Gülsatan
Adəm Asnı
(hekayə)
Lesnoy Rusiyanın şimalında, çox da böyük olmayan, lakin iri sənaye müəssisələri və böyük elmi araşdırmalarla məşğul olan elm ocaqları ilə məşhur təmiz, gözəl, qışı soyuq, yayı sərin keçən şəhərdir.
Samid
üçüncü il idi ki, Lesnoydaidi. Azərbaycandan hüquq universitetində oxumağa
göndərilmiş iki nəfərdən, daha doğrusu
artıq elə bir nəfərdən biri idi. İkinci tələbə
təhsilinin ikinci ili öz ərizəsi
ilə universitetdən xaric edilmişdi.
Samid yaxşı oxuduğuna, bütün imtahanları əla
qiymətlərlə verdiyinə, nümunəvi
davranışına görə müəllimlərin də,
tələbə yoldaşlarının da rəğbətini
qazanmışdı.
8 Mart qadınlar günü idi və Rusiyada bu bayram həmişə
xüsusi bir təntənə ilə qeyd edilirdi. Samid və
qrup yoldaşları səhər-səhər məsləhətləşib
qərara aldılar ki, kimin nəyə gücü
çatırsa pul toplayıb qadın müəllimlərini təbrik
etmək üçün gül alsınlar. Cəmi dörd nəfər qadın müəllimləri
var idi və hərəsinə heç olmasa üç dənə
gül almaq qərarına gəldilər. Universitetin
qarşısındakı maşın yolunu keçən kimi
dörd tərəfi açıq,
üstüörtülü, haradasa üç metrin dörd
metrəyə qədər ölçüsü olan, içərisində
uzun stollar düzülmüş gül satılan yer var idi.
Və burada adətən, demək olar ki, elə
həmişə digər millətdən olan şəxslər
gül satardılar. Tələbə
yoldaşları toplanan pulu Samidə verib xahiş etdilər
ki, gül almağa o getsin. Heç vaxt zarafatından
qalmayan Aleksey:
- Həmyerlilərindir
də, get öz dilinizdə başa sal ki, tələbəyik,
pulumuz yoxdur, bəlkə ucuz verdilər.
Samid
gül satılan yerə gəlib güllər
düzülmüş ctollara yaxınlaşan kimi
gülsatanlardan elə təxminən Samid yaşda, ya bəlkə
uzağı bir-iki yaş ondan böyük olanbiri sanki milliyətinisifətindən
oxuyub Azərbaycan dilində onu səslədi:
- Gəl,
qardaş, gəl. Tər-təzə güllərdir.
Axşam dərib, səhər reysi ilə
göndəriblər. Bu güllərdən
həm də Azərbaycanın ətrini alacaqsan.
Doğma dilində danışıq eşitmək bu dil
üçün qəribsəmiş Samidiaz qala kövrəldəcəkdi. Fərəhlə
onu səsləyən cavan oğlana yaxınlaşdı.
Fikirləşdi ki, yəqin gül
üçün pul versə oğlan "ayıbdır,
yerliyik” deyə inciyəcək, o da aparıb qürurla pulu elə
Alekseyə verib deyəcək "nahaq lağ edirdin, di al, istəyirsiniz
uşaqların pullarını qaytarın, istəyirsiniz bir
çay süfrəsi təşkil edək.” Amma hər halda eşitdirmək lazım idi. Və
gülsatana dedi:
- Salam,
qardaş, qərənfillər neçəyədir?
- Sənə
biri iki yüz rubldan verərəm.
- Belə
baha niyə?
- Nə? Baha? Bizim pulla altı manat eləyir
də. Qaradaş, sənə belə verərəm eey...
Yarımca saat burada gözlə gör bu
güllərdən bircəciyi qalacaqmı, gör birini
üçyüz, üçyüzəllli rubldan
aşağı verirəm heç? Başqa
vaxt olsaydı deyərdim hə. Bu gün
bayramdır eey. Ən kasıb rus da bu
gün gül almaq üçün pul əsirgəmir.
- Ay
qardaş, tələbəyəm, elə biz də uşaqlarla
pul yığmışıq ki, gül alıb müəllimimizi
təbrik edək. İkiyüz rubldan versən,
pulum çatmır. Cəmisi ikimin rublum
var.
-
Neçə qadın müəlliminiz var ki?
- Dörd
nəfərdilər.
- Niyə
çatmır ki? Gərək elə üç dənədən
ola? Hərəsinə ikisini
al.
- Yox,
uşaqlarla qərara almışıq ki, üç dənədən
alaq.
- Əşşi, ruslarda əsas diqqətdir. Çox adam
elə birini alır.
-
Qardaş, dördyüz rublum çatmır da, nədir ki,
bizim pulla oniki manat edir də...
- Mən
elə onsuz da sənə hörmət edib ucuz verirəm də.
Bir də ki, hərə beş-on manat kəsir
versə mənim burada qazancım nə oldu ki?
Samid fikrə getdi. Nə edəcəyini bilmirdi. Tələbə dostları ona gülməyəcəkdilərmi?
Düzdür, hamı onunla mehriban idi. Ancaq zarafatları da olurdu. Kim də
olmasa Aleksey mütləq zarafata salıb bir-iki söz
ilişdirəcəkdi. Qərara aldı ki, gedib
gülün baha olduğunu, həmyerlilərinə rast gəlmədiyini
desin. Gülsatanın səsi onu fikirdən ayırdı:
- Hə,
nə deyirsən? İnanmırsan istənilən
gülsatana yaxınlaş gör bundan da zəif, köhnə
gülü neçəyə satırlar. Ya da get
uşaqlarla bir az da atışın, gəl,
burdayam.
Samid geriyə döndü. Yolu keçmək istəyərkən
qarşı tərəfdən bir nəfər, o da Azərbaycan
dilində səsləndi:
- Əmoğlu, bir dəqiqə gözlə. Və şütüyən
maşınların arası kəsilən kimi qaçıb
yolu keçərək Samidə yaxınlaşdı:
- Salam, əmoğlu,
adım Validdir.
- Salam.
Samid,- deyə Samid də özünü təqdim
etdi.
-
Bağışla ey, əmoğlu, nə olub, nə məsələdi,
nə deyirdi o oğlan sənə?-
gülsatana işarə etdi.
-
Heç. Gül almaq istəyirdim, pulum
çatmadı.
- Bəri
gəl,- deyərək Valid çoxdan
tanıyırmış kimi ərklə Samidin qoluna girdi. Yenidən
bayaqkı gülsatan oğlana yaxınlaşdılar və
salamsız-kəlamsız Valid əlini
uzadıb güldən bir xışma, ovuc dolusu
götürüb gülsatana:
-
Cığara ver,- deyə başını
qaldırdı və onun uzatdığı nazik,
parıltılı, zərli, xışıldayan
kağızı alıb götürdüyü gülləri
bükərək Samidə uzatdı:
- Apar, əmoğlu,
halal xoşun olsun.
- Bu
çoxdur ey, qardaş, həm də...
-
Çox olmaz. Həm də nə?
- Demək
istəyir ki, həm də pulum yoxdur. Sən heç ondan
soruşmusan ki, nə qədər pulu var?,-deyə
gülsatan Validə baxdı.
- Pulla
versəydim gülləri sayardım.
- Necə
yəni pulla versəydim? Bu güllər tək sənin deyil
ey, Valid, biz şəriyik. Heç
bilirsən orada nə qədər gül var?
- Nə qədər?
-
Aşağısı otuz dənə.
- Əlli
dənə yaz mənim ayağıma,- deyə
Valid gülsatana gülümsəyib Samidə döndü:
- Fikir
vermə, əmoğlu. İşində ol.
Burada oxuyursan?,- başı ilə
universiteti göstərdi.
- Bəli.
Üçüncü kursda.
- Qız
tələbə yoldaşlarını da təbrik edərsən.
Nə lazım olsa gəl, denə, utanma.
Düzdür, mən ora-bura qaçıram, necə deyərlər
təchizati, təşkilati məsələlərlə daha
çox məşğul oluram, ancaq bu,-
başı ilə gülsatanı göstərdi,- həmişə
burada olur, ona desən mənə xəbər edəcək. Di sağ ol.
Onlar bir-birinin əlini sıxıb ayrıldılar. Samid əlində
sanki gül dəstəsi deyil, qürur, fərəh, sevinc dəstəsi
tutmuşdu. Gülləri, yığılan pulu necə
şəstlə yoldaşlarına təqdim edəcəyini, həmyerlilərinin,
bütün Azərbaycanlıların nəinki öz həmvətənlilərinə
qarşı, ümumiyyətlə necə əliaçıq,
qonaqpərvər olduqları barədə necə fəxrlə
danışacağını ürəyindən keçirincə
sifətinə məmnunluq dolu bir təbəssüm qondu.
Bu hadisədən iyirmi ilədək keçmişdi. Samid
universiteti uğurla – fərqlənmə diplomu ilə
bitirmiş, öz vətəninə qayıtmış,
Bakının rayonlarından birinin məhkəməsində
hakim işləyirdi. Bir gün öz iş
otağında oturub yaxın vaxtlarda baxacağı işlərlə
tanış olur, qeydlər edirdi.
Başı necə qarışmışdısa
qapının astaca döyüldüyünün də fərqinə
varmadı və yalnız qapı ikinci dəfə, bir az da hündürdən döyüləndə
başını qaldırıb:
- Bəli,
buyurun,- deyərək qələmini stolun
üstünə atıb qarşısındakı qovluğu
örtdü.
İçəriyə
daxil olan kişi Bakı dəbi ilə
geyinməmişdi. Sifətdən yaşlı görünsə
də, səsindən, hərəkətlərindənSamid elə
bu kişi ilə təxminən
yaşıd olduqlarını fərq etdi. Kişi içəri
daxil olub salam verdi və duruxubmuş kimi
Samidin üzünə baxa-baxa qaldı.
- Buyurun, əyləşin,- deyə Samid ona yer göstərdi,- Sizi dinləyirəm.
-
Bilirsiniz,- kişi tutula-tutula sözə
başladı, elə bil kimdənsə çəkinir,
sözləri düşünə-düşünə
deyirdi,- mənim qardaşımı həbs ediblər, işi
sizdədir. Gələn həftə
baxmalısınız. Qonşu ilə
sözləri olub. Mən burda olmamışam, yoxsa bu dərəcəyə
çatmazdı...
Baxacağı
işlərin arasında qonşu ilə əlaqəli cəmisi
bir iş olduğu üçün Samid onun hansı məsələdən
bəhs etdiyini o dəqiqə başa düşdü. Lakin
kişinin hələ də çəkindiyini,
sıxıldığını hiss edib bir az
da sərbəstləşməsi üçün dedi:
- Hə,
belə bir işə baxmalıyam gələn həftə. Lakin narahat olmayın. O qədər də
ağır cinayət eləməyib qardaşınız. Qonşular arasında olur belə şeylər.
- Amma
qardaşım içəridədir...
-
Günah özündədir. Qonşuya
vurduğu ziyanı ödəyib üzr istəsəydi
heç şikayət filan da olmazdı. Ya
da heç olmasa müstəntiqin
çağırışlarına gəlsəydi,
qaçıb gizlənməsəydi, hələ bu
azmış kimi qonşunu hədələməsəydibarəsində
həbs qətimkan tədbiri də seçilməzdi.
Daha bir
müddət söhbət etdilər və bütün bu
müddət ərzində Samidi belə bir hiss tərk etmədi
ki, bu kişini elə bil hardansa tanıyır. Əmin
idi ki, zənni onu aldatmır, lakin yadına sala, xatırlaya
bilmirdi.
-
Xahiş edirəm yenə bir baxın, imkanınız varsa
kömək edin, cavandır,- deyə
kişi xudahafizləşib ayağa qalxdı. Qapının
ağzında Samid onu səslədi:
-
Bağışlayın, dediniz Siz burda olmamısınız. Sirr deyilsə, harada idinizki?
- Rusiyada.
- Orada
yaşayırsınız?
- Bəli.
Şimal tərəfdə. Lesnoy
şəhərində. Gül toçkamızvar,
gülsatıram. Burada parniklərimiz var,
uşaqlar becərib göndərirlər. Elə
qonşu ilə bu məsələ də gül üstündə,
parnikə gələn qaz xəttinin üstündə olub.
- Xəbərim
var. İşlə tanışam. Ancaq qonşunun güllərini
yolub tökmək nəyə lazım idi ki,daha?
Kişi qapıdan çıxan kimi Samidkreslosunun
arxasına söykənib gözlərini yumdu. Cavanlığı, 8 Mart
bayramı, gül almağı, gülsatanın - bu kişinin
ovaxtkı sifəti, hadisə dünən olubmuş kimi
bütün təfərrüatı ilə gözləri
qarşısında canlandı...
Gülsatanla
bu söhbətdən iki gün sonra, elə onun gəldiyi
saatda Samidin iş otağının qapısı
döyüldü.
- Buyurun,- deyə Samid dillənib başını
qarşısındakı kağızlardan qaldıraraq nəzərlərini
qapıya yönəltdi.
- Olar?
Samid Validi dərhal tanıdı. Baxmayaraq ki, Valid
gülsatana nisbətən az dəyişmişdi, bəlkə
də gülsatanın viziti olmasaydı onu tanımazdı. Zarafat deyil, gör nə qədər vaxt
keçmişdi.Samid ayağa qalxıb irəli yeridi. Validi qapıda qarşılayıb içəri dəvət
etdi. Əyləşmək
üçün kresloda yer göstərib özü də
onunla üzbəüz oturdu. Xoş-beşdən, hal əhvaldan
sonra:
- Vallah
heç bilmirəm nə deyim, Samid müəllim, yəqin
özünüz gəlişimin məqsədini başa
düşdünüz...
- Hə,
şəriyin gəlmişdi.
- Məni
də elə o çağırıb. Zəng
edib məsələni, Sizinlə
görüşdüyünü, Sizi görəndə
özünü necə itirdiyini, deyəsən Sizin heç
onu tanıya bilmədiyinizi, kömək edəcəyinizə
dair bir söz vermədiyinizidanışıb təcili gəlməyimi
xahiş etdi. İkimiz də burada...gülləri bir
yerlimizə tapşırıb gəlmişəm
- Narahat
olma, Valid, nə kömək imkanım olsa,-
ammaqanun daxilində,- edəcəyəm. Siz
qayıdıb gedə bilərsiniz, amma əvvəlcə
işdən sonra görüşək, qonağım ol.
-
Çox sağ olun, Samid müəllim, onsuz da az
gülümüz qalmışdı, qalıb məhkəmədə
də iştirak edib gedər, təzə gülləri də
özümüz apararıq.
"Qalxın, məhkəmə gəlir” və "Azərbaycan
Respublikası adından... məhkəmə zalından
azadlığa buraxılsın” sözləri hələ də
Validin qulaqlarında səslənirdi. Nə gözlərinə,
nə də qulaqlarına inana bilmirdi. Axı ortada
küsülü olduqları qonşunun şikayəti, ona dəyən
ödənilməmişzərər var idi... Məhkəmənin
qarşısında bir müddət gözlədi. Qəti qərara gəlmişdi ki, axşama qədər
olsa da gözləyəcək, Samidi görməyincə
heç yerə getməyəcək. Lakin
o qədər də gözləməli olmadı.Bir də
gördü Samid özü binadan çıxıb gülə-gülə
ona tərəf gəlir.
- Salam,
Samid müəllim,- heç bilmirəm Sizə
necə...
Samid ona
sözünü bitirməyə imkan vermədi:
- Sonra,
sonra, yaman yorulmuşam, özüm də acam. Yəqin
elə sən də mənim günümdəsən. Gedək. Qonağım olmasan
heç bir təşəkkürün qəbul olunmayacaq.
Yaxında dayanmış avtomobilə
yaxınlaşdılar.
- Bizi
xudmani, sakit bir yerə apar bir tikə çörək yeyib
bir çay içək,- deyə Samid
sürücüyə gülümsəyib arxa oturacaqda, Validin
yanında əyləşdi.
Valid
ürəyindən keçənləri deməyə
yalnız çörək yedikdən sonra oturub çay
içərkən imkan tapdı:
- Samid
müəllim, axı hər şey bir tərəfə,
qonşu... zərər...
-
Qonşu ki, ona dəymiş ziyanın tam ödənildiyini,
heç bir şikayətinin olmadığını bildirdi. Özün eşitdin ki, məhkəmədə
dediklərini. Al bu da ziyanın ödənildiyi, şikayətin
olmadığı və s. barədə sənədlərin
surəti. Sənədlərin əsli işə
tikilib - deyə SamidValidə bir neçə vərəq
uzatdı.
- Vallah
heç nə başa düşmürəm. Kim
ödədi ki, ziyanı. Biz ödəməyə
hazır idik, ancaq qonşu adımızdan minnətçi
düşənləri yaxın buraxmırdı. Kimsə
ödəmiş olsaydı mən mütləq bilərdim
axı...
-
Özünü çox yorma, Valid,
ziyanı elə sən ödəmisən.
- Məən?
Mən heç ziyanın nə qədər
olduğunu da əməlli bilmirəm. Qonşuları
bir söz deyir, bunlar bir söz.Nə vaxt ödədim ki?
- Hələ
iyirmi il bundan əvvəl ödəmisən,
Valid, bir dəstə qərənfillə.
Bakı, may – 2017
Ədalət.-2019.-23
aprel.-S.7.