Azərbaycan Respublikasında
demokratiyanın yaranması və inkişafı problemləri
Bu mövzuya müraciət
edib, elmi araşdırma aparmaqda əsas məqsəd Azərbaycanda demokratiyanın,
adət-ənənənin, milli dəyərlərə
hörmətlə yanaşılmasından,
bəşəriyyətdə demokratik tolerant mühitin formalaşmasından gedir. Demokratiya institutu
hər bir ölkənin ictimai həyatında siyasi mexanizm kimi fəaliyyət
göstərməklə, dövlətin,
cəmiyyətin təkmilləşməsi
və gələcək
inkişafı üçün
bu istiqamətdə daim elmi tədqiqatların
aparılmasına əsas
yaradır.
Bəzi dövlətlərin beynəlxalq
hüquq normalarının
tələblərini və
prinsiplərini kobud surətdə pozması kiçik dövlətlərin
suveren hüquqlarına
ciddi təhlükə
törətməkdədir.
Beynəlxalq hüquq normalarının,
beynəlxalq təşkilatlar,
BMT və onun Təhlükəsizlik Şurası
tərəfindən tətbiqi
zamanı yol verilən bir sıra uyğunsuzluqlar nəticəsində beynəlxalq
hüququn prosedur və ədalət qaydaları pozulur və bu dünyada
öz suverenliyini, müstəqilliyini bərqərar
etmək istəyən
dövlətlərin beynəlxalq
hüquq normaları ilə təsbit edilmiş suveren hüquqlarının ciddi
şəkildə pozulmasına
gətirib çıxarır.
Qeyd etmək
lazımdır ki, bu prosesin gedişində
Birləşmiş Millətlər
Təşkilatının məqsəd
və prinsiplərinin
kobud surətdə pozulması da baş verir ki, onun da
nəticəsində beynəlxalq
aləmdə ədalətsiz
qərarların qəbul
olunması baş verir.
Nəticədə isə beynəlxalq aləmdə gərginlik, sülhün və təhlükəsizliyin qorunmasına
təhlükə qaçılmaz
olur. BMT-nin nizamnaməsinin
I maddəsinə əsasən
BMT-nin məqsədi Beynəlxalq sülhü və təhlükəsizliyi
qoruyub saxlamaq və bu məqsədlə
sülhə təhlükənin
qarşısını almaq
və aradan qaldırmaq üçün
təcavüz aktlarını
və digər sülhün pozulması hallarını yatırmaq
üçün səmərəli
kollektiv tədbirlər
görmək və sülhün pozulmasına
gətirib çıxara
bilən beynəlxalq mübahisə və situasiyaların dinc vasitələrlə ədalət
və beynəlxalq hüquq prinsiplərinə
uyğun olaraq nizamlanmasına və yaxud həll olunmasına nail olmaqdır.
Lakin müəyyən dövlətlərin
BMT-nin Nizamnaməsində
nəzərdə tutulan
məqsəddən yayınmaqla
kiçik dövlətlərdə
milli suveren demokratik dəyərlərin
formalaşmasına və
bərqərar olmasına
mane olmaları şübhə
doğurmur. Azərbaycan Respublikasının
timsalında bunu biz daha aydın formada görürük.
25 ildən artıqdır
ki, Dağlıq Qarabağ münaqişəsinin
bu günə kimi həll olunmaması yuxarıda qeyd edilən müddəanın bariz sübutudur.
BMT-nin Təhlükəsizlik
Şurasının dörd
qətnaməsinin qəbul
olunmasına baxmayaraq,
bu imperativ hüquqi qüvvəyə
malik olan qətnamələrin icra olunmamasına heç cür haqq qazandırmaq
mümkün deyil və buna heç
bir hüquqi məna vermək olmur.
Ermənistan tərəfindən bəzi
ermənipərəst dövlətlərin
dəstəyi ilə Azərbaycan Respublikasının
torpaqlarının 20 faizinin
işğal olunması
nəticəsində 1 milyondan
artıq insanın öz doğma yurdlarından didərgin düşməsi böyük
dövlətlərin beynəlxalq
hüquq normalarının
tələblərini birbaşa
və kobud surətdə pozduqlarına
açıq dəlildir.
ATƏT-in
Minsk qrupunda olan Təhlükəsizlik Şurasının
üzv dövlətləri
ABŞ, Fransa və Rusiya bu münaqişənin
beynəlxalq hüquq normaları çərçivəsində
həll olunmasına faktiki olaraq heç bir zaman cəhd göstərməmişlər, yalnız formal olaraq yaradılmış bu qurumunpərdəsi altında
işğalçı Ermənistanı
müdafiə etməklə
özlərinə haqq
qazandırmış, hər
dəfə bildirmişlər
ki, guya münaqişə Azərbaycan
və Ermənistan dövlət rəhbərlərinin
qarşılıqlı razılığı
ilə həll edilməlidir.
Sual olunur: Ermənistan tərəfindən Azərbaycanın
20 faiz torpağı işğal olunubsa, BMT-nin Təhlükəsizlik Şurasının dörd
imperativ hüquqi qüvvəyə malik olan qətnaməsi bu günə kimi icra olubmayıbsa,
işğalçı dövlət
olan Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozmaqda davam edirsə, burada hansı razılaşmadan söhbət
gedə bilər? İşğalçı dövlət və
işğala məruz
qalan dövlət razılaşma yolu ilə işğal olunmuş əraziləri azad etməlidirsə, onda beynəlxalq hüquq və beynəlxalq təşkilatlar
hansı məqsəd
üçün yaradılmışdır?
Bütün bu qeyd edilənlərə baxmayaraq Ermənistanın
Azərbaycana qarşı
işğalçılıq siyasəti və beynəlxalq hüquq normalarını kobud surətdə pozması faktları bu günə kimi heç bir beynəlxalq təşkilat,
ATƏT-in Minsk qrupunun həmsədrləri
olan Rusiya, ABŞ, Fransa dövlətləri tərəfindən kəskin
müzakirə olunaraq
hər hansı bir sanksiya və
ya cəza növü tətbiq olunmamışdır.
Bu faktın özü bir daha onu
təsdiq edir ki, bu gün
beynəlxalq təşkilatlar
və böyük dövlətlər öz siyasi-iqtisadi maraqlarına uyğun siyasət apararaq, kiçik dövlətlərin, o cümlədən
Azərbaycan Respublikasının
milli suveren hüquqlarını kobud surətdə pozur, dövlətlərin daxili
işlərinə qarışmaqla
öz "demokratiya siyasətlərini" zorla
həyata keçirməyə
çalışırlar. Beynəlxalq hüquq
normalarında bir dövlətin ərazisinin
digər dövlət
tərəfindən işğal
olunduğu halda işğala məruz qalan dövlət tərəfindən öz
ərazi bütövlüyünü
və milli təhlükəsizliyini təmin
etmək məqsədilə
güc tətbiq edə bilməsi imkanı nəzərdə
tutulmuşdur.
Lakin adı çəkilən
beynəlxalq təşkilatlar,
o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri
olan dövlətlər
tərəfindən Azərbaycana
qarşı bütün
siyasi təzyiq vasitələrindən istifadə
edilərək işğal
olunmuş ərazilərimizin
azad olunması üçün güc tətbiq olunmasına qətiyyətli formada imkan verilmir. Bu da beynəlxalq
hüquq normalarının
müəyyən dövlətlərin
istəyi ilə reallaşmasını təsdiq
edir.
Bu qurum və dövlətlərin mülahizələrinə
əsasən münaqişə
yalnız sülh yolu ilə həll
olunmalıdır, başqa
alternativ yol yoxdur.
Sual olunur: Görəsən bizə təkidlə tövsiyə olunan və deyilən bu sülh hansı
ölçü və
formada olmalıdır
və reallaşmasının
hüquqi mexanizmi necə müəyyən edilmişdir.
Beynəlxalq aləmdə baş verən prosesləri müşahidə etməklə
bəzi dövlətlərin
Azərbaycanda milli suveren demokratik dəyərlərin təsbit
edilməsinə qarşı
olduğunu aşkar şəkildə görmək
mümkündür.
Həmin dövlətlər ölkəmizdə
milli suveren demokratiyanın yaranmasına
və inkişaf etməsinə, güclü
dövlətə çevrilməsinə
hər vasitə ilə imkan vermirlər.
Beləliklə də, ölkəmizi asılı vəziyyətdə
saxlamaqla, eləcə
də ölkə daxilində ictimai siyasi vəziyyəti gərginləşdirməklə, ölkəmizin müstəqilliyini
və suverenliyini təhlükə altına
qoyurlar. Ölkəmizin qarşısında duran vacib vəzifələrdən
biri milli suveren demokratiya konsepsiyasının hazırlanıb,
həyata keçirilib
və inkişaf etdirilməsidir. Buna görə də milli suveren demokratiya
ideyası əsas götürülərək bu
istiqamətdə işlər
görülməli və
dövlətimizin inkişafının
təmin edilməsi üçün müstəqil
xalq hakimiyyətinin və demokratiyanın prinsipləri insanların mənəvi, siyasi, iqtisadi və digər hüquqları, eyni zamanda milli
dəyərlər nəzərə
alınmaqla həyata keçirilməlidir.
Bir çox hallarda milli dəyərlərimizə,
mənəviyyatımıza, adət-ənənəmizə uyğun
olmayan, xarici dövlətlərdən və
təşkilatlar tərəfindən
bizə "demokratiya
standartları" kimi
təqdim olunan "demokratiya dəyərləri"
bir müddətdən
sonra bzim suveren milli demokratiyamızı
məhv etməklə
milli əxlaqımızı,
adət-ənənəmizi, mənəvi dəyərlərimizi
bizə unutdura bilər.
Ona görə də müstəqil dövlətimizin əbədi olması üçün ölkəmizdə milli suveren demokratiya konsepsiyasını hazırlanıb, həyata keçirilməlidir və şübhəsiz ki, bu istiqamətdə dövlətimiz uğurlu addımlar atmaqdadır.
(ardı növbəti
sayımızda)
Cəmil Quliyev
tarix üzrə fəlsəfə doktoru
Ədalət 2019.- 26 aprel.-
S.7.