Türk sufi
triadası - Şeyx Əhməd Yəsəvi,
Yunis İmrə, İmadəddin Nəsimi
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən saylarımızda)
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 15
noyabr 2018-ci il tarixli sərəncamı ilə 2019-cu ili ölkəmizdə "Nəsimi
ili" elan ediməklə böyük
şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət
səviyyəsində geniş
qeyd edilməsi qərara alınmışdır.
Nəsimi
adına Dilçilik İnstitutunun
direktoru, şərqşünas
alim Möhsün Nağısoylu "Nəsimi
ili"ndə şairin
məzarının Azərbaycana
gətirilməsinin mümkünlüyünü
qeyd etmişdir.
Bakı şəhərində Nəsiminin
adını daşıyan
rayon və metro stansiyası,
Sabirabad və Biləsuvar rayonlarında Nəsimi, Saatlı rayonunda isə Nəsimikənd adında kənd vardır. Balakənin 2 saylı şəhər
tam orta məktəbi də böyük şairin adınadır.
"Nəsimi" teploxodu Xəzər dənizində üzməkdədir.
1973-cü ildə şairin
şərəfinə "Nəsimi" filmi ( ssenari müəllifi
İsa Hüseynov (Muğanna), rejissoru həsən Seyidbəyli olmuş, Nəsimi obrazında xalq artisti Rasim Balayev
çəkilmişdir. Elə həmən
ildə Fikrət Əmirov tərəfindən
"Nəsimi dastanı"
balet-poeması yazılmış,
1980-ci ildə heykəltəraş
Tokay Məmmədovun və
İ. Zeynalovun müəllifliyi
ilə Nəsimiyə
heykəl ucaldılmışdır.
"İncil"də və "Quran" ayələrində
olduğu kimi Nəsimi şeirlərində
"Söz" başlanğıc
hesab edilir.
Dinləgil bu sözü ki, candır Söz.
Aliyü asiman məkandır Söz.
Şeş cəhətdən
münəzzəh anlavü
bax.
Söylə ki, xaliqi-cahandır Söz.
Əqli-küll, ərşü kürsi,
lövhü qələm,
Çar ünsür, nöh asimandır Söz.
Kafü nundan vücuda gəldi cahan.
Əgər anlar isən, əyandır Söz.
İsiyi-pak, Adəmi Əhməd,
Mehdiyi-sahib üz-zəmandır
Söz.
"Cavidannamə"yi gətirgil ələ.
Ta biləsən ki, nəsnə candır Söz.
Sözə bu izzü cah
yetməzmi?
Kaydalar Fəzli-qeybdandır
Söz.
(Bax. Nəsimi.Məndə sığar iki
cahan. Bakı,
"Gənclik", 1973.səh. 50-51.)
Dr.Prof. Rəhim
Əliyevin fikrincə,
Nəsimi özünün
əlahiddə bir müsəlman kimi qəbul edilməsini istəmirdi. O özünü,
ümumiyyətlə, Allah-insan
kimi təsəvvür
edirdi:
Sirri-zatın gövhəriyəm, mən
müsəlman olmanam.
Əhli-imanəm, yəqinəm, mən müsəlman olmanam.
Məscidü mehrabü minbər - ol mənim sinəmdədir.
Mən onun hərfin oxuram. mən müsəlman
olmanam.
Şəriətdən, təriqətdən çox
kitablar oxudum.
Ol kitabı
mən bilirəm, mən müsəlman olmanam.
Ol mənim
atam, dəxi anam müsəlmandır, vəli.
Bu şəriət şərti
ilə mən müsəlman olmanam.
Kəbəni bütxanədən fərq
eyləyən gəlsin
bəri.
Bu sözün küfri
nədir ki, mən müsəlman olmanam.
Mən Nəsimi
həqqi buldum, həqqə iqrar eylədim.
Çün müvəhhid mömin oldum, mən müsəlman olmanam.
(Bax. Rəhim Əliyev. Nəsimi və
klassik dini üslubun təşəkkülü.
Səh.97..Bakı, "Nafta-Press",
2006.)
Bu şeir Nəsiminin
İraq divanından (Nəsimi. İraq divanı.1987. Bakı, Səh.163.)
götürülmüşdürsə
də, bundan da əvvəl Mirzə Abbaslının
"Nəsimi"məqaləsində (Məqalələr məcmuəsi.
Bakı,
1973.) verilmişdir.
Nəsiminin "Seçilmiş
əsərləri"nin
Həmid Araslı nəşrində (Bakı,
1973.) isə bu qəzələ rast gəlmirik.
Nəsimi şeirlərinin sirri həm də ondadır ki, onun şeirlərində ruhi-irfani duyğular dünyəyi hisslərlə
sinkretik şəkildə
ifadə edilmişdir. Digər
Şərq şairləri
kimi o da baharı vəsf etmişdir:
Mövsimi-novruzü neysan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün
xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, saldı
üzündən niqab.
Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.
Badə
içmək rövzədə
gər sən dilərsən hur ilə,
Yar əlin
tut, bağçaya gir,
növbahar oldu yenə.
"Köhnə təqvimim
mənim bietibar oldu yenə" deyən Nəsimi (Bax. Nəsimi.Məndə sığar iki
cahan. Bakı,
"Gənclik", 1973.səh. 50-51.) bu yeni ilin
dan yeli ilə yarına salam göndərməyi
də yaddan çıxarmır. Qəzəllərinin
birində "Dodağın
qəndinə şəkər
dedilər" deyə
gözələ müraciət
edən Nəsimi insan gözəlliyi qarşısında heyrətini
belə ifadə edir:
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan
dedilər.
Gərci
ucmaq hurisi cümlə ana can dedilər.
Səni
bu hüsn-cəmal ilə, bu lütf
ilə görən
Qorxdular Həq deməyə, döndülər insan dedilər.
Ey Nəsimi, dəmi-İsa deyil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can
dedilər.
(Bax. Nəsimi.Seçilmiş
şe:::rlər.
196 s. Uşaq və Gənclər Ədəbiyyatı
Nəşriyyatı.Bakı - 1962. s. 37-38.)
və ya
Düşdü yenə dəli könül gözlərinin
xəyalinə.
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin
aldadı, aldı könlümü.
Alını gör nə al edər, kimsə irişməz alinə.
Qiymətini dodağının dəgmə
xəsisə, sorma kim,
Mən bilirəm
ki, can ilə susamışam zülalinə.
Buldu Nəsimi çün səni, keçdi qamudən, ey sənəm!
Qoydu hərirü
ətləsi, girdi əbavü şalinə.
(Bax. Nəsimi.Məndə sığar iki
cahan. 276 s. Bakı, "Gənclik",
1973. s.. 23-24.)
Və ya da
Sübhdəm dildarımı gördüm
otağından gəlir.
Eylə sandım huridir, firdövs bağından gəlir.
Çeşmi-heyvan xəcildir ləblərindən
daima.
Abi-kövsər şərbəti şirin
dodağından gəlir.
Ey Nəsimi, ruhpərvər gəldi yarından nəsim.
Isanın ənfasıdır, yarın
buxağından gəlir.
(Bax. Nəsimi.Məndə sığar iki
cahan. Bakı,
"Gənclik", 1973.səh. 197.)
Bu o məqamdır ki, "Qanda kim,
bir gül bitər, bülbül qırağından gəlir"
deyə sevgilisini gülə, özünü
bülbülə bənzədən
Nəsimi yarın buxağından dodaqlarına
vuran havanı İsa peyğəmbərin
lətif nəfəsi
sanır.
Bu poetik deyim tərzi,
bu lakonik müraciət Nəsiminin
aşağıdakı qəzəlində
necə də heyranedicidir:
Dedim: -Ey nazlı sənəm,
zülfün əcəb
məvadır.
Dedi:- Dildar olanın cismi bütün zibadır.
Dedim:- Ömr eyləmək aləmdə şirindir hamıya.
Dedi:-Yar ilə keçən
gün daha pürmə:::nadır.
Dedim:-Aludəsiyəm qamətinin,
ey dilbər!
Dedi:-Bildin, uca yer
aşiq üçün
valadır.
Dedim:-Ol gözlərinin xəstəsiyəm, vurğunuyam.
Dedi:-Əl çəkməgilən,
çünki bu xoş sevdadır.
Dedim:-Eşq aləmi çox cilvəli bir aləmdir.
Dedi:-Mən olmasam, eşq aləmi bir röyadır.
Dedim:-Səndən dilərəm
bircə təmənna,
o dedi:
-Ey Nəsimi, bu təmənna nə qədər əladır!
(Bax. İmadəddin Nəsimi. Fars divanı.192
s. Bakı, Azərnəşr,
1972. s.19. Tərcümə edəni: İ. Cəfərpur.)
***
Orta və Şimali Afrikanı içinə almaq şərti ilə Hindistanı, İndoneziyanı da içinə almaq şərti ilə Şimali Çini, Orta Asiyanı ,Qafqazı, Volqaboyunu əhatə edən türk-islam sufizmi dünyanı və özünüdərk prosesində
xüsusi bir təfəkkür qatı
yaratmışdır.
Sufi ədəbiyyatdakı vücudnamələr elmi-bədii
özünüdərk janrı
kimi meydana çıxmışdır. Türk
sufi triadası-
Şeyx Əhməd Yəsəvi, Yunis İmrə və İmadəddin Nəsimi vücudnamələrinin nümunəsində
fikrimizi yekunlaşdıraq.
Şeyx Əhməd Yəsəvi vücuda gəlməsini belə təsvir edir:
Tokkuz ayı tokkuz kundə yerqə tuştum.
Eokkuz saət
turəlmədim, kokkə
uçtum.
(Bax. Füzuli Bayat. Xoca Əhməd
Yəsəvi və xalq sufizminin bə:::zi
problemləri. Bakı, "Ağrıdağ", 1997.Səh. 71.)
və ya
Bir yaşimdə
ərvah menqə uluş berdi.
İkki yaşda pəyğəmbərlər
gelib gördi.
(Bax.Füzuli Bayat. Səh.72.)
yaxud
Çin dərdlikqə özüm
daru, özüm dərman.
Həm aşiqmen,
hem məşuqmen, özüm
canan.
(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi
və xalq sufizminin bəzi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.64-65.)
Yunis İmrə
isə "Dolab, neçin inildərsən"
şeirində Dolabın
necə vücuda gəlməsini "Məni
bir dağda gördülər. Qolum, qanadım qırdılar.
Dolaba layiq gördülər... Dülgər alıb məni yondu. Hər əzam yerinə
qondu" (Bax. Yunis İmrə. Güldəstə.Şeirlər.
s.219-220.) şəklində
izah edir.
İmadəddin Nəsimidə isə
vücudnamənin ən
ali nümunəsini
görürük. Yaradılış haqqında danışarkən
"Məşuq ilə
aşiq oldu bir zat.
P.S. Türk sufi
triadası- Şeyx Əhməd Yəsəvi,
Yunis İmrə, İmadəddin Nəsimi mövzusu əhatəli, geniş və mürəkkəb mövzudur.
Sadəcə olaraq, mənim qənaətimə
görə, sufi
düşüncə tərzi
bütün bəşəriyyəti
bir əqiydəyə,
bir inanca gətirmək, insanı insanlığı dini qarşıdurmalardan, digər
fəlakətlərdən qorumağın
ən səmərəli
yoludur.
Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
ADPU Şəki filialının baş müəllimi
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2019.-10 aprel.-S.7.