanlardan hər biri əmək
nəticəsidi.
Kim əməyi sevməsə,
ehtiyacda qalacaq,
Bir tikə
çörəyə də
o həsrətlə baxacaq.
Təmtəraqlı dünyadan o, ləzzət almayacaq,
Vaxtından əvvəl köçüb,
tez yaddaşdan çıxacaq.
Əməyin qədrini bil, hamı ona borcludur,
Kimlər əməyi sevir, həyatı zəngin olur.
Həyatda əziyyətsiz heç
bir rahatlıq yoxdur-
Əmək olmayan yerdə həyatın özü puçdur.
Ədalət 2019.- 5 aprel.-
S.8.