Azərbaycan Respublikasında
demokratiyanın yaranması və inkişafı problemləri
(əvvəli
ötən sayımızda)
Dövlət, qarşısında duran siyasi, sosial, iqtisadi inkişafı təmin etmək vəzifəsini yalnız xalqın marağını
təmin etmək prinsipləri əsasında
yerinə yetirməklə,
dünya ölkələri
içərisində layiqli
yer tuta bilər. Şübhəsiz ki, milli suveren demokratiyanın ideyası, məzmunu, mahiyyəti, imkanları və istiqaməti Azərbaycan cəmiyyətinin
və dövlətinin
inkişafına və
demokratik cəmiyyətin
formalaşmasına xidmət
etməlidir. Bütövlükdə Azərbaycan dövlətinin
milli suveren demokratiyası Azərbaycan
xalqının və dövlətinin humanist aspektdə
siyasi sisteminə və eyni zamanda
sosial münasibətlərinə,
milli mənafeyinə hər bir vətəndaşın
hüquq və azadlıqlarının qorunmasına
xidmət göstərməlidir
və göstərməkdədir.
Eyni zamanda, ölkəmizin milli suveren demokratiya konsepsiyası Azərbaycan
xalqının gücünə,
ləyaqətinə, xalqın
birliyinə, etibarına
söykənərək dövlətimizin
beynəlxalq aləmdə
istənilən müqavimətlərə
ləyaqətlə tab gətirib
təsir göstərmək
imkanına malik olan effektli bir
mexanizmə çevrilməlidir.
Azərbaycan Prezidenti tərəfindən
son illərdə milli
suveren demokratiyaya diqqət yetirilməsi qərbpərəst qüvvələr
və onların ideloqları tərəfindən
birmənalı qarşılanmır. Bu qüvvələr tərəfindən
daim cəh göstərilir ki, Azərbaycanda yalnız Avropa demokratiyası tətbiq olunsun.
Sual olunur: Görəsən bu qüvvələr kimlərin sifarişlərini,
arzu və istəklərini yerinə
yetirməyə çalışırlar?
Nə üçün bu qüvvələr müstəqil
və suveren Azərbaycan dövlətinin
daxili işlərinə
qarışırlar? Nə üçün
və hansı səbəblərə görə
Avropa demokratiyası, Azərbaycan xalqının
mənafeyinə xidmət
edən, adət-ənənələrimizi,
mentalitetimizi, milli-mənəvi
və əxlaqi dəyərlərimizi özündə
cəmləşdirən, dövlətin
qanuni qurumları tərəfindən müəyyən
olunmuş milli suveren demokratiyasından üstün tutulmalıdır?
İdeoloji baxımdan Avropa
demokratiyasını alternativsiz
hesab edənlər də yəqin ki, bu baxımdan
kökündən yanılırlar.
Azərbaycan dövlətinin milli
suveren demokratiya ilə bağlı konsepsiyası təkcə
suveren demokratiya ilə məhdudlaşmır.
Bu konsepsiyada əsas
prinsiplər öz əksini tapmaqla bərabər, eyni zamanda dövlətin sosial inkişafı üçün vacib olan bütün sosial, ideoloji, iqtisadi sahələri də əhatə olunmuşdur. Ona görə də,
Azərbaycan Respublikasının
milli suveren demokratiya konsepsiyası təyinatı üzrə
elə tətbiq edilməlidir ki, beynəlxalq aləmdə Azərbaycan qloballaşan dünya dövlətləri
arasında siyasi-hüquqi
və sosial rəqabətə tab gətirməklə
layiqli yer tutsun.
Milli suverenitet
və demokratiya konstitusion hüquqi kateqoriyalardır. Ona görə milli
suveren demokratiyanın
konsepsiyasını hazırlayarkən
dövlətin və cəmiyyətin perspektiv inkişafına konstitusionalizm
nəzəriyyəsi əsasında
geniş əhəmiyyətli
aspektləri nəzərə
almaq şərtilə
milli konstitusion-hüquqi
doktrina hazırlanmalıdır.
Bu səbəbdən də suveren demokratiya hər bir ölkədə aktual olmaqla bərabər, onun konstitusion-hüquqi, siyasi,
sosial və ideloji təhlilinin aparılmasına ciddi zərurət vardır.
Təbiidir ki, burada tədqiqatın
əsas diqqət mərkəzində Azərbaycanda
olan milli suveren demokratiyanın xüsusiyyətlərinin təhlili
dayanmalıdır və
şübhəsiz ki,
bu tədbirlər heç də insan hüquq və azadlıqlarının
məhdudlaşdırılmasına şərait yaratmamalıdır. Görülən bu tədbirlər bütövlükdə dövlətin
cəmiyyət qarşısında
məsuliyyətinin artmasına
və neqativ halların qarşısının
alınmasına gətirib
çıxaracaqdır. Milli suverenitet və demokratiyanın qarşılıqlı
münasibətlərinin elmi
əsaslarla təkmilləşdirilməsi
fəlsəfi və siyasi baxımdan da bu sahələr
ilə əlaqələndirilməsini
şərtləndirir.
Milli suveren demokratiya konsepsiyası hər bir dövlətin
konstitusiya ideyalarına
əsaslanmalı, suverenitet
və demokratiya konstitusion kateqoriyaların
səmərəli qarşılıqlı
əlaqələri ilə
cəmiyyətin, dövlətin
və müstəqil hakimiyyətin xüsusiyyətlərini
nəzərə alınmaq
şərti ilə həyata keçirilməlidir. Bu anlayışdan göründüyü
kimi, milli suveren demokratiya göründüyü kimi,
milli suveren demokratiya konsepsiyası ölkədəki siyasi hüquqi rejimə və ümumxalq mənafeyinə xidmət etməlidir.
Nəzərə almaq lazımdır ki, suveren demokratiya
təkcə nəzəriyyə
deyil, bu, eyni zamanda təcrübədir. Beynəlxalq aləmdə
bəzi dövlətlərin
"demokratiyanı" digər
ölkələrin daxili
işlərinə qarışmaqla
həyata keçirmələri,
bütövlükdə dövlətlərin
suvürün hüquqlarının
pozulması ilə bərabər, eyni zamanda bu ölkələrdə
yaşayan çoxmillətli
vətəndaşların mənafeləri
ilə də ziddiyət təşkil edir. Xüsusilə bu problem müasir
şəraitdə daha
böyük aktuallığı
ilə diqqəti cəlb edir. Azərbaycan dövlətinin çoxmillətli
ölkə olması milli suveren demokratiyanın
aktuallığını daha
da zəruri edir və eyni
zamanda onun hüquqi prinsiplərinin müəyyən olunmasını
ön plana çəkir. Hesab edirik ki, bu
istiqamətdə aşağıda
göstərilən müddəalar
bu istiqamətdə fəaliyyət prinsipləri
kimi qəbul oluna bilər:
- Suveren hüquqların həyata keçirilməsi
prosesində ölkə
konstitusiyanın aliliyinin
qorunması, o cümlədən
riayət edilmə imkanlarının diqqətdə
saxlanması;
- Suveren hüquqları həyata keçirərkən
Azərbaycan xalqının
mənafeyinə cavab verən, qanunvericilik sistemində mövcud olan bütün normativ hüquqi aktların dəqiq və düzgün, eyni qaydada tətbiq
olunması;
- Suveren hüquqların həyata keçirilməsi
zamanı qanunların
dönmədən icra
olunması və onlara əməl olunması;
- Bu istiqamətdə ədalətli
və qanunçuluq tələblərinə uyğun
normativ hüquqi aktların inkişafına
diqqətin artırılması;
- Dövlətin və cəmiyyətin beynəlxalq
aləmdə rəqabətə
davamlılığını nəzərə almaqla, milli suveren demokratiyanın
həyata keçirilməsi;
Beləliklə, hər bir millətin, azsaylı xalqların, milli mədəniyyəti, milli adət-ənənəsi, mentaliteti, ictimai birgə yaşayış və davranış tərzləri nəzərə alınmaqla "milli suveren demokratiya konsepsiyası" hazırlanmalıdır. Bir məqam da xüsusi qeyd etmək istəyirik ki, ölkədə milli suveren demokratiya konsepsiyasının uğurla həyata keçirilməsi üçün, ilk öncə, dövlətdə və cəmiyyətdə siyasi həmrəyliyin yaradılması vacibdir. Bu siyasi həmrəylik xalqın ümumi mənafeyinə və dövlət institutlarının demokratik fəaliyyətinin təmin olunmasına xidmət etməlidir. Əlbəttə ki, bu həmrəylik antidemokratik addımların atılmasına yönəlməməlidir. Suveren demokratik proseslərin həyata keçirilməsi üçün siyasi partiyaların, ictimai təşkilatların həmrəyliyi ilə yanaşı, siyasi baxımdan fikir müxtəlifliyi olan məqamlarda kompromislərə gedilməsi də vacibdir. Cəmiyyətdə və dövlətdə siyasi həmrəylik siyasi partiyaların, ictimai qurumların, bütövlükdə ictimaiyyətlə qarşılıqlı əlaqələrin və barışığın məhsulu kimi qiymətləndirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini əbədi etmək üçün, eyni zamanda müstəqilliyimizin təhlükə altında qalmaması, onun qüdrətinin daha da möhkəmlənməsi üçün xalqımızın öz tarixi mentalitetinə, milli əxlaqına, mənəviyyatına, ənənəsinə, mədəniyyətinə istinad edərək "milli suveren demokratik" dəyərlərin inkişaf etdirilməsi zəruri şərtdir. İdeoloji və siyasi baxımdan biz nə qədər güclü olsaq, o halda heç bir zaman bizim milli suveren demokratiyamıza heç bir dövlət müdaxilə edə bilməz.
Cəmil Quliyev
tarix üzrə fəlsəfə doktoru
Ədalət 2019.- 30 aprel.- S.7.