Kişilik

 

Qəşəm İsabəyli

 

 (novella)

 

1.

 

Növbəti yaralını da cərrahiyyə stoluna uzat­dılar. Səhra həkimimələfəni çəkib, güllə yerinə baxan kimi güldü.

 

–Xeyirdimi, doktor?!

 

Acı gülüşün soyuq təbəssümü xətt kimi sifətində səyriyən həkim yanpörtü çevrildi:

 

–Gözün aydın, cənab polkovnik!

 

Bu təbrikdəki aşkar kinayəni həzm eləməyə məcbur olan komandirinqaşları çatılıb, yanaq­ları burnuna sarı dartıldı:

 

–Möcüzədi ki!

 

–Bu uşaq cəbhənin hansı tərəfində vurdurub özünü?!

 

–Vurdurub nə deməkdi?!

 

–"Ehtiyatlı igidin anası ağlamaz”?!

 

–Müharibədi...

 

–Nəyə istəyirsən and içim,bunu vuranhəkimdi!

 

–Nədən bilirsən?

 

–Bir aya beş əsgər gətirmisiniz, beşi dəeyni yerin­dən güllə yarası alıb.Erməni snayper elə bil qəsdən öldür­mək istəməyibbizimkiləri.

 

–Allah üzümüzə baxıb, demirsənmi?!

 

–Ölsəydilər bundan yaxşı olardı!

 

–Hippokratın ürəyinə dəyirsən, ha, doktor!

 

2.

 

Əfqanıstan veteranı,polkovnik Mübariz İbrahimliodun-alovun içindən çıxmışdı.Ən çətin şə­rait­də belə soyuqqanlı davranışıyla əsgərləri mat qoyardı. Üzə vurmasa da həkimin sözləri ona yer eləmişdi. Odur ki, gözünün yuxusu ərşə çəkilmişdi. Bir gün də erməni snayperi əsir gö­tür­dü. Əsgərlərimizi vuran demə, qız imiş. Əsirlərə sərbəstlik vermək şakəri olan komandir bu qız uşağıyla da uzun illərin tanışı təki davranmağa başladı. Üz-üzə oturan kimi rus dilində soruşdu:

 

–Bu nə oyundu başımıza açmısan, xanım?

 

–Həqiqəti bilmək istəyirsiniz, cənab polkovnik?

 

–Təbii...

 

–Sevdiyim oğlanın intiqamını almışam.

 

–Biz öldürmüşük?

 

–Allah eləməsin!

 

–Bəc bu nə intiqamdı?

 

–Düzünü desəm, bağışlayarsınızməni?

 

Polkovnik sözünə ciddiyət vermək üçün hirslə əsirə baxdı:

 

–Güllələməsək... hə...

 

Qız diksindi.

 

–Qorxdun, deyəsən?!

 

–İnanmıram ki, mənigüllələyəsiniz!

 

–Niyə?

 

–Onda humanistliyiniz harda qaldı?!

 

Polkovnik yanındakı zabitə sarı çevrildi:

 

–Şəhriyar müəllim vardı, rəhmətlik, ya Cəbrayıldan idi, ya da Zəngilandan, danışırdı ki, Hadrut ermənisiylə qardaş olmuşduq. Bir dəfə dedi, ay Şəhriyar, vallah, siz türklər yaxşı adamsınız. Niyə, dedim, ay Hamo. Dedi, Andranikə[1] qoşulub, onsəkkizinci ildə evlərinizi dağıtdıq, kəndlərinizi yandırdıq, mal-qaranızı apardıq, elə tez unutdunuz?! İndi bu qızda bizim humanistliyimizdən bəhrələnmək istəyr.İnsafən

 

pis qıza oxşamır, nədənsə qanışirin gəlir mənə. Subay oğlum var, alardım ona, heyf ki, ermənidi!

 

Qızın dodağı qaçdı – birdən Azərbaycan türkcəsindəqayıtdı ki:

 

–Cənab polkovnik, Nerses dayım deyərdi, erməni olanda nə olar, qanana can qurban!

 

Komandirin gözü bərələ qaldı:

 

–Bizim dili hardan bilirsən?

 

Bayaq erməni qızı əlini qoltuq cibinə salıb,bükülü bir kağız çıxarıb qoydu komandirin qabağına.O da səliqəylə açıb, köhnə Sovet paspotunu gördü. Vərəqləyən kimi başını dik qaldırıb, zəndlə qıza baxdı:

 

–Saxta deyil ki?!

 

–Xeyr.

 

–Şamaxının ha tərəfindənsən?

 

–Mədrəsədənəm.

 

–Əsgərlərimizi də vuran sənsən, deməli?

 

–Bəli.

 

–Bu nə sirrdi?

 

–Nə sirr?

 

–Düşmən əsgərinə qarşı bu məhəbbət hardandı səndə?

 

–Nə məhəbbət?

 

–Beş əsgərimizi vurmusan, beşi də salamatdı.

 

Qız başını aşağı saldı.

 

3.

 

–Tibb institutunun sonuncu kursunda oxuyanda hiss elədim ki, bir oğlaan izləyir məni. Bir gün belə, beş gün belə, axırda yaxınlaşıb ürəyini açdı. İlk baxışdanca xoşuma gəlmişdi. Süründürüb eləmədim. O qədər məni çox istəyirdi ki, adımı "Şirvan gözəli” qoymuşdu. İki ay ərzində elə bağlandıq bir-birimizə, deyirdim, ölümdən başqa heç nə ayıra bilməz bizi. Bir gün isə... gördüm Arif uzaqda dayanıb, mənə göz qoyur. Dalağım sancdı.Özümü ələ alıb, yanına qaçdım:

 

–Ariiif, niyə burda durmusan?

 

–Heç...

 

–Nə olub sənə?!

 

–Heç...

 

–Elə bil təzə görürsən məni?

 

–Fikirləş, gör, məndən gizlin nə eləmisən?

 

Güldüm:

 

–Səndən gizlin?! Başına at təpməyib ki?!

 

–Sənin erməniolduğunu niyə başqası deməlidir mənə?!

 

Qıp-qırmızı qızardım. Tez də özümü ələ aldım:

 

–Arif, erməni olmaqla insanlıqdan çıxmış hesab edirsən məni?

 

–Əlbəttə yox.

 

–Bizim Şamaxıda milli ayrı-seçkilik yoxdu,vallah!

 

Dinmədi.

 

Onu çox sevdiyimdən, qorxurdum ki, "erməniyəm” desəm, itirərəm onu. Fikirləşirdim ki,iş işdən keçər, bir-birimizə vərdiş eləyərik, sonra hər şey qaydasına düşər.

 

–Mənə vaxt ver. – Dedi.

 

–Vaxt nədi?

 

–Atam-anam bilməlidi ki, mən kiminlə evlənirəm.

 

–Arif, fikrin məni atmaqdısa, indidən de. Allah nə yazıb, onu da görəcəyəm.

 

4.

 

O günü ürəyimdən daş asılmış kimi qayıtdım yataqxanaya. Qızlar ha soruşdu, nə olub, demədim. Bir stəkan su güclə keçdi boğazımdan. Yerimə girdim ki, yatım, dərdim yadımdan çıxsın. Gecəni dirigözlü açdım. Səhər də ac-susuz hamıdan tez gəldim instituta. Ha axtardım, Arif yoxa çıxmışdı. Ayrıldığımızın üçüncü günübir də gördüm koridorla gəlir. Qışqırıb üstünə qaçmaq istədim, güclə özümü saxladım. Çatıb mənimlə üz-üzə dayandı. Baxdım ki, həminki Arif deyil – sifəti uzanıb, gözləri çuxura düşüb, özü də daş daşımış kimi əzgin görünür.

 

–Məni öldürmək fikrin var?– Dedim.

 

Qolumdan yapışıb, birinci mərtəbəyə endirdi. Ordan da çıxıb, Dənizkənarı bulvara getdik.

 

–Bilirsən, – dedi – babam kəndin varlı-hallı, atıb-vuran kişlərindən idi. Necə deyərlər, sözünün qabağına söz qoyan olmadığından, dediyindən, elədiyindən çəkinib-eləməzdi.Belə adamların da adətən el qınağından, qeybətdən qorxusu olmaz. Tez-tez də Tiflisə gedib-gələrdi. Xırda-para alver eləyirdi. Bir gün də satlıq mal əvəzinə bir xanımla qayıtdı. Məlum oldu ki, gətirdiyi qadın ermənidi. Babamın bundan da başqa daha iki arvadı vardı. Biri o günü çıxıb getdi. Qaldı əsl nənəm. Onu da anam götürüb gətirdi evimizə. Yadımdadı, anam hər həftə gedib erməni qadınıyla savaşıb, qayıdırdı. Axırda babam arvadı qoltuğuna vurub, köçübgetdi Sabirabadın Qalağayın kəndinə.

 

–Arif, sən ki, subaysan?

 

–Anam bilirdi səninlə görüşdüyümü. Amma kimolduğunu bilmirdi. Heç mən özüm də bilmirdim. O günü tələbələrdən biri sirr gəldi mənə.Açıb hər şeyi anama danışdım. O da atama deyib. Atam belə şeylərə fikir verən deyil. Deyib, nə olar, qoy ailə qursunlar. Amma anam... daş atıb, başını tutdu. İki gün yalvardım:

 

–Ay ana, – dedim, – özü də sənin yerlindi, Şamaxılıdı.

 

Hiss elədim ki, yumşalır. Nə fikirləşdisə birdən soruşdu:

 

–Adı nədi?

 

–Süsən.

 

–Nəəə?! – Elə bil ilan vurdu arvadı – bağırtısı evi başına götürdü, – Sü-səəən?!

 

Sanki yuxudan ayıldım. Məsələnin nə yerdə olduğunu duyub, üzünə baxa-baxa qaldım.

 

–Anamın evini dədəminSüsəni dağıtı, məni də sənin Süsənin öldürər!

 

–Ay ana, adın nə dəxli var, ey!

 

–Hər dəfə Süsən adını eşidəndə başıma bir qazan qaynar su tökülür.Aç qulağını, eşit – ölsəm də erməni qızından döl tutmaram...

 

Fikir məni götürdü. Başımı əyib, sakitcə ağladım.

 

–Süsən, dünya dağılsa da mən səni atmayacam. – Arif qolunu boynuma salıb, məni sinəsinə sıxdı.

 

–Mən sənsiz yaşaya bilmərəm, Arif!

 

–Darıxma, gec-tez bur dərdə çarə taparıq.

 

–Necə?!

 

–Evlənib, köçüb gedərik Bakıdan.

 

Demə, onun da dilinə bir tikə çörək dəyməyibmiş. Kafeyə girib, nahar elədik. Ta axşamacan şəhəri gəzib-dolaşdıq.

 

5.

 

Ariflə əvvəlkindən də mehriban olmuşduq.

 

Bir gün ölkəyə xəbər yayıldı ki, bəs Qarabağ erməni­ləri ayağa qalxıb, Azərbaycandan ayrılmaq istəyirlər.Tezliklə Şamaxıdan zəng edib, məni çağırdılar.

 

–Arif, rayona gedirəm.

 

Fikirli-fikirli üzümə baxdı.

 

–Nədi?

 

–Heç...

 

Sabahı günü gəlib məni apardı avtovağzala. Ayrılanda:

 

–Məni unutma! – Dedi.

 

–Bu nə sözdü?!

 

–Sözdü da deyirəm.

 

6.

 

Şamaxıya çatıb, həyətimizə girəndə, gördüm evimizdə nə var, hamısı çöldədi.

 

–Bu nədi, ay ana?

 

–Köçürük!

 

–Hara?

 

–Rusiyaya.

 

–Niyə?

 

–Ermənistandakı Azərbaycan türkləri köçürülürsə, biz burda nə üzlə qala bilərik?!

 

Yadıma Arifin sözləri düşdü. Başımı divara söykəyib, hönkürdüm.

 

–Ağlama, qızım, hər şey yaxşı olacaq! – Atam idi.

 

–İndən belə?!

 

–Darıxma!

 

O günü də yola düşdük. Gedib çıxdıq Stavropola.

 

7.

 

Təzəcə toxtamışdıq yerimizə. Zahirən rahatlıq tapmışdıq. Amma mən ümidsizliyə qapılmışdım – bilirdim ki, Arifə qovuşmayacam – ölmək istəyirdim. Bu zaman Ermənistandan emissarlar gəldi. Qarabağda döyüşmək üçün əsgər yığmağa başladılar. Məni də həkim kimi qeydə aldılar. Etiraz elədim:

 

–Snayper kimi qəbul edirsinizsə, gedirəm. Əks təqdirdə, yox.

 

Düz üç ay bizə təlim keçdilər – sərrast atəş, dəqiq müşahidə, bir də ayıq-sayıqlıq. İstənilən hədəfi vurmağa baş­layanda bir dəstə qızla məni də götürüb gətirdilər Ağdam cəbhəsinə. Birinci gün cəbhəylə tanışlıq məqsədi daşıyırdı. İkinci günü də əməli bir iş görmədik. Üçüncü günü gözümü təzəcə zilləmişdim əks-cəbhəyə, qəflətən bir əsgər başını səngərdən çıxarıb sincab kimi o yan-bu yana boylandı. Mən çaşıb qalmışdım – neyləyim? Özümə gələndə gördüm artıq baş yerində deyil.. Günlər ötür, bəxt üzümə gülmürdü. Bir günorta yenidən gözümü zilləmişdim okulyara, güzgü qabağında bədənnüma dayanırmış kimi bir əsgər qalxdı əks cəbhədən. Arxası mənə tərəf idi. Boynunun dalından nişan aldım. Tətiyi çəkmək istəyəndə, gördüm... Arifdi. Bədənim əsməyə başladı. Tez də özümü ələ aldım. Qorxdum, irağ olsun, yoldaşlarım vurar onu, səngərin qırağını nişan alıb, atdım. Diksinib yerə oturdu. Alnımın tərini silib, üzümü söykədim silahın soyuq lüləsinə. Göz yaşlarım sel kimi axıb tökülürdü... Düz bir ay hansı düşmən əsgərini nişan alırdım ki, vurum, görürdüm Arifdi. Əlim yanıma düşürdü. Artıq məni tənbeh eləməyə başlamışdılar. Bizim snayperlərin ən azından hərəsinin bir ölüsü vardı. Çox fikirləşəndən sonra Arifin anasının sözləri yadıma düşdü – "Ölsəm də erməni qızından döl tutmaram!”.

 

Hirs məni boğdu.Qərar verdim ki, imkan düşdükcə Azərbaycan əsgərlərini sevər yerindən vurum.

 

Komandir təəccüb etdi:

 

–Sevər nədi?

 

–Kişilik!

 

Komandir az qala çığırdı:

 

–Anasının südü halal olsun bizim həkimə!

 

Qız çaşqın halda komandirə baxdı.

 

–Deməli 5 nəfəri vuran sənsən?!

 

–İnanıram ki, onların hamısı salamatdı.

 

Komandir eşitmirşim kimi növbətçini səslədi:

 

–Get, həkimə de ki, həmkarını gətirmişik. Gəlib, gəlib tanış olsun.

 

Bir azdan qapı açıldı, həkim gülə-gülə içəri girdi:

 

–Salam, cənab polkovnik!

 

Arxası qapıya oturmuş qız səsi eşitcək sıçrayıb ayağa durdu. Geriyə çevrilən kimi qışqırdı:

 

–Aaa... riiif?!

 

–Süsə...əən?!

 

08-12.04.2019

 

 

Ədalət  2019 .- 13 aprel.- S.12.