Əfsun Əhməd
Əhməd
Əfsun Kəlbəcər rayonunun Çaykənd kəndində
anadan olub. Hələ gənc yaşlarından
şeirə, ədəbiyyata böyük marağı olub və
erkən yaşlarından şeir yazmağa başlayıb.
Şeirləri müxtəlif qəzetlərdə, poeziya
almanaxlarında respublikamızın bir sıra mətbu
orqanlarında çap olunur. Əhməd Əfsun "Yaxan
düymələ” adlı kitabını capa
hazırlayır. "Yaxan düymələ” kitabı müəllifin
oxucularla 1-ci görüşüdür. Kitabda Əhməd
Əfsunun müxtəlif illərdə qələmə
aldığı şeirləri toplanmışdır. Vətənə,
anaya və torpağa sevgi, Kəlbəcər həsrəti,
düşmənə nifrət, səmimi məhəbbət
duyğuları bu kitabın əsas qayəsini təşkil
edir. Kitabda günümüzün reallığını
özündə əks etdirən, hər kəsə örnək
ola bilən lirik duyğulu şeirlərə də rast gəlmək
olar. İnanırıq ki, bu kitab oxucuların rəğbətini
qazanacaqdır. Onun Əhməd Əfsunun
şeirlərində sanki ulu dağlarımızın, Kəlbəcərin
ruhu yaşayır.Onun həzin lirikası, kəklikotulu, nərgiz-bənövşəli,
talalarımızın məstedici ətriylə bizi xəyallarımıza
qovuşdurur. Şeirlərindənbir neçəsini hörmətlioxucularımıza
təqdim edirik:
Dağların
Hələ tufanlarda, boran-qardadı,
Hələ bahar olmur qışı dağların.
Hələ göylərində günəş görünmür,
Hələ dumanlıdı başı dağların.
Qartalı zirvədən aralı qalıb,
Köksündən vurulub, yaralı qalıb,
Sünbülü-süsəni sarılı qalıb,
Laləyə həsrətdi döşü dağların.
Çəkdi harayına, haya yetmədim,
Əl uzadıb köməyinə getmədim,
Qaya olub zirvəsində bitmədim.
Ələnsin başıma daşı dağların.
Bu həsrət nə yaman uzandı,Əfsun,
Bu necə tərəzi-mizandı, Əfsun,
Öz dərdini çəkmək asandı, Əfsun,
Oğulsan dərdini daşı dağların.
Mingəçevir, 2012
Yox
Qoruya bilmədim
bir daşını da,
Dağlar sizə qayıtmağa üzüm yox.
Nə
söləsən,nə eyləsən
haqlısan.
İnnən belə deyiləsi sözüm yox.
Elə
bilmə sənsiz günüm xoş keçir,
İllər
ötür,yaş üstündən
yaş keçir,
On beş ildi fəsillərim qış
keçir,
On beş ildir baharım yox, yazım yox.
Bir dəfə
də ocağında alışsam,
Bulaqların
vüsalına qovuşsam,
Bicə
ovuc torpağına qarışsam,
Ondan sonra bu dünyada gözüm yox.
Səni
tez-tez yuxularda görürəm,
Sənə
sarı xəyallarda gəlirəm,
On beş ildi zərrə-zərrə ölürəm,
Aman dağlar daha məndə dözüm yox.
Mingəçevir,
2008
Gəlmişəm
Məndən soruşmayın, nədən kövrəyəm?
Dözümü dağlarda qoyub gəlmişəm.
Dindirirlər,
danışmiram-dinmirəm,
Sözümü dağlarda qoyub gəlmişəm.
Gecə də
gündüz də, yurd düyə-deyə,
Naləm
qan ağladır, kamana-neyə,
Dağların
üstündə "göz”olsun deyə,
Gözümü dağlarda qoyub gəlmişəm.
İnnən
belə, geri dönməz o çağım,
Cəhd
eləmə ey igidim-qoçağım,
Tüstülənir,
alovlanmır ocağım,
Közümü dağlarda qoyub gəlmişəm.
Əfsunam
danışan yoxdu "sözümü”,
Kim yığacaq bu yollardan gözümü?
Bəlkə,
qayıdanda tapam özümü,
Özümü dağlarda qouyb gəlmişəm.
Gecələr
Açdim
ürəyimi,dedim dərdimi,
Məni anlamadı "naşı gecələr”.
Sinəmə
o qədər dağlar çəkilib,
Yanır ürəyimin başı gecələr.
Keçmişəm
zülümdən-dardan-çətindən,
Ölüm
yaxşı imiş dost minnətindən,
Vətən
həsrətindən,yurd həsrətindən,
Axır gözlərimin yaşı gecələr.
Ömrümü
taladı boran, qa, külək,
Gözlədim,
durnalar salmadı lələk,
Mənlə
öcə düşüb bu zalım fələk,
Bağlayır sinəmə daşı gecələr.
Əfsun huşun gedir, ağlınmı
çaşır?
Fikri-xəyalların
harda dolaşır,
Gündüzlər
yenə də başın qarışır,
Oğulsan dərdini "daşı”gecələr.
Qədəmin xoş gəlib yaza, bənövşə
Nəfəsin
çiləndi gölə-çəmənə,
Qədəmin xoş gəlib yaza, bənövşə.
Kolların
dibində boynunu burma,
Gəl qoşul kamana, saza, bənövşə.
Gəl
çəməndə, nərgiz ilə qoşa dur,
Görürsənmi
süsən-sünbül qoşadır,
Lalə
yamaclarda bir tamaşadır,
Bənzəyir atəşə-közə, bənövşə.
Həsrətinən
yollarına baxaram,
Ürəyimi
yandıraram-yaxaram,
Ləçəyinə
gözmuncuğu taxaram,
Ta ki,gəlməyəsən "gözə”, bənövşə.
Ömrün
azdı, qoyma getsin tez əldən,
Əl
çəkmərəm sənin təki gözəldən,
Sən də
dərdli, mən də dərdli əzəldən,
Tut əlimdən,
gedək bizə, bənövşə.
Kəlbəcər,
1987
Sınıb qolum - qanadım
Sınıb
qolum – qanadım,
Təngənəfəs kimyəm.
Könülləri
fəth edən,
İlahi səs kimiyəm.
Geri
dönməz gedənim,
Üzə
çıxmaz itənim,
Bu Yer mənim,
Göy mənim,
Lap "müqəddəs”kimiyəm.
Tora
düşən bir ovam,
Dərdlərimə
girovam,
Bütövlükdə
Murovam,
Bir az Kəpəz kimiyəm.
Sızıldaram,
göynərəm,
Özümə
qəsd eylərəm,
Bəzən
sonsuz göylərəm,
Hərdən "məhbəs”kimiyəm.
Öz sədam,
öz səsim var,
Gah zilim,
gah pəsim var,
Pərvanə
həvəsim var,
Atəşpərəst kimiyəm.
Bölünmüşəm,
yarıyam,
Belə
çətin yarıyam,
Əhmədin
avandıyam,
Əfsuna tərs kimiyəm.
Mingəçevir,
2015-ci il.
Yaşa dağlar
Əsl
oğul olammadım,
Başınıza
dolanmadım,
Ölüb,
sizdə qalmmadım,
Yaşa, mənsiz yaşa, dağlar.
Sevindiyim
gün olmadı,
"Bir”dediyim”min”olmadı,
Yuxularım
çin olmadı,
Əlim çıxdı boşa, dağlar.
Çətin
sizə dönəm bir də,
Qəlbim
ağlar, dözər dərdə,
Əlim
aşa çatan yerdə,
Başım çatdı daşa, dağlar.
Çöç
eylədik, birbaş olduq,
Gör
kimlərə sirdaş olduq,
Yurddan
çıxdıq "çıxdaş”olduq,
Siz verin baş-başa, dağlar.
Bir dəryaym,
gəmi keçməz,
Gözlərimin
qəmi keçməz,
Əfsun
ağlar günü keçməz,
Ömrü çatar başa dağlar.
Göygöl,
1997-ci il.
Cavanlıq
Üzə
qırış çökür, saça qar yağır,
Çatır yavaş-yavaş başa cavanlıq.
Baharda
gülləndi, yayda yayladı,
Axır gəlib yetdi qışa cavanlıq.
Yaman
öləzidi, yaman səngidi,
Ürək
qəmə düşdü, nəfəs təngidi,
Məni
yola saldı özü ləngidi,
Döndü yol üstündə daşa cavanlıq.
Köhlən
at üstündə gəzməyi vardı,
Qızılquş
fövqündə süzməyi vardı,
Eşqin
dənizində üzməyi vardı,
İndi
daha gəlməz xoşa cavanlıq.
Bir də
danışılmaz söhbətim-sözüm,
Hərdən
danışaram özümlə-özüm,
"Titrəyir
əllərim, tor görür gözüm”,
Haşa qocalıqdan, haşa cavanlıq.
Əfsun
həsrətimiş bu ömrün sonu,
Geyərsən
əyninə ayrılıq”donu”
Gözümün
üstündə saxlardım onu,
Bir daha əlimə düşə cavanlıq.
Ədalət 2019.- 30 aprel.- S.8.