QARAKÖPƏKTƏPƏ
Layihənin istiqaməti:
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği
Azərbaycan tarixinin hər bir səhifəsi
təkcə adıyla deyil, həm də tariximizin bir zaman kəsiyini
özündə yaşadığı üçün həmişə maraq doğurub,
diqqət çəkib. Heç də
təsadüfi deyil ki, bir coğrafi ərazi olaraq Azərbaycan zaman-zaman qonşu dövlətlərin,
ümumiyyətlə,işğala maraqlı olan qüvvələrin üz tutduğu məkan olubdu.
Yəni
istər monqol, istər ərəb, istər rus və
digər xarici işğalçı qüvvələr bu torpaqlara etdikləri
həmlələr zamanı tariximizin müəyyən
hissələri talan və məhv etsələr
də, amma bütöv bir tarixi silə
bilməyiblər. Çünki o tarixin özülü dərin,
sütunları möhkəm olubdu. Doğrudu,
müəyyən aşınmalar, müəyyən sapmalar baş versə
də, amma onu bütünlüklə
yeniləmək, yenidən yazmaq halları baş tutmayıb. Bu isə
xalqın həm qədimliyinin, həm də iradəsinin
göstəricisidir.
Bu gün işğal altında olan torpaqlarımızdakı maddi mədəniyyət
nümunələrinə, tarixi abidələrə
diqqət yetirəndə həmin o öncədən
söylədiyimiz fikirlərin bir daha şahidinə çevrilirik. Özü də
içərisində olduğumuz əsrin elmi-texniki tərəqqisi, bu tərəqqinin ortayaqoyduğu nailiyyətlər
və baş verənləri həmin an sənədləşdirmək,
tarixləşdirmək mümkün olduğu məqamda
düşmənin Azərbaycan tarixinə məhvedici
zərbələr vurmaq istəyi, üstəlik onu özününküləşdirmək
cəhdi son dərəcə gülünc olsa da,
həm də düşündürücüdü.
Yəni bu tarixi abidələr, bu torpaqlar birmənalı
şəkildə xilasını gözləyir. O
xilasın da reallaşması üçün biz tariximizi də, gücümüzü də
hər gün, hər an öyrənməli,
səfərbər etməliyik.
Bəli, işğal altında olan Füzuli rayonunda kifayət
qədər tarixi abidələr mövcuddur.
Hər birinin yaşı 100 illikləri ötüb keçən bu abidələrin
təkcə adlarına diqqət yetirsək, onda görərik ki, bu ərazilərdə bizim tariximizin yaşı
neçə min illərdir. Bizim tarix yazmaqqabiliyyətimizin ömrü neçə min illərdir. Təbii ki, yeniliklərin
soraqçısı olan həmin tarixi abidələrin yaddaşlardan tarix kitablarına
köçürülməsi, onların maketlərinin
hazırlanıb həm ölkənin, həm də
dünyanın böyük muzeylərində nümayiş etdirilməsi işğal altında olantorpaqlara diqqət
yönəltmək baxımından çox maraqlı iş olardı. Bu mövzu yəqin ki,
əlaqədar qurumların diqqətini
çəkəcəkdir.
Bu gün isə həmin
abidələrdən biri olan Qaraköpəktəpə
barəsində mülahizələri dilə gətirirəm.
Qədim Qarabağ abidələrindən biri olan Qaraköpəktəpə Füzuli rayonu ərazisində, Füzuli şəhərinin
mərkəzinə yaxın bir ərazidə
yerləşir. Bu tarixi yer həm də Füzuli rayonu ərazisindən
keçən Köndələnçayının sahilində
bərqərar olub. Yəni Füzuli şəhərinə daxil olanBakı-Ağdam-Füzuli yolunun üstündə
yerləşir. Ona görə də həmin
istiqamətdən Füzuli şəhərinə
gələn hər kəs öncə
Köndələnçayını keçir, sonra da Qaraköpəktəpə
abidəsini seyr etmək imkanı qazanır.
Maraqlıdır ki, konusvari bir şəkildə görünüşü olan Qaraköpəktəpə
abidəsi və buradan axtarışlar zamanı
tapılmış mühüm materiallar abidənin çox qədimliyindən
xəbər verir. Hətta araşdırmaçılar,
xüsusilə arxeoloqlar sübut edirlər ki, bu tarixi abidə eneolitdövrünə aid olmaqla orta əsrlərə
qədər çox böyük bir önəmi
özündə ifadə etmişdir. Bu da alimlərə imkan verir ki, burada qazıntılar
aparsınlar və tariximizə yeni töhfələr
versinlər.
Tarixçi almilərimizin
gəldikləri nəticəyə görə, təbii ki, bu nəticə
də aparılmış qazıntılar zamanı
tapılıb çıxarılmış
maddi-mədəniyyət nümunələri
əsasında verilibdi, Qaraköpəktəpə
abidəsinin adı qədim türk sözü olmaqla hündür, ulu təpə
mənasını verir. Bu, müəyyən mənada
həm də böyük, ulu təpə
deməkdir.
Çünki qara sözü özündə böyüklüyü ehtiva edir.
Məhz bu hündür ulu təpə
mənasını verən Qaraköpəktəpə
ərazisi dəniz səviyyəsindən 50 metr hündürdür. Bu da onun kənardan diqqəti
çəkməsinə imkan verən
şərtlərdən biridir. Hətta bu yer barəsində, bu təpə
haqqında Azərbaycanın böyük aydınlarından biri olan Abbaqulu Ağa Bakıxanov özünün məşhur
"Gülüstani-İrəm" əsərində
də geniş məlumat veribdi. Və burda maraqlı
məqam da ondan ibarətdir ki, Abbaqulu Ağa Bakıxanov öz əsərində bu yeri həm
Qaraköpəktəpə kimi, həm də
Təxti-Tavus kimi də qeyd edibdi. Bunun da bir mənası
yəqin ki, həmin təpəni müəyyən
mənada taxt anlamını özündə ifadə
etməsidi.
Elə buradaca onu da xatırlatmaq
yerinə düşər ki, Qarabağın tarixilə
bağlı özünün axtarışları
və əsərlərilə həmişə diqqəti
çəkmiş tanınmış tarixçi, Qarabağşünas Mirzə
Adıgözəl bəy də özünün "Qarabağnamə"
əsərində bu məkana diqqət
ayırmış və təkrar-təkrar
Qaraköpəktəpə barəsində fikirlər
səsləndirmiş, elmi bilgilər vermişdi. Bu da müasir tarixçilərimizə,
xüsusilə Qarabağ tarixini öyrənənlərə
dəyərli bir elmi mənbə kimi istinad nöqtəsi olmuşdu.
Vurğulamaq yerinə
düşər ki, həm Abasqulu Ağa Bakıxanovun
"Gülüstani-İrəm"ində, həm də
Mirzə Adıgözəl bəyin
"Qarabağnamə"sində dəfələrlə
adı vurğulanan, barəsində elmi bilgilər
verilən Qaraköpəktəpə Azərbaycan alimləri
ilə yanaşı, digər millətlərin,
yənixarici ölkə alimlərinin də
diqqətindən kənarda qalmayıbdı. Buradaca xatırlatmaq
istərdik ki, Qaraköpəktəpədə ilk elmi araşdırmaları alman əsilli
həvəskar arxeoloq E.A.Resler aparmışdı. Onun bu ərazidə
apardığı qazıntılar, araşdırmalar rus alimlərinin
də diqqətini özünə çəkmiş və Moskva İmperator Arxeolojinin üzvü olmuş tanınmış
alimlərdən, arxeoloqlardan biri olan rus arxeoloqu A.A.İvanovski də Qarabağa səfər
etməklə Qaraköpəktəpəsində olmuş və bu coğrafi məkanın
dəqiq ölçülərini
müəyyənləşdirə bilmişdi. Təbii ki, bu,
Qaraköpəktəpənin bir tarixi abidə kimi öyrənilməsi
istiqamətinda atılan ilk addımlardan
sayılmalıdır.
(ardı
gələn sayımızda)
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Ədalət 2019.- 24 aprel.- S.7.