Yazıçı taleyinə qəriblik
yazılmış QƏRİB MEHDİYƏ açıq məktub
Hörmətli Ustad! Deyilənə görə insan
anadan doğulunda ona verilən adla gələcək taleyində bir oxşarlıq olur. Bəlkə,
bu da ilahi
bir sirdi. Bu sirrin çözümündə
bir şoxları kimi məndə çətinlik şəkirəm.
Onu deyim ki, insana
verilən adın adamın gələcək
taleyində özünü
doğrultduğunu görəndə
həmin sirrə inanmaya bilmirsən. Sizin adınızın yazıçı
taleyinizdə özünü
göstərdiyi kimi.
Gənclik illərində Sizin "Rast” povestinizlə olan ilk tanışlığım
məndə Sizin qələminizə qarşı
oyatdığı hörmət
və məhəbbətin
nəticəsidir ki, şəkinmədən deyə
bilərəm ki, yaradıcılığınız ilə yaxından tanışam.
Bu gün Siz ədəbi aləmdə öz yeri, üslubu
və minlərlə oxucusu olan bir
yazıçısınız. Ömrünüzün qürub çağında
olan ədəbi məhsuldarlığınız qəribsevərləri sevindirməklə
bərabər, bəzilərində
qibtə, digərlərində
isə paxıllıq
hissini gücləndirir.
Hörmətli Ustad! Nə mənim Sizi tərifləməyə, nə
də Sizin mənim tərifimə ehtiyacınız var. Sizin yaradıcılığınızla bağlı yazılmış
yazlərlə məqalələr,
müxtəlif xarici dillərə tərcümə
olunmağınız yazıçı
kimi halal tərifiniz və qiymətinizdir.
Dünyaya gələndə Sizə
Qərib adını kim hansı
məqsədlə veribsə,
onu deyə bilmərəm. Tanışlığımızdan sonra adınızın
yazıçı taleyinizdə
zəhmətiniz müqabilində
qiymətləndilməməyinizdə özünü göstərdiyini
müşahidə etmişəm.
Görünür buda
Sizin taleyin
doğduğu qismət
payınızdı. Demək, Qərib
Mehdinin yazıçı
taleyindəki qəribçilik
həmişə onu izləyir.
Əziz
Ustad! "Yubileynamə”ni
diqqətlə oxudum və sonra təkrar-təkrar
vərəqləyərək yenidən nəzərdən
keçirdim. Fikrimcə
Sizin ən gözəl, yadda qalan əsərləriniz
(ifadəmə görə
inciməyin) "Rast”
və
"Yubileynamə”di. "Rast” gənclik, "Yubileynamə” isə müdriklik dövrünün
ağrılarından ərsəyə
gəlibdi.
Düzdü, bütün yazılarınız
narhatçılıq yaradan
ağrılardan doğulubdu. Etiraf edək
ki, "Rast” və "Yubileynamə”də
ki, ağrılar tamamilə bambaşqadır.
Xüsusən, "Yubileynamə”dəki ağrılar-zəhmətə qiymət verilməməsi
Sizin kimi bir çoxlarına, o cümlədən mənim
özümə də
yaxşı tanışdı.
Çəkilən zəhmət layiqincə
qiymətləndirilməyəndə insanın daxilində ağrıya çevrilir.
Adətən, təmiz, vicdanlı
işçinin "acı
dili” və rüşvət verməyən
əli olur. Belə işçiləri isə
məmurlar heç vaxt sevmirlər. Zəhmət layiqincə dəyərləndirilməyəndə adam istər-istəməz
vicdanla işlədiyi
üçün təəssüflənir.
Həmin
təəssüf və
ağrılar qələm
adamlarınının yazılarında
nə vaxtsa özünü göstərir.
Sizin
"Yubileynamə”niz kimi.
Belə bir ağrılı yazı mənim də gələcək planımda var.
X x x
Hörmətli Ustad! "Yubileynamə”də qələm
yoldaşlarınızın sizi dəstəkləməmənizdən
gileylənirsiniz. Qələm yoldaşlarınızın
quru söz deməkdən başqa əllərindən nə
gəlir? Əgər onuda
bəziləri demək
istəsə.
Mən Sizin iştirak etdiyiniz tədbirlərin bir neçəsində xalqın və dövlətin qarşısındakı
xidmətlərinizin müqabilində
"Xalq yazıçısı”
fəxri adına
və Prezidentin Fərdi təqaüdünə
layiq görülməniz
təşəbüsündə bulunduğumu yəqin ki, xatırlamamış olmazsınız. Bir çoxları həmin
təşəbüsü üzdə
bəyənsələr də,
əməli işdə
heç bir fəaliyyətləri görsənmədi.
Yaxşı xatırlayıram 70 illik yubiley tədbirinizin
keçirilməsinin priblemə
çevrildiyini. Sonda yazıçı
Gülafət xanımın
şəhər ziyalılarının
imzalı müraciətini
hazırlayıb İcra
Hakimiyyətinə göndərəndən
sonra yubiley tədbirinin keçirilməsi
reallaşdı. Fikrimcə,
bu Sizi sevməyən
bəzi bədxahların
yuxarılara "Qərib
Mehdi yaxşı adam deyil,
və s. pıçıltılarından
qaynaqlanmanın nəticəsidir.
Neyləməli? Bəlkə, bu da Sizin yazıçı
taleyinizdəki qəribçiliklə
bağlıdır.
Hörmətli Ustad! Kitabda Şəhər İcra başçısı ilə
təsadüfü görüş
zamanı yazıçı-jurnalist
Surxay müəllimin Sizin yubiley
tədbirinizin keçirilməsi
ilə bağlı başçıya müraciəti
zamanı söhbətdə
iştirak edən qələm yoldaşlarınızın
məsələnin müsbət
həlli üçün
dəstək verməmələrini
xüsusi vurğulayırsınız.
Hadisənin bu cür gedişi heçdə təcüblü deyil.
Çoxlarının "səngər”də gizlənərək "döyüş”
üçün əlverişli
məqam gözləmələri
prinsipi-ikiüzlü davranışının
alt qatı çoxdan
aləmi-aşikardı. Özləri
özlərinə ağıllı
görsəndiklərinə fikir verməyə dəyməz. Sizki bineyi-dövrdən
həmin yoldaşlarla
münasibətdısiniz.
Hörməli Ustad! Bu ilin yanvar ayının
əvvəllərində Şəhər
Mərkəzi Kitabxanasında
Sizin "Savaş”adlı
kitabınızın təqdimatı
keçirildi. Xatırlayırsınızsa,
təqdimat zamanı yoldaşlara belə bir müraciət etdim: "Yoldaşlar, ömrünün 83-cü ilini
yaşayan yazıçı
Qərib Mehdini hamımız yaxşı
tanıyırıq. Azərbaycan ədəbiyyatının
inkişafında yazıçı
kimi Qərib Mehdinin xidməti danılmazdı. Ömrünün 50 ilini yaradıcılığa
həsr edən yazıçı 45 kitabın
müəllifidi. Bu gün fəxrlə deyə bilərik ki, ömrü boyu dahi Nizami
yurdunda yaşayıb-yaradan
Qərib Mehdi ədəbi sahədə Azərbaycan Bayrağının
bir çox ölkələrdə dalğalandırır.
Bu Gənşə ədəbi mühitinin fəxri deyilmi? Özünəməxsus yaradıcılıq yolu, üslubu və dili (bənzərsiz
dil) olan zəhməti layiqincə dəyərləndirilməyibdi. Ömürün finiş xətinə yaxınlaşan
yazıçıya "Xalq
yazıçısı” və
yaxud Prezidentin Fərdi təqaüdçüsü
adına layiq görülməsi üçün imzalı
şəkildə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə
müraciə-xahiş edək.”
Yığıncaq iştirakçıları təşəbbüsü
razılıqla qarşıladılar. Hətta, bəzi
yoldaşlar müsbət
mənada əlavələr
etdi. Aradan dörd aya yaxın
vaxt keçməsinə
baxmayaraq hələdə
yerli təşkilatdan
heç bir tərpəniş hiss edilmir.
Amma şifahi söhbət zamanı çoxları Qərib Mehdinin yüksək fəxri ad və mükafatlar almasının tərəfdarı
olduğundan saatlarla danışmağa hazırdı.
Bilmirsən, sözə inanasan,
yoxsa əmələ?
Fikrimcə,
deyilən sözün
əməldə görsənməməsi
paxıllıq və qısqanclığın məntiqi
nətisəsi deməkdir.
Buda, qəribçiliyin Sizin yazıçı
taleyinizi izləməsidi.
X x x
Hörmətli Ustad! Böyük sənətkar M. Füzuli də 9 axçanı ala bilmədi.
Amma əvəzində "Şikayətnamə”
kimi möhtəşəm
bir əsər yarandı və müəllifinə ğsrdən
ğsrə qibtə olunası bir şöhrət qazandırdı.
"Salam verdim, rüşvət deyildi deyə, almadılar” kimi ifadə bu gündə atalar sözü kimi dillərdə dolaşmaqdadır. Tarix təkrar
olunur. "Şikayətnamə” və
"Yubileynamə”, Məhəmməd
Füzuli və Qərib Mehdi. Hər iki sənətkarın yaşadığı dövrün
zaman kəsiyi fərqi günlə, ayla, illə yox, əsrlərlə fərqlənir. Maraqlıdır ki, XVI əsrdə yaşamış M. Füzuli
ilə XXI əsrdə
yaşamış Q. Mehdinin
umacağı və ağrısı eyni nöqtədə kəsişir.
Böyük sənətkarlar
sağlığında az hallarda qiymətləndirilirlər. İstedadlı qələm sahiblərinin
sağlığında qiymətləndilməməsinin
səbəbini onları
tanıyanların paxılıq
və qısqanclığında
axtarmaq daha düzgün olar. Fikrimcə,
"Şikayətnamə” M. Füzulinin, "Yubileynamə”
isə Q. Mehdinin əvəzsiz və əbədiyaşar təltifləridi.
Hörmətli Ustad! Sizin nə yubileyə,
nədə fəxri adlara ehtiyacınız var.
Ulu Yaradan Sizə elə bir qabliyyət və istedad bəxş edibdi ki, Qərib Mehdi adı həmişə hörmətlə
yad ediləşəkdi.
Bu gün Gəncə
ədəbi mühitinin,
xüsusən də nəsr sahəsində
MARŞAL rütbəsi ancaq
Sizin çiyinlərinizdədi
və həmin şərəfli tütbəni
daşımaq ancaq Sizin yazıçılıq
taleyinizə qismət
olubdu. Çoxları bunu etiraf etməyi bacarmasalar da, həqiqi reallıq budur və istər-istəməz
bu reallıqlq barışmalıdırlar. Hələ Sizin nəsr diliniz, demək olar ki, əvəzsiz
bir dildi.
Gələcəkdə araşdırıcılar
Sizin nəsr
dilinizi nadir ədəbi
hadisə kimi qiymətləndirəcəklərinə əminliklə yanaşmaq
lazımdır. Sənətkar kimi hələ ustalığınız haqqında
danışmıram.
Elə fəxri
ad daşıyıcıları olub ki, bu
gün əsərlərinin
adları belə çəkilmir. Ona görğ də
sənətkar bu günün yox, gələcəyin sənətkarı
olmalıdır. Oxucu kimi
deyirəm, bütün
zamanların ədəbi
aləmində Qərib
Mehdi adlı silinməz bir iz qoymusunuz.
Əziz
Ustad! Sizin yazıçı taleyinizi izləyən qəribliyin günahını
anadan olanda Sizə Qərib adını verəndə
axtarmaq lazımdır.
Azərbaycan Yazıçılarının qarşıdan gələn
qurultayı ilə əlaqədar olaraq bəzi qələm yoldaşlarımızı fəxri
ad və Prezidentin Fərdi təqaüdü
xəbəri ilə sevindirəşəklər. Güman
edirəm ki, Gəncə ədəbi mühitinin yerli rəhbəliyi qurultay qabağı Sizində sevinməyiniz üçün
əlaqədar təşkilatlar
qarşısında məsələ
qaldıracaqdır
Hörmətlə: Fazil Sənan
Yazıçı-publisist.
07. 04. 2019.
Ədalət 2019.- 24 aprel.- S.6.