Hacı Cəfər
Quliyev
Culfadan Təbrizə
otuz beş ağac, Mən ona intizar, o mənə möhtac
CULFADAN TƏBRİZƏ NƏ YOL
QALDI Kİ?
Azərbaycanın xalq şairi , yaxın dostum
Söhrab Tahirə
Şeirini oxudum dərd – zara gəldi,
Başıma min cürə macəra
gəldi,
Bir yaram üstünə min yara gəldi,
Arazımı kəsən çay
Arazdı ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
Cuıfadan Təbrizə otuz
beş ağac ,
Mən ona intizar, o mənə möhtac.
Tapsa bu həsrətin dərdinə əlac,
Deyərdim Söhrabım sehrkardı
ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
Qardaş,
vüsal dərdin günləri gözlər,
Həsrət telin darar, illəri
gözlər.
O tayda yolunu bir
pəri gözlər,
Sən burda, o, orda intizardı ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
O tayda bir ana
bayatı dedi,
Qaldırın, ay ellər, elatı
dedi,
Qaçaq Nəbi minsin Boz atı dedi,
Baxdım,
bu səda bir xəyaldı ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
Körpüdən yollanan qatara baxdım,
Dönüb həsrət-həsrət o taya
baxdım.
Yandım
xısın-xısın, əridim,
axdım,
Araza süzüldüm, çeşmim
cardı ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
Hayladım, əks-sədam o taya
düşdü,
Qəlbimi apardı, tək saya düşdü.
Səsimə görüşə daş-qaya düşdü,
Bu görüş, bu öpüş ilk nübardı
ki,
Bu taydan o taya nə yol vardı
ki?
Bənövşətək həsrət boynu bükülüb,
Xəzan vurdu, gülüstanı tökülüb.
Şəhriyarın sinə dərdi sökülüb,
Bu dərddən Arazlar yasa daldı ki,
Culfadan Təbrizə
nə yol vardı ki?
Duman olub Arazdan yol
salaydım,
Şehə dönüb çöhrən
üstə qalaydım.
Məlhəm olub yarana son qoyaydım,
Tələsək, Söhrabım, qaş
qaraldı ki,
Atlansaq Təbrizə
nə yol vardı ki?
Hər dəfə bu tayda səni görəndə,
Ağlayır içimdə dağın,
dərən də.
Bu dərdimi bilən də ,
bilməyən də,
Deyirlər bu Cəfər bəxtiyardı ki,
Hay desə, Təbrizə nə yol vardı
ki?
***
XALQIMIZIN FƏDAKAR OĞLU
"ŞÖHRƏT ORDENLİ” TAĞI ƏHMƏDOVUN 75
İLLİYİNƏ HƏSR EDİRƏM
Bu hicranım necə dağlar dolanıb
Gecə-gündüz səcdə qılıb Allaha,
Bu həsrətin qəmli çağlar dolanıb –
Qəm, kədərdən
uzaq olaq bir daha.
Səadət bəxş etdi
yaradan sənə,
Fəhləlik yoluilə zirvəyə qalxdın.
Güvəndin bu yolda əziz vətənə
Gələcək həyata ümidlə baxdın.
Yer altda çalışdın
döndün Fərhada
Neçə yol çəkirdin əzab içində.
Dostlar alğqış dedi bu təmiz ada;
Sərvi qamətin də varlıq biçimdə.
Sən Məmməd Arazın dayağı oldun,
Qoymadın, nəinsə çəkə
həsrətin.
Dərdinə-sərinə olmusan şərik
Ondan çəkilməyib,
nəzər-diqqətin.
Sən Hüseyn Cavidin ruhun oyatdın,
Neçə əsərini çıxartdın
üzə.
Sən,
Turan Cavidin qəlbin oynatdın
Qorxdum ki, ay qardaş gələrsən
gözə.
Bir alim, bir şair,
şəxsiyyət kimi,
Bütün insanlara sən dayaq oldun.
Yerin alt
üzündə metronun
himnin
Qabaqda aparan bir bayraq oldun.
Sən sadiq olmusan Ulu
Heydərə
Allah bilir şər-böhtandan
uzaqsan.
Qəlbi
təmiz, hər böhtana dözmüsən,
Düz işini
əyri yola yozan var.
Sən yararlı kişilərdən
birisən,
Zaman gələr
at çaparsan Şuşaya.
Qalma, dostdan-aşinadan geri sən,
Al bayrağı çatdır
hündür qalaya.
Düz olsan da əyri
yola yozan var,
Sən Vətənin, mərd oğlu, nər oğlusan.
Hamı
bilir, ayağını
qazan var,
Bu yurdunda doğrulardan
doğrusan.
Qardaş
sənin 70 mübarək,
Allah deyib dualar et
Heydərə,
Mənim
sözlərimi ürəyinə
yaz,
Sən sadiq qalmısan Ulu Öndərə.
***
Nə çəkirsən narın-narın
Yenə
daşdan-daşa Kəklik
Könlüm istər nəğmən
kimi
Bircə nəğmə qoşa Kəklik.
M.Araz.
KƏKLİK
Yaxın dostum şair M.Arazın "Kəklik” şeirinə nəzirə
Daşdan-daşa nə uçursan,
Qah-qah ilə bala kəklik.
Niyə
məni tək qoyursan,
Qonursan boş
kola kəklik.
Axı sən uçardın qoşa,
"Sarı dağdan” "Dübək daşa”,
Onunla verib baş-başa,
Səs salardın
yola kəklik.
İndi
səni tək görəndə
"Belgilidə”, "Xoşgəlində”
İstəmərəm gələm kəndə,
Saldın yaman hala kəklik.
Asta oxu, ayıq dolan
Öz eşqinlə
etmə fəğan.
Zalım
ovçu səni hər an ,
İstər tora sala kəklik.
Qüdrətdən çəkilib qaşın,
Tərlanısan dağın-daşın.
Hanı sənin yar-yoldaşın?
Verdin onu bada kəklik.
Sular sızar qayalarda,
Hər fəsildə,
hər bir ayda.
Cəfa
yetim bu diyarda,
İstər sənlə qala kəklik.
***
BACIM
Ordubad rayonunda yaşayan 91 yaşlı bacım Gövhərə ithaf edirəm
Anam yadigarı, belin bükülüb,
Baxışların qəm-kədərlə ölçülüb.
Əllərində damar şumu əkilib,
Qurban olum, xısın-xısın ağlama.
Yaran üstə təzə yara qoyuldu,
Cüt oğul
itirdin, qəlbin soyuldu.
Ürəyin kədərdən hər
gün oyuldu,
Qurban olum, dərdi-dərdə bağlama.
Karvan köçdü, bacı-qardaş
qalmışıq,
Hər ikimiz oğul dərdi almışıq.
Hər ikimiz yaş ötüb qocalmışıq,
Qurban olum, dərdli-dərdli ağlama.
Anamız
cavankən bizi tərk etdi,
Qoşa bacım onun dalınca getdi.
Mələk kimi tez görsəndi, tez itdi
Qurban olum, ürəyimi dağlama.
Qardaşımı dərgah özü apardı,
Bacoğlumla qardaşoğlum çapardı.
Qohum-qardaş yasda şivan qopardı,
Qurban olum, narın-narın ağlama.
Məmməd Araz qırdı
mənim belimi,
Nakam getdi, cəm rəm etmədi, diləyi.
Dərdi
qoydu, obasını, elini
Dağlar-daşlar matəm tutdu, ağladı,
Vətən ona 40 gün matəm saxladı.
Yığışmışıq Təmkin
bəyin toyuna,
"Uzundərə” çəkdi
səni oyuna.
İndi
de gül hamı girsin oyuna
Bundan belə Allah sizi saxlasın,
Mələklər də hər an sizi yoxlasın.
Ədalət 2019.- 29 avqust.- S.7.