Tərlanə
Yaqubqızı
Şəkil
İllər keçib, ay Allah, illər keçib o vaxtdan,
Bir ürəyin içində şəklinizi tapmışam.
Boylanıb baxırsınız bir saralmış varaqdan,
Boylanıb min həsrətlə mən də sizə baxmışam.
Şəkil çəkdirən günü necə də bəzəniblər,
Üzlərində mən xoşbəxt bir təbəssüm görürəm.
Heyif ki, bu dünyadan yaman vaxtsız gediblər,
O dünyada yaxşı ki, qovuşublar deyirəm.
Bir sədaqət timsalı, vəfa rəmziydi nənəm,
Babamı xatırlayıb elə ağı deyirdi.
76-cı ildən elə qəmliydi nənəm
88-ə kimi şam kimi əriyirdi.
Allah, günaha batıb üzünə ağ olmuşam,
Mənimlə sözləşərdi, küsüşərdik biz hərdən.
Nə ağılsız, nə dəcəl, nə pis uşaq olmuşam,
Mən necə üzr istəyim
indi yazıq nənəmdən?
Babamı
çox sevirdim bu dünyada hamıdan,
Mən evdən
ayaqyalın arxasınca
qaçırdım.
Gözümdə müqəddəsdi, ucaydı lap tanrıdan,
Ona peyğəmbər
kimi, Allah kimi baxırdım.
O, Xızı dağlarından
alıb vüqar, əzəmət,
Bir "həmşəri"
qızını ilk baxışdan
sevmişdi.
Yox, ala gözlərində görmədim
bir məzəmmət,
Nənəm məndən deyəsən
şikayət etməmişdi.
Bir əbədi həyat var bu köhnəlmiş
şəkildə,
Hər gün bu şəklə baxıb düşünürəm
sizləri.
Heç
biri bu həyatı
tərk etməmiş
şəkildə,
Nə yaxşı
üstümdədir o qayğıkeş
gözləri.
Acılar
Hər səhər yol üstə görürəm
səni,
Əlində süpürgə yer süpürürsən.
Nimdaş
xələt örtüb
gözəlliyini,
Dodağın altında nə söylənirsən?
Bilmirəm, bəlkə də
utandığınçun
Tutmusan ağzına
yaşmağı bərk-bərk.
Nədən utanırsan, sənin nə suçun?
Utansın qoy qəddar, amansız fələk.
Bəlkə toza görə
yaşmaq tutmusan,
Üzündən görürəm , acıların çox.
Bir həqiqət var ki, sən unutmusan,
Tozu udmaq olur, acıları yox.
Hər yan təmizlənir süpürdükcə sən,
Daha rahat nəfəs alırsan indi.
Nə yaxşı olardı kaş ki, deyirəm,
Bütün acılar da süpürülsəydi!
Yazıq
Nə yazıq adamlar vardır dünyada,
Günahı savabdan ayıra bilmir.
Nə qədər dövləti,
malı olsa da
Allah ac gözünü doyura bilmir.
Əqrəb tək sancmağa
bəhanə gəzir,
Səni düşmən kimi nifrətlə süzür.
Tikanı
sözləri ardarda düzür,
Bircə
an günahsız dayana bilmir.
Yazığa insanlıq olmayıb
nəsib,
Salam-kəlamını hamıdan
kəsib,
Neyləsin, bir kərə
imana gəlib
Qəflət yuxusundan oyana bilmir.
Bilməz
təbəssümün ehsan
olduğun,
Unudub biryolluq
insan olduğun.
O -üz qarasıdır insan oğlunun,
Qandıra bilməzsən, o, qana bilmir.
Gözəl insanlar
Zülmətdə günəş tək
işıq saçırsız,
Qəmli günlərimdə könül
açırsız.
Mənim
qardaşlarım, bacılarımsız,
Ey gözəl
insanlar, gözəl insanlar.
Vəfalı dostsunuz, sadiq yarsınız,
Soyuq qış
fəslində bir baharsınız.
Nə yaxşı deyirəm hələ varsınız,
Ey gözəl
insanlar, gözəl insanlar.
Paxıllar, xainlər, ikiüzlülər,
Nə bir utandılar, nə bir bezdilər.
Durub qəsdinizə sizi üzdülər,
Ey gözəl
insanlar, gözəl insanlar.
Sizlərə hər zaman qaynadı qanım,
Şad oldu ürəyim, isindi canım.
Sizinlə gözəldir Azərbaycanım,
Ey gözəl insanlar, gözəl insanlar!
Qırmızı don
Şuşalı Könül xanıma
Əyninə geyməyə utandın
onu,
Nə vaxtdan qalıbdır elə, rəfdədir.
Anandan yadigar qırmızı donu,
Geyin, Göyçayımın
narı rəngdədir.
Arayıb, axtarıb tapmışdı sənə,
Nə böyük həvəslə almışdı sənə,
Ən gözəl hədiyyə, bəxşişdi sənə.
Bu rəng bayrağımın alı rəngdədir.
Şuşamız gedəndən qara geyirsən.
Namərd qonşulardan gileylənirsən.
Bilirəm nə üçün geyinməyirsən,
Bu rəng şəhidimin qanı rəngdədir.
Ədalət 2019.- 12 aprel.- S.6.