Yalan ayaq tutsa da...

 

Ermənipərəst qüvvələr erməni lobbisinin "şivənini" həqiqət hesab edib Azərbaycan həqiqətlərini qulaqardına vururlar. Burda deyiblər,e! Oğru elə dindi doğru bucağa qısıldı. Ermənilərin vəhşiliyi barədə İngilis siyasi xadimi Vilsonun dediyi tutarlı faktı nəzərinizə çatdırmağı özümə borc bildim.

 

"Ermənilər acgöz, tamahkar və araqarışdırandırlar. Heç kəsi bəyənmirlər. Onlar xırda bir işi şişirdib, hay-küy salmaqda istedad sahibidirlər. Və intiriqanı sevirlər". Bu fikri Azərbaycan ziyalısı desəydi, deyərdiniz şər deyir . Ermənilər barədə bu klassik fikri İngilis ziyalısı söyləyib. Ermənilər barədə bundan artıq nə demək olar? Cənab Vilsonun dediyi kimi onlar xırda bir şeyi şişirdib hay-küy salmaqda pərgardırlar. Gəlin baxaq. Ermənilər şivən qoparıb dünyaya çatdırdılar ki, guya Naxçıvanda ermənilərə məxsus tarixi və mədəni abidələri azərbaycanlılar dağıdırlar. Ermənilərin belə dezinformasiyalarına inanıb Azərbaycan hökumətinə irad tutan ermənipərəst cənablar, gəlin bizimlə tarixə səyahət edək. Bilirəm, faktları görəndən sonra dediklərinizə görə xəcalət çəkəcəksiniz.

 

Nə olsun, onsuz da siz havadarı olduğunuz işğalçı dövlətin təəssübünü çəkdiyinizi gizlətmirsiniz ki! XX əsrin əvvəlindən XXI əsrin əvvəlinə qədər və bu gün də erməni daşnakları əzəli və əbədi tarixi yurdlarımızı, torpaqlarımızı işğal edə-edə, tarixi saxtalaşdıra-saxtalaşdıra tariximizi siliblər, abidələrimizi yerlə-yeksan edib izimizi itirib, 560-dan çox tarixi memarlıq abidələrimizi, 103 arxeoloji abidə, eksponatının sayı-hesabı olmayan 22 muzey, 4,6 milyon kitab, 927 kitabxana,808 klub, 10 mədəniyyət və istirahət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı erməni terrorçuları, vəhşiləri tərəfindən yandırılıb, dağıdılıb çoxlarının izi-tozu da qalmayıb.

 

Musiqi mədəniyyətimizin anası sayılan, xarici qəsbkarlara bac verməyən Şuşa şəhərində Hacıağa Məscidini, Mir Mövsüm Nəvvabın xatirə muzeyini, zəngin eksponatlara malik olan Şuşa muzeyini, Gövhər Ağanın məscidini yandırıb yerlə yeksan edən, Üzeyir bəyin, Bülbülün, Natəvan xanımın büstlərini güllələyən erməni quldurları deyilmi?

 

Milli mədəniyyətimizə dəyən bu yaralara məlhəm qoymaq mümkündürmü? Fikirləşdikcə xəyal biləyimdən yapışıb məni qeyrət ucalığımdan baxmağa məcbur edir. İşğal altında olan torpaqlarımızı səyahət etmək, bəxtəvər çağlarımda gördüklərimi bir də görmək istəyirəm. Füzuli rayonunda Şərq üslubunda inşa edilmiş Baba türbəsi, Hacı Ələkbər Məscidi gözlərimin önündə dayanır. Doğma kəndimə gedəndə yolumun üstündə, Laçın rayonunun ərazisində olan XVI əsrdə inşa edilmiş Malik Əjdər türbəsi (el arasında ona "Qoşa Kümbəz" deyirlər),Sarı Aşığın, Seyid Əmirin müqəddəs qəbirləri, Soltan Baba türbəsi, Şeyx Əhməd türbəsi, Həmzə Soltan, Soltan Əhməd sarayları, Ağoğlan çayının üstündə tikilmiş müqəddəs məbəd düşmən əli ilə dağıdılıb məhv olanda

 

 

hey !! ay cavanlar hay verin mənə,

 

Yadlar el yoluna qaya salıblar.

 

Seyid Mirağanın türbə daşını

 

Xaçolar aparıb çaya salıblar…

 

Görən yerindəmi o Sandıq qaya

 

Deyirlər Qoçdaşı salıblar çaya...

 

Qəbirüstü daşları, qəbirləri dağıdıb izini itirəndə, hardaydınız demokratiyadan dəm vuran ermanipərəstlər?

 

Görün sizin Fransanın səyyahı Qraf de Şöle ermənilər barədə nə yazır:

 

"Ermənilərin yoxsulluğu və əzabkeşliyi məndə onlara qarşı böyük rəhm hissi yaratsa da, onların haramzadalığı, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə rüsvayçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim".

 

Fransanın istedadlı jurnalisti Can-İv Yunet yazır :

 

"Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız insan meyidləri gördük -bunlar qadınlar, uşaqlar, qocalar və Xocalının keşikçiləri idi. Bizə alçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Bizi ermənilər sonra atəşə tutdular. Biz çəkilişi axıra çatdıra bilmədik. Bu dəhşətli faciə idi. Mən müharibədə çox şeylər olduğunu, alman əsgərini, qəddarlığını eşitmişəm, amma ermənilər onları ötüb keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc halini vəhşicəsinə öldürürlər".

 

Qarabağın ürəyi olan Ağdamın Xaçın türbəsi (1314), Cəbrayıl qəzası kimi tanınmış Cəbrayılın iki Tağlı Xudafərin körpüsü (XI- XII) , böyük Füzulinin adı ilə fəxr edən Füzulinin 14 km qərbində yerləşmiş Azıx mağarası bizim eradan əvvəl yaradılmışdır. Bu qeyri adi mağara dünyanın ən qədim yaşayış məskəni sayılırdı. Aparılan araşdırmalar nəticəsində məlumdur ki, Azıx mağarasının sakinləri əcdadlarımız olub. Təəssüf ki, dünya əhəmiyyətli bu tarixi abidədən indi ermənilər silah anbarı kimi istifadə edirlər. Kəlbəcər rayonundakı Gəncəsər (1238) dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi idi. Azərbaycanın mədəniyyət mərkəzi, dağların qoynunda yerləşən, gözəlliyi ilə dünyanı, səyyahları valeh edən Şuşada 1992-ci ilin may ayının 8-nə kimi 15 məscid, 2 mədrəsə, 6 karvansaray, 2 qəsr, 4 türbə, 18 bulaq, 8 hamam, 300-dən çox su quyusu, 15 qalabürcü, 3 zindan, 22 tarixi abidə, 171 memarlıq abidəsi, 160 incəsənət abidəsi, 967 kv daş döşənmiş küçə, 190 hektar muhafizə zonası, 870 kv qala divarı, qəbristanlıqlar, ocaqlar, pirlər və s məhv olunmuşdur.

 

Bütövlükdə Ağdamda 44, Qubadlıda 31, Zəngilanda 12, Kəlbəcərdə 39, Laçında 54, Fizulidə 52, Xocalıda 16, Xocavənddə 53, Cəbrayılda 16, Şuşada 228 (bir dünya, 110 respublika, 117 yerli əhəmiyyətli), Xankəndində bir tarix və mədəniyyət abidəsi yer üzündən silinibdir. Zəbd olunmuş rayonların ərazilərində 10 mədəniyyət evi, 55 klub, 33 şəhər, 11 uşaq 691 kənd kitabxanaları, 18 muzey, 4 mədəniyyət və istirahət parkı, 48 uşaq musiqi incənət və rəssamlıq məktəbi, 3 teatr, 3 rəsm qaleriyası ermənilər tərəfindən məhv edilmişdir.

 

Mayor Leonid Kravites adlı ziyalının Xocalı barədə dediklərindən:

 

-"26 fevralda mən yaralıları daşıyırdım. Mən özüm 200-ə qədər öldürülmüş və səpələnmiş adamları gördüm. Sonra uçduq, ölüləri götürmək istədik. Bizim ilə bir yerli kapitan da var idi, adı yadımdan çıxıb. O ölülər arasınca özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı. Kapitan ağlını itirdi.

 

Götürə bilmədiyimiz başqa uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca meyidləri gördük".

 

Əhməd bəy Ağayev 1906-cı ildə yazırdı:

 

-" Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Nə acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişək".

 

Hörmətli konqresmenlər, bu barədə düşünmək olar, olmaz?

 

Gəlin tarixə səyahət edək. Şahidlərin dediklərinə qulaq asaq.

 

Həsən Həsənovun dediklərindən:

 

- "1912-ci ildə İrəvan şəhərində Yusif küçəsindəki 24¹-li evdə dünyaya gəlmişəm. Uşaqlıq və gənclik illərim orada keçib. İrəvan və onun ətrafı xalqımızın qədim yaşayış məskənlərindən biri idi. Hələ uşaqlıq illərindən eşitdiklərim və sonralar canlı şahidi olduğum hadisələr göstərir ki, İrandan, Turandan torpaqlarımıza köçürülmüş ermənilər üzdə üzümüzə gülüb, daldada da qaramızı yamanlayır, ayağımızın altını eşirdilər. Öz əlimizlə öz başımıza oyunlar açırdılar. "Böyük Ermənistan" yaratmaq xülyasına düşürdülər. Saxtakar erməni tarixçiləri öz uydurmaları ilə başları dumanlandırır, erməni xalqının qədimliyi barədə yalanları həqiqət kimi gözə soxmağa çalışırdilar. Yalanları bizim də beynimizə yeritmək istəyirdilər.

 

İrəvan adının yaranması da, İrəvan xanlığının Azərbaycanın 9 xanlığından biri olması və əhalisinin azəri-türklərindən olması da hamıya bəllidir".

 

Bizə məlum olan budur ki, 1390-cı ildən 1828-ci ilə qədər, 500 ilə yaxın bir dövrdə Xanlığı azəri türkləri idarə edib. 1828-ci illərdə İrandan, Turandan gələn ermənilər "Özümə yer eləyim, gör sənə neyləyim" əməli ilə işə girişiblər. Onlar yerlərini möhkəmlətdikcə torpaq iddiaları da artırdı. Həsən müəllim sözünə davam elədi:

 

" Bununla belə hələ əsrin əvvəlində şahidi olduğum bəzi məsələlərdən söhbət açmağı lazım bilirəm.

 

1920-ci ildə İrəvan şəhər adlansa da böyük olmayan qəsəbəni xatırladırdı. Zəngibasar tərəfdən şəhərin girəcəyində dəmir yol vağzalı vardı. Şəhərlə vağzal arasında 3-4 km məsafədə bütün günü sərnişin daşıyan faytonçuların səsi eşidilirdi. O vaxt şəhər şərq libasını saxlayırdı. Şəhərdən Dəlmə və Sərdar bağlarına gedən yol Zəngi çayının üstündəki Şah Abbas körpüsündən keçirdi. Şəhərin məhəllələri belə adlanırdı: - Təpəbaşı, Hacı Novruzali, Körpüqulağı, Dəmirli bulaq, Şirəçi, Müsəlman çarşısı. Yadımdadır belə mahnı da oxuyurdular.

 

 

İrəvan çarşı bazar,

 

İçində qızlar gəzər.

 

 

O ərazidə 2 kavansara, 2 hamam, 10 məscid-Şah Abbas Məscidi, Göy Məscid, Körpüqulağı Məscidi, Kümbəzli Məscid, Zilxan Məscidi, Şəhər Məscidi, Hüseynəli Məscidi, Novruzalı Məscidi, Günlüklü Məscid, Təpəbası Məscidi əhaliyə xidmət edirdi.

 

 

(ardı növbəti sayımızda)

 

 

Əvəz Mahmud Lələdağ

 

 

Ədalət  2019.- 20 aprel.- S.5.