ŞAH İSMAYIL HAQDA HƏRƏ
AĞZINA "QOYULANI" DANIŞIR
Rza RZAYEV yazır
"Dost qalmaq istəyənlər din və siyasətdən mübahisə etməzlər”.
L.A. Noire
Bu yazım kimlərəsə cavab deyil, son dövrlər
qatma-qarışıq münasibətlərin və hadisələrin
baş verməsi və sənət insanlarının ictimai rəyə
təsir edən olaylara münasibət bildirməməsi, bu
mövzuya sənət insanı kimi münasibət bildirmək
istəyi yaratdı. Həm də bu haqda da çoxdan yazmaq istəyirdim,
amma yenə yerinə düşəcək günü və
yerində yazmağın zamanın çatmasını
düşünürdüm.
…Hələ
millətçilik ideologiyası yaranmamışdı, millətçilik
insanların psixologiyasına o qədər də təsir etməmişdi.
İnsanlar daha çox dini və məzhəbləri
əsas götürən dövlətlərin
(imperiyaların) ətrafında birləşirdilər, milli mənsubiyyət
arxa planda qalırdı.Məzhəblərin və təriqətlərin
özünü daha qabarıq göstərməsi isə milli
dövlətlərin yaranması ilə üst-üstə
düşür.
Ən yaxın tarixdə də, Sovet imperiyası
dağılan kimi, yaranan milli dövlətlərdə məzhəb
və təriqət məsələsi yenidən dövrəyə
girdi.Dağıdılan imperiyanın qalıqlarına yiyə
çıxmaq istəyənlər yiyəsiz qalmış, hələ
milli ideya axtarışında olan yeni yaranmış milli
dövlətlərdə məzhəblər və təriqətlərlə
özlərinə yer etdilər, ortanı yenidən
qatdılar.
Yeni ideyaların yaranması həmişə özü
ilə bərabər, bölücülük gətirir,
parçalanmalar yaradır. Millətçilik ideologiyası da
vüsət alan kimi, parçalanmalar,
bölünmələr yaratdı, bir çox imperiyaların
dağılmasına səbəb oldu. Bu gün
isə artıq millətçilik keçmiş və bu
gün özünü doğrultmayan keçilmiş mərhələdir.
Millətçilik müasir dövrdə birləşdirici
yox, daha çox dağıdıcı funksiya
daşıyır.Keçmiş əsrlərdə birləşdirici
funksiya yerinə yetirən ənənəvi məzhəblərin
əsasında yaradılan təriqətlərin də
çoxu bu məqsədlə yaradılırdı, yəni
bölücülük məqsədi ilə.
Köhnə sabit qaldığı üçün, yeni
köhnənin "üstündə” yaranır və hərəkətdə
olduğundan mövcud vəziyyətdən narazı qalan
insanların yeni birliyini yaradır. Şəxsi maraqlar yeniliyi
daha çox cəlbedici edir.
Dünya
güclərinin ənənəvi məzhəbləri hədəf
almaqda məqsədləri var: bu, həm həqiqi tarixə
olan baxışı dəyişmək
üçündür, həm də tarixi coğrafiyanı.
İslamda yeni məzhəblərin yaradılması və
ənənəvi məzhəblərin əsasında ortaya
çıxan təriqətlərin çoxu xarici təsirlər
nəticəsində formalaşdırılıb. Bir çox
yeni məzhəblərin və təriqətlərin
yaradılması öndə gedən, "sözə baxmayan”
müsəlman dövlətinin zəifləməsinə xidmət
etmiş və bu gün də bundan təzyiq kimi istifadə
olunur. Məsələn,sələfiliyinyarandığı
dövrdə Şərqin kimlər tərəfindən idarə
olunması məlumdur və sələfiliyin
yaradılmasında məqsəd də həmin dövrdə
Şərqi idarə edənlərə qarşı
çıxmaq olub – yənimoğollara.
Sonra sələfiliyin
davamı olaraq,vəhabiliyinyaradılmasında
da məqsəd Şərqi əlində tutanOsmanlı
imperiyasınıəldən salmaq idi.
Müasir
dövrdə artıq bu taktika işləmədiyindən, hissələrdən
ayrılmış bütövün (imperiyanın) mərkəzinə
coğrafiya xaricindən (qopardılmış hissələrdən)
təsir etmək az mümkün
olduğundan, yeni və içdən yaradılan təriqətə
ehtiyac duyuldu. Ehtiyacı ödəmək
üçün mərkəzdə (daxildə),
keçmişdə birləşdiriciHənəfi məzhəbini
əsas götürənnurçuluq təriqətini önə
çıxardılar, siyasiləşdirdilər, içəridən
təsir qüvvəsi yetişdirməyə başladılar.
Nurçuluqdan istifadə edənlər əsas məqsədlərini
gizlətmək üçün öncə təminedici məqsədləri
Türkiyənin xeyrinə hesabladılar. "Müqəddəs”
məqsədlərini həyata keçirməyi isə sonraya
saxladılar.
Nurçuluğu "ixtira” edənlərin əsas məqsədləri
–Müasir Türk gəncliyinə ənənəvi sünni məzhəbi
ilə dünyanın üçdə birinə bağlı
olan Osmanlı imperiyasının coğrafiyasını
unutdurmaq və yaddaşlardan silməkdi.
Dünya
gücləri nurçuluqla müasir Türkiyənin
parçalanmış Osmanlı coğrafiyası ilə mədəni
(məzhəbi) bağlarını kəsmək , birləşdirici
, bütövləşdirici mədəniyyəti yox etmək
və yeni düşüncə (təriqət) yayıb
özləri üçün yeni insanlar və inanclar
yaradıb coğrafiyanı ələ keçirmək istəyirdilər,
buna, az da olsa, nail oldular.
Zamanında Atatürkün dinə qarşı yox, yeni məzhəblərə
və təriqətlərə qarşı apardığı
mübarizənin səbəbləri yuxarıda söylədiklərimdir. Nurçuluğun
hansı dövrdə vüsət almasına diqqət etsəniz,
söylədiklərim öz təsdiqini tapacaq.
İslam yeni dinin və peyğəmbərin
yaradılmasının qarşısını
aldığı üçün dünya güclərinin
yaratmaq istədiyi tək və idarəedici mədəniyyətə
maneə yaradır.Düzləşmənin
qarşısını alır.
Dünya gücləri başlatdıqları yeni mərhələni,
yəni bütün mədəniyyətləri düzləşdirmə
və post-insan yaratmaq siyasətini müsəlman ölkələrində
nurçuluq təriqəti ilə yenidən həyata
keçirməyə başladılar. Nurçuların əli
ilə müsəlman ölkələrində
başqa-başqa millətlərdən özləri
üçün tək millət (post-insan) yaratmaq məqsədlərini
həyata keçirmək üçün – komandanı
sorğu-sualsız icra edən, sual verə bilməyən, sual
(problem) yaratmayan, seçilmiş suallara cavab verən,
hazır reseptlər ilə hərəkət edən briqada
yaratdılar. Yəni, bilgisayarlara bənzəyən
adamlar yığını – içinə nə
yığırsansa, həmin çərçivə daxilində
çıxış edə bilən, əlavə
yaradıcılığa yer saxlamayan.
Nurçuların təhsil verdiyi insanlar da düymə
ilə işləyirlər, xüsusi hazırlanıblar,
düymə basılan kimi, şüuraltına yerləşdirilən
kodlar şüuru idarəolunmaz hala gətirir, istənilən
əmr müqəddəs sayılır və yerinə
yetirilir.Biz bunun acı nəticələrini Türkiyədə
gördük.
Xaricdən düymə basılan kimi, inanılmaz olaylar
baş verdi.
Nurçular
hər yerə girdikləri kimi, Azərbaycana da təhsil
adı ilə gəldilər.Görünməz təbliğat
və təhsilimizdəki böhran da öz işini
gördü, alternativsizlik də təsir etdi, ən
imkanlı, vəzifəli şəxslər də
övladlarını Türk liseylərində oxutdurdular.Onlar,
ilk öncə, həm də orta məktəblərimizdə ən
yaxşı oxuyan uşaqları seçdilər. Təhsilimizin yetişdirdiyi savadlı uşaqları
seçib öz sistemləri ilə özləri
üçün hazırladılar ki, gələcək məqsədlərini
həyata keçirmək üçün yönəltsinlər.Məqsədləri
əgər xalqa təhsil vermək idisə, niyə təhsildə
geri qalmış uşaqları seçib xüsusi təhsil
verməklə onların səviyyələrini qaldırmadılar?!
Azərbaycan
təhsil sisteminin güclü təməlləri var idi, bu
sistem kimləri yetişdirməyib ki… Və bu
insanların çoxu ancaq Azərbaycana xidmət ediblər –
Azərbaycan elminə, mədəniyyətinə, sənətinə."Yenilik”
adı qoyub "köhnə” adı ilə təməli
dağıtmaq cinayətə bərabərdir.Milli təhsil
sisteminin yaradılmasında xarici təcrübədən
istifadə edilməlidir, çünki təhsil həm də
– xaric və xaricilər ilə münasibət qurmaq vasitəsidir.Amma
mövcud olandan ən yaxşısı yoxdursa, mövcud
olanı qorumaq lazımdır, çünki təhsil sistemində
dövlətin keçmiş və gələcək
münasibətləri nəzərə alınmalıdır.
"Görünməz”
təbliğat – ad ilə məzmun dəyişikliyidi
, görünən ad altında görünməz məqsədi
həyata keçirməkdi, sən bilmədən səni dəyişməkdi.
Verilən
"dərman” (ideya) – üzərinə içindən fərqli
ad yazılmış kapsul kimidir: illərlə görünməz
ve sürəkli olaraq bədəninə yeridilən mayenin
(ideyanın) fərqində olmursan, mayeni (ideyanın) öz bədəninin
(beyninin) məhsulu hesab edirsən və düşünürsən
ki, ən doğrusu budur.
Nurçuların təhsil sistemində "görünməz”
məqsədləri – insan və böyük insanlar
yetişdirmək yox, dövrə uyğun, istifadə tarixi bəlli
olan, idarə olunan, "bilikli” itaət edən adamlar
yetişdirməkdi.
Almaniyada
bir məktəb direktoru hər tədris ilinin
başlanğıcında müəllimlərinə bu məktubu
göndərirmiş:"Mən ölüm düşərgəsindən
sağ qurtulanlardan biriyəm. Gözlərim
heç bir insanın görməməli olduğu şeyləri
görüb. Yaxşı təhsil
verilmiş və yetişdirilmiş mühəndislərin
inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş,
savadlı həkimlərin zəhərlədiyi uşaqlar,
işini yaxşı bilən tibb bacılarının
vurduğu iynələrlə ölən körpələr, məktəb
və universitet məzunlarının öldürüb
yandırdığı insanlar…Bu səbəbdən təhsilə
şübhə duyuram. Sizlərdən istəyim budur: hər
şeydən əvvəl, şagirdlərinizin insan olması
üçün çalışın. Zəhmətinizin
nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər
olmasın. Oxuma, yazma, riyaziyyat
uşaqlarınızın daha çox "insan” olmasına
kömək edərsə, onda, həqiqətən, yararlı
olar.
İstanbulda təhsil aldığım dövrdə azərbaycanlı
siyasi və ictimai fəaliyyətlə məşğul olan
uşaqlarla çay içirdik, tanınmış iki millət
vəkili haqda müzakirə gedirdi, mətbuatda haqlarında
yazılar çıxmışdı. Sakitcə
qulaq asırdım, sonda nə
düşündüyümü soruşdular. Cavabım
belə oldu:"Buna inanmaq istəyirəm, onların hansı
təriqət üzvü olması Azərbaycana olan münasibətlərini
dəyişə bilməz, onlar Azərbaycana xəyanət etməzlər!
Amma bütün insanlar kimi, onlar da səhv edə
bilərlər, qorxulu olan onların səhv etməsidir. Ağıllı, bilikli insanların səhv yolu
düz bilib illərlə bu yol uğrunda mübarizə aparmaları
gələcəyimizi qaranlığa bürüyə bilər”.
Dünya güclərinin nurçuluqla ənənəvi
məzhəbləri hədəf almaqda məqsədləri
var. Yuxarıda vurğuladığımız kimi, bu, həm həqiqi
tarixə olan baxışı dəyişmək
üçündür, həm də tarixi coğrafiyanı. Tarixi
olmayanların Tarixə yeni baxışı başqa adda yeni
coğrafiya yaratmaq istəyidir.
Azərbaycan, bəlkə də, yeganə ölkədir
ki, burada ənənəvi məzhəb
daşıyıcıları həmişə Azərbaycanın
maraqlarını üstün tutublar və dindarlar arasında
azərbaycançılıq öndə olub, məzhəblərarası
mübarizə düşmənçilik həddində
olmayıb.
Ənənəvi şiəlik (Cəfəri) Azərbaycanda
əsas məzhəblərdən biridir və ən çox
daşıyıcısı olan məzhəbdir və bu, belə
də davam etməlidir, çünki dörd ənənəvi
sünni məzhəblərinin Azərbaycanda qorunması və
inkişafi üçün ənənəvi şiəlik (Cəfəri)
qarantdır.
Şiəliyi (Cəfəri) özünə rəsmi məzhəb
seçən qonşu dövlətin keçmiş tarixini kənara
qoyaq, yəni bunlar yazılıb, danışılıb. Qonşu dövlət son iki
əsrdə şiəlik məzhəbi ilə yenidən
dirçəldi, regionda güc mərkəzinə
çevrildi, dünya ağalarına da hərdən meydan
oxuyur.Amma gəlin, müasir dövrü götürək:
Türkiyəni çıxmaq şərti ilə, elə bir ənənəvi
və yaxud qeyri-ənənəvi sünni məzhəb
daşıyıcısı olan müsəlman dövləti
varmı ki, ağ gündədir, dünya
güclərinin qulu deyil?! Olmaq istəməyənlər
də xarici təsirlər nəticəsində vətəndaş
müharibəsi yaşayırlar.
Qonşu dövlətin bu gün iqtisadi, hərbi, təhsil,
mədəniyyət, səhiyyə səviyyəsi harada,
sünni məzhəblərin çoxluq təşkil etdiyi
müsəlman dövlətlərin səviyyəsi
harada.Əgər şiəlik gerilikdirsə, onda qonşu
dövlət rəsmi qəbul etdiyi şiəliklə bu
inkişafa necə nail olub?
Bəli, qonşu dövlət milli maraqlarını həyata
keçirmək üçün şiə (Cəfəri) məzhəbindən
istifadə edir.Başqa hansı sünni məzhəbinə məxsus
ölkə bunu etmir ki?!
Biz şiəliyə qarşı yox, şiəlik
adı altında öz maraqlarını həyata keçirmək
istəyən gücə qarşı çıxmaq istəyiriksə,
bunun üçün şiəlikdən imtina etmək əvəzinə,
şiəliyə qarşı çıxmaq əvəzinə,
şiəliyi daha doğru-düzgün təbliğ etməliyik
və güclü, Mübariz insanlar yetişdirməliyik. Necə ki,
yetişdirmişik – düşmənə qan udduran – Mübarizi!
Əsrlər boyu şiəlik ölkəmizdə xarici təsirlərə
müqavimət sistemi yaradıb, Sovet imperiyası Azərbaycanda
tək şiəliyə qalib gələ bilmədi. Sovetə
qarşı ən çox şiə olan bölgələrimiz
müqavimət göstərdi.Bu gün bütün güclər
ordulardan yox, qonşu dövlətin yetişdirdiyi idealist
(şiə) insanlardan daha çox qorxur, həmin insanlar
qonşu dövlətin qoruyucuları funksiyasını yerinə
yetirirlər.
Qonşu dövlətin başqa qonşu dövlətlərdən
güclü olmasının bir səbəbi də
–"Şahnamə”dir, məişət qanunları ilə
İslam dinini birləşdirib, müasir dövrə
uyğunlaşdırıb, uyğun zamanda istifadə etməsidir!
Əgər bəzi dövlətlər ənənəvi
məzhəbdən öz maraqları üçün istifadə
edirsə, biz həmin ənənəvi məzhəbə
qarşı çıxmaq, həmin məzhəbin
daşıyıcılarına qarşı durmaq əvəzinə,
gənclərimizə tarixi və müasir dövrdə
baş verənləri necə qiymətləndirməyi öyrətməliyik.
Dövlətimiz
zamanında "ixrac olunan” siyasi şiəliyin
qarşısını ala bilmədiyi üçün
başqa təriqəti önə verdi,
onlara yaşıl işıq yandırıldı. Balans yarandı, təhlükə
neytrallaşdırıldı.Amma artıq dünənki taktika
bu gün üçün keçərli deyil.
Namazda olduğum vaxtlar, orucluqda, bir neçə fərqli
məscidlərdə oldum, söhbət ancaq başqa məzhəb
daşıyıcılarına nifrət yaratmaq, onları səhv
çıxarmaq uğrunda idi. Söhbətləri
"Allah yaddan çıxmış” kimi edirdilər. Allahlı və ya allahsız olmaq insanlara münasibətdə
müəyyən edilir.
Azərbaycan, bəlkə də, yeganə ölkədir
ki, ənənəvi məzhəb
daşıyıcıları hər zaman Azərbaycanın
milli və dövləti maraqlarını üstün tutublar
və müxtəlif məzhəb
daşıyıcıları arasında azərbaycançılıq
öndə olub. Sünnilik məzhəbinin
daşıyıcıları şiəlik məzhəbinin
daşıyıcılarına görə Məhərrəm
ayında xeyir işlər etməyiblər.Ölkəmizə
sonradan başqa dövlətlər tərəfindən ixrac
olunmuş yeni və ənənəvi məzhəblərin
siyasiləşmiş qolları Azərbaycanın dövlət
maraqlarına zərbə vurmaqla məşğul olublar və
başqa dövlətlərin maraqlarını güdüblər.
Ölkəmizdə
başqa din daşıyıcılarına təhlükə
olmadığı halda, eyni din
daşıyıcılarının başqa-başqa
qollarının bir-birinə düşmən kəsilməsini
arzulamaq artıq başqa oyundur, belə halda nə hakim, nə
də top bizim deyil, futbolçular və meydan bizimdir, oyunu
başqaları çıxarır, oyuna düşməməliyik.
Azərbaycanda dinlər və ənənəvi məzhəblərarası
dava yoxdur və olmayıb, xaricdən ixrac olunan və siyasi
mahiyyət daşıyan məzhəblər bunu etməyə
çalışırlar, amma bir şeyin ki ocağı
yoxdur, o, tez sönəcək və biz də alovlanmasına
imkan verməməliyik.
Məzhəblərarası
fərqlər neçə əsrlərdir var və bu fərqləri
neçə illərdir aradan götürmək istəyənlər
də var.İnancları dəyişmək olmaz, sadəcə
bütün inanclardan insanlıq üçün faydalanmaq
lazımdır, hansı yol (məzhəb) insanlığa daha
çox xeyir verirsə, sonda qalib o olacaq, amma insanlar din
mövzusunda qalib olmurlar, buna görə də, dini
insanlararası mübarizəyə çevirmək, doğrunu
Allah qatında yox, insanların üzərində qalib gəlməklə,
onlarla mübarizə aparmaqla etmək –
allahsızlıqdır. Müasir dövrdə
belə düşüncələr terrora mənbədir.Allah
insanları bir-birlərinə münasibətdə dəyərləndirir,
insanlara qarşı yaxşı olana dəyər verir, öz
qatında ona yer edir.
Bizim
ölkədə din problem yaratmır, dini dərk etməkdə
təhsilsizlik, bilgisizlik problem yaradır, burada məzhəbləri
hədəf almaq yox, təhsildəki problemləri hədəfə
almaq lazımdır və ənənəvi məzhəb
daşıyıcıları birləşib dəyişən,
İslamı dəyişmək istəyən,
"yenilikçi” adı ilə təhsilimizdə təriqət
siyasəti həyata keçirən məlum təriqət
daşıyıcılarına qarşı mübarizə
aparmalıdır.
Azərbaycanda qatı şiə olan bir çox bölgələrimiz
var –Naxçıvan, Bakı kəndləri, Cənub
zonası.Gəlin, başqa bölgələrimizdəki şiələr
ilə bir başqa bölgəmizdə yaşayan şiələrin
dünyaya baxışlarını, dövlətə, millətə
olan münasibətlərini, siyasi təfəkkürlərini
müqayisə edək. Eyni məzhəbin
daşıyıcıları dövlətçilik və
milli maraqlar məsələsində fərqli
düşünürlər. Səbəb –
bir başqa bölgəmizdə yaşayan şiələrin
biliyi dünyada və regionda baş verən hadisələri
doğru təhlil etməyə imkan yaradır və ayıq
siyasi təfəkkür imkan vermir ki, xarici dövlətlər
məzhəb məsələsi ilə onların məxsus
olduqları dövlətdə aranı qatsınlar.
Deməli, burada söhbət kimin hansı məzhəb
daşıyıcısı olması məsələsi deyil,
təhsilsizlik məsələsidir, siyasi düşüncənin
aşağı olması məsələsidir.Təhsili olmayan
insan dini doğru-düzgün mənimsəyə bilməz. Hədəf hansısa ənənəvi
məzhəb yox, təhsil və təhsildə kök
atmış məlum təriqətçilərin
yaratdığı anti-Azərbaycan təhsil sistemi
olmalıdır!
Başqa
bir məzhəbin daşıyıcısı kimi tanınan
şəxsin fərqli məzhəb daşıyıcılarına
qarşı fikirləri və tənqidi cəmiyyətdə
normal qarşılanmır və qarşılanmayacaq da,
çünki belə tənqidlər əks tərəfi
öz mövqeyində daha israrlı edir, çünki tənqidi
neytral adam deyil, öncədən
mövqeyi (məzhəbi) olan adam edir.
Fərqli məzhəb daşıyıcısı olmağın
şərti başqa bir məzhəb
daşıyıcısına nifrət etməməkdir, onu
"yolundan azan” saymamaqdır. Əksinə, fərqli
din və məzhəb daşıyıcısına sevgi ilə
yanaşılmalıdır. Fərqli məzhəb
və təriqət daşıyıcısı olmaq fərdə
rahatlıq gətirirsə, fərd o yolu seçməlidir.
Hesab edirəm ki, məzhəblərin
varlığı yox, məzhəblərarası mübarizə
İslamı gözdən salmağa yönəlib.
Qəhrəmanların hamısı qəhrəmandır,
amma onları da bir-birindən fərqləndirən cəhətlər
var. Peyğəmbərlərin də fərqli tərəfləri
var. İslam tarixində çox böyük şəxsiyyətlər
olub, Peyğəmbərdən sonra kimin ilk xəlifə
olması müsəlmanlar arasında fikir
ayrılığı yaradıb. Guya, Peyğəmbər
özündən sonra sələfini müəyyən etməyib.
İnanılası deyil. Peyğəmbər
(s.ə.s) sağlığında İslam dünyası
üçün böyük şəxsiyyətlər
yetişdirdi. Amma belə insanlar arasındaHəzrəti
Əlinin yeri başqadır: həm özünün
yaşantıları, həm də övladlarının
tutduğu yol onu daha çox önə çıxarıb.
Tarixdə
bu günə qədər baş verməyən və təkrarlanmayan
hadisədir–Kərbəla!
Bu hadisə heç vaxt unudulmayacaq, heç vaxt kimsə
tərəfindən bu hadisəni törədənlərə
haqq qazandırıla bilməyəcək. Həzrəti
Hüseyn dirənişi İslamın yenidən qurtuluşunu
təmin etdi və yayılmasına səbəb oldu.Həzrəti
Hüseyn müqaviməti bir daha göstərdi ki,
İslamı məğlub etmək mümkün olmayacaq.
Dünya gücləri nə qədər istəsələr də,
tarixdə baş vermiş Kərbəla hadisəsindən və
Həzrəti Hüseyn qəhrəmanlığından
güc alan İslamı məğlub edə
bilməyəcək.
Şiəlik bütün anlarda tərəfini
tutduğun, tərəfdarı olduğun Allahın və Allah
adamının yanında olmaqdır. Şəraitə
uyğun olaraq gizlənmək, fürsət gözləmək,
cildini dəyişmək yox, meydana çıxıb, liderinin
tutduğu Allah yolunda canını fəda etməkdir.
Həzrəti
Hüseyn Allah yolunda ilk özünü və ailəsini qurban
verdi, kimsəyə qaçmağa,
özünə haqq qazandırmağa yol qoymadı. Yoldan çıxanlara deyəcək söz
qalmadı, tarix onları həmişə lənətlədi.
İslamın yenidən doğuluşu, Allahın
yaratdığı son yolun qarşısını kimsənin
kəsə bilməyəcəyinin məzmunu Kərbəlada
möhürləndi.
Bu qanlı möhür günü-gündən daha da dərinləşdi,
daha dərin məzmununu və mahiyyətini baş verən və
verəcək hadisələrin fonunda qazandı və
qazanır.
Ha istəyirəm
yazmayam, amma olmur, xristian Rusiya ilə mübarizə aparan
böyük dövlətlərin çoxu xristian dövlətləridir.
Rusiya tarixən özünü məzhəb
ayrılığı ilə qorudu, daxili gücü birləşdirə
bildi, məzhəb ayrılığı həm də dövlət
maraqlarını qorumaqdır, deməli, dövlətçilik
məsələsi olan halda eyni din daşıyıcısı
olmaq rol oynamır, daha çox dövlət maraqları rol
oynayır.Dövlət maraqları isə məzhəbin
varlığını labüd edir, qoruyucusuna çevrilir.Belə
olan halda isə son zamanlarŞAH İSMAYILhaqda çoxlu fikirlər
yazılır, hərə ağzına "qoyulanı”
danışır.
Birinci –
"tarix kontekst” anlamıdır, müasir tələblər,
maraqlar tarixə baxışı dəyişir. Bu barədə
uzun-uzadı yazmayacağam, amma bir məsələni nəzərinizə
çatdırıram: bu gün Rusiyada ən çox təbliğ
olunan, haqqında kitab, məqalə yazılan adam
keçmiş SSRİ dövlət
başçılarından biri olmuşStalindir.Stalini
Rusiyanın hazırki dövlət başçısı
Putin təbliğ edir.Bunu Putin niyə edir?!Çünki
heç bir dövlət başçısının zamanında
rus torpaqlarının coğrafiyası Stalin başçı
olduğu dövrdəki qədər böyük
olmayıb.Stalin təbliğ olunmaqla Rusiya gənclərinə
keçmiş SSRİ-nin ərazisi təbliğ olunur.
Şah haqqında danışılan doğru-səhv
olanları kənara qoyuram, heç bunların təftişinə
ehtiyac da duymuram.
Şah İsmayıl bu gün Azərbaycanlıların
"əlində” olmayan keçmiş torpaqlarının
coğrafiyasının GÖSTƏRİCİSİDİR!
Şah
İsmayıl keçmiş torpaqlarımızın xəritəsidir!
Şah
İsmayıl bütöv, böyük Azərbaycanın sərhədləridir!
Şah
İsmayıla ayna tutanda aynada böyük, bütöv, vahid
Azərbaycan görünür! Bu ayna həmişə
gözümüzün önündə olmalıdır!
Özünün heç bir məzhəbin
daşıyıcısı olmadığını deyənlər,
hansı oyuna düşürlər?! Məzhəbsizlik
yaratmaq istəyənlər kimlərdir?!
Məzhəblər Peyğəmbərin
dünyasını dəyişməsindən sonra yaranıb və
əsasları var. İslamın coğrafiyası genişləndikcə
fərqliliklər özünü göstərdi,
coğrafiyadan doğan yerli fərqlər məzhəblərin
yaranmasını labüd etdi.
Məzhəbsiz
"məzhəb” yaratmaq istəyənlər özlərini
haqlı çıxarmaq üçün deyirlər ki,
"Peyğəmbərin məzhəbi
olmayıb”.Yanlış əsasdır, Peyğəmbərin məzhəbi
Qurandır, Quran isə Allahın sözləridir, Allahın
göstərdiyi yoldur, Peyğəmbərdən başqa
Quranı düzgün başa düşən, şərh edən
kimsə yoxdur.
Məzhəblər yol yox, yolun (Quranın) yolunu göstərəndir.
Məzhəblər Peyğəmbərdən sonra
Quranın anlaşılmasını və
doğru-düzgün başa düşülməsini və tətbiqini
əsaslandırmaq üçün zəruri
olub.Çünki Peyğəmbər sağlığında
baş verən yeni hadisələrin timsalında
qarşıya çıxan sualların və yaranan problemlərin
həlli üçün nəyin doğru
olub-olmadığını müəyyən edirdi.
Din alimlərindən
bəziləri deyir ki,"Peyğəmbərin həyatı
İslamda Qurandan öncə gəlir, biz
Peyğəmbərin həyatını və
yaşamını bilmədən Quranı anlaya bilmərik. Çünki Quran kitabdır, bizə xitab edir,
Peyğəmbər isə Quranda yazılanları həyatda tətbiq
edib”.
Quranı şərh edən və yaxud hədisləri
toplayan, yazan elə bir din alimi yoxdur ki, məzhəbi
olmasın. Hamısında da öncədən mövqe olub.
Məzhəbsiz mümkün deyil. Bu prosesi geriyə döndərmək mümkün
deyil, İslam əsrlərdir məzhəblər ilə
özünü qoruya bilib.
Müsəlman ümumi addır – mövcud məzhəb
daşıyıcılarını ifadə edən."Mənim
məzhəbim yoxdur”, "Müsəlmanam” deyənlər, məzhəbsiz
(yeni) "məzhəb” yaratmaq istəyənlərdir.Məqsədləri
– sayı milyonları keçən müxtəlif məzhəb
daşıyıcısı olan müsəlmanlara qarşı
çıxmaqdır, İslamı məhv etməyə
yönəlmiş addımdır. Dünyada günü-gündən
artan müsəlman çoxluğunun qarşısını
almaq, yeni müsəlman( məzhəbsiz)
azlığı yaratmaq istəyidir.
"Məzhəb tanımıram”- demək artıq hər
kəsin kəllə sayı qədər məzhəbini ortaya
çıxarar. Heç kim öz ağlına və
başına görə Quranı anlaya bilməz və
hökm verə bilməz. Buna görə də,
hər kəs məcburi bir məzhəb
daşıyıcısı olmalı, özünə yol
seçməlidir.
Ənənəvi məzhəblər niyə olmalıdır?
Məzhəblər olmasaydı, dəyişiklik Quranda olacaqdı.Məzhəblərin varlığı və aralarındakı fərqlər bu günə qədər İslamın yayılmasının və Quranın dəyişilməz qalmasının səbəbidir.
Hansısa məzhəb daşıyıcısı olmaq normaldır, amma məzhəbçilik etmək normal deyil.Məzhəbləri din səviyyəsinə qaldırmaq, Qurandan üstün tutmaq, əsas kimi məzhəbi bilmək yanlışdır, qorxuludur.Ənənəvi məzhəblər əsası (Quranı) fərqli coğrafiya şərtlərinə uyğun əsaslandıran əsasdır.
Dində şəxsi münasibət ola bilməz, əsaslanmaq və istinad lazımdır, bu da məzhəbləri vacib edir. Qurana birbaşa yol yoxdur, bu, mümkün deyil.Qurana açar Peyğəmbərin (s.ə.s.) həyatı, ənənəvi məzhəblər və Kərbəla məktəbidir.Məzhəblərin yoxluğu hər kəsin öz başına görə Quranı anlamasına və yozmasına gətirib çıxarar.
Dində fərdin şəxsi hökmləri qəbul olunmur, dində daha çox buyurulmuş vacib əməllər vardır ki, yerinə yetirilməlidir, yəni vacib olan sütunlar var və ənənəvi məzhəblərdəki fərqlər vacib olanları qoruyur.
Bu məqaləni yazarkən araşdırdığım və oxuduğum din alimlərinin ənənəvi məzhəblərin varlığı və vacib olması haqqında fikirlərini, əsaslarını sizinlə bölüşürəm:
"- ənənəvi məzhəblər – sabitlərin dəyişkənlər tərəfindən yox olmasını önləyir;
-ənənəvi məzhəblər – dəyişkənlərin sabitlərin önünə keçməsinə sədd çəkir;
– (Həzrəti Mövlananın pərgar metaforu əsas götürülür.)
Ənənəvi məzhəblərin varlığı – sürəkli dəyişən şərtlərdə sabitlərin dəyişkənləri və dəyişən vəziyyətləri şərh etmək imkanlarını artırır, burada sabit əsasdır, pərgarın sabit ayağı sabitdir, pərgar sabit ayağını ana qaynağa basar, hərəkətli ayağı dünyaya açılar.”
Ədalət 2019.- 6 avqust.- S.3-5.