Xanım
İsmayılqızı
Qapıları döyən əlin
sahibi, Bizim küçəmizdən keçəndə,
yatıb
***
Saralmış
dəftər,
Barmaqlarımın toxunuşundadı.
Saralmış pərdələri araladım.
İllərin altına düşdüm,
Ayların üstünə çıxdım.
Ayağım da büdrədi.
İçimdə buz bağlayan
Ürəyim də titrədi...
Ölümünü gözləyən
İnsanın,
Ölüm qapısında
hazır dayanışını
gördüm.
Üzündə vida nəğməsi
oxunan,
Gözlərimə toxunan
doğmanın,
Belini kəsən yatağını,
Bütün həyat
ını boğçaya almış
otağını,
Qorxusuzluğun içində, həm
də
titrəyən, qıfıllı
dodağını gördüm.
Ruhların çağırışına əl uzadan,
O dünyadan gələnləri
salamlayan,
İçindən keçirib, göz
önündə
saxlayan Qadının,
Bətnindən doğulanlardan utandığını,
Üzünün saraldığını,
Gözünün ağardığını,
Ağlamadan ağladığını gördüm.
Cümlələrin, sözlərin,
Hərflərin, işarələrin arasında,
Bir az da özümü gördüm.
Bu Qadının həsrətini,
Ağrıdan qopan bətnini,
Bətnindən qopan əllərini,
Dualarını, vidalarını,
İçindən köçən balalarını,
Doğmalarını gördüm.
Saralmış vərəqlər,
Saralmış xatirə kimi aralandıqca,
Qat-qat yığılan,
Doğulan, boğulan nə
vardısa,
Alt qatına doğru
getdim.
Heyrətləndim...
İtdim
- ağdan sarıya kimi,
illəri yatıran
bu dəftərin
həyat otağının
Sarı
pərdələri arxasında,
Səhifələr arasında...
Qatlardan
çıxdım...Qatlandım...
O Qadının, bu saralmış dəftərdəki
Son cümləsi - yıxdı
məni...
...Yazıların, vərəqlərin
Sarısını - üzümə,
Ağrısını - gözümə,
Tozunu - nəfəsimə,
Xatirəsini - sözümə,
Hıçqırığını - səsimə,
ANAMI - içimə çəkdim...
BALAM kimi...
***
Bir küçə, bir adam, bir
də yalqızlıq...
Bir adam, bir
ürək, bir də haqsızlıq...
Bir ürək, bir nifrət, bir də qansızlıq...
Bir nifrət, bir əzab, bir insafsızlıq...
Bir əzab, bir ölüm və vicdansızlıq...
Bir ölüm, bir küçə və
ADAMSIZLIQ...
***
Qollarını aç,
Bir adam gəlir,
Səndə ölən, səndə
qalan,
Səndə yox olan...
Gözlərini aç,
Son nəfəsini
Səndə bitirmək istəyən
Adam,
Gözlərində özünü
Görsün.
Və...Bir daha
Ölsün...
***
Dedilər ki, sevinc kədəri
boğar.
Sevinmişdim...Boğmadı.
Dedilər ki, sabah
bu günü yıxar.
İnanmışdım...Yıxmadı.
Dedilər ki, Allah üzünə baxar.
Görən, baxdı, baxmadı?..
***
Həyat - bir öpüş qədərdi.
Toxunur - aparır.
Sevgi - bir şeir qədərdi.
Oxunur - aparır.
Ölüm - bir yuxu qədərdi.
Pozulur - aparır.
Dünya - sonuna qədərdi.
Yazılır - aparır.
***
Yuyundu deyəsən hər şey
Bu yağışla...
Pəncərənin izləri də,
Küçələrin tozları da,
Göylərin ulduzları da...
Yağış yenə də islatdı,
Çiyinlərini qısaraq,
Başını götürüb qaçan
ADAMLARI...
Bir az da yuyub apardı,
Havadan asılıb qalan
DUALARI...
***
Bu yağışlı gecədə
Bir duyğu axtarıram
Büküb əzizləməyə...
Bu yağmurlu şəhərdə
Bir yarpaq axtarıram
Altında gizlənməyə...
***
Yer kürrəsindən
kənara atılsam,
Böyük itki olmayacaq
Yəqin
ki...
Uzaqbaşı dünyada,
bir adamboyu
Yer artacaq...
***
Küsdüm yenə...
Ağırlığı yaxamı çəkən
Şübhələrimdən,
Yuxusunu gözləməkdən titrəyərək
Yorulub bədənimi geyən
Gözlərimdən,
Ürəyimə gücü çatmayan
Əllərimdən,
Boğazımda kilidlənib qalaraq
Toruma ilişən
Səsimdən,
Məni
əlində oynadaraq
Ciyərimdə rəqs eləyən
Nəfəsimdən,
Yükümə atalıq edən
Ürəyimdən,
Üzümdən, özümdən
Küsdüm yenə...
Küsdüm yenə...
Məni
dünyaya gətirib
Gedə
bilən
Anamdan,
Həyatına yol çəkdiyim
-
Ölümümə qol çəkməyən
Balamdan,
Ahımdan, günahımdan,
Hərflərin, notların
Sığalından,
Yerini rahatlayan
Ruhumdan,
Məni
qoruyan
Allahımdan,
Küsdüm yenə...
NƏ
DEYİM SƏNƏ...
***
Lap çoxdan olub...
Niyə düşdü yadıma?
Bir qapı açılmışdı,
Qaranlıq həyatıma...
Lap çoxdan olub...
Qışın üzü əyilmişdi.
Xoşbəxtliyimin əlləri,
Kədərin üzü keyimişdi...
Lap çoxdan olub...
Elə bil ki, dünən idi.
Bütün dəyərlər ölmüşdü,
Ürəyim yalnız sevirdi...
Lap çoxdan olub...
Bələyini kəfən edib,
Basdırmışdım gözdən uzaq.
Zənn
etmişdim, ölüb
gedib...
Lap çoxdan olub...
O zaman da qar
yağırdı.
Pəncərənin o üzündən,
Bir adam mənə
baxırdı...
***
Yazıb
göndərilən bir
məktub kimi,
Atıldım, qutunun açıq gözündən.
Qaranlıq dünyadan işığı
çəkib,
Bir gün oxudular məni üzümdən.
Oxuyan gözlərin körpüsü
oldum,
Bir az yuxuluyam,
bir az diriyəm.
Kitab arasında aylarla yatan,
Hərdən də oxunan məktub kimiyəm.
Bir gün bu məktubu
sonuncu dəfə,
Oxuyub qutudan keçirəcəklər.
Üzünü görmədən, köhnə
məktubu
Vərəqdən vərəqə köçürəcəklər.
***
Kipriyimə üz ilişib,
Gözlərimdən keçib gedir.
Saxlamağa taqətim yox,
Ürəyimdən içib gedir.
Əzizlənən yuva idi,
Qələbəsiz dava idi,
Çox
sevdiyim hava idi,
Mənzilini seçib gedir.
Qopa bilir bədənimdən,
Əl üzülür gedənimdən,
Yaratdığım vətənimdən,
Bir didərgin
köçüb gedir.
***
Hansı
günümdən danışaq,
Bir günüm
olmayıb ki.
Yıxılanda əl tutacaq,
Sağ yerim qalmayıb ki.
Yandıran nə varsa yasaq,
Hamısı da oyuncaq.
Ürəyimdə qalan uşaq,
Heç yaşa dolmayıb ki.
Yazılanlar - qismət, baxtsa,
Körpəyə beşik yoxsa.
Məni,
öz anam, nə vaxtsa,
Əlindən salmayıb ki...
***
Qapılarım örtülüb,
Külək hələ də əsir.
Pəncərəmi titrədir,
Səsi evimdə gəzir.
Çöldə külək, evdə
mən,
Yorğunuq hər ikimiz.
Divarlardan
tutmuşuq,
Ağırlaşıb çəkimiz.
O, küçədə darıxır,
Mən, ruhun yaxasında.
Hər ikimiz qalmışıq,
Qapılar arxasında.
***
Qapıları döyən əlin
sahibi,
Bizim küçəmizdən
keçəndə, yatıb.
Gözlərdən o qədər yük
asılıb ki,
Yaxşını yamandan seçən də, yatıb.
Xoşbəxtlik - namnazik corab kimidi,
Ehtiyatsız oldun, ilişib qaçar.
Rahatlıq - əlinə atılan
balıq,
Saxlaya bilmədin,
sürüşüb qaçar.
Gəzən fırtınayam, uyuyan
vulkan,
Coşsam da, daşsam da, səsə köçürəm.
Hamıya
bəxtəvər görünə
bilib,
Hissimə bürünüb, sözə
köçürəm.
Xəlvətcə, özümdən sizə köçürəm.
***
Doluydum,
bomboş kimiyəm,
İçimdə sərxoş kimiyəm,
Deyəsən naxoş kimiyəm,
Qəbul edərsənmi məni?
Üzümdə ağrılar qat-qat,
Bir dərd gətirirəm sovqat,
İstəyirsən, sən də aldat,
Qəbul edərsənmi məni?
Başım bəlalı gəlirəm,
Dilim dualı gəlirəm,
Ruhum havalı gəlirəm,
Qəbul edərsənmi məni?
Qələm verdin, pozam, yazam,
Dünya
verdin, orda azam,
Allah, günahkar yalqızam,
Qəbul edərsənmi məni?
Ətəyinə sürünürəm,
Yox deyiləm, görünürəm,
Ölməyə də ərinirəm,
Qəbul edərsənmi məni?
Qapını aç, mən
də gəlim,
Eşitmirəm, laldı dilim,
Bir işarə et ki, bilim,
Qəbul edərsənmi məni?
Ədalət 2019.- 11 aprel.- S.7.