Əbülfət
MƏDƏTOĞLU
“GÜLÜNÜN
ŞEİRLƏRİ”
Zaur Ustacın şeirləri barəsində
düşündüklərim
Yaxın günlərin söhbətidir,
imzasını tanıdığım, yazılarını mətbuatda, o cümlədən "Ədalət” qəzetində oxuduğum Zaur Ustacın kitablarını həmkarım şair Qələndər Xaçınçaylı mənə verib
tanış olmağımı istədi.
Onsuz da az qala hər gün yeni kitab almağa,
yeni imzayla tanış olmağa adət etdiyimdən kitabları heç bir təəccübsüz
və tərəddüdsüz
qəbul etdim. Özünəməxsus adam olan Qələndər Xaçınçaylı
sözarası onu da vurğuladı ki, Zaur yerlimizdi
və onun da qohumudu.
Təbii ki, mən yerliliyə
də, qohumluğa da laqeyd deyiləm. Amma dəyərli
sözün dəyərini
də bilməyi, onu oxucu olaraq
qiymətləndirməyi də
az-çox bacarıram.
Ona görə də şair Qələndər
Xaçınçaylının təqdimatı mənə
kitab barəsində bilgi verməkdən daha çox müəllifi tanıtmaq təsiri bağışladı.
Və mən də elə onun yanında
sallofan kisədə olan kitabları çıxardım və
düzdüm yazı masamın üstünə.
Kitablar müxtəlif
mövzuları əhatə
edir. Onlardan biri Milli Qəhrəman Mübariz İbrahimov haqqında povestdi, digəri məşhur Şamaxılı
rəssam barəsində
poemadı, üçüncüsü
isə "Gülünün
şeirləri”di. Nədənsə "Gülünün şeirləri”
daha çox məni özünə çəkdi. Ola bilsin ki, bu
öncə kitabın
sadə tərtibatının
yatardığı ovqat
idi və yaxud da kitabın
balacalara- uşaqlara ünvanlanmasının təsiri
burda güclü rol oynadı. Çünki mən bu ildən ibtidai sinfin hazırlıq mərhələsini başlayan
nəvəm Nigar üçün bu cür kitabları toplamaqda maraqlıyam.
Və...
Zaur Ustacın "Gülünün
şeirləri”kitabı müəllifin
özünün də
qeyd etdiyi kimi, əlavə tədris vəsaitidi. Zaur Ustac kitabın ilk səhifəsində vurğulıayır
ki, "əsasən orta məktəb-liseylərin
birinci sinifləri üçün sinifdən
xaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan
şeir və tapmacaların düzülüşü
hərf və rəqəmlərin proqramla
keçirilmə ardıcıllığına
uyğun gəlir”.
Bəli, həqiqətən də kitabın məsləhətçiləri
Bakı şəhərindəki
məktəblərin tanınmış
orta ibtidai sinif müəllimləri olduğundan mən şeirləri və tapmacaları oxuyanda onların azyaşlılar
üçün maraq
doğuracağına şübhə
etmədim. Məsələn,
"A” ilə bağlaı Zaur Ustac yazır:
A ilə Ana deyə
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.
Ata, ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.
Bu şeirdə A hərfi ilə başlı səslənən
fikirlər, edilən təqdimatlar uşaq üçün də anlaşılandı, həm
də maraqlıdı.
Məsələn, G hərfi
ilə bağlı:
Hər Günəşin doğması
Yeni günü
başlayır.
Günəş qürub edəndə
Demək, gün başa çatır.
Günəş
özü möcüzə
Sirr
dolu varlığıyla
"Bir
gün” isə mesajdır
Dünyaya, insanlığa.
Mən bu kitabdakı bütün hərflərlə bağlı şair, yəni Zaur Ustac fikirlərini geniş şərh etmirəm. Çünki onun şərhi hər bir oxucunun öz üzərinə düşür. Daha doğrusu, onları necə qəbul edəcəyindən asılıdır. Elə bu kitaba görə müəllifi təbrik etməklə ona və oxuculara uğurlar diləyirəm. Düşünürəm ki, kitab azyaşlıları sevindirəcək.
Ədalət 2019.- 29 avqust.-
S.6.