Kamal Abdullanın “Sirlərin sərgüzəşti”
kitabının təqdimatı oldu
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" kitabının imza günü və təqdimatı keçirilib.
Təqdimatda "Sirlərin sərgüzəşti"
sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında,
romanın xronotopik, arxetipik
xüsusiyyətlərində müşahidə edilən
özəlliklər haqda söhbət
açılıb.
Tədbiri mərkəzin direktoru
Günel Anarqızı açaraq
bildirib ki, müəlliflə
bu növbəti görüşdür.
Qeyd edib ki, yazıçının sayca
dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan,
yaddaş fenomeni, real və irreal hadisələrin
təsviri özünün ədəbi-bədii
əksini tapıb.
Kitabın redaktoru və
"Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri
belə xarakterizə edir: "Hər bir kitab dünyaya
gələndə bir övlad
kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla
yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji
anlardan uzun müddət
ayrılmaq olmur, yaddaşın
yaddaşsızlığı oxucunu dərkolunmayacaq
qəribə aləmə aparır. Roman
Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir
əsərdir. Ümidedirəmki, "Sirlərin sərgüzəşti"
çoxlarının masaüstü
kitabına çevriləcək”.
Yazıçı-publisist Səyyad Aran, yazıçı ŞərifAğayar və
başqalar ıçıxış edərək
kitab barədə öz
fikirlərini bölüşüblər. Qeyd
olunub ki, roman xronotopik baxımdan o qədər zəngin və zəngin universal xüsusiyyətlərə malikdir ki, bu
məkan və zamanlarda gəzişmək
fövqəlbəşər Həsən Səyyah üçün heç bir maneə yaratmır. O, istənilən zamana və məkana zühur
edə və sirr çözülənə
qədər orada səyyah ömrü
yaşaya bilir.
"Sirlərin sərgüzəşti"
romanı arxetiplərin həm obraz, həm
kompozisiya, həm də dili
baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi
zülmətdən qurtaran, Səidə məsləhət
verən, ona əhvalatlar danışan
("Tutinamə"), Robinzona həmdəm
olan, Cimin çiynindən
düşməyən ("Dəfinələr adası") tutuquşu - quşların insanlardan
gizli saxladığı (təkcə Süleymana agah olan) sirrini faş
edən tutuquşu özlüyündə
ikiləşmənin, eyni zamanda
həm quş, həm insan
ola bilmənin, paralel
yaşamın simvolu kimi
bu romana da yansımışdır. Həsən müəllim
eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı tutuquşu da eyni zamanda həm diri, həm də ölü
müqəvva ola bilir.
Çıxışlarda qeyd edilib ki,
roman müasir nəsr
texnikasına xas olan
iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin
anoxronik ardıcıllığı şəklində
qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah)
nəql olunan əhvalatların fövqündə
dayanaraq sirlərin sərgüzəştinə
şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz
sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu
Əhmədin, Təpəgözün, Banuçiçəklə
Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə
aldığı mətnlərdəki mətləblərə
bir daha üz tutmaq ehtiyacı ilə
üz-üzə qoyur. "Sirlərin sərgüzəşti"ndəki
arxetipik məqamlar romanı müəllifin
digər mətnləri ilə aşkar və
gizli lağımlarla bağlayır.
Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar
və akademik İsa Həbibbəyli
(Azərbaycan), Arif Acaloğlu
(Türkiyə), Lüdmila Lavrova
(Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Sonda Kamal
Abdulla hər kəsə təşəkkürünü
bildirərək oxucuların suallarını
cavablandırıb.
Qeyd edək ki, "Sirlərin sərgüzəşti" müəllifin "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanlarından sonra sayca dördüncü romanıdır.
Ədalət 2019.- 5 dekabr.-
S.8.