"MƏNİ YADA
SALACAQSAN"
Fəxrəddin Əzizə məktub
Bu günlərdə redaksiyamıza
köhnə dostlardan biri qonaq gəlmişdi. Və həmin
dostlardan biri Ramiz İsmayıl mənə bir kitab da bağışladı.
Əvvəl elə bildim
ki, özünün yeni kitabıdı. O
da hiss etdi ki, təəccüb içərisindəyəm. Dərhal
məni bu narahatlıqdan xilas etdi:
- Fəxrəddinin kitabıdı,
sənə göndərib.
Kitabla birlikdə salamlarını
da göndərdi.
-Tanıyıram Fəxrəddin
Əzizin özünü
də, sözünü
də. Mübarək olsun kitabı! - dedim.
Bəli, yazı masamın üzərində yer tutmuş bu kitabı ötən həftənin son istirahət
günü gözdən
keçirdim. Doğrusunu deyəcəm, kitabın
üz qabığındakı
şəkil xoşuma
gəlməsə də,
amma kitab misra-misra ruhumu oxşamağa başladı.
Vərəqləri çevirdikcə
bir oxucu olaraq hiss etdim ki, Fəxrəddin Əziz mənimlə həmsöhbət olur. Özü də çox həzin bir səslə ürəyimdən keçənləri
duyğularında süsləyib
onu pıçıltı
kimi dilə gətirib:
Fəxrəddin, arzular sayılmır
günah
Üzümə günəşlə açılsın sabah.
Bizi sevənləri qorusun
Allah,
Adların yanında öz adım olsun.
Gözəl arzudu, hər kəsin də içindən keçən
arzudu. Və mən bu arzunun səmimiyyətinə
heç bir şübhə etmədən
Fəxrəddin Əzizə
qoşulub təkcə
bizi sevənləri yox, həm də
bizim sevdiklərimizi qorumağı Allahdan rica edirəm. Düşünürəm ki, sevənlərin
və sevilənlərin
haqqıdı bu. Həmin
haqqın işığında
da Fəxrəddinin başqa bir pıçıltısını özüm üçün
təkrarlayıram.
A Fəxrəddin, de nəydi?
Tale bəxtə boyun əydi
Mənə dəyən elə
dəydi,
Üzdü qeylü-qallar məni.
Və yaxud:
Bir ürəyə odum düşdü,
Bir damara dadım düşdü.
Bir dodağa adım düşdü,
Eşqimi böldüyüm yerdə.
Bəli, bu misraların ahəngi də, ovqatı da oxucunun əlindən tutub onu xəyal
dünyasına aparır,
ötən günlərini
vərəqlədir. Hardasa itirdiyi
və yaxud qovuşa bilmədiyi anların qəhrəmanını
təkcə bir obraz kimi deyil,
həm də ruhunun həmsöhbəti
kimi xatırlayır.
Xatirələr dilə gələndə
misralar da öz-özlüyündə ucunda
göyərməyə başlayır.
Çıxıb qızlar bulağına,
Dönüb mələyə, gələsən.
Ətrin
yellərə qarışar,
Üzü küləyə gələsən.
... Yarısı sən, yarısı mən,
Bal olasan, arısı mən.
Dərdin
ola, çarası
mən,
Dönüb diləyə gələsən.
Şeirləri oxuduqca sözün gerçək mənasında
Fəxrəddin Əzizin
sevgiyə, insani duyğulara və bütövlükdə canından-qanından
keçirkdiklərinə obrazlı
yanaşması açıq-aydın
görünür. Təbii ki,
şeirin canındakı
bu səmimiyyət həmin o açıq-aydın
görünən hisslərin
oxucu tərəfindən
qəbul olunmasına da yaşıl işıq yandırır.
Bir az
da konkret desəm, bu hisslərin yaşanıldığına
şübhə yeri qalmır. Və oxucu görür
və duyur ki, Fəxrəddin Əziz könlünün
səsini təkcə
çatdırmaqda yox,
həm də onunla bölüşməkdə
israrlıdır.
Eşqinə tələsik gələn
olacak,
Darıxma, qədrini bilən olacaq.
O qədər dərdindən
ölən olacaq,
Yəqin o istəkdi göynədən
səni.
Və yaxud:
Ürəyimə yara vuran hər səhər,
Çəkdirdiyin bir qəm imiş,
bir qəhər.
Təkliyimə tapınırdım bir
təhər,
Nahaq dönüb
qayıtmısan indi sən.
Və yaxud:
Ha pay istə gözü gülən səhərdən,
Geri dönməz keçən
günlər ömürdən.
Fəxrəddindi gələn oğlan
şəhərdən,
Görüşünə əllərini açıb
gəl.
Elə burdaca xatırladım ki, kitaba ön söz yazmış dəyərli dostum şair İsmayıl İmanzadə vurğulayır
ki, "Fəxrəddin
Əzizin nəzərində
söz bitib tükənməyən sərvətdi". Mən bu fikirlə tam razıyam və elə ona görə
də bu kişik məktubumun sonunda şairin bir bənd şeirini
təqdim edib:
Sözümə pay eləmişəm
İllərin şirin vaxtını.
Vallah şair olmasaydım,
Almazdım şeirin vaxtını.
- Demək istəyirəm ki, yolundan dönmə. Şeirin də, oxucunun da vaxtını almaqda tərəddüd etmə. Çünki bu vaxt itkisi deyil. Bu, səmimi pıçıltıların yaratdığı xoş bir auradı. Uğurlar olsun!
Əbülfət MƏDƏTOĞLU
Ədalət 2019.- 12 aprel.- S.7.