Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

 (əvvəli ötən saylarımızda)

Yunus İmrə "yalan dünya"dan "doğru (haqq) dünya"ya gedərkən Yer üzünə gələnləri məhbəsdən qurtaran məhbus sevinci (bəlkə insanın üzündəki son təbəssüm həmən o sevincin görüntüsüdür) ilə salamlayır.

 

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun!

 

Salamın bu tərzdə bu dərəcədə poetik verilməsi dünya ədəbiyyatının nadir bənzərsiz hadisəsidir.

 

Bizdən ötrü xeyir-dua

Qılanlara salam olsun!

Əcəl bükə belimizi,

Söylətməyə dilimizi.

Xəstə ikən halımızı

Soranlara salam olsun!

Tənim ortaya açıla,

Yaxasız köynək biçilə.

Bizi bir asan vəch ilə

Yuyanlara salam olsun!

Əzrayıl alar canımız,

Donar damarda qanımız.

Yuyub, sonra kəfənimiz

Saranlara salam olsun!

Sela verib qəsdimizə,

Gedər olduq dostumuza.

Namaz üçün üstümüzə

Duranlara Salam olsun!

Dərviş Yunus söylər sözü,

Yaşla dolmuş iki gözü.

Bilməyən bilsin bizi,

Bilənlərə salalam olsun!

 

(Bax.Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997. s.315. Mənim təqdimatımda təkcə 4-cü bənd Yunis İmrə. "Güldəstə"nin 200.-cü səhifəsindən götürülmüşdür.)

Yunus İmrəinin təkrarsızləğı ondadır ki, onun bu dünyadan gedərkən verdiyi bu ilahi salamı Yer üzünə gələnlər dünyalar boyunca hörmət ehtiramla qəbul edəcəklər.

***

İmadəddin Nəsimi. Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri olub, haqqında çox sayda yazılar yazılan yazılmaqda olan İmadəddin Nəsimi 1369//1370-ci ildə Şamaxıda doğulmuş, 1417-ci ildə Hələbdə dərisi soyulmaqla edam edilmişdir.

O, 1417-ci ildə Hələb hakimi Yəşbəkin əmrilə həbsə alınımış, ruhanilər məclisində edamına fitva verilmiş, bu xüsusda olan sənədlər Misir sultanına göndərilmişdir. Misir sultanı Əlmüəyyəd şairin dərisinin diri-diri soyulub, görk olsun deyə yeddi gün hamıya göstərilməsi barədə əmr vermişdir. Azərbaycan nümayəndə heyəti Nəsiminin anadan olmasının 640 illiyi ərəfəsində - 2008-ci ildə noyabrın axırlarında Suriyada olmuşdur. Akademik Bəkir Nəbiyevin sözlərinə görə, Nəsiminin məzarının üstündə belə yazılmış imiş: "Bu şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun". Akademik Bəkir Nəbiyev yazısında Hələbdəki görüşləri ardıcıllıqla təsvir edərək göstərir ki, Hələb şəhər müftisi Dr.Mahmud Əkkam "Nəsimi sufilik" mövzusunda etdiyi maraqlı məruzəsinin sonuna yaxın salonun birinci cərgəsində əyləşdirilmiş Azərbaycan nümayəndələrinə üzünü tutub dərin səmimiyyət duyğusu ilə dedi: "Möhtərəm qardaşlar! 591 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, böyük Azərbaycan şairi filosofu parlaq istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli İmadəddin Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər onların havadarları tərəfindən törədilmişdir. Lakin, Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən dönə-dönə üzr istəyirəm! Mən təsəllini onda tapıram ki, hələblilər Nəsiminin məzarını öz oğlunun qəbri kimi günümüzə qədər qorumuşdur. Tarixi, elmi mənbələrdə öz əksini tapmış məlumata görə bu edamdan on il sonra (1427-ci ildə.V.As.)Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec olsa bəraət vermişdir. Bununla belə bugün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir."

Tərcüməçi yazar Nadir Qocabəyli Türkiyədə təhsil aldığı zaman bir professordan Nəsiminin Azərbaycan coğrafiyasına heç bir aidiyyəti olmadığı fikrini eşitdiyini qeyd etsə , Əl-Aksani öz təzkirəsində Nəsimini Nəsimüddin Təbrizi adlandırsa da, 1418-ci il miladi, 821-ci il hicri tarixində Hələbdə dərisi soyularaq qətlə yetirildiyini yazsa da, "Riyazül-Arifun" təzkirəsinə Nəsiminin adı Nəsimi Şirazi kimi düşsə , professor Hüseyn Ayan Türkiyədə nəşr etdirdiyi "Nəsimi divanı"na yazdığı ön sözdə Seyid İmadəddin Nəsimi haqqındakı mənbələrdə olan bilgilərin çox ziddiyyətli (Bax. İnternet məlumatları) olduğunu göstərsə , hətta, Ahmet Kabaklının "Türk edebiyatı"nda Nəsiminin olum tarixi sual işarəsi, ölüm tarixi isə 1404-cü il rəqəmi ilə ifadə edilsə , İmadəddin Nəsimi Azərbaycan şairi olaraq qalır. Çox maraqlıdır ki, A. Kabaklı Nəsiminin türk divan şeirinin ən qüdrətli nümayəndələrindən biri olduğunu göstərir "Şivəsində azəri özəllikləri görüldüyü üçün onu Bağdadlı" hesab edir. A. Kabaklı hürufiliyin Astrabadlı Fəzlullahın (1339-1394) təriqət görüşlərindən qaynaqlandığını, hər bir varlığı 32 hərflə açıqlamağa çalışanların ruhdan daha çox maddiyyətə istinad etdiklərini dar özəl dünyagörüşü kimi (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. Səh.490.) qiymətləndirir. "Şeirləri yanlış başa düşüldüyü üçun edam edilmişdir" qənaətində olan A. Kabaklı məhz "bu ölümün sayəsində Nəsiminin "ilahi eşq uğrunda şəhid" olduğunu, Həllac Mənsura bərabər tutulub haqqında əfsanələr yarandığını" yazır belə bir əfsanəni misal gətirir: " Nəsimi dərisi üzülər-üzülməz yerindən qalxmış, dərisini əba kimi çiyninə salaraq uzaqlaşmışdır. Hələbin 12 qapısını qoruyan qapıçıların hər biri Nəsiminin bu vəziyyətdə şəhərin 12 qapısının 12-dən eyni vatda çıxıb sirr olduğunu görmüşlər. Buna görə onun kömüldüyü yer yoxdur. Türbəsi isə (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. Səh.491.) dərisinin soyulduğu yerdədir." O ki, qaldı Nəsiminin dərisinin soyulmasından sonra çıxıb getməsinə, bir anlığa İsa peyğəmbərlə bağlı dini-ruhani süjetləri yadımıza salaq...

"Dövrünün türkcəsini ən gözəl şeir halına gətirən" Nəsimi haqqındakı bəzi yanlış fikirlərin A. Kabaklının "Türk ədəbiyyatı"nda da yer olması,yəqin ki, keçmiş sovet dönəmində Azərbaycan-Türkiyə əlaqələrinin zəif olması ilə bağlı olmuşdur. Halbuki 1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar etmiş, Bakıda "Ədəbiyyat incəsənət"qəzetində "Cahana sığmayan şairin qərib məzarı" alı məqalə ilə çıxış etmişdi.

Nəsimi divanı Azərbaycan mühitində 1926-cı ildə Bakıda Salman Mümtaz tərəfindən çap edilmişdir.

Nəsimi Azərbaycan, fars ərəb dillərində yazmışdır. Yaradıcılığı ilə özbək, türkmən, uyğur digər tük təsəvvüf irfan ədəbiyyatına güclü təsir göstərmişdir.

Əsərlərində dünyəvi motivlər ruhani duyğularla sinkretik şəkildə özünü göstərməkdədir.

Nəsiminin 600 illik yubileyi 1973 - ildə YUNESKO xətti ilə qeyd olunmuşdur. Yenə 2016-cı il YUNESKO xətti ilə Nəsimi ili elan edilmişdir.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

 

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

ADPU Şəki filialının baş müəllimi

Ədalət  2019.- 9 aprel.- S.7.