İSMAYIL İMANZADƏ

 

DÜNYADI DA...

 

 

Dünya bir köhnə fırfıra,

 

Həyat qarışıq yuxudur.

 

Heç kimdən yan keçmir ölüm,

 

Hamını bir-bir "oxudur”.

 

 

Biri girləyir başını,

 

Öləndə qınında ölür.

 

Adam var, artıb-törəmir,

 

Çiçəyi burnunda ölür.

 

 

Kimisi söykənib vara,

 

Dünyadan "beşəllitutur.

 

Kasıbın qolundan ancaq

 

Quruca "təsəllitutur.

 

 

Dəyişir eşqin "avazı”,

 

Sevgi "gül açırdaldada.

 

İllər başımızı qatıb

 

Keçir,aldada-aldada...

 

 

Qalxırıq ömrün yoxuşun,

 

Əldən-ayaqdan qan çıxır.

 

Bəxtin üzü dönən kimi

 

Sivişib ortadan çıxır.

 

 

Əcəlfərq qoymur heç kimə,

 

İtir hər şeyin dadı da.

 

Gedənin dalınca baxıb,

 

Deyirik, ehh, dünyadı da...

 

26.03. 2019

 

 

              GECƏNİN BU VAXTI

 

 

Bu yaz da əritmədi

 

Həsrətimin buzunu.

 

Bilirəm boydadır

 

Dərdin "eni-uzunu”.

 

 

Bir qaranlıq nöqtədə

 

Fikrim ilişib qalıb.

 

Ciliklənən ümidim

 

Hardasa düşüb qalıb.

 

 

Arxasınca qaçıram

 

Ötüb keçən anların.

 

Qar yağır gözlərimdən

 

Üstünə gümanların.

 

 

Əl atıb yapışmışam

 

Bəxtimin yaxasından.

 

Sızlasam da oyanmır

 

Gecə div yuxusundan.

 

 

 

 

 

GÖZLƏ, ŞƏKLİNİ ÇƏKİM

 

 

Səslə, yaxına gəlim,

 

Boşa çıxmasın əlim.

 

Dönsün fırçaya dilim

 

Sözlə şəklini çəkim.

 

 

Hərdən sus, hərdən danış,

 

Eşqin odunda alış.

 

Geriyə qayıt tanış

 

İzlə, şəklini çəkim.

 

 

Bir az başımı tovla,

 

Sonra qəlbimi ovla.

 

Qızınım od-alovla

 

Közlə şəklini çəkim.

 

 

Həyat bir zülmət kaha,

 

Ümid varmı sabaha?

 

Qəfil qaçıb getmə ha –

 

Gözlə, şəklini çəkim.

 

02.12.2018

 

 

YALANDANMI DEYİM...

 

 

Məndən uzaq düşdü köçün,

 

Bilinmədi "tezin”, "gecin”.

 

Hey sızladım için-için,

 

Heç doyunca gülmədim ha!

 

 

Ürək daşdı, dəmir,

 

Yaşadım batdı səs-səmir.

 

Sənsiz gəlib keçdi ömür,

 

Sevinc nədir bilmədim ha!

 

 

Nalə çəkdi yerim-göyüm,

 

Dönük bəxti necə öyüm?

 

Yalandanmı durub deyim,

 

Həsrətindən ölmədim ha!..

 

14.12.2018

 

 

 

VAXT

 

 

Yalan bir anlıq tufandı,

 

Üzülən ürəkdi-candı.

 

İşin tərsi-avandı

 

Yükün əyən vaxtı var.

 

 

Kölgəsi gəzir külün,

 

"Xəncəriitidir dilin.

 

Möhlət bitəndə əcəlin

 

Qapını döyən vaxtı var.

 

 

Rəngi dəyişəndə səsin,

 

Qar yağır üstə həvəsin.

 

Bələkdən sonra hər kəsin

 

Kəfəni geyən vaxtı var.

 

 

Məqam var ki, susmaq ayıb,

 

Qorxağı kim ərən sayıb?

 

Böhtanın qana susayıb

 

Kimisə yeyən vaxtı var.

 

Hər kəlmədə bal olmur ha,

 

Sevgidə sağ, sol olmur ha...

 

Vaxt həmişə kal olmur ha –

 

Vaxtın da dəyən vaxtı var.

 

10.12.2018

 

 

OLMAYIB

 

 

Göz açmışam köhnə damda,

 

Közərti gəzmişəm şamda.

 

Bəxtimlə "nərdoynasam da,

 

Heç udan vaxtım olmayıb.

 

 

Bağlananda qapım-bacam,

 

Üzə durdu ehtiyacım.

 

Haqdan gəlsə söz tacım,

 

Sarayım-taxtım olmayıb.

 

yanvar, 2019

 

 

            DEMƏ

 

 

Hoppanıb yuxarı çıxanda yaman,

 

Düz olan kəslərə verməyir aman.

 

Ən adil hakimdir deyirlər zaman,

 

Hər şeyin məlhəmi səbirmiş demə!

 

 

Damı-dirəyi var əzəldən göyün,

 

Sirli bir aləmə bənzəyir beyin.

 

İşlər nəhs gələndə açılmır düyün,

 

Dərd-bəla iki, birmiş, demə!

 

 

Saflıq zülmətində itib səslərin,

 

Savaşı bitməyir bəhsə-bəhslərin.

 

Qəlp çıxıb "qızılısusan kəslərin,

 

Sükutun özü qəbirmiş demə!

 

fevral, 2019

 

 

YOL

 

 

Hecəsən, ay köhnə dost,

 

Mənim canım-gözüm yol.

 

Tanış gəlirmi sənə

 

Ağlar qalan izim, yol?

 

 

Yadımdadır, hardasa

 

Eniş-yoxuşlu idin.

 

Qışda qarlı-şaxtalı,

 

Yazda yağışlı idin.

 

 

Hərdən duman-çən sənin

 

"Qamətinibükürdü.

 

Hərdən qızmar günəş

 

Üstünə od tökürdü.

 

 

Nağılları "bəzəyən

 

Şirin yalan deyildin.

 

Gəlib-gedəni yorub,

 

Əldən salan deyildin.

 

 

Yadlar çökdü sinənə,

 

Əzilib tapdalandın.

 

Qovrulub için-için

 

Öz varlığını dandın.

 

 

Yağmalandı el-obam,

 

Sızladı bəndin-bərən.

 

Yoxdur keçib gəlməyə

 

Açıq "qapın”, "pəncərən”...

 

 

Ay bükülən qamətim,

 

Ay "enim-uzunumyol.

 

Axı, mən necə gəlib

 

Oduna qızınım, yol?..

 

11.01. 2019

 

 

 

NƏ OLASIYDI

 

 

Oğrun-oğrun baxanda

 

Düymələdin yaxanı.

 

Köks ötürdüm astaca:

 

"Eh, məndə o bəxt hanı...”

 

Gileylənib bir az da,

 

Söylədim öz-özümə:

 

"Zalım qızı, "qapını

 

Niyə çırpdın üzümə?..

 

 

Baxışımla "içəri

 

Girsəm, olasıydı?

 

Xəlvətcə "güllərini

 

Dərsəm, olasıydı?..

 

 

deyim, o vaxt məni

 

Deyəsən suçlu sandın.

 

Elə bil yuxudaydın,

 

Səs eşitcək oyandın...

 

19.12.2018

 

 

Bəstə boylu misralar

 

 

Deyirlər ki, adamın-

 

adamı olsa yaxşıdır.

 

Qoy kim deyir desin,

 

ancaq bunun əvəzinə

 

Hər kəsin başının üstə

 

göy çətiri-

 

Allaha yaxın

 

damı olsa yaxşıdır...

 

 

* * *

 

Hər addımın

 

tozanaq qoparır,

 

Deyirəm, bəlkə heç

 

adam balası deyilsən.

 

Gec-tez onsuz da

 

axırın-sonun çatacaq-

 

Axı, Allah olası deyilsən...

 

 

* * *

 

Bəzən xəstəyə

 

heç kimin canı yanmır-

 

dərddən-azardan savayı.

 

Adamın üstünə

 

ölüm kölgəsi düşəndə

 

daldalanmağa yer tapılmır-

 

Bircə qaranlıq

 

məzardan savayı...

 

 

Mingəçevir şəhəri

 

Ədalət  2019.- 24 aprel.- S.6.