BAKINI DAHA DA GÖZƏLLƏŞDİRƏK!..

 

Ramiz MÖVSÜM

 

 

Yeni vəzifəyə təyin edildiyi gündən etibarən,

 

quruculuq işlərinə ürəkdən can yandıran

 

Bakı şəhər İñra Başçısı

 

Eldar Əzizov ñənablarına itaf edirəm.

 

 

O, qazandı xalqın etibarını,

 

Çatdı məqamına verdiyi hər söz.

 

Torpaq sevgisiylə yoğrulub qanı,

 

İşinin üstədi geñəbəgündüz!..

 

 

Sürətlə sökülür daxmalar indi,

 

Yerində göydələn evlər tikilir.

 

Hər yanda açıblar bərəni, bəndi,

 

Ağañlar əkilir, yollar çəkilir...

 

 

Hamı fərəhlənir, hamı sevinir, -

 

Daha gözə dəymir boş qalan yerlər.

 

Evlər yoxuş qalxır, evlər dik enir,

 

İri addımlarla yeriyir şəhər!..

 

Başa çatdırıldı yarımçıq işlər,

 

Ölü sükunətin əridi buzu

 

Unuduldu bütün «köhnə vərdişlər!..»

 

Gəlin, alqışlayaq eloğlumuzu!!

 

Baxıram: hər yanda bir canlanma var,

 

Xoş müjdəylə gəlir açılan səhər.

 

Geniş xiyabanlar göz oxşayırlar,

 

Yaşıllıq içində uyuyur şəhər

 

Düşübdü yurduma Günəşin şövqü,

 

Hər yan bağça-bağdı, hər yan gül-çiçək.

 

Bakımız alışıb yanan üfüqü

 

Qurşayıb belinə qızıl kəmər tək!..

 

Dastanlar qoşulub şəninə min-min,

 

Hər yerdə qürurla çəkilir adı!

 

Dünyanın ən gözəl beş şəhərinin

 

Elə birincisi bizim Bakıdı!..

 

Güvənək oğula, güvənək qıza,

 

Tək əldən səs çıxmaz, əl-ələ verək!

 

Gəlin, dəstək olaq yurddaşımıza,

 

Bakını daha da gözəlləşdirək!..

 

Ədalət.-2019.-23 aprel.-S.6.