Azərbaycan yazıçılarının əsərlərində "erməni" mövzusu

 

Tural ADIŞİRİN LDU-nun magistrantı

 

 (əvvəli ötən sayımızda)

 

O, hətta əsərdə arvadbaz cimrinin biridir. Uşaqlıq dostu Hacı Qəmbərə bir tikə çörəyi çox görür. Komediyanı oxuduqca yazıçı erməni obrazının hansı sifətlərə malik olmasını oxucunun nəzərinə çatdırır. Bundan əlavə bir şeyi qeyd etmək lazımdır ki, N.Vəzirovun hər iki qonşu xalqı keçmişdəki kimi mehriban yaşamağa çağırması fikri o qədər ürəkaçan deyil, əksinə ədib ermənilərin tarixən Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri nəzərə alıb, erməni obrazına daha tənqidi yanaşmalı,belə fikirlər irəli sürməməli idi. Hər halda o dövrün qayda-qanunlarını nəzərə alıb ədibin bu cür yanaşması başa düşüləndir.

 

Ədəbiyyatımızda erməni mövzusu, erməni obrazına münasibət XIX yüzil yazıçılarımızın əsərlərində öz əksini tapdığı kimi, XX yüzil yazıçılarımızın əsərlərində işıqlandırılır. Bu dövr yazıçılarımızdan C.Məmmədquluzadənin "Kamança" pyesində, "Usta Zeynal" hekayəsində, N.Nərimanovun "Bahadır Sona", M.S.Ordubadinin "Dumanlı Təbriz", Y.V.Çəmənzəminlinin "Qan içində" romanında "erməni məsələsi"nə ustalıqla münasibət bildirilir. Qeyd edilən əsərlərdə dırnaqarası erməni-Azərbaycan dostluğu, ermənilərin fırıldaqçılığı, Azərbaycana qarşı torpaq iddiaları və.s məsələlər göstərilir. İlk olaraq C.Məmmədquluzadənin "Kamança" pyesindəki erməni obrazına münasibət bildirək.

 

Bu pyes Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir. Pyesin qəhrəmanı Qəhrəman yüzbaşı vətənin müdafiəsi üçün erməni quldurlarına qarşı mübarizə aparan igid azərbaycanlı oğludur. Əsərin ən maraqlı hissəsi Qəhrəman yüzbaşı ilə erməni-kamançaçı Baxışın qarşılaşdırılması hissəsidir. Həmvətənlərinin ermənilər tərəfindən vəhşiliklə öldürülməsinə baxmayaraq o böyük humanistlik göstərərək ermənini-kamançaçı Baxışı bağışlayır. Bununla da müəllif üstörtülü olsa göstərir ki, Azərbaycan xalqı hər zaman bağışlayan, mərhəmət edən xalqdır. Halbuki qarşısındakı qaniçən erməni olsa belə. Böyük sənətkarın "Usta Zeynal" hekayəsində Muğdusi Akopun simasında erməni obrazına rast gəlirik.

 

Əsərdə avam, cahil Usta Zeynalın dilindən ermənilərin necə murdar bir xalq olduğu bədii ustalıqla oxucunun nəzərinə çatdırılır. Usta Zeynalın dilindən adicə bir fakta diqqət yetirək: "Qurban, belə fərz elə, ermənilərin hamısı dönüb müsəlman oldu.

 

Onda Allah cəhənnəmi kimdən ötrü xəlq edib?". Buradan gözəl bir məntiq ortalığa çıxır ki, erməni erməni xalqı nəinki bu dünyaya, heç cəhənnəmin yeddinci qatına da layiq deyillər. Əsərdə yazıçı ermənini o qədər murdar hesab edir ki, küp vasitəsilə bunu lap gözəl ifadə edir.

 

Aşağıdakı parçaya da diqqət etsək, dediyimiz fikri lap aydın başa düşərik: "Qurban,Allah sənə lənət eləsin!. Erməninin küpəsində su gətirib gəc qayırdın, bütün aləmi murdar elədin".

 

Tarixi romanların mahir qələm sahiblərindən olan böyük yazıçı M.S.Ordubadinin "Dumanlı Təbriz" romanında erməni surətinə rast gəlirik.

 

Təəssüflə qeyd etmək lazımdır ki, yazıçı erməni Arşaq Sürenyanı əsərin müsbət surətlərindən biri kimi təqdim edir. Guya müəllif bu surət vasitəsilə xalqlar dostluğunu, ermənilərlə-azərbaycanlıların qədim tarixə malik "qardaşlığını" əks etdirmişdir.

 

Bir şey başa düşülməyəndir ki, daima türkün qanını içən, "türk sənin yeganə düşmənindir" deyən, adda qardaş adlandırdığı Azərbaycan xalqının ahılına, qocasına, beşikdəki körpəsinə belə acımayan, onu qılıncdan keçirən, faşistdən belə yüz dəfə qatı faşist olan erməni xalqının azərbaycanlılara qarşı hansı dostluğundan söhbət gedə bilər?. Hər halda bu o dövr üçün digər yazıçılarımızda başa düşülən olduğu kimi,M.S.Ordubadidə başa düşülən idi. Çünki bu dövrdə ölkəyə Çar Rusiyasının əmanətçisi olan Sovet İmperiyası ağalıq edirdi. Azərbaycan xalqının başı üzərində daima ermənilərin simasında rusların "Demokl qılıncı" var idi.

 

Erməni məkri, erməni hiyləsi XX əsrdə daha bir yazıçımızın- Y.V.Çəmənzəminlinin "Qan içində" romanında mühüm yer tutur. Romanı tarixi sənədlərə, qaynaqlara əsaslanmış yazıçı Mirzə Adıgözəl bəyin "Qarabağnamə" Mirzə Camalın "Qarabağ tarixi" əsərlərindən geniş istifadə edib.

 

Romanda Ohan yüzbaşının timsalında ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddialarının ilk rüşeymlərini görürük.

 

Belə ki, Qarabağ ərazisində yerləşən erməni məliklikləri böyük ağaları Rusiyanın havadarlığı ilə Qarabağ xanlığına qarşı pozuculuq siaysəti yürüdür, xanlığın nüfuzunu Rusiyanın nəzərindən aşağı salmağa çalışırdılar.

 

Ümumiyyətlə, ermənilərin həm istər o dövr üçün - XIX, XX yüzil, həm də müasir dövrümüzdə - XXI yüzildə Azərbaycan xalqının başına gətirmədiyi bəla,müsibət qalmamışdır. 1918-ci il mart soyqırımı, 1990-cı ilin 20 yanvarı, Sumqayıt hadisələri, 1992-ci ilin Xocalı soyqırımı, Qarakənd faicəsi və bundan başqa saya bilmədiyimiz Azərbaycana qarşı haqsız törədilən yüzlərlə terror aktları erməninin-bu mənfur xalqın türkün, ümumilikdə türk dünyasının qorxulu kabusu,düşməni olduğunu bir daha göstərir. Bu mövzu ədəbiyyatımızın ağrılı-acılı səhifələrində özünəməxsus yer tutur və erməni məkrini,hiyləsini daha dərindən öyrənmək üçün gələcəkdə tədqiqə böyük ehtiyacı vardır.

 

Ədalət  2019.- 11 aprel.- S.6.