Tütək səsi
Salman Alıoğlu
(Hekayə)
İstidən nəfəs almaq olmurdu. Belə bir vaxtda Əbili bir manat əlli qəpik verərək Möhübbətindükanından aldığıarağıdüt deyincəvurandan sonra kəndin düzortasınaçıxmışdı. Dodağının altında da "siz ey ilk eşqimin şahidi dağlar” mahnısınızümzümə edirdi.
Əbilinin dünyavecinədeyildi. Olan olmuşdu.Tale onunüzünəgülməmişdi,həyatıalt üst olmuşdu,ilk məhəbbəti daşa dəymişdi.KəndƏbilinin dərdi kimi dərin bir səssizliyə bürünmüşdü.
Yenə həmişəkikimi Güllü arvad səhəng kürəyinin ortasında Qarabulaqdan su gətirirdi. Əbili Güllü arvadınxətriniçox istəyirdi. Böyük Vətən Müharibəsindəüç igid oğul itirmişdi.İndi tək-tənha yaşayırdı. Daha doğrusu o əziz, o sevimli oğlanlarının ruhu ilə, xatirələri ilə başbaşa qalmışdı. Uğrundaüçövladını qurban verdiyisovet hökuməti Güllü arvada yetmiş manat pensiya kəsmişdi. Vəssalam.
Əbili Güllüarvadınyanına çatanda onun ağladığını gördü. Ona təskinlik verə bilmədiyiüçün Əbili də ağlamağa başladı və zəmanəni qınayaraq ürəyində yağlı bir söyüş söydü.Sonra da Güllü arvadın eşidəcəyi səslə - Belə də zəmanə olar? –dedi.
1974-cü ilin payızıkəndin üzərinəminbir rəngəçalan gözəl bir çələng sərmişdi.Başı göylərədəyənçinar ağaclarının beşbarmaq yarpaqları budaqdan qoparaq torpağın üstünə düşürdü.Xaçınçayın suyu daşlara toxunaraq həzin bir səslə axıb gedirdi.Çayın hər iki sahili boyunca böyürtkən kollarında salxım-salxım qara qırmızı böyürtkənlər ulduz təki bərq vururdu. Kəndin üst tərəfindəki Əzgilli meşəsindən əsən sərin meh Əbilinin qəlbində alovlanan sevgi ocağını daha da alovlandırırdı.
OndaƏbili sevirdi. Kəndlərindəki o qarabuğdayıqızın dərdindən dəli-divanəolmuşdu. Kənddə məməyeyəndən pəpədeyənə kimi hamı ovcunun içi kimi bilirdi ki, Əbili o qızı sevir. Həmin o qarabuğdayı qızın da Əbiliyə münasibəti pis deyildi.Bir sinifdə oxumuşdular. O ucqar, o gözəl, o qəşəng kənddə bir eşq tonqal kimialışıb yanırdı.
Belə bir vaxtda, belə bir məsul ərəfədə, eşq tonqalının çırtaçırt yandığı bir məqamda sovet hökumətiƏbiliniəsgərliyəçağırdı. Əbili bərk dilxor olsada neynəmək olardı, dovşanı araba ilə tutan sovet hökumətinin əmrindən çıxmaq olmazdı.
ƏsgərliyəgedəndəƏbili o qarabuğdayısevgilisini görüşəçağırmışdıvəo da kişi qızı kimi gəlib vəƏbiliyə də deyib ki, "qalsam sənin olacağam, ölsəm də qara torpağın”. Əbilinin bu sözlərdən sonra qəlbi, ürəyi təlatümə gəlmiş və qarabuğdayı sevgilisinəçox astaca deyib ki, uzaq səfərəçıxıram,icazə verəlindən tutum. Qız isəƏbilinin sözlərinə təbəssümləcavab verib ki, görüb eliyən olar, ayıbdı, inşallah nişanlandıqdan sonra...
Əbilinin qolu-qanadı iraq olsun, elə bil qırılıb tökülmüşdü vəürəyində sevgilisinə acığı tutmuşdu ki, gör heçinsafdırmı, iki il bərdən o yana gedirəm, bilinmir öləjəm, qalajam, zalım qızıəlindən tutmağa da icazə vermir.?!
Bax elə ona görə dəƏbili bir balaca incik olduğu üçün "siz ey ilk eşqimin şahidi dağlar”ıçox yanıqlı oxuyurdu vərus meşələrindəki ağcaqayın ağacları onun təsirindən "saçlarını yolaraq, göz yaşı axıdırdılar”
Əbilinin hərbi xidmətindən bir il keçəndən sonraəsgər yoldaşı, o sapsarı, cingöz İvan da Krasnoyarsk vilayətindəqalmışsevgilisi Valentinanın həsrətinədözməyərək "siz ey ilk eşqimin şahidi dağlar”ı tərtəmiz Azərbaycan dilində oxumağıöyrənmişdi. Əbilinin fikrincə heçdəpis oxumurdu.
Hərbi hissənin bir başında Əbili oxuyanda, o biri başından da İvan ona hay verirdi. Fərq təkcə bir şeydə idi. Əbili nə qədər yalvar-yaxar, xahiş etsədə qarabuğdayı sevgilisi onun əlindən tutmağa icazə verməmişdi. İvanın sevgilisi Valentina isəondan uşaq gözləyirdi... Düz iki il Rusiyanın ayı gəzən meşələrindəƏbili "siz ey ilk eşqimin şahidi dağlar”ını oxuya-oxuya hərbi xidməti başa vurmuşdu.
Kənd tərtəmiz və gözəliydi. Payız bu yerlərəözgə bir gözəllik gətirmişdi. Və həmin o qızılı payız günlərinin birində kəndəhay düşdü ki, Əbili əsgərlikdən qayıdıb.
O arıq, qarayanızƏbili bir oğlan olmuşdu ki, baxdıqca baxmaq istəyirdin. Hərbi forma ona çox yaraşırdı. Kitelinin döşündəçoxlu nişan, medal var idi. Hərəsini də bir əsgər dostundan alaraq döşünə taxmışdı. Belinəbağladığı kəmərinüstündəulduzşəkili olan sarıdəmir elə parıldayırdı ki, sanki Əbilinin belindəiri bir lampa yanırdı.
Əbili kəndə girəndəonu bax belə görmüşdülər. Böyük Vətən Müharibəsində dörd il nemesin əsirliyindəqalmışİslam kişişeytanın qıçını sındıraraq demişdi ki, ay camaat,Əbiliəsgərlikdəçox "bayavoy” olub. O, medalları hər yetənə vermirlər.
Kənd isə həyəcan içində idi. Adamların qulağı elə bil darı dəlirdi. Hamı nə isə gözləyirdi. Çünki Əbilinin o qarabuğdayı sevgilisi onu gözləmədən başqasınaərəgetmişdi. Bu bəd, acı, hönkürtü dolu xəbəri Əbiliyəkimsə deməli idi vədeyildi də.
Görənlər danışırmış ki, həmin sözləri eşidəndəƏbili ilan kimi qıvrılıb açılıb, dili batıb və heç kəsə baxmadan kəndin üst tərəfindəki təpələrə sarı gedib. Bir qaratikan kolunun dibindəoturaraq lal-dinməz saatlarla torpağa baxıb.
Kənd bir-birinə dəymişdi ki, bəs, Əbili niyə, məhz bu xəbərdən sonra qaratikan kolunun dibindəoturub?! Niyə, məhz bura gəlib, orda oturub. Ağzıgöyçəklərçox şey danışsalar daƏbiliözüsonralar deyib ki, həmin o qaratikan kolunun dibində o qarabuğdayısevgilisinə ilk sevgi məktubu yazıb. Çünki ,Əbili həmin o təpələrin döşündə dərsdən sonra quzu otarırmış.Və təbiətin ona bəxş elədiyi belə gözəl fürsətdən istifadə edərək ilk sevgi məktubunu yazıb.
Əbili kənddən və adamlardanperik düşmüşdü.Anası nə qədər yalvar yaxar etsədə Əbili bərk küsmüşdü,elə bil hər şeydən incimişdi.Əbili evlənmədi və anası oğlunun dərdinə dözə bilmədi. Rəhmətə getdi.
Onu harada axtarsaydın Əzgilli meşəsinin ətəklərindətapa bilərdin. Günlərötüb keçirdi. Yavaş-yavaşƏbilinin o nakam sevgi macərasıdeyəsənunudulurdu. O gözəl, o yaraşıqlı, o uzaq kənddəyeni macəralar yaranırdı.
ƏbiliƏzgilli meşəsinin ətəklərindəsərgərdan gəzsədə, buralara dahaçox bağlanırdı. Səbəbini heçözü də bilmirdi. O boyda sovet hökuməti yıxılanda Əbili hələ dəƏzgilli meşəsinin ətəklərində oturmuşdu. Nə yeyirdi, nə içirdi heç kəs bilmirdi. Tək bircə nəfərdən başqa. Güllü arvad, günaşırı olan olmazdan yemək bişirərək Əbilinin yanına aparar, öz əlləri ilə onu yedirəndən sonra kəndə qayıdarmış.Dərdi sinəsini deşən Güllü arvad oğlanlarının iyini Əbilidən alırmış.
Üzüntülü və ağır günləri arxada qoyan Əbili kənddəgörünməyə başladı. Möhübbətin mağazasına tez-tez başçəkir və siqaretlə bərabər araq da alırdı. Deyəsən,Əbili mehrini arağa salırdı.
Özü də dərindən hiss edirdi ki,əsgərlikdən gəldiyi vaxtın hörməti daha yoxdur və ona görə də Əbilini tez-tez işdalınca göndərirdilər. Əbili tez get dəhnəni bərkit, arxıtəmizlə,pəyəni kürü,odun doğra,kol qır,xülasə,kəndin ən çətin işləri onun çiynindəidi.
Gördüyü işlərinəvəzini verən də var idi, xəsislik edənlər də.Əbili heçkəsə fərq qoymurdu. Başını aşağısalaraq işləyirdi. Kənd camaatıbir gün Əbiliyə təklif etdi ki, gərək kəndin naxırına gedəsən. Əbili bu təklifi, sözün düzü,gözləmirdi. Tərəddüd edəndə vaxtilə kəndin ispolkomu olmuşİrşad kişi bildirir ki, kənddəadam çoxdur. Ancaq ,Əbili, bu işi sənə etibar edirik.
Bu sözlərdən sonra Əbiliçomağınıvətorbasınıgötürüb gedir naxırı otarmağa. NaxırŞiş dağın döşünəyayılmışdı. İnəklərin kövşəyi Əbiliyə bir rahatlıq gətirmişdi. Güney daşını başının altına qoyaraq uzanmışdıvəarada bir mürgüləyirdi. Eləbu zaman Əbili gördü ki, naxıra tərəf iki yad adam yaxınlaşır. Əbili tezçomağınıəlinəalaraq onlaratərəf gedəndə baxıb gördü ki, həmin iki nəfər qonşu Qazançıkəndindən olan ermənilərdir. DərhalSureni tanıdı vətay-tuşolduqlarıüçün Suren dəƏbilini tanıdı.
Əbili bu yekəbaş,daqqa Sureni Xaçınçayın yatağında,kəndlərinin üst tərəfindəki Qazançıbağlarındaçox döymüşdü. Əbili yaşlılardan eşitmişdi ki, Qarabağ xanlığının vaxtında bir erməni məliyi bu torpağı kəndin bəyindən pay kimi alaraq onu sonralar bu yerlərə köçürülən ermənilərə bağışlayıb.Heç Sovet hökuməti də bu torpaqları geri qaytarmaq istəməyib. Həmin o dazbaş Sureni və digər Qazançılı erməni dığalarını Əbilinin əlinə girəvə düşən kimi döyürdü. Buna baxmayaraq Suren çox amiranə vəötkəm səsləƏbiliyədedi:
– Ara, bir də naxırı buralara gətirmə, bu torpaqlar bizimkidir.
Bu sözlərdən sonra Əbili Surenin gözlərinin içinə baxdıvəaçıq-aşkar gördü ki, onun gözlərinin dərinliyindəbir qorxu var . Əbili anladı ki, bu qorxaq, dazbaşSurenöz sözünü danışmır, kimdisə onu danışdıran başqa sıdır.
Əbili erməniyəçox qısa vəkəsə cavab verdi:
– Naxırı, hər gün, burda otarajam.
Ermənilər çıxıb getdilər. Əbili qarğıdan
düzəltdiyi tütəyi
torbasından çıxarıbçalmağa
başladı. "Siz ey ilk eşqimin
şahidi dağlar”.
Adi qarğı parçasıƏbilinin barmaqlarıaltında
elə bil od tutub
yanırdı. Tütək neyləsin
ey, alışıb yananƏbilinin ürəyi
idi.
Bir neçə
aydan sonra qonşuluqda yaşayan ermənilər dazbaş, Qazançılı Surenin
dediyi sözləri xorla deməyəbaşladılar. Vəziyyət çox ağır bir həddəçatmışdı.
Erməni silahlı dəstələri
azərbaycanlılar yaşayan
kəndlərə hücum
edir, ziyanlıq vurur, adamlara gülləatırdılar.Ölən və yaralananlar olurdu.
Əbili
hiss edirdi ki, bu xəmir çox
su aparacaq və kəndin son günlərinə kimi elin naxırını göz bəbəyi kimi qoruyub saxladı.
Ermənilər rus ordusu ilə birləşərək
hər gün kəndləri bombalayırdılar.Evlər
dağılırdı, dinc
adamlar öldürülürdü.
Kənd boşalırdı, bu da Əbiliyəçox pis təsir edirdi. Evlər elə bil yetim qalmışdı.
Axşam
düşəndəadamı vahiməbasırdı. Əbilinin tütəyinin
səsi gəlməsəydiburada
yaşayışın olduğuna
inanmaq çox çətin olardı.
Qaçaqaç başlanmışdı, Əbilini yandıran o idi ki, kəndin
üzdə olan adamları daha tez aradan çıxırdılar.
Kənddə iki nəfər qalmışdı. Əbili və birdə
Güllü arvad.
Əbili
gecəbir yuxu gördü. O qarabuğdayı
sevgilisi onunəlindən
tutaraqƏbiliyə deyirdi
ki, bu tütək
sənəçox yaraşır.
Allah haqqı , elə bilirəm
ki, mənimürəyimin
tellərini əllərinlə
oxşayıb onları
sim kimi dindirirsən. Ancaqçox yanıqlıçalırsan, dözə bilmirəm, eləçalma, qadan alım, neynəyim, gücüm göz yaşlarımaçatır. Ağlamaqdan gözlərimdə nur da qalmayıb. Əbili, bil və agah
ol ki, məni
zorla, zülümlə
başqasına ərəverdilər.
Getmirdim.
Bir gün rəhmətlik ananla yolda qarşılaşdıq
və o mənə dedi ki, a bala,
özünü yorub,
Əbilini gözləmə.
Əbiliyə başqasını gözaltı etmişəm.
Ürəyim qırılıb düşdü yerə.
Taqətim kəsildi. Əlim də
sənəçatmadı.
Qəfil bir səs Əbilini
şirin vəhəm də kədərli yuxudan oyatdı. Əbili baxıb
gördü ki, başınınüstündə bir dəstə hərbi formalı, saqqalı və sarısifət adamlar dayanıb.Bir nəfər avtomatın lüləyiniƏbilinin
kürəyinə dirəmişdi.
Qanrılıb baxdı ki,
QazançılıdazbaşSurendir.
Bir cantaraq rus isəƏbiliyəbaxıb
gülürdu.
Əbili heçnə anlaya bilmirdi. DazbaşSuren isəhəmin o cantaraq
rusa yalvarırdı ki, qoy bunugüllələyim.
Həmin
o cantaraq rus, deyəsən polkovnik idi. Düz Əbilinin gözlərinə
baxa-baxa qəfildən
"siz ey ilk eşqimin şahidi dağlar”mahnısını oxumağa
başladı.
Əbili onu tanıdı. Əsgərlik yoldaşı, sapsarı, cingözİvan idi. İvan onu qucaqlayıb sinəsinə sıxdı
vəsol əlinin arxasıilə dazbaşSurenin
ağzına tərs bir şapalaq vurdu. Ağzı-burnu qana batan Suren quyruğunu qısıb büzüşən
it kimi bir kənara çəkildi.
Əbili dəoxuyurdu, İvanda
"siz ey ilk eşqimin şahidi dağlar”qayalarda əks səda verirdi.
Ermənilər kəndə od vurmuşdular. Evlər yanırdı.İvan
Əbilinin nigaran baxışlarına və
səssiz sualına belə cavab verdi:
- Prikaz, iz verxu – deyərək şəhadət barmağını dikəldib uzaqları göstərdi.
İvanın kefli olduğu açıq-aydın bilinirdi. Buradaİvandan başqa daçoxlu rus hərbiçisi var idi. Onlar deyib-gülürdülər. İvan baxdı ki, Əbili çox pis olur. O dəqiqəəmrverdi:- prekratit smex!
Əbilinin içində elə bil tonqal qalamışdılar. İçi oyur-oyur yanırdı. Əbili hər tərəfə baxırdı.Elə bil olanlarıgözlərinəköçürürdü. Ürəyinədammışdı ki, bir daha Xaçınçayı,Şişdağı, Çinarlı bulağını, Əzgilli meşəsini, Daşlı təpəni, bağ-baxçanıgörə bilməyəcək. Həyəcandan qurumuşdodaqlarının arasından son dəfə"siz ey ilk eşqimin şahidi dağlar”ağrı ilə, inilti ilə süzüldü.
Axşamüstü,şər qarışanda cingöz, sapsarıpolkovnikİvanın başıSurenin qızına qarışanda dazbaşSuren Əbilini güllələdi. Bir saatəvvəl isə ermənilər Güllüarvadıöldürmüşdülər. Üçoğul dağı görmüş Güllü arvadın əlləri Əbiliyə tərəf uzanılı qalmışdı...
Səhəri gün başı eyş işrətdən ayılan İvan öyrəndi ki, Əbilini dazbaş Suren öldürüb.İvan Əbilini dəfn edəndən sonra onun tütəyini qəbrin üstünə qoydu. İvan dazbaş Sureni Əbilinin qəbrinin ayaq tərəfində güllələdi.Sonra "siz ey ilk eşqimin şahidi dağlar”ı oxumağa başladı...
Əbili daha bilmədi ki, kəndi qoyub qaçanların bir çoxu sonradan Qarabağ veteranı adını ala bildilər və elə o vaxtdan da ağızları köpüklənə- köpüklənə Qarabağdan,qoçaqlıqdan danışırlar...
Əbilinin qəbri və tütəyi isə Əliağalıda qaldı...
Ədalət 2019.- 24 aprel.-
S.7.