Fazil Mustafanın yeni kitabları təqdim olundu
Bu gün Böyük Qurtuluş Partiyasının
rəhbəri, fəlsəfə
doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə deputatlar – Aqil Abbas, Musa Quliyev, Fəzail İbrahimli, eləcə də "Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı, professor Qulu
Məhərrəmli, yazıçılar,
ayrı-ayrı media qurumunun
rəhbərləri və
ictimai-siyasi xadimlər
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan media eksperti, professor Qulu Məhərrəmli Fazil Mustafanın müəllifi olduğu kitablar haqda məlumat verib.
O bu kitablarda günümüzün
düşüncəsini, həyatını
özündə əks
etdirən sanballı,
dəyərli materiallar
yer aldığını
bildirib: "Fazil
Mustafa bu kitablarla günümüzə abidə
qoyub”.
Deputat Fəzail
İbrahimli çıxışında
Fazil Mustafanı böyük düşüncə
insanı kimi xarakterizə edib və bu kitabların
sərrast düşüncə
məhsulu olduğunu diqqətə çatdırıb.
Digər çıxışçılar Aqil Abbas, keçmiş
deputat Rəbiyyət Aslanova da müəllif
və kitabları haqda öz fikirlərini
bildiriblər.
Deputatlar
Elxan Süleymanov, Musa
Quliyev, professor Rafiq Əliyev, ONA agentliyinin rəhbəri Vüsalə
Mahirqızı da çıxış edərək
müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.
Çıxışçılar Fazil Mustafanın cəmiyyətin ən müxtəlif təbəqələri
tərəfindən sevilən
şəxsiyyət olduğunu,
təqdim etdiyi kitabların tariximiz və günümüzlə
bağlı bir sıra vacib məsələrə fərqli
yanaşma baxımından
qiymətli əsərlər
olduğunu deyiblər.
Fazil Mustafanın təqdim edilən "XX əsrin əvvəllərində Azərbaycanda
siyasi düşüncə
cərəyanları”, "Düşünürüksə varıq”, "Sağlam düşüncə alternativi”,
"İslam qorxusu və müsəlman qorxusu”, "Doğru düşüncənin hikməti”
adlı kitablarında
müəllifin ötən
əsrin əvvəllərində
Azərbaycanda mövcud
olmuş siyasi cərəyanlarla bağlı
tədqiqatları, ictimai-siyasi
həyatın müxtəlif
məsələlərinə dair məqalələri, düşüncə üzərində
fəlsəfi baxışları,
İslam dini haqda publisistik və elmi məqalələri
yer alıb.
Ədalət.-2019.-23
aprel.-S.8.