Nəcibə İlkin
Ağlama şəhid balası
(Şəhid
oğlunun yaxasından atasına verilən
medalı asdılar. O isə ağlayırdı)
Ağlama şəhid balası,
Ağlama gözümün nuru.
Təzə adın mübarəkdi,
Bu adı şərəflə qoru.
Atan sənə qoyduğu ad,
Ürəyincə olmamışdı.
Doyunca nazını çəkib,
Qayğına da qalmamışdı.
İtirdiyin ata yeri
Medalla əvəz olundu.
Arzuların, ümidlərin,
Bu medal üstdə qalandı.
İndi
sənin "Medal" atan,
Hər gün könlünü alacaq,
Vaxt tapıb əl vurmadığı,
Başını sığallayacaq.
Dərdlərindən halı olub,
Səni hər gün qucacaqdır.
O qönçə arzuların
da,
Çiçək-çiçək açacaqdır.
Sən dəcəllik eylədikcə,
Bir acı söz deməyəcək.
Nə narahat olma deyib,
Nə üzünə
gülməyəcək.
Atalı
dostlar görəndə,
Ürəyin tel-tel olacaq.
Gözlərin ata axtarıb,
Daş üstünə
çaxılacaq.
O zaman sinən üstündə,
Olan atana baxarsan.
"Medal"
atanın nurundan,
Tutub gəzməyə
çıxarsan.
Asıb
qəlbinin küncündən,
Dərdini ona deyərsən.
Nazını çəkən "atanın"
Qarşısında baş əyərsən.
Ağlama,
yaşına qurban,
Ucadan ucadır
adın.
Dağ boyda ata yerinə,
Əlinə bir medal aldın.
Sən anadan doğulanda,
Dedi keçilməz çəpərsən.
Atan yadına düşəndə,
"Medal" atanı öpərsən.
VƏTƏN
Nə vaxtdır gözünün
yaşı qurumur,
Çəkilməyir səndən qan iyi Vətən.
Daşının, qayanın köksündən
qopan,
Fəryadın bürüyüb yer, göyü Vətən.
Nə ana olmadıq, nə bacı qardaş,
Sinəndən asılıb olduq
qara daş,
Bizləri özünə bilmə
vətəndaş,
Saxlayıb qoruduq de nəyi, Vətən.
Sənə dəyən güllə
sinəmdə qalıb,
Yazılan qan yazın binəmdə qalıb,
Göyərməz ümidlər dünəndə qalıb,
Öyrənə bimədik ölməyi Vətən.
Can verdik canını ala bilmədik,
Qan tökdük qanını
ala bilmədik,
Səninçün haqq yolu ola
bilmədik,
Yalandan göstərdik,
hər səyi Vətən.
Hər nə dərdin varsa, de mənim olsun,
Adın
naxələfə qoy
qənim olsun,
Öləndə tək mənim
kəfənim olsun,
Bircə
şəhidimin köynəyi
Vətən!
Olaydı
Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,
Kipriklərim yanağımda.
Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı...
Ədalət.-2019.-10 aprel.-S.6.