Rüstəm Kamalın insanlıq dərsi

 

Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi Rüstəm Kamal cəmiyyətdə hamının etiramla yanaşdığı çağdaş ziyalılarımızdan biridir. Ədəbi tənqiddə öz sözü, öz bənzərsiz dəst-xətti olan bu alim haqqında çox yazılıb, çox fikirlər söylənilib. Amma mən Rüstəm Kamalın elmi yaradıcılığından deyil, bir insan kimi ali keyfiyyətlərindən söz açmaq istəyirəm.

 

Biz Rüstəm Kamalın oxucusuyuq, həm Rüstəm Kamal bizim oxucumuzdur. Demək olar ki, hər gün milli kitabxanaya bir oxucu kimi təşrif buyuran bu gözəl insanı mən hələ yazdığı kitab məqalələrdən qiyabi olaraq tanıyırdım. Zaman elə gətirdi ki, necə deyərlər, "igidin adını da eşitdim, üzünü gördüm”. Bu tanışlıq ilk gündən məndə xoş təəssürat yaratdı. Rüstəm Kamal olduğu kimi görünən, göründüyü kimi olan insanlardandır. Yazdığı əsərlər kimi o özü məhdud çərçivəyə, dar qəlibə sığmır. Bu adam öz sadəliyi, səmimimiyyəti ilə ilk baxışdan diqqəti cəlb edir. Bəlkə tələbələri tərəfindən bu qədər sevilməsinin bir səbəbi budur.

 

Tələbəlik vaxtlarında bizim hər birimizin sevimli müəllimi olur illər keçəndən sonra da onları ehtiramla xatırlayırıq. İmaməddin Zəkiyev, Əşrəf Xələfov, Camal Mustafayev kimi müəllim adını layiqincə doğruldan ziyalıların mühazirələrini dinləməkdən yorulmaz, dərsin tez bitməsindəntəəssüflənərdim. Onlar əsil müəllim idilər.

 

Rüstəm Kamal da əsil müəllimdir. Ona görə əsil müəllimdir ki, o, yalnız bir neçə saatlığa dərsini deyib vəzifəsini bitmiş hesab etmir. O milli kitabxanada sanki universitetdə gördüyü işi davam etdirir, tələbələrə faydalı məsləhətlər verir, onları oxumağa, yazıb-yaratmağa həvəsləndirir. Şam işığına yığışan pərvanələr kimi tələbələr onun ziyasına toplaşırlar.O,tələbələrə kitabı sevdirir, onları zəngin ədəbiyyat dünyasına dəvət edir bu gözəl missiyadan zövq alır.

 

Rüstəm Kamal zəhmərsevər insandır. Daima yorulmadan çalışır ətrafında olan zəhmətsevər insanları da dəyərləndirməklə onlara mənəvi dəstək olur. Bir dəfə mənə bircə gün kiməsə balaca da olsa yaxşılıq etməsə, evə əliboş getdiyini sandığını söylədi.

 

 

Hər dəfə kitabxanada mənim masama yaxınlaşıb hal-əhval tutanda sanki bu gözəl insandan əlavə enerji alıram.

 

günlərin birində mənə yenicə çapdan çıxmış kitabını hədiyyə etdiyində qəlbimdən bu gözəl insana şeir yazmaq keçdi. Çünki bəzən sevdiyimiz insanlara öz duyğularımızı şeirlə çatdırmaq daha asan olur.

 

 

Onu dərd götürər kimə görəsə,

 

Özgə kədərini kədəri bilər.

 

Bir gün bir kimsəyə kömək etməsə,

 

Sanarki, evinə əliboş gedər.

 

Qələmin müqəddəs, elminibadət,

 

Ay alim qardaşım, yaxşı varsan!

 

Qəlbində insana böyük məhəbbət,

 

Sən insanlıq üzrə professorsan!

 

 

Bu axşam gözümə yuxu getməyib,

 

Dua eləmişəm səhərə qədər.

 

yaxşı insanlıq hələ ölməyib,

 

Şükür eləmişəm buna qədər.

 

 

Qayğılar içində başım itəndə

 

Gəlib əhvalımı sən şən edirsən.

 

Vallah, inanıram yeri gələndə

 

Qəlbini Danko tək məşəl edirsən.

 

 

Adam var, oturub kabinetində

 

Səni dinləməyə həvəsi çatmır.

 

Adam var, kimisə görsə çətində

 

Yaxşılıq etməsə nəfəsi çatmır.

 

 

Sən özün zəhmətlə ucaldığından

 

Qədrini bilirsən işləyən kəsin.

 

Gözümün düşməni biganə adam

 

İnsanlıq dərsini səndən öyrənsin!

 

 

Daha dünyamızçün fikir etməyin,

 

Sevinin, hörmətliprofessorlar!

 

Dünya bundan sonra dağılan deyil,

 

qədər dünyada Rüstəm Kamal var.

 

 

Əliyeva Tərlanə,

 

Milli Kitabxananın aparıcı kitabxanaçısı.

 

Ədalət  2019.- 11 aprel.- S.6.