Əbülfət MƏDƏTOĞLU: ŞEİRİ DƏ ÖZÜNÜN OXŞARI OLAN ŞAİR

Xosrov Natilə bir neçə kəlmə həm oxucu, həm də dost sözü

Öncədən deyim ki, Xosrov Natili mənə tanıdan, sevdirən və yaradıcılığını izləməyə yönəldən şair dostum rəhmətlik Vahid Əlifoğlu olubdu. Mən bu gün Xosrov Natillə görüşəndə vahid gəlib dayanır gözümün önündə. onu da deyim ki, bunların hər ikisinin söhbətlərində, mövzularında, hətta jestlərində bir oxşarlıq var. İkisi sanki öz sadəlikləri, öz kəndə, toprağa bağlılıqlarını özləri ilə birlikdə olduqları hər yerə daşıyırlar. Ona görə ütülü danışmırlar, yazmırlar. Necə var olublar, elə qalırlarbiri xatirəmdə, yaddaşımda, biri gözümün önündə...

Bəli, ötən ayın əvvəlləri idi. "Azərbaycann nəşriyyatının birinci mərtəbəsində görüşdük. Ona qədər artıq xəbər tutmuşdum hətta "Ədalət”də oxuculara bilgi vermişdik ki, Xosrov Natilin yeni kitabı işıq üzü görəcək, izləyin, imza günündə iştirak edin! Bax, bu səbəbdən görüşən kimi mən səbrsizlik edib soruşdum ki, mənim kitab payımı gətirmisənmi? Cavabı da qısa oldu:

- qağa, sənə , Azər Abdullaya da kitab gətirmişəm...

Yavaşca əl çantasını açdı, içərisində cəmi yarım cümlə avtoqraf olan kitabı mənə bağışladı. Bax, bu da onun özünəməxsusluğunun bir əlamətidi. Sağollaşıb ayrıldıq. Otağıma qayıdan kimi kitabı gözumulu açdım. İlk oxuduğum şeir öncə yazdıqlarımın təsdiqini göstərən bir ipucu olu. mən həmin ipucundan tutub oxuculara tərəf yol getdim. Xosrov yazıb ki:

 

Məni sevənlərim dünyada yoxdu,

Hələ doğulmayıb məni sevənlər.

Yüz il , min il dayanım, durum,

Məni sevə bilməzsən, yavrum.

 

Əllərim yaraşmır əllərinə,

Saçının bəyazı rəngimə düşmür.

Ömrümə, günüm yüz sığal vurum,

Məni sevə bilməzsən, yavrum.

 

Gözümün içinə bir qadın ağlar

Axşamım oxşamır axşamlarına.

Səhərim ümidsiz, Allahım yorğun,

Məni sevə bilməzsən, yavrum.

 

Doğrusunu deyim ki, bu şeiri bir neçə dəfə oxudum. Çünki son vaxtlar məni daha çox özünə çəkən bir az da tərki dünya edən duyğular, xatirələr əlimdən tutub məni uzaqlara aparır. O uzaqlara ki, orda hər şey öz rəngində, öz təbii çalarında... Sən ki, öz sevgi pıçıltılarında... Bax, bunların cəmində mənim həyatım, mənim sevgiyə ədəbiyyatın mənə yaşatdıqlarına bir təşəkkür görürəm. Ona görə sözün qüdrətinə minnətdarlıq hissim bir az da artır.

 

Bir sətrimi dizi üstə yazmışam,

Bir sətrimi üzü üstə.

Bəzən alaqaranlıq otaqda

sətirlərim düşüb üst-üstə.

 

Fikirlərim yeyib məni

qaralmışam için-için.

Bəzən əlində qalmışam adi sevincin.

Bəzən ilhamı boğmuşam,

qəhərimi boğan kimi.

Nəsə yazmaq istəmişəm

gözdən oğurlanan kimi.

 

Yenə yazıram

 

rəğbətli bir şey yazmasam da,

 

onsuz da olmayıb yazı masam da.

 

Bir sərtimi dizi üstə yazmışam,

 

bir sətrimi üzü üstə.

 

 

Bəli, bu əslində sözün çəkdiyi portretdi, rəsmdi. Yəni sözlə çəkilmiş rəsm əsəridi. O rəsmə baxırsan, xəyalından o mənzərəyə uyğun müxtəlif fikirlər gəlib keçir nəhayət sən axtardığını həm niyə axtardığını tapmış bir Allah bəndəsi kimi özün hiss etmədən pıçıldayırsan:

 

 

 

 

 

- , gözəldi... çox gözəldi!..

 

Xosrov Natilin həyat yolundan xəbərdar olanlar bilir ki, o, ali təhsilini, yəni diplomunu Gəncədə alsa da, sözə xeyir-duasını Gəncə ədəbi mühitinin ağsaqqalı olan Qərib Mehdidən alıb. Ona görə onun şeirlərində, hətta publisist yazılarında Gəncəyə, Qərib müəllimə, həmin mühitdən çıxanlara xüsusi bir sayğı var. Elə bu kitabında da Xosrov həmin mövzudan yan keçməyib. Üstəlik, yurd nisgili, qaçqın həyatı, didərgin taleyi onun üçün təkcə həyatın özü deyil. Həm o həyatın hardasa bir sısqa bulağı kimi ürəyinə, ilhamına axıb gələn şirə arxıdı. Onun qələmini həmin o şirə elə qidalandırır ki, söz birbaşa pardaqlayır. Ürəyi həm sıxır, həm daha çox döyünməyə, daha çox özünüifadə etməyə kökləyir.

 

 

 

 

Ağzımı açıb, gözümü yumub,

 

Çıxarım yadımdan, çıxsın öz adım.

 

Dişimin dibindən çıxanı deyim,

 

Mübarək sözündən bəxti isladım.

 

 

 

 

İçimdə qədər sözlər çürüyüb,

 

Bir gün çəxardacaq üzə bilirəm.

 

Ya ürək... ya başqa bir dərdinən,

 

Hələ ki, bu yaşda dözə bilirəm.

 

 

 

 

Sitəm ayaqladım, kədər daşıdım,

 

Azadlıq vergisi verdim ömrümə.

 

Olub qalanını düşmənə verib,

 

Bıçaq dirədilər bel sümüyümə.

 

 

 

 

Xosrov Natilin bu şeirini şərh etmək mənim üçün bir oxucu kimi öz ürəyində olanı, öz düşündüyümü demək qədər asandı. Çünki burdakı bütün ovqat mənə özüm qədər yaxındı. Bu düşüncələr bu ya digər formada mənim içimdən gəlib keçibdi. Amma bu bir həqiqətdi ki, həmin o düşüncənin sözə çevrilmiş, şeirləşmiş formasını ədəbiyyatşünaslar, ədəbiyyat araşdırmaçıları şərh etməlidilər. Onda tam mənada hər kəs görər ki, bəzən adam ağzını açıb danışmağa da ərinir yaxud da bəzən ağzını açıb gözünü yumub içindəkiləri gücü, heyi çatana qədər danışır, deyir... Amma içi boşalmır. Çünki orda yığılıb qalan ağrı-acı, kədər, vaxtında deməyə tərəddüd etdiyim yaxud gecikdiyin varsa hamısı qat-qatsı, lay-laydı. Sonda onlar... çürüyür... həm də ömrü çürüdür!

 

Mən dəyərli dostum Xosrov Natilin "Ovcumun içində buğda dənəsi” adlı kitabı barəsində fikirlərimi atüstü tamamlamaq üçün onun çox maraqlı şeirlərindən biri olano şeirlərdə qaçqın şairin yaşamını oxucuya çatdıran ştrixlərə üz tuturam. Xosrov yazır ki:

 

 

Adım qaçqınlıq-köçkünlük yazıb,

 

Bəlkə də yazdığım üçgünlük yazıb,

 

Mənim bu şəhərdə nə gorgah qazıb,

 

ev qaralamaq qismətim deyil,

 

Hələ qeydiyyatsız yaşayıram mən.

Mən bir üzüyola kənd uşağıyam,

 

Mənim bu şəhərdə neçə yaşım var,

 

Mənim uşaqlarım şəhər uşağı,

 

Özüm kən uşağı, kənd uşağıyam.

yaxud:

 

Adam ovuna çıxıb,

 

bu gün dənizdə qasırğa var

 

dalğa-dalğa şir bətni,

 

torpağa yerikləyir hamilə dəniz

 

qumların üstünə qalxır ləpələr

 

ölü balıq kimi ağarır

 

qırmızı qərənfillər

 

Bir çimdik torpaq atın

 

göy sularən üstünə -

gözü dolusu görsün barı

Şuşanı... Zəngilanı.

İşğal olunmuş bir çimdik qara torpaq

kimdə var...hanı?

Gəlin düşünək və hərəmiz öz bildiyimiz kimi yozaq bu şeirləri... onun qatlarına özümüq enək... Kimsə əlimizdən tutmasın... yol göstərməsin... Hərəmiz öz ağlımızla, öz baxış bucağımızla Xosrov Natilin şeir dünyasının qapısından keçək içəri... Mənə elə gəlir ki, o qapı əsl oxucuların üzünə həmişə açıqdı!..

 

Hə, qarda, sənə də bu kitaba görə, bir atüstü təşəkkür! Kitabı birlikdə oxumağa yəqin zamanımız olacaq.

Ədalət  2019.- 6 avqust.- S.6.